AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏRKƏZİ ELMİ KİTABXANA Ünvan: Yasamal ray., Hüseyn Cavid prospekti 129 (Akademiya şəhərciyi) Poçt ünvanı: Bakı şəh. AZ 1143 Elektron poçt ünvanı: [email protected] Əlaqə telefonu: +(994 12) 537 19 82 Sayt: www.mek.az İnstagram: MEK.az Facebook: @mekirm Twitter: _mek_az Youtube: Mərkəzi Elmi Kitabxana 1
18 Yaşına çatmış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları kitabxana daxilində təklif olunan bütün xidmətlərdən istifadə hüququna malikdir. KİTABXANANIN TƏKLİF ETDİYİ XİDMƏTLƏR Biblioqrafik təsvir kataloqu; Oxu zallarından istifadə; Kitab və kitabxana fonduna məxsus digər sənədlər (dissertasiyalar, avtoreferatlar, jurnal, qəzet, beynəlxalq e-resurslar, xəritələr, foto və kino sənədlər, audiovizual vasitələr və s.); Tammətinli beynəlxalq e-resurslara çıxış (www.mek.az saytı vasitəsilə); Elektron məlumat lövhələri; Sərgi salonu; Surətçıxarma və printer (1səh.-0.04 azn); Skanlama (1səh.-0.05 azn); Skanlanmış sənədin CD-yə köçürülməsi (0.40 azn) və ya e-mail ilə göndərilməsi; Məqalələrin indeksləşdirilməsi (UOT-un qoyulması) (2.00 azn); Kitabxana daxilində yeməkxana və kafe; Yeməkxana daxilində açıq kitabxana; Kitabxanaya ekskursiya (1 nəf.-2.00 azn, 18 yaşdan kiçik-1.00 azn) daxildir. KİTABXANANIN İŞ QRAFİKİ I-V günlər saat 9:15-dən, 21:45-dək KİTABXANA XİDMƏT GÖSTƏRMİR Şənbə, bazar günləri; Sanitar gün- hər ayın 15-i. (Qeyri-iş gününə düşərsə 5 gün öncə elan edilmiş başqa tarixlə əvəz olunur); Qeyri-iş günləri (Rəsmi elan edilmiş bayram, hüzn və istirahət günləri). 2
ÜZVLÜK ŞƏRTLƏRİ Oxu zallarından, kitab və kitabxana fonduna məxsus digər sənədlərdən istifadə üçün kitabxanaya üzv olmalı, qeydiyyatdan keçərək istifadəçi kartı əldə edilməlidir. İstifadəçi kartı kitabxanadan istifadə hüququ verən yeganə sənəddir. Qeydiyyatdan keçən hər bir şəxs tələb olunan sənədləri şəxsən özü təqdim etməlidir. Kitabxanaya kitab borcu olan şəxlər borclarını qaytarmadığı müddətcə kitabxanaya üzv edilmir. QEYD: Qeydiyyatdan keçmədən öncə istifadəçi ona lazım olan sənədi (kitab,jurnal və s.) axtarmaq üçün ödəniş etmədən kataloq bölməsində axtarış edə bilər. (Səh. 4) ÖDƏNİŞLİ ƏSASLARLA Tələb olunan sənədlər Qiymət 1 illik Yalnız şəxsiyyət vəsiqəsi 100 AZN 1 ayliq ( 27 iş günü) 10 AZN 10 iş günü 5 AZN 1 iş günü 1 AZN QEYD: İstifadəçi kitabxanadan bir günlük istifadə üçün şəxsiyyət vəsiqəsi və ödəniş təqdim edərək, bir günlük istifadəçi hüququ əldə edir. Çıxışda şəxsiyyət vəsiqəsini geri alır. AMEA əməkdaşları (1 illik) İş vəsiqəsi, şəxsiyyət vəsiqəsi 5 AZN QEYD: AMEA-nın dissertantları və doktarantları AMEA-nın əməkdaşlarına tədbiq olunan güzəştdən yararlanmaq üçün oxuduqları institutunun rəhbərliyi tərəfindən, kitabxana rəhbərliyinin elektron ünvanına ([email protected]) məktubla müraciət etməlidirlər. (Məktubun nümunəsi ilə qeydiyyatda tanış ola bilərsiniz.) ÖDƏNİŞSİZ ƏSLARLA Tələb olunan sənədlər AMEA Magistrları Bütün növ əlillər Magistr vəsiqəsi, şəxsiyyət vəsiqəsi Müharibə veteranları Əlillik vəsiqəsi və ya arayış, şəxsiyyət vəsiqəsi Yaşı 75-dən yuxarı şəxslər Veteranlığı təsdiq edən vəsiqə, şəxsiyyət vəsiqəsi Yalnız şəxsiyyət vəsiqəsi Təqdim olunan sənədlər skan edilərək istifadəçi kartı və qəbzlə birlikdə istifadəçiyə geri qaytarılır. İstifadəçi kartı itirildikdə kart sahibi dərhal kitabxananın qeydiyyat bölməsinə müraciət etməli və ödənişli əsaslarla yeni istifadəçi kartı əldə etməlidir. 3
SƏNƏDLƏRİN SİFARİŞİ VƏ KATALOQ Kitab və kitabxana fonduna məxsus digər sənədlərdən istifadə etmək istəyən istifadəçi onları kataloq bölməsindən (9:30-dan tez olmayaraq, 17:00-dan gec olmayaraq) elektron sifariş etməlidir. Bunun üçün istədiyi kitabın, sənədin şifrəsini, adını, müəllifini, nəşr ilini, varsa cildini (qəzet və jurnallar üçün il, ay və nömrəsini) qeyd etməlidir. Sifariş edərkən mütləq qaydada istifadəçinin soyadı, adı, istifadəçi kartının nömrəsi, sifariş verildiyi tarix və saat əks olunur. Elmlər doktoru 10, elmlər namizədi 7, elmi işçilər 5, qalan istifadəçilər isə 4 ədəd kitab sifariş edə bilər. İstifadəçi sifariş edilmiş vəsaitləri 30 dəqiqə ərzində müvafiq oxu zalından götürə bilər. Kartoteka və kataloqlardan biblioqrafik kartları cıran və ya çıxaran şəxslər cərimələndirilir. Kitabxana sənədlərindən istifadə yalnız kitabxana daxilində mümkündür və onların təyin olunmuş oxu zallarından və binadan kənara çıxarılması qadağandır. (Səh. 7) İstifadəçi sifariş edilmiş sənədləri götürərkən öz istifadəçi kartını kitabxana əməkdaşına təqdim etməli və sənədlərin tamlığını yoxlamalı, çatışmazlıq aşkar edərsə kitabxana əməkdaşına məlumat verməlidir. Əks halda aşkar edilmiş zədə son istifadəçinin məsuliyyətsizliyi kimi qiymətləndirilir, müəyyən olunmuş cərimə sonuncu istifadəçi tərəfindən ödənilir. (Səh. 6) İstifadəçilər kitabxana sənədlərindən və fondlarından 17:30-dək, oxu zallarından isə 21.45-dək istifadə edə bilər. Oxu zalından çıxarkən istifadə edilən sənədlər kitabxanaçıya təhvil verilir. Sənədlər kitabxana əməkdaşı tərəfindən yoxlanılır, qüsur və çatışmazlıq aşkar olunmazsa istifadəçi kartı istifadəçiyə geri qaytarılır, çatışmazlıq aşkar olunarsa cərimə olunur. (Səh. 6) İstifadəçinin istəyi ilə sifariş edilmiş kitabxana sənədləri 10 (on) iş günü müddətinə sifarişdə saxlanıla bilər. Sənədin surətini çıxarmaq və skan etmək üçün oxu zalındakı kitabxana əməkdaşına müraciət edilməlidir. (Səh. 2) 4
İSTİFADƏÇİ GÖTÜRDÜYÜ SƏNƏDLƏRƏ QAYĞI VƏ EHTİYATLA YANAŞMALIDIR. QADAĞANDIR: Sənədlərin səhifələrini yazmaq; Səhifələrini qatlamaq; Sənədlərin cildini əzmək; Səhifələrini cırmaq; Sənədlərin üzərinə dirsəklənmək; Sənədin üzərinə kağız qoyaraq yazı yazmaq; Sənədləri qalaq şəklində yığmaq; Tikilməmiş sənədləri bir-birinə pərçimləmək; KİTABXANA DAXİLİNDƏ SAKİTLİYƏ, TƏMİZLİYƏ VƏ QƏBUL OLUNMUŞ QAYDALARA RİAYƏT OLUNMALIDIR. QADAĞANDIR: Oxu zalında müzakirə aparmaq, telefonla danışmaq, audio-video material dinləmək; (Oxu zalı daxilində mobil telefonlar səssiz rejimdə saxlanılmalı və oxu zalından kənarda istifadə olunmalıdır.) Oxu zalı daxilində qida məhsulları, rəngli və şirəli içkilərdən istifadə etmək; Oxu masasının üstünü zibilləmək və yazmaq, yerə zibil tökmək; Oxu zalının istirahət otağında oturacaqlarda uzanmaq, ənənəvi etik normalardan kənara çıxan davranış nümayiş etdirmək; Oxu zallarında, dəhlizlərdə, gözləmə oturacaqlarında səsli danışıqlar və müzakirələr aparmaq; Oxu zalına üst geyimlə daxil olmaq; Oxu zalındakı kompüterlərdə yaddaş kartından və digər elektron məlumat daşıyıcılarından istifadə etmək; Oxu zalında istifadəçi masasından istifadə etmədikdə masanın üzərində və ya oturacaqda çanta və şəxsi əşyaları uzun müddətlik qoyub getməklə məşğul tutmaq. Kitabxanaya istifadəçi kartı olmadan daxil olmaq və ya digər istifadəçilərin kartından istifadə etmək (qaydanı pozmuş istifadəçi 1(bir) ay müddətinə kitabxanadan istifadə hüququndan məhrum edilir); Kartını başqa şəxsə ötürən istifadəçi kitabxanaya üzvlük hüququndan məhrum edilir. İstifadəçilər üçün ayrılmayan mərtəbələrə (-1, 4, və 5-ci mərtəbələr) daxil olmaq; İstifadəçilər üçün ayrılmayan məkanlara (eyvan, yardımçı fondlar, saxlanc, personal lifti) daxil olmaq; Kitabxana daxilində siqaret çəkmək; İstifadəçilər üçün ayrılmış dolabları çirkləndirmək və sındırmaq, açarlarını itirmək. (“Cərimə cədvəli”nə əsasən cərimələndirilir) 5
MÜHAFİZƏ Kitabxanaya məxsus kitablar və avadanlıqların mühafizəsi məqsədi ilə kitabxana binasını tərk edən istifadəçilərin çantalarını yoxlayır; İstifadəçinin kitabxana binasına qaydaları pozaraq daxil olmasına yol vermir (istifadəçi kartı olmayan, kartını digər istifadəçilərə verən, digər istifadəçilərin kartından istifadə edən); (səh. 2) Kitabxana daxilində qaydalara əməl edilməsini tələb edir; İstifadəçilərin şəxsi kompüterlərini giriş zamanı qeydiyyata alır və çıxış zamanı istifadəçinin imzası ilə təsdiqlədir. İSTİFADƏÇİLƏR TƏRƏFİNDƏN QAYDALARIN POZULMASINA DAİR CƏZA TƏDBİRLƏRİ VƏ CƏRİMƏLƏR Kitabxana binası və kitabxana fondlarına bilərəkdən və ya təsadüf nəticəsində maddi ziyan vurduğu təsdiqlənmiş və bu ziyanın ödənilməsindən boyun qaçıran şəxslər Azərbaycan Resublikasının mülki, cinayət və inzibati qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Onların məsuliyyətə cəlb olunması üçün kitabxana aşağıdakı addımları atır: Kitabxanaya vurulmuş ziyan komissiya tərəfindən müəyyənləşdirilərək aktlaşdırılır; Kitab və kitabxana fonduna məxsus sənədlərə ziyan vurularsa (vərəqləri cırılarsa, ləkələnərsə, itirilərsə və s.) istifadəçi sənədi eynisi ilə, mümkün olmadığı halda, kitabxana komissiyası tərfindən müəyyən edilmiş dəyər həcmində başqa sənədlə əvəz edir; Sənədi əvəz etmək mümkün olmadığı halda istifadəçi sənədin dəyərinin 10 (on) mislində cərimə ödəyir; İstifadəçi tərəfindən dəymiş ziyan 5 (beş) iş günü müddətində ödənilmədikdə 1 (bir) yazılı xəbərdarlıq edilir. Xəbərdalığın surəti istifadəçinin çalışdığı və ya oxuduğu müəssisənin rəhbərliyinə göndərilir; Xəbərdarlıqdan sonra dəymiş ziyan ödənilmədikdə kitabxana qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün kitabxana hüquq xidmətinə müraciət edir. Kitabxana sənədlərinin oxu zallarından kənara çıxarılmasına görə istifadəçi “Cərimə cədvəli”nə əsasən cərimələndirilir. Bu qaydanı ardıcıl olaraq 2 (iki) dəfə pozmuş istifadəçi 3 (üç) ay müddətinə kitabxana xidmətlərindən istifadə hüququndan məhrum edilir. Kitabxanadan istifadə qaydalarını ardıcıl olaraq 2 (iki) dəfə pozan və təlimata riayət etməyən şəxslər kitabxana xidmətlərindən istifadə hüquqlarından 6 (altı) ay müddətinə məhrum edilir. 6
KİTABXANANIN İSTİFADƏÇİLƏRƏ XİDMƏT ÜZRƏ ÖHDƏLİKLƏRİ Kitabxana və xidmətləri haqqında maraqlanan şəxslərə bütün mövcud vasitələrlə tam təfsilatlı məlumat çatdırmalı. İstifadəçi sifarişini mümkün qədər dərindən öyrənərək, mövcud resurslar çərçivəsində tam və qısa müddətdə təmin etməli. İstifadəçilərin kitabxanadan istifadə imkanlarını genişləndirmək və rahatlaşdırmaq məqsədilə biblioqrafik məlumat xidmətindən istifadə qaydalarını istifadəçiyə izah etməli. Qiymətli sənədlər və şəkillərlə işləmək üçün istifadəçiləri yumşaq əlcəklərlə təmin etməli və müvafiq təlimatlandırma aparmalı. Sifariş edilmiş sənədləri istifadəçiyə təqdim etmədən öncə və sonda tamlığını yoxlamalı. Kitabxana saytında qeyd olunan beynəlxalq e-resurslara çıxışı təmin etməli.(səh-2) İstifadəçilərə kitabxana daxilində rahat çalışa bilmələri üçün lazımi şəraiti yaratmalı. XİDMƏTƏ VƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT MƏQSƏDİ İLƏ GİRİŞLƏRDƏ, ZALLARDA VƏ DƏHLİZLƏRDƏ MÜŞAHİDƏ KAMERALARI İŞLƏYİR 7
Search
Read the Text Version
- 1 - 7
Pages: