Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore Elektron Jurnal-MAY

Elektron Jurnal-MAY

Published by Xavər Alizade, 2023-06-05 14:15:29

Description: Elektron Jurnal-MAY

Search

Read the Text Version

MAY, 2023

Dulusçuluq sənəti üzrə master-klass 1 may 2023 Gənc Könüllülər asudə vaxtlarını səmərəli dəyərləndirmələrinə və müxtəlif sahələrdə inkişaflarına dəstək məqsədi ilə əyləncə dolu master-klass həyata keçirilib. Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətində əhəmiyyətli yer tutan, Azərbaycan incəsənət və sənətkarlığını özündə ehtiva edən, məişət ənənələrimizin tarixi nümunəsi olan Dulusçuluq sənəti üzrə master-klass baş tutub.

“Qarabağ geyimləri” mövzusunda seminar 1 may 2023 Tarix üzrə fəlsəfə doktoru, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulovanın təqdimatında keçirilən seminarda iştirak edən könüllülər Azərbaycanın geyim mədəniyyətində özünəməxsusluğu və zənginliyi ilə seçilən, xalqımızın tarixini, adət - ənənələrini özündə əks etdirən Qarabağ geyimləri haqqında ətraflı məlumat əldə ediblər.

“Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı 1 may 2023 “Könüllü DOST” proqramının təşkilatçılığı, “Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Korporativ DOST” altproqramı çərçivəsində Beynəlxalq Autizm Maarifləndirmə ayı üzrə “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramına start verilib.

“Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum 2 may 2023 Məqsəd gənc xanım könüllüləri informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır. Forumda İKT- də gender bərabərliyinin qadınların hüquq və imkanlarının genişləndirilməsində əsas amillərdən biri olduğu qeyd edilib. İştirakçıların böyük marağına səbəb olan forum sual-cavab sessiyası və komanda işi ilə yekunlaşdırılıb. Forum zamanı xüsusi aktivliyi ilə fərqlənən könüllülərə simvolik hədiyyələr təqdim edilib.

“Bir Könüllü”lərin təlimləri 1-4 may 2023 “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və IT Brains Academy-nin birgə təşkilatçılığı ilə silsilə təlimlər keçirilib. Təlimlər daxilində gənclərimiz Frontend, Backend, Dizayn, Kibertəhlükəsizlik kimi sahələr üzrə məlumatlar əldə etmiş və bu sahələrdə özlərini necə inkişaf etdirməli olduqları ilə bağlı məlumat əldə edərək, bu sahələr üzrə iş imkanları ilə də tanış olublar.

“Bir damcı” kampaniyası 1-5 may 2023 Ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərində maarifləndirici təlimlər keçirilir. 5-7-ci sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış edib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim edilib.

“Şəxsi inkişaf” mövzusunda təlim 5 may 2023 Mərkəzi Gömrük Hospitalında Planlama və Marketinq şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova tərəfindən könüllü gömrükçülərə “Şəxsi inkişaf” mövzusunda təlim keçirilib. Təəlimdə uğur qazanmağın prinsiplərindən, məqsədlərin qoyulması və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şəxsi keyfiyyətləri inkişaf etdirmək barədə danışılıb. Həmçinin, təlimçi bu məsələlər ətrafında danışarkən dünya alimlərinin, məşhur yazıçıların, tanınmış insanların şəxsi inkişaf, motivasiya haqqında fikirlərindən və sitatlarından istifadə edib.

“Bakı Marafonu 2023” 6 may 2023 Azərbaycan Könüllüləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı Marafonu 2023”-də iştirak edib

“Tullantıları ekoçantaya dəyiş” aksiyası 6 may 2023 “Tullantıları ekoçantaya dəyiş” aksiyası \"20 Yanvar\" m/s yaxınlığındakı Bravo hipermarketin qarşısında keçirilib. Aksiya zamanı vətəndaşlar ümumi tutumu 323 litr olan plastik, 154 litr tutumu olan şüşə tullantı və 168 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.

“DOST to DOST” 8 may 2023 Dövlət Əmək Müfəttişliyi Xidməti və DOST Agentliyinin “Könüllü DOST” proqramının “Könüllü Klubları” layihəsi çərçivəsində “Heydər Əliyev İli”nə həsr olunmuş “DOST to DOST” - “Əmək hüquqları” təlim proqramının bağlanış mərasimi keçirilib.

Rasim Balayevlə görüş 8 may 2023 “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə kino aktyoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə görüş baş tutub. Görüş çərçivəsində Nəsimi və Babək obrazları, filmlərdən sonrakı şöhrət hissinin təsirləri, tamaşaçı rəğbəti və sevgisi, kino və teatrın fərqlərindən bəhs edilib.

“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans 8 may 2023 MEDİA könüllüləri Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda keçirilən konfransda iştirak ediblər.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası 8 may 2023 Azərbaycan Könüllülərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası həyata keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, 100- dən çox Azərbaycan Könüllüsünün iştirakı ilə Müşfiqabad qəsəbəsində zeytun və eldar şamı daxil olmaqla 700 ədəd ağac əkilib.

“Nə? Harada? Nə zaman?” intellektual yarışı 10 may 2023 Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Tərəqqi” komandası bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. Miqrasiya Könüllülərindən ibarət “8 noyabr” komandası 2-ci, “Azəri-Çıraq-Günəşli” komandası isə 3-cü yerin sahibin oldular.

Ulu Öndər Heydər Əliyevin abidəsinə ziyarət 10 may 2023 Azərbaycan Könüllüləri müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətlə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil və tər güllər qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ekokönüllülər “Heydər zirvəsi”nə yürüş edib 10 may 2023 Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı və ekokönüllülər dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş musiqili proqram 10 may 2023 \"ASAN Könüllüləri\" Təşkilatının \"Mədəniyyət Carçısı\" proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş musiqili proqram baş tutub. Proqramın repertuarı Ulu Öndərin sevdiyi musiqilər və milli-vətənpərvər ruhda olan əsərlərdən ibarət olub.

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi 12 may 2023 “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Statistika filialından, \"Bravo\" marketlər şəbəkəsinin Koroğlu və 20 Yanvar filiallarından ümumilikdə 34 kq işlənmiş batareya toplanılaraq \"Təhlükəli Tullantılar\" MMC-yə təhvil verilib.

Azərbaycan Könüllüləri arasında intellektual çempionat 13 may 2023 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Könüllüləri arasında intellektual çempionat həyata keçirilib. Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən intellektual çempionat AKTİ-yə üzv təşkilatları təmsil edən 100 nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə “Nə?, Harada?, Nə zaman?” formatında həyata keçirilib.

“Ailə həftəsi” 15 may 2023 Könüllü Klubları” layihəsi çərçivəsində 15 may - “Beynəlxalq Ailə Günü” münasibətilə “Ailə həftəsi”nə start verildi!Həftə çərçivəsində Gənc və Gümüşü DOSTlarımız öz ailə üzvləri ilə “Film klubu”, “Fərdi İnkişaf” və “Yaradıcılıq klubu”nda iştirak ediblər.

“ASAN Könüllülərinin Diskussiya Platforması” 15 may 2023 “ASAN Könüllülərinin Diskussiya Platforması” çərçivəsində Mingəçevir və Bərdə regional “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllü gənclərlə səmimi görüş həyata keçirilib.Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib. Görüş zamanı Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının önəmindən bəhs edilib, karyera planlaması, gələcəyin peşələri, süni intellekt və texnologiyalarla bağlı ətraflı müzakirlər aparılıb.

“Heydər Əliyev ili” çərçivəsində veloyürüş 15 may 2023 Veloyürüşün keçirilməsində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsidir. Veloyürüş Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatı dəstəyi ilə keçirilib.

\"Gənc İqlim Çempionları\" layihəsi 16 may 2023 Məktəblilər arasında iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq məqsədilə həyata keçirilən \"Gənc İqlim Çempionları\" layihəsi çərçivəsində 103 nömrəli məktəb və 83 nömrəli liseyin həyətlərində ağacəkmə aksiyaları təşkil edilib.

Temsilci Genç Proqramı 16-23 may 2023 Ümumilikdə 7 gün müddətində həyata keçirilən proqramda Gənclik Həftəsi və 19 may - Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində keçirilən tədbirlərdə “Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupunun üzvü Taleh Kərimzadə ölkəmizi təmsil etmək üçün Türkiyə Respublikasının Ankara şəhərində baş tutan “Temsilci Genç” Proqramında iştirak edib.

Müasir İncəsənət Muzeyinə ekskursiya 18 may 2023 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq “Könüllü DOST”lar tərəfindən Müasir İncəsənət Muzeyinə ekskursiya baş tutub.

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Gənclər Festivalı keçirilib. 18 may 2023 Festivalda könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, əyləncəli viktorinalar, istedadlı Azərbaycan Könüllülərinin təqdimatında musiqi proqramları təşkil edilib.

Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət 18 may 2023 Beynəlxalq Muzeylər Günü ərəfəsində \"Könüllü gömrükçü\" dəstəsinin üzvləri Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət edib. Muzeydə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatını, yaşayış tərzini əks etdirən eksponatlarla tanış olan könüllüləri maraqlandıran suallar muzey bələdçisi tərəfindən cavablandırılıb.

SOCAR Türkiyə ilə görüş 19 may 2023 SOCAR Türkiyənin baş icraçı direktorunun kommunikasiya & hökumətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov tərəfindən 19 May tarixində mühazirə keçirildi. Mühazirədə SOCAR Türkiyə, xüsusilə PR fəaliyyəti barədə bəhs olundu, SOCAR-ın Türkiyədəki investisiyalarına dair ətraflı məlumat verildi. SOCAR Türkiyə könüllülərinin hədiyyələrini almaq bizim üçün çox xoş oldu.

Sahil zolağı tullantılardan təmizlənib 20 may 2023 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.Aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşa 20 may 2023 “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunub. Hüseyn Cavidin eyniadlı pyesi əsasında “Topal Teymur” tamaşası səhnəyə qoyulub. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tamaşada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib.

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə baş tutan festival 21 may 2023 Astarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astara rayonunun dənizkənarı park-bulvar kompleksində festival təşkil olunub. Festivalda “Bir Könüllü” Təşkilatının stendinə yaxınlaşan qonaqlara, təhsil ictimaiyyətinə, müəllimlərə və şagirdlərə könüllülərimiz tərəfindən təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verilib, müxtəlif hədiyyələr təqdim olunub.

“Turizm destinasiya marketinqi. Rəqəmsal alətlərin tətbiqi” mövzusunda təlim 21 may 2023 “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri üçün “Turizm destinasiya marketinqi. Rəqəmsal alətlərin tətbiqi” mövzusunda təlim keçirilib. Təlimdə Şəki Regional KOB İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Elçin Poyliyev tərəfindən könüllülərə sahibkarlıq fəaliyyətinə necə başlamaq olar, gənc sahibkarlara dövlətin dəstək mexanizmləri, bu sahadə tətbiq edilən güzəştlər barədə ətraflı məlumat verilib. Könüllülər, həmçinin mövzu ilə bağlı suallar əsasında müzakirələr aparıblar.

Zirə Gülçülük Mərkəzinə ziyarət 21 may 2023 Miqrasiya könüllüləri Zirə Gülçülük Mərkəzinə ziyarət ediblər. Onlar ekskursiya zamanı müxtəlif güllərlə tanış oldular. Bundan da əlavə olaraq güllərə necə baxılmalı, güllər necə ayırd edilir kimi mövzularda ətraflı məlumatlar əldə edərək dünyagörüşlərini artırıblar.

EKO Parka tur 23 may 2023 “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə Müasir Təhsil Kompleksinin şagirdləri üçün EKO Parka tur təşkil olunub. Tədbirdə iştirak edən SOCAR könüllüləri gənc ziyarətçiləri Eko park ərazisində gəzinti zamanı müşayət edib, onlara hədiyyələrin təqdim olunmasında dəstək olublar. Həmin gün şagirdlər unudulmaz təcrübə qazanıb və maarifləndirici ekskursiya keçiblər.

“Ləcheq Farm and Distillery” MMC’yə infotur 23 may 2023 “Regional İnkişaf” İctimai Birliyinin Zaqatala rayonundan olan könüllüləri üçün “Ləcheq Farm and Distillery” Məhdud Məsuliyyətili Cəmiyyətinə infotur təşkil edilib. Könüllülər bitki yağları hazırlanan müəssisədə istehsal prosesi ilə yaxından tanış olub, qızıl gül yığımında iştirak edib, yığılan məhsulun emala göndərilməsi və satış bazarları haqqında ətraflı məlumat əldə ediblər.

“Sosial medianin idarə olunması” təlimi 24-25 may 2023 “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri üçün “Sosial medianin idarə olunması” təliminə start verilib. Bakı şəhərində təşkil edilən ilk təlimdə könüllülərə “Instagram” “Facebook”, “LinkedIn”, “TikTok” kimi geniş istifadəçi kütləsinə malik sosial media platformalarından düzgün istifadə qaydaları, bu platformalarda mövcud texniki imkanlar və onlardan daha səmərəli yararlanma üsulları, həmçinin sosial media vasitəsilə biznesin tanıdılması kimi mövzularda geniş təqdimat keçirilib.

Türkiyədə keçirilən Prezident seçkilərinin ll turu 24-30 may 2023 Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə heyətinin üzvü və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidəçisi qismində qardaş Türkiyədə keçirilən Prezident seçkilərinin ll turunda Azərbaycanı təmsil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda sorğu 25-26 may 2023 “Turizm Könüllüləri” Təşkilatı tərəfindən Heydər Əliyev Beynəlxalq Aerportunda turistlər arasında keçirilən sorğuda “Turizm Könüllüləri” Təşkilatının nümayəndəsi Tahir Mikayılzadə iştirak edib. Bildirək ki, 2 gün davam edən sorğunun əsas məqsədi ölkəmizə gələn əcnəbi turistlərin və vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi, həmçinin təcrübələrinin öyrənilməsidir.

“MEDİAlab” layihəsi 27 may 2023 MEDİA könüllüləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində Xəzər Media Mərkəzinin İnformasiya departamentinin şef redaktoru Nəcəf Həsənovun iştirakı ilə təşkil edilən şəbəkələşmə tədbirində iştirak ediblər.

Müstəqillik günü 28 may 2023 28 May Müstəqillik Günü münasibətilə könüllü təşkilatların rəhbər və nümayəndələri və Azərbaycan Könüllülərinin iştirakı ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və İstiqlal Abidəsi ziyarət edilib.

“Tullantıları ekoçantaya dəyiş” 29 may 2023 Keçirilən aksiya zamanı ümumi tutumu 755 litr olan plastik, 24 litr tutumu olan şüşə tullantı və 157 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində iştirakçılara ekoçanta təqdim olunub.

Könüllünün işdə bir günü May ayı ərzində 2023 Könüllülərimiz Agentliyin fəaliyyətinə uyğun Bakı şəhərində mobillliyin tətbiqi istiqamətində atılacaq addımların araşdırılmasında və keçirilən fəaliyyətlərin kompleks şəkildə nümayişi üçün təqdimatların hazırlanmasında iştirak edirlər. Eyni zamanda, könüllülük fəaliyyətinin təşkili və gündəlik davamiyyətin yoxlanılmasında və digər işlərdə dəstək göstərirlər.

İttifaqa üzv təşkilatların könüllüləri üçün təlimlər May ayı ərzində 2023 İttifaqa üzv təşkilatların bilik və bacarıqlarının artırılması məqsədilə peşəkar təlimçilər tərəfindən müxtəlif modulları əhatə edən təlimlər həyata keçirilir. May ayı ərzində baş tutan təlimlər çərçivəsində komanda quruculuğu, analitik düşüncə bacarığı, müsahibə simulyasiyası, stressin idarəolunması təlimləri baş tutub və könüllülər arasında maraqlı müzakirə formatında interaktiv oyunlar oynanılıb.

“Qayıdış Könüllüləri” Proqramı haqqında infosessiyalar May ayı üzrə 2023 İnfosessiya zamanı gənclərə proqramın məqsədi, könüllü seçimi və hazırlıq mərhələsi, könüllülük fəaliyyətinin istiqamətləri haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səbail FK - Şamaxı FK qarşılaşması 30 may 2023 Event Volunteer Service - EVS Bayıl Arenada Misli Premyer Liqası çərçivəsində keçirilən Səbail FK - Şamaxı FK komandalarının qarşılaşmasının təşkilində iştirak ediblər.

“VolunTraining by Voluntourism” 1-30 may 2023 “Turizm Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “VolunTraining by Voluntourism” layihəsi çərçivəsində müxtəlif mövzuları əhatə edən səkkiz təlim təşkil olunmuşdur. Layihə üzrə “Regionlarda turizm potensialının inkişafı”, “Turizm istiqamətli layihələrin planlanması və idarəolunması”, “Turizm sahəsində karyera perspektivləri” və digər aparıcı mövzularda mütəxəssislərlə görüşlər baş tutmuşdur.

Formula 1 könüllülərinin \"Novruz Challenge\" yarışı:


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook