Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (oktyabr) ppt

jurnal (oktyabr) ppt

Published by Kanan Tagizada, 2022-01-31 14:47:01

Description: jurnal (oktyabr) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal Yanvar, 2022

1 Bakı Zooloji Parkının könüllülük proqramı AKTİ Yanvar 2022-ci il Bakı Zooloji Parkının könüllülük proqramına seçilmiş könüllülərimiz üçün məkan ilə tanışlıq və təlimləndirmə görüşü keçirildi.

Azərbaycan könüllüləri gömrük orqanlarında 2 Yanvar 2022-ci il AKTİ Gömrük orqanlarında formalaşdırılan 5-ci “Könüllü gömrükçü” dəstəsində təmsil olunan Azərbaycan könüllüləri fəaliyyətlərini uğurla davam etdirirlər

3 Bizim Böyük Qələbəmiz AKTİ 14 yanvar 2022-ci il Azərbaycan könüllüləri tərəfindən “Bizim böyük Qələbəmiz” adlı kitab paytaxt məktəblərində təhsil alan azyaşlı şagirdlərə paylanılıb. Kitab uşaqlara vətənpərvərlik ruhu aşılamaq, onlarda Vətən müharibəsi haqqında daha dolğun fikir formalaşdırmaq məqsədilə nəşr edilib.

İngilis dili kursları və danışıq klubları 4 Yanvar 2022-ci il AKTİ Könüllülərin Fərdi İnkişaf Proqramı çərçivəsində gənclərimizin dil biliklərinin möhkəmləndirilməsi məqsədilə keçirilən ingilis dili kursları və danışıq klubları davam edir.

Könüllülər Autizm Mərkəzində 5 14 yanvar 2022-ci il AKTİ Könüllülərimiz Autizm Mərkəzində autizm spektr pozuntusu olan gənclərlə görüşüb, onlarla müxtəlif məntiqi oyunlar, incəsənət üzrə masterklasslar və musiqi fasilələri keçiriblər.

6 Qan yaddaşımız AKTİ 20 yanvar 2022-ci il Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci kilödnöün.lülümtüəşmkiülantalasribınəıtilə ölkənin aparıcı təmsil edən Azərbaycan könüllüləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəxslərarası bacarıqlar 7 22 yanvar 2022-ci il AKTİ Könüllülərin Fərdi İnkişaf Proqramı çərçivəsində Mahmud Məmmədzadənin təqdimatında \"Şəxslərarası bacarıqlar\" təlimi baş tutub.

Könüllülərin dəstəyi 8 25 yanvar 2022-ci il AKTİ Bakıdan Şuşa və Ağdama ilk sərnişin avtobusu reysi yola düşüb. Azərbaycan könüllülərinin hər iki istiqamət üzrə səfər zamanı sərnişinlərə göstəriləcək xidmətlərin təşkilinə dəstək göstərilməsində iştirak edirlər. Könüllülər növbəti səfərlərdə də fəaliyyətlərini davam etdirəcəklər.

Əmək bazarında rəqabətə davamlı namizəd 9 27 yanvar 2022-ci il AKTİ Könüllülərin Fərdi İnkişaf Proqramı çərçivəsində növbəti təlim Nərgiz Seyid- zadənin təqdimatında “Əmək bazarında rəqabətə davamlı namizəd\" mövzusunda baş tutub.

10 İnkişaf təlimləri AKTİ 28 yanvar 2022-ci il Gənclərin İnkişaf və Karyera Mərkəzinin yeni fəaliyyətə başlayan nümayəndəliklərinin əməkdaşları üçün baş tutan “İnkişaf təlimləri\" çərçivəsində AKTİ-nin əməkdaşı Vüqar Əliyev “İttifaqın koordinatorluq sistemi\" və “Regionlarda fəaliyyətin təşkili\" mövzularında yeni fəaliyyətə başlayan əməkdaşları məlumatlandırıb.

11 Dinamik Gənclik Həftəsi 2 AKTİ 26 yanvar – 2 fevral 2022-ci il Azərbaycan Gəncləri Gününə həsr olunmuş həftə çərçivəsində gənclər üçün ekskursiyalar, təlimlər, masterklasslar, müxtəlif idman oyunları və maarifləndirici görüşlərin keçirilir.

\"Gənclik\" kuboku 12 29 yanvar 2022-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə \"Gəncliyin BİR Həftəsi\" layihəsi çərçivəsində könüllülərin intellektual bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə intellektual turnir baş tutub. Turnirdə 50 könüllüdən ibarət 10 müxtəlif könüllü təşkilatı mübarizə aparıb.

Videoçarxlar 13 Yanvar 2022-ci il AKTİ “Könüllü təşkilatlarını tanıyaq!” rubrikası “Bir addım” qış düşərgəsi “Könüllü təşkilatlarını tanıyaq!” rubrikası

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook