Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore YUKSEKLIK LTD

YUKSEKLIK LTD

Published by Telebe Kabineti, 2022-02-07 09:14:37

Description: YUKSEKLIK LTD

Search

Read the Text Version

• dam örtükləri • profnastil • su sistemləri

Şirkət haqqında YUKSEKLIK LTD 1994-cü ildən fəaliyyət göstərən yerli şirkətdir. Şirkət Qobu qəsəbəsində yerləşən müasir zavodunda sinklənmiş rəngli metal rulonlardan met- al-kirəmit dam örtükləri, profnastil, su sistemləri və aksessuarları istehsal etməkdədir. Xüsusi polimer örtüklü xammaldan, Avropa avadanlıqlarında istehsal olunan məhsullara zəmanət verilərək müştərilərə təqdim olunur. Şirkətin İSO 9001:2008 və OHSAS 1800:2007 beynəlxalq standartlarının tələblərinə cavab verməsi və müştəri məmnuni- yyətini hər zaman ön planda tutması onu təkcə Azərbaycanda yox, bütün Qafqaz regio- nunda metal dam örtüklərinin istehsalı üzrə ən qabaqcıl şirkətlərdən biri olmasına gətirib çıxarmışdır.

1 Xammal haqqında Metal-kirəmit dam örtüklərinin uzunömürlü olması birbaşa olaraq onun xammalının tərkib- indən asılıdır. Metal dam örtüyünün xammalı sinklənmiş və polimer örtüklü metal rulonlardır. Bir neçə qatdan ibarət olan bu metal listin uzun illər öz estetik görünüşünü və funksion- allığını qoruyub saxlaya bilməsi üçün yüksək sink miqdarına və uzunömürlü boya qatına sahib olması vacibdir. Şirkətimizin Cənubi Koreya (Dongkuk Steel) və İsveç (SSAB) xam- malından istifadə edərək istehsal etdiyi məhsullar bu tələblərə cavab verdiyindən onlar uzun müddət sərt iqlim şəraitinə və korroziyaya qarşı mübarizə aparmağa qadirdir. Həmçi- nin dam örtüklərimiz yüksək qalınlığa sahib olduqlarından asan quraşdırılır və istifadə zamanı deformasiyaya məruz qalmır.

2 Rannila Ənənəvi üslubda olan RANNİLA metal-kirəmit dam örtükləri uzun müddətdir istifadə olunan və ən geniş yayılmış dam örtüyüdür. Onun əsas xüsusiyyəti damınıza klassik təbii kirəmit görünüşü verməsidir. Gözəl və səliqəli xarici görünüşə sahib Rannila müxtəlif növ tikilələrdə rahatlıqla istfidadə edilə bilir. Uzunömürlü olması, asan quraşdırıl- ması və geniş rəng çeşidi ilə seçilən Rannila sizi hər zaman razı salacaq. Qalınlıq: 0.30mm-0.50mm (interval) C.Koreya 10 il Ölçü: 1200x2200 mm və İsveç xammalı Örtük: Parlaq və Mat

3 RAL 3005 RAL 3009 RAL 6020 RAL 6005 RAL 7024 RAL 8004 RAL 8017 RAL 8019 RAL 7035

4 Runoprofil RUNOPROFİL metal-kirəmit dam örtüklərimiz təbii kirəmitə ən çox bənzəyən məhsulumuzdur. Daha düz və geniş dalğalara sahib olan Runoprofil damınıza eyni zamanda həm qədim kirəmit görünüşü, həm də müasir dizayn verməyə qadirdir. Bu dam örtükləri fərqli və zərif zövqün göstəricisidir. Qədim dövrlərdən bəri istifadə olunan bu modeli indi Avropa avadanlıqlarında və uzunömürlü rəngli metaldan istehsal edərək müasir formada sizlərə təqdim edirik. Qalınlıq: 0.30mm-0.50mm (interval) C.Koreya 10 il Ölçü: 1200x2200 mm və İsveç xammalı Örtük: Parlaq və Mat

5 RAL 3005 RAL 3009 RAL 6020 RAL 7024 RAL 8004 RAL 8017 RAL 8019

6 Damante Ən yeni məhsulumuz olan DAMANTE evinizin individuallığını ön plana çıxaran metal-kirəmit dam örtüyüdür. Daha sərt və dərin profilə sahib bu dam örtükləri digərlərindən asanlıqla seçilir. Aralıq dənizi tərzini özündə əks etdirən bu dam örtüyünün zərif və hamar xətli dalğaları ona təbii kirəmit oxşarlığı verir. Damante dam örtükləri ilə eviniz daha yadda qalan və original görünüşə sahib olacaq. Qalınlıq: 0.40mm-0.50mm (interval) C.Koreya 10 il Ölçü: 1200x2200 mm və İsveç xammalı Örtük: Parlaq və Mat

7 RAL 3005 RAL 3009 RAL 6020 RAL 7024 RAL 8004 RAL 8017 RAL 8019

8

9 PROFNASTİL trapesiya formasında profillənmiş listlərdir. İstənilən ölçüdə (12 metr-dək uzunluq- da) istehsal oluna bildiyi üçün quraşdırılması daha asan və itkisiz olur. Fərdi evlərdən tutmuş böyük anbar və sexlərə qədər fərqli növ tikililərdə istifadə olunan Profnastili dam örtüyündən savayı, həm də hasar, tavan və digər təyinatlarda istifadə edə bilərsiniz. Müxtəlif rəng və qalın- lıqlarda istehsal olunan Profnastil sadə üslubda dama üstünlük verənlərin seçimidir. Qalınlıq: 0.30mm - 0.50mm (interval) Ölçü: 1130 x 400-12000 mm Örtük: Parlaq və Mat RAL 8019 RAL 3005 RAL 8004 Kərpic RAL 6005 RAL 3009 RAL 8017 RAL 1015 RAL 6020 RAL 9003 RAL 7035 RAL 7024 RAL 9005 C.Koreya 10 il və İsveç xammalı

10 Düzgün su sistemi seçimi metal dam örtüyü seçimi qədər vacib amildir. Su sisteminin əsas funksiyası yağış və qar zamanı damdan suyun atılmasını təmin edərək dam örtüyünə uzun müddət xidmət göstərməkdir. Lakin hər su sistemi çətin hava şəraitinə, iqlim təsirlərinə tab gətirə bilmir və tez sıra- dan çıxır. Şirkətimizin istehsal etdiyi su sistemi elementləri isə sizə uzun illər xidmət göstərsin deyə 0.50-0.60 mm qalınlıqda sinklənmiş poladdan hazırlanaraq, korroziyaya qarşı dözümlü xüsusi polimer örtüklə örtülmüşdür. Ʉɪɨɜɟɥɶɧɚɹɩɪɨɞɭɤɰɢɹ ȼɨɞɨɫɬɨɱɧɚɹɫɢɫɬɟɦɚ 12 3 4 56 7  Ɂɚɝɥɭɲɤɚɠɺɥɨɛɚ 8  ɀɺɥɨɛ 9 ɤ 10 1.Nov qapağı ɍɝɨɥɠɺɥɨɛɚɜɧɟɲɧɢɣ ɭɛ  Ʉɪɸɤɠɺɥɨɛɚ 11 2.Nov5 ɍɝɨɥɠɺɥɨɛɚɜɧɭɬɪɟɧɧɢɣ  Ɂɚɦɨɤɠɺɥɨɛɚ 3.Nov küncü, çöl ɉɪɢɺɦɧɢɤɜɨɞɵɢɡɠɺɥɨɛɚɜɬɪɭɛɭ  Ʉɨɥɟɧɨ  4.NovɄɪɟɩɥɟɧɢɟɬɪɭɛɵ xamutu 5.Nov küncü, içɌɪɭɛɚ  Ɉɬɜɨɞɬɪɭɛɵ 6.Nov kilidi 7.Nov qazanı 8.Boru dirsəyi 9.Boru xamutu 1O.Boru 11.Boru dirsəyi

11 RAL 9003 RAL 9005 RAL 1015

Boru Nov Yumru dirsək Kvadrat dirsək Boru xamutu Nov kilidi Nov qazanı Yumru künc Nov xamutu İç xamut Nov qapağı Şurup ( 4.8x35) Germetik kley İzoband

indi



PROFİLLƏNMİŞ LİSTLƏRİN VƏ METAL-KİRƏMİT DAM ÖRTÜKLƏRİNİN BOŞALTMA VƏ SAXLAMA QAYDALARI Mexaniki Yükləmə/Boşaltma Profillənmiş məhsullar və metal-kirəmit paketlərin uzunluğu 5 metrə qədər olduqda onların boşaldılması yumşaq burazlı qaldırıcı avadanlıqdan istifadə olunmaqla həyata keçirilir. Uzunluq 5 metrdən çox olduqda isə boşaltma köndələn atılmış tir (travers) vasitəsilə həyata keçirilir.Paketləri mexaniki yolla köçürərkən burazların çarpazlaşmasına yol verilməməlidir. Əllə Yükləmə/Boşaltma Mexaniki boşaltma mümkün olmadıqda metal listləri əllə boşaltmaq olar. Bir metal listidigərinin üzərində sürüşdürmək olmaz. Boşalt- ma listin uzunluğundan asılı olaraq lazımi sayda insan cəlb edilərək qoruyucu əlcəklərdən istifadə olunmaqla həyata keçirilməlidir. Listin uzunluğu 1.5 m-ə qədər olduqda iki (2) nəfər.1,5-4 metr uzunluqda olduqda dörd (4) nəfər.4-6 metr olduqda altı (6) nəfər. 6-8 metr ol- duqda isə səkkiz (8) nəfər lazımdır. Listin uzunluğundan asılı olaraq insanlar onun hər bir tərəfində bərabər sayda dayanmalıdır. Listləri səliqəli,şaquli vəziyyətdə, çox əyilməsinə yol verməməklə qaldırmaq və hərəkət etdirmək lazımdır. Onları tullamaq və sürüyərək daşımaq qadağandır. Listlərin Dama Qaldırılması Listlərin dama qaldırılmasını köndələn atılmış tir (travers) və yumşaq burazlar istifadə olunmaqla xüsusi mexaniki avadanlıq vasitəsilə həyata keçirmək tövsiyə olunur.Listləri dama əl ilə də qaldırmaq olar. Uzunluğu 1,5 m-dən artıq olan profnastil və metal-kirəmit dam örtüklərini ön və arxa kənarlardından qaldırmaq tövsiyə edilmir.Onları yan calama kənar- larından qaldırmaq daha məqsədə uyğundur. Təbəqələrin bir birini cızma- masına diqqət yetirin. Uzunluğu 1,5 m-dən çox olan listləri damdan yerə Yönəldici dayaqlar qədər quraşdırılmış yönəldici dayaqlar vasitəsilə qaldırmaq lazımdır. Listləri hər iki yan kənərından tutmaqla aşağıdan yuxarıya itələmək olar.

Listlərin Kəsilməsi Profillənmiş listlərin və metal-kirəmit dam örtüklərinin kəsimi üçün Listlərin Üzərində Hərəkət Etmə polad listlərin kəsimində istifadə olunan və xüsusi diskə sahib diskli əl mişarı, metal kəsmə qayçısı, kəsmə maşını və lobzikdən istifadə olunur. Qəti qadağandır: abraziv dairəli bucaqlı cilalama maşınından (bolqar- kadan) istifadə etmək. Çünki onun istifadəsi zamanı həm polimer boya örtüyü, həm də sink qatı zədələnir. Bu da korroziya prosesinin tez başla- masına səbəb olur. Dairəli bucaqlı cilalama maşınından (bolqarkadan) istifadə edildikdə profillənmiş listlərə və metal-kirəmit dam örtüklərinə verilmiş zəmanət avtomatik olaraq qüvvədən düşür. Metal-kirəmit dam örtüklərinin üzərində yalnız yumşaq dabanlı ayaqqabı ilə gəzmək olar. Dam örtüyü üzərində hərəkət edərkən dalğaların qabarıq hissəsinə ayaq bas- maq olmaz. Yalnız dalğaların tir atma sahələrindəki yatıq hissələri üzərində hərəkət etmək olar. Saxlama Məhsulun təhlükəsizliyinin və salamatlığının təmin edilməsinə dair bütün tədbirləri görmək lazımdır. Polimer örtüklü məhsulları zavod qablaşdırmasında bir aydan çox olmamaqla , polimer örtü- yü olmayan sinklənmiş məhsulları isə bir həftədən çox olmamaq- la saxlamaq olar. Zavod qablaşdırmasında saxlama müddəti başa çatdıqdan sonra profillənmiş list və metal-kirəmit dam örtüklə- rini düz və möhkəm təməli olan quru lövhələr üzərinə qoymaq lazımdır. Bütün təbəqələrin havalandırılmasını təmin etmək üçün hər əvvəlki təbəqədən sonra 50 sm-dan çox olmayan məsafə ilə 10 sm-dən az olmamaqla aralıq təmin edilməlidir. Yaranan qalaq- lar elə yerləşdirilməlidir ki, bir kənarı digərindən daha yuxarıda olsun və kondensat sərbəst axa bilsin. Bir aydan çox saxlama za- manı, listlərin qalaqları talvar altında və ya quru, havalandırılan, birbaşa günəş şüasının düşmədiyi yerdə yerləşdirilməlidir. Məhsul- ların maksimal saxlama müddəti istehsal edildiyi tarixdən 6 aydır. Listləri və onların qablaşdırmalarını təmiz saxlama üçün onları tor- paq üzərində saxlamaq tövsiyə edilmir. Paketin və ayrı-ayrı listlərin üstünə suyun yığılmasının qarşısını alın. Listlərin üzərində gəzmək və ya üzərinə əşyalar yığmaq qadağandır. Diqqət! Yuxarıda qeyd olunan qaydalara əməl olunmadıqda zəmanət öhdəlikləri qüvvədən düşür və şikayət qəbul olunmur.



Əlaqə nömrələri: + 994 50 442 3635 + 994 70 242 3635 Satış mərkəzi: AZ1029, Bakı şəhəri, N.Nərimanov rayonu, Ə.Qaibov küçəsi 10A ( Köhnə Kondisioner zavodunun həyəti ) Zavod: Abşeron rayonu, Qobu qəsəbəsi.


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook