HESABAT Təşkilatın təqdimatı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra bir qrup ictimai fəaliyyətə marağı olan məcburi köçkün statuslu gənclər və müharibədə iştirak edərək qazi olmuş peşəkar hərbçi gənclər tərəfindən “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi yaradılmışdır. Təşkilatın rəsmi onlayn təqdimat mərasimində 400-dən çox gənc iştirak etmiş, qazilərin və şəhid övladlarının, məcburi köçkün gənclərin iştirakı təmin olunmuşdur. Təşkilatın ilk üzvlük statusu tədbir zamanı Milli Qəhrəman Polad Həşimovun oğlu Davud Həşimova təqdim edilmişdir.
HESABAT “Böyük Qayğı” Proqramı Qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərmək məqsədilə proqramda Vətən müharibəsi qaziləri təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin və proqramın səfirlərinin iştirakı ziyarət olunmuş, vəziyyətləri ilə yerindəcə maraqlanılmışdır. Həmçinin, qazilərimiz proqram müddətində könüllülərin iştirakı ilə müxtəlif tədbirlərə cəlb olunmuşlar. Əhatə dairəsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Bərdə, Şəki, Quba, Şamaxı, Lerik Faydalananlar 110 nəfər gənc qazi
HESABAT “Qəhrəmanını tanı” layihəsi Qəhrəman qazi və döyüşçülərimizin cəmiyyətdə, xüsusilə, gənclər arasında tanıdılması məqsədilə gənclərin qazilərlə silsilə görüşləri təşkil olunur. Görüşlərdə döyüşlərdə xüsusi fərqlənmiş qazilərimiz öz döyüş yolları haqqında gənclərə məlumat verir və onları maraqlandıran sualları cavablayırlar. Keçirilmə forması Onlayn, “Zoom” platformasında Görüş sayı 7 onlayn görüş Faydalananlar İndiyədək 700+ nəfər gənc
HESABAT “Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi Layihə çərçivəsində sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər 10 gün ərzində peşəkar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər. Əhatə dairəsi Bakı, Sumqayıt Format 10 təlim + 10 görüş Faydalananlar 40 nəfər gənc qazi
HESABAT “Qazilərlə bir gün” layihəsi Gənclərin qazilərimizə dəstəyini ifadə etmək, onların cəmiyyətə reinteqrasiyasına dəstək olmaq və onlarla birlikdə maraqlı bir gün keçirmək məqsədilə silsilə olaraq paytaxt və regionlarda könüllü gənclərin iştirakı ilə bir qrup Vətən müharibəsi qazisi ilə görüşlər təşkil olunur. Format Görüş Əhatə olunmuş regionlar İndiyədək Bakı-Abşeron, Sumqayıt, Faydalananlar İndiyədək 60 nəfər gənc qazi və könüllü
HESABAT “Zəfərin başlanğıcı” layihəsi 1 - 5 aprel 2021-ci ildə \"Böyük Qayıdış\" Gənclər Təşkilatının dəstəyi və \"Bir Könüllü\" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Aprel Döyüşlərinin 5 illiyinə həsr olunmuş layihə çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur. Keçirilmiş tədbirlər: • tələbə-könüllülərin qazilərlə görüşü • şəhid ailələrinə ziyarət • qanvermə aksiyası • şahmat turniri Faydalananlar 100+ iştirakçı, qazilər, şəhid ailələri və gənc
HESABAT “shehidimiz.az” portalı Yeni funksional veb sayt hazırlanmış və Vətən uğrunda şəhid olmuş şəxslərin ailələri və müvafiq qurumlarla əlaqə saxlanaraq hər bir şəhid haqqında xüsusi hazırlanmış bioqrafik məqalələr, onlar haqqında toplanmış foto və video materiallar saytda yerləşdirilmişdir.
HESABAT Şəhid ailələrini və müharibə veteranlarını ziyarətlər Novruz bayramı münasibəti ilə \"Böyük Qayıdış\" Gənclər Təşkilatının könüllüləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə müxtəlif şəhər və rayonlarda şəhid ailələrini ziyarətlərdə iştirak ediblər. 9 may Qələbə Günü münasibətilə \"Böyük Qayıdış\" Gənclər Təşkilatının nümayəndələri Vətən müharibəsi qaziləri ilə birlikdə İkinci Dünya müharibəsi veteranlarını ziyarət ediblər.
TƏŞƏKKÜRLƏR
Search
Read the Text Version
- 1 - 11
Pages: