KARUSEL ƏDƏBİ JURNAL-YAŞAM BƏLƏDÇİSİ FEVRAL 2023 Silviya Platın BİBLİOTERAPİYA \"Göbələklər\" NƏDİR? şeiri qadınlardan KİTAB NECƏ SAĞALDIR bəhs edir Fotoqrafiya haqqında yazılan ən gözəl kitabın müəllifi: Syuzan Sontaq YAZI MƏŞQLƏRİ BİZƏ YAZIN yeni_karusel
KARUSEL JURNALI İÇİMİZDƏ NƏ VAR Klassika Müasir Post müasir Jessica Wilde 4 Redaktorun qeydi shares how to 6 overcome Biblioterapiya necə kömək edir writer's block. Story on p. 20 10 Geyim və Çılpaqlıq. Səid Riad 14 Caycisin üzüyü 18 Özündən yaz 25 Yeni uğurlu imza 27 Doktor Jivaqo romanındakı təsadüfi adamlar KARUSEL JURNALI| 2
KARUSEL JURNALI İÇİMİZDƏ NƏ VAR Klassika Müasir Post müasir 31 Yazıçı olmaq istəyənlər üçün praktik məsləhərlər 35 Atamla mənim şəklim 41 Syuzan Sontaq: Onun həyatı və İşİ 47 Göbələklər 50 Şüşə Qabın İçİndəkİlər 54 Özümə Çiçək 58 İkarın düşməsİ 62 Niyə iş adamları kitab oxumalıdı? KARUSEL JURNALI| 3
REDAKTORUN QEYDİ Sistemli oxu üçün darıxmışdım. Əvvəlcə fləş hekayələr oxudum, sonra esselərə keçdim. Çexov kiçik hekayələr yazırdı, çünki əsas işi həkimlik idi. İki xəstə müayinəsinin arasında yaranmış ən çox bir saatlıq zaman aralığından yararlanıb, hekayələr yazırdı. Bu söz həmişə yadımdadı. Yemək bişirməklə uşaqları yatızdırmaq, layihə yazmaqla toplantılara qatılmaq arasında yaranan saatlarda ədəbiyyata dalmaq vərdişi yaratmaq əsnasında həm də bölüşmək istəyim baş qaldırdı. KARUSEL JURNALI| 4
H Ö R M Ə T L Ə, SAHİLƏ Mən öyrəndiyimi bölüşmək üçün tələsən adamam. Dost, yoldaş seçmək zövqüm də bölüşmək üzərində qurulub. Elə isə niyə ətrafımdakı bölüşən adamlarla köməkləşib jurnalı bərpa etməyim?! Rəqəmsal qaçaqaç, robotların, ağıllı maşınların oğrun-oğrun insan əməyini ələ keçirmək yolunda addımladığı, hər şeyə bir krem, məlhəm reklam olunduğu dünyada ruha çəkmək üçün vasitələr, 100 faiz təbii söz yağları çəkə, süzə, hədiyyə edə biləcəyimizi düşündüm. Komandamız bunu bacaracağına inanır. KARUSEL JURNALI| 5
Biblioterapiya KİTAB OXUMAQ - MƏNƏVİ BAXIM VASİTƏSİ Kitablar vasitəsilə: 1. İnsan başqasının simasında özünü daha yaxşı görür, situasiyaları eyniləşdirir, müqayisə edir. 2. İnsan öncə dustaq etdiyi düşüncələrə, emosiyalara azadlıq verir, onlarla üzləşir, problemlərindən arınır (katarsis yaşayır). Özü ilə üzləşir. 3. Ruhu ilə bütünləşir. KARUSEL JURNALI| 6
İnsan içində özünü görə bildiyi kitabları sevir. Nəyisə sevə bilmək, nədənsə ilhamlanmaq dəyişim üçün əsasdır. Doğma kitabla, xarakterlə rastlaşmaq, görüşmək mənən insanı rahatladır, hətta sağaldır. Biblioterapiya ehtiyacı olan birini doğru kitabla tanış etməyi hədəfləyir, ruha yardım etmək üçün əsər məsləhət görür. Kitablar kiçik- kiçik həyat modelləri düzəldir, həyatı kağızlara daşıyır. Suallar qarşısında aciz qalan kəslər bu dünyalarda özlərinə oxşayan insanlara baxır, öz yaşamlarına bənzəyən həyatlara nəzər salır, müqayisələr edir, nəticələr çıxarır. Biz dünyadakı rolumuzu məşqsiz oynayırıq, yaş artıqca peşəkarlaşırıq və çox keçmədən ölürük. Sanki həyatın qəribə hiyləsi, tələbi var – bu dünyada - tamaşada ancaq həvəskarlar rol alabilər. Kitablar-romanlar insanlara müxtəlif həyatların ssenarilərini oxudur; buyurun baxın, bu həyatlarda hadisələr belə baş verir, oralarda insanlar belə yaşayır. KARUSEL JURNALI| 7
Müqayisə edin, öyrənin, yararlanın Bu dünyada yaşamaq asan deyil. Yaşamağı asanlaşdırmaq və xoş bir prosesə çevirmək üçün çox vaxt insanlar din və inanclara İnsan romanları oxuyub bu dünyada ehtiyac duyur. Əslində, dinlərin tək olmadığını, hadisələrin təkcə onun başına gəlmədiyini anlayır. özülündə kitablar durur. Kitablar insanları böyük boşluqdan və yalnızlıqdan çəkib çıxarır, güc və İnsanların bədii və elmi kitablara ümid verir. Bundan başqa kitablar bu şəkildə işləyir: ümid bəsləmələri dində ümid 1 Fikri dağıdır, bədəni və ya ruhu axtarmağa bənzəyir. Kitab xəstə olanı zəhərli düşüncələrdən qoparır, başqa dünyaya aparır. insanların yalnızlığa və İnsan daima öz xəstəliyini, çətinliklərini düşünmür. ümidsizliyə bürünmüş günlərinə, 2 Vaxtın keçməsinə kömək edir 3 Adama yeni şeylər öyrədir sıxıntılı, üzüntülü, qorxu dolu 4 Xəstələrin ruh halını müəyyənləşdirmək və ruhu idarə saatlarına işıq sala, hiss və etmək üçün vasitə rolunu oynayır. duyğuları öyrənməyə, varlıqlarına məna qata, yaşadıqları böhranları daha dözülən edə bilər. İnsanlar nə zaman kitabdan dəstək ala bilər, biz nə zaman böhran yaşaya bilərik? Xəstəlikdə və məhkumluqda, əsgərlikdə və cavanlıqdan yaşlılığa keçiddə... həyatın hər səhifəsində, hər abzasında. KARUSEL JURNALI| 8
Həyat böyüklü- kiçikli böhranla doludu. Bu böhranlardan çıxmaq üçün vasitələr isə daha çoxdu. Kitab da çarədir, həlldir. Yoxlayın. Görün sizə necə təsir edir? KARUSEL JURNALI| 9
e Ad m v H vva ee qadınla kişi eb d nl rinin f rql rin varanda, e özl rini tanıyanda ee e utandılar, h ya el dil r, e ee ncir yarpağından ee e ilk geyim variantı kimi yararlandılar. e S id Riad Aydın Talıbzadə, \"çılpaqlıq\" “Min maska və bir mən” KARUSEL JURNALI| 10
ikinci natura İntibah dövründən başlayaraq Qərb sivilizasiyasının ən mühüm təzahürlərindən biri olan moda müntəzəm şəkildə həmin dövrün müasir həyatının bir sıra sferalarını da özünə tabe edərək insanın “ikinci naturasına” çevrildi. Qərb dünyası üçün insanın geyinmiş və soyunmuş vəziyyəti arasındakı fərq həmişə prinsipial xarakter daşıyıb və bunu digər sivilizasiyalar haqqında da söyləmək olar. Lakin “geyimli” insanın əslində nə olması təsəvvürü bəzən o dərəcədə mütəhərrik olur ki, fərqlər sisteminin özü bizim görməyə alışmadığımız təzahürə bənzəməyə bilər. KARUSEL JURNALI| 11 Antropoloqlar və sosioloqlar artıq sübuta yetirib ki, geyimdən istifadə etməyən azsaylı xalqlarda bədənlərini bəzəmək vərdişləri yaranır. Qərbi Avropada paltar geyinmək adəti kimi həmin vərdişlər də “bədəni örtmək” kimi simvolik bir funksiyanı yerinə yetirir. Çoxsaylı mədəniyyətlərin müqayisəli tədqiqi nəticəsində belə qənaətə gəlinir ki, əslində, yetkin bir insan geyinmiş, yaxud düzgün bəzənmiş halında əsl təbii vəziyyətində olur, bununla belə, insana xas olan “təbiilik” hissi ona çılpaq naturaya dərin hörmət hissi də təlqin edir. Bu hiss insana dinin aşıladığı çılpaqlığın “günahdır” təsəvvürü ilə yanaşı, \"təbii\" olduğunu da təlqin edə bilər.
Elmi metodların ilk dəfə insan vərdişlərinin təhlilinə tətbiq olunduğu dövrlərdə Qərb cəmiyyətində çoxqatlı, mürəkkəb biçimdə tikilmiş libaslar geyinmək adəti yayıldı. İnsan övladının əynini geyinməyə vadar edən ilkin motivlərdən birinin onun bədənini soyuq və digər təbii amillərə qarşı müdafiə etmək zərurətindən yarandığı hesab edilir (çünki əks təqdirdə, bir “növ” kimi məhv ola bilərdi). Geyimin digər ilkin funksiyası isə birbaşa mifoloji təfəkkürlə əlaqəli idi. Belə ki, dini və mifoloji müstəvidə geyimin yaranması birbaşa insanın utanc hissini dəf etmək vasitəsi olub, utanmaq hissi meydana çıxan zaman geyim də yaranıb. Çılpaqlıqlıqlarına rəğmən, üşüməyən Adəm və Həvva bir vaxtdan sonra bədənlərini örtməyə başladılar. Onlar üşüdüklərinə görə deyil, “günaha düşdükdən” sonra geyimə ehtiyac hiss etmişdilər. Geyim həmin cütlüyün günahının bir işarəsinə çevrildi (günahsızların gizlədəcək bir şeyi yoxdur). Geyimin insanın utancaqlıq hissini dəf etməsi və onu qoruması funksiyalarını nəzərə alarkən “çılpaq vəhşi” ideyasının yaranması özlüyündə olduqca təbii görünür. Çılpaqlıqlıqlarına rəğmən, eçılpaq üşüməyən Adəm və Həvva bir v hşi vaxtdan sonra bədənlərini örtməyə başladılar. KARUSEL JURNALI| 12
Hegel də geyimin yaranmasını təbiətin neqativ təsirindən qorunma tələbi ilə bağlamaqla yanaşı, utanc hissi ilə əlaqələndirirdi: insan öz ali təyinatını və heyvanlardan üstünlüyünü dərk etdikdən sonra bədəninin sırf heyvani funksiyaları yerinə yetirən və mənəvi keyfiyyət ifadə etməyən hissələrini gizlətməyə çalışdı. Hegelə görə, insan həm də geyinmiş halda digər bütün canlılardan üstünlüyünü təmin etmiş oldu. 20-ci əsrdə təhsilli avropalılar daha sadə və daha yüngül libaslar geyinməyə başladı. Ancaq həmin geyimlər əvvəlki dövrlərdə olduğu kimi yüksək semantik tutuma malik idi. Buna görə də sosioloqlar və antropoloqlar son dövrlərdə insanların geyimlərini idarə edən istənilən növ geyimin, o cümlədən “çılpaq” xalqların da bədənlərinə geyindikləri “libasların” daha dərin və kifayət qədər mürəkkəb motivlərinə diqqət yetirməyə başlayıblar. Bu motivlər sistemində soyunma ideyaları da təbii olaraq çox mühüm rol oynayır. Geyim nə qədər əhəmiyyətlidirsə, onun olmamasına da bir o qədər çox əhəmiyyət verilir və insanlar bu iki vəziyyət arasındakı əlaqəyə aid olan hər şeyə bir o qədər çox diqqət yetirirlər. Beləliklə, geyinmək və ya utanc soyunmaq istəyi - ikisi də hissi təbiidir, insana xasdır. KARUSEL JURNALI| 13
Caycisin üzüyü Caycisin üzüyü əhvalatı Platonun Dövlət əsərində işıqlandırılıb. Caycis hökmdar sarayında çobandır, bir dəfə o, zəlzələdən sonra yıxılıb qaldığı yerdə uzanan zaman fırladanda sahibini gözəgörünməz edən bir sehrli üzük tapır. O, üzüyün sahibini gözəgörünməzə çevirmək imkanından istifadə edib kraliça ilə dostlaşa və onu yoldan çıxarmağa müvəffəq olur. Bir müddət sonra kraliça vasitəsilə kralı öldürən çoban özü taxta çıxır. KARUSEL JURNALI| 14
Caycisin üzüyü Bu hadisənin əxlaqi nəticəsi Caycis tarixdə mövcud olmuş bir Lidiya hökmdarıdır. Onun olaraq göstərilir ki, insan pis haqqında Herodot öz Tarix əsərində də yazıb. Bütün şeyləri ancaq kimsə onu görüb, mənbələr onun özündən əvvəlki kralı öldürərək cəzalandırar deyə etmir. Əslində, hakimiyyətə gəldiyini yazır. insan cəzalandırılmayacağına əmin olsa, indikindən qat-qat çox pis işlər görər. Biz insanlar əməllərimizin üstü açılmasa, cəzalandırılmasaq, adımıza xələl gəlməyəcəyini dəqiq bilsək, nələr edərik, nələr... KARUSEL JURNALI| 15
Dövlət əsərində bu hadisə Platonun qardaşı Qlaukanın dilindən qələmə alınıb. O, ədalətsiz insanın ədalətlidən daha öndə olduğuna işarə edir - ədalətsiz oğurlaya, haqsızlıq edib istədiyini əldə edə, önə keçə bilər. Cayc.is in üzüyü Sokrat isə Qlaukanla razılaşmır, ədalətli insanın ədalətsizlə müqayisədə həmişə daha xoşbəxt olduğunu vurğulayır. KARUSEL JURNALI| 16
ƏDALƏTSİZ ADAM NƏFSİNİN VƏ PİS ƏMƏLİNİN QULUDUR. O, ELƏ YAXŞILIQ EDƏ BİLMƏDİYİ, GÖZƏLLİK YARATMADIĞI, XEYİRXAHLIQDAN ZÖVQ ALA BİLMƏDİYİ ÜÇÜN BƏDBƏXTDİR CAYCISİN ÜZÜYÜ KARUSEL JURNALI| 17
Sizdə nə var, nə yox? KARUSEL JURNALI| 18
Bu yaxında bir qış günündə qulaqcıqlarımla səsli kitab dinləyə- dinləyə yol gedirdim. Maşını idarə edən taksi sürücüsü hər şeydən narazı idi. Dayanmadan siqaret çəkirdi, sol əli ilə maşını idarə edir, sağ əlinin barmaqları ilə telefonunun ekranını döyəcləyir, arada ətrafa boylanıb, yolu keçən piyadalara, rul arxasında olanlara ya kinayə edir, ya da arxalarıyca deyinirdi. Bakıda hər şeydən narazı taksi sürücüsü ilə rastlaşmaq nadir hadisə deyil. Hər iki sürücüdən biri işini sevmir və bunun fonunda sərnişinlərə, insanlara və dünyaya nifrət püskürür. Haqlıdırlarmı? Səbəbləri varmı? Əlbəttə. Amma mövzu bu deyil. Bu dəfə sürücü ilə bir az başqa cür danışmağa qərar verdim, səbəbləri müzakirə etməyin faydasızlığını anladım. \"Nə əcəb sizə hələ də sürücü kimi işləməyə icazə verirlər?\" deyə soruşdum. KARUSEL JURNALI| 19
Qəzəbinin arxasında gizlənən yalnızlıq Əslində, bu, əsəbi adamı daha da hirsləndirən sualdı. Sadəcə mən yəqin adamın qəzəbinin arxasında gizlənən yalnızlığı, çarəsizliyi, düşdüyü dolaşıqdan çıxmaq üçün azacıq dəstəyə ehtiyacı olduğunu sezdim və hirslənmək əvəzinə, özünü belə aparmağının səbəbini açıqlamağa tələsəcəyini ehtimal etdim. Dialoqumuz belə davam etdi. Niyə işləməyim ki? KARUSEL JURNALI| 20 Maşından kəskin siqaret iyi gəlir, salona ayağımı basan kimi hiss etdim. Yolda olduğumuz 15 dəqiqə ərzində 3 dəfə siqaret yandırmısız. Müştəri salonda ola-ola bu qədər siqaret çəkməyiniz taksi şirkətinin bilmədiyi şey deyil, yəqin. Əminəm, sizdən şirkətə çox adam şikayət edir. Hə, neçə dəfə xəttdən çıxarıblar. Guya bilmirəm ki, siqaretlə hamıdan çox özümə zərər verirəm? Özümü çürüdürəm? Dayana bilirəm ki? Bunu çəkəndə bir az sakitləşirəm. Çəkməsəm, ürəyim partlayar. Niyə? O qədər problemim var.
Məsələn? ... Əşii. O qədərdi. Birini deyin. ... yaxşılıq elədiyim adamlar qədrimi bilmədi. Qədriniz necə bilinsiz istəyirdiz? Sizə pul, hədiyyə verməklərini, yoxsa diqqət etməklərini gözləyirsiz? Yəni sizcə yaxşılıq elədiyiniz adamlar hər gün zəng edib sizə sağ ol deməlidirlər? Belə olsa özünüzü daha yaxşı hiss edərsiz? Yox e, mənə heç kimin pulu lazım deyil. Yox e, gündə niyə zəng eləsinlər... Elə demirəm. Siqaret hansısa problemi həll etmir, sizinkini isə heç etməyəcək, çünki sizin elə bir ciddi probleminiz yoxdur. KARUSEL JURNALI| 21
Susur Sonra mən yenə onu danışdırmağa cəhd edirəm, 36 saaat ərzində cəmi 3 saat yatdığını öyrənirəm. Və anlayıram ki, depressiyadan, təşvişdən əziyyət çəkir. Mənəvi boşluq və böhran yaşayır. Belə yaşamağa davam etsə, hansısa qurum tərəfindən normal tənzimlənməyən Bakı yollarında yuxusuzluqdan, fikir dağınıqlığından qəza törədəcəyi ehtimalı yüksəkdir. Psixoloqa getməyini tövsiyə edirəm. Sizcə kömək edər?, deyə ümidlənir, sanki. Mütləq kömək edər deyirəm. Ardıyca bir məsləhət də verirəm. Psixoloq sizi qəbul edənə qədər yazmağa çalışın. Bir kağız götürün və özünüz haqqında yazın. Çoxlu niyə sualı verin özünüzə, bacardıqca səmimi olun fikirlərinizdə, sonra cavablarınızı sorğulayın. Məsələn, \"mən indi nə hiss edirəm? Kədər. Niyə? Belə hiss etməyimin səbəbi nədir? Çünki son bir ayda bircə adam belə mənə xoş söz deməyib? Niyə? Bəlkə mən də deməmişəm ona görə? Bəlkə mən kiməsə xoş söz desəydim, o da qayıdıb sağ ol deyərdi? Mən niyə kiməsə xoş söz deyə bilmirəm? Çünki ürəyim açılmır, bu həyatı sevmirəm. Bu yaşadığım həyatdan daha yaxşı həyata layiq olduğuma əminəm. Mən işsiz qalmamalı idim. İşimi itirdim, işim olanda daha çox pulum var idi, adamlar qabağımda diz çökürdü. İşimi niyə itirdim? Filankəs mənə haqsızlıq elədi, mənə tələ qurdular. Amma digər tərəfdən, niyə işimi itirməyim məni bu qədər sındırdı ki? Mən axı işimdən ibarət deyiləm...bəs mən kiməm? Mənim oğlum və həyat yoldaşım var. Onlar məni sevir. Mənim dostum varmı? Var. Yoxdusa, niyə yoxdu, axı var idi, sonra necə oldu mən onları itirdim? Bəlkə, heç məsələ tam onlarla bağlı deyil?... KARUSEL JURNALI| 22
ÖZÜNÜ TANI Beləcə, kağızı sual və cavablarla doldurun. Özünüzü tanımağa çalışın. Sizi incidən şeyləri həmən aşkarlayacağınıza söz vermirəm, amma yavaş-yavaş özünüzə çatacaqsız, özünüzün fərqinə varacaqsız. Dünya gözünüzə daha aydın görünməyə başlayacaq, fikirləriniz aydınlanacaq...özünüzü sizi sıxan şeylərdən kənarda görməyi bacaracaqsız. Özünüzü başqa yerdə tapmağa cəhd etmək şansınız artacaq. Adam məni diqqətlə dinləyir. Maraqlıdır, hətta Sizdə nə var, nə yox? bunu təklif etməyim belə onu həvəsləndirir, ümidləndirir. Özünüzdən yazın, özünüzdən danışın. Təyinat nöqtəsinə çatırıq. Dediklərimi edib-etməyəcəyini bilmirəm. Amma bunları ona dediyim üçün özümü daha rahat hiss edirəm. Onun da səsi həlimləşib, nəzakətlə sağollaşır. Rus dram teatrında Əsa teatrının tamaşasına girirəm. \"Çıxış yoxdur\" adlı tamaşa belə sona çatacaq; \"Cəhənnməm sənsən, cəmənnəm mənəm, cəhənnəm bizik.\" KARUSEL JURNALI| 23
Özü haqqında yazmaq vərdişi olan İnsanlar daha təmkinli, daha xoşbəxt, daha az depressiv və fiziki baxımdan daha sağlam olurlar. Cordan Peterson KARUSEL JURNALI| 24
e ee ee Şamxal H s novun \"\"S s v Qırmızı\"\" kitabı Fransada çapdan önc sifariş üçün açıqdır KARUSEL JURNALI| 25
SƏS VƏ QIRMIZI Müəllif xəbər verir ki, kitabı onlayn sifariş etmək olar. Ayın sonu isə kitab çapdan çıxacaq. Müəllif Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində Fransanın l’Université de Bordeaux və l’Université Toulouse 1 Capitole universitetlərində fransız dilində magistratura təhsili alıb. Hazırda beynəlxalq şirkətlərdən birinin ölkəmizdəki filialında işləyir. İngilis, fransız və türk dillərində sərbəst mütaliə edən müəllifin bu ilk romanı Fransada “Éditions Kapaz” nəşriyyatı tərəfindən də nəşr olunur. Kitab haqqında məlumat: Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır. KARUSEL JURNALI| 26
KARUSEL JURNALI| 27 BORİS \"NOBEL KOMİTƏSİ PASTERNAK HAQQINDA NƏ DÜŞÜNÜR\"
1958-Cİ İLİN OKTYABRINDA Boris Pasternak - Doktor Jivaqo əsərinin müəllifi Nobeli qəbul etdiyini bildirdikdən cəmi dörd gün sonra teleqram göndərərək mükafatdan imtina etdiyini xəbər verdi. Pasternak Nobel mükafatını yaşadığı ölkənin hakimiyyətinin təhriki ilə geri verən dörd müəllifdən biridir. Əslində, mükafatı qəbul edən zaman yazar sonsuz təşəkkür, qürür duyduğunu, təəccübləndiyini və mütəəssir olduğunu dilə gətirmişdi. KARUSEL JURNALI| 28
Pasternak rəsmi şəkildə mükafatdan imtina etsə də, Nobel komitəsi onu mükafatçı olaraq qəbul edir və dövlətin onu imtinaya sürüklədiyini vurğulayır. Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Boris Pasternaka olan münasibət də dəyişdi. Yazıçının külliyyatı, ilk nöbvədə isə uzun müddət \"samizdat\" şəklində yayılan \"Doktor Jivaqo\" romanı çap olundu. SSRİ Yazıçılar İttifaqı onun üzvlükdən çıxarılması haqqındakı qərarını ləğv etdi. Nobel mükafatının diplomu və medalı isə aradan 30 il keçdikdən sonra 1989-cu ildə Stokholmda yazıçının oğlu Yevgeni Pasternaka təqdim olundu. KARUSEL JURNALI| 29
İKİ RƏY 1 Pasternak Nobel Əsərdə çoxlu personaj mükafatına şeirlərinə var. Bəzən onların əsərdə görə deyil, məhz niyə peyda olub, itdiyini Doktor Jivaqo əsərinə anlaya bilmirsən. Axı, bu görə layiq görülüb. adamlar niyə var idilər? Jivaqo həm həkim, Onlarsız bu əsər yazıla həm də şairdir. Onun bilməzdimi? Sonra şeirləri romana xüsusi düşünürsən, axı, poetik əhval qatır. Əsər həyatımızda da çoxlu haqqında yazılan ən təsadüfi adam olur, maraqlı iki rəyi hamısına məna yükləmək paylaşmaq istədik: lazım deyil. Onlar sadəcə gəldi və getdi. Əsərlərə və həyatlara yazılan insanlar 2 bəzən sadəcə kitabı və ümrümüzü doldurmaq Əsər müharibə ucbatından üçündü. həyatları başdan-ayağa dəyişən sıravi insanlardan bəhs edir. Müharibə onlardan, onların istək və arzularından, iradələrindən qat-qat güclüdü. Müharibənin bizdən güclü olmadığı dünya qurmalıyıq. KARUSEL JURNALI| 30
PRAKTİK X MƏSLƏHƏTLƏR X X YAZIÇI OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN
KOPİRAYTİNQ VƏ RİRAYTİNQ Məsələn, məktəb vaxtı şagirdlərə inşa yazmaq tapşırılırdı. Çox uşaq Kopiraytinq və riraytinq kitabxanalara qaçıb, xalq sözlərini çoxumuz eşitmişik. yazıçılarına, antik dövrün Bu iki söz arasındakı fərqi isə filosoflarına aid mətnləri hamı bilmir. Kopiraytinq köçürüb, öz inşaları kimi təqdim sıfırdan mətn yaratmaqdır. edirdi. Daha istedadlı tələbələr Riraytinq isə artıq mövcud bu mətnlərdən yararlanıb, olan informasiyalardan, hazır cümlələri elə məharətlə məqalə və cümlələrdən dəyişirdi ki, onları əsl rewriter - yararlanıb yeni mətn rirayter adlandırmaq olardı. yazmaqdır. Məsələn, jurnalist, Ümumiyyətlə, istənilən dildə yaxud rirayter bir məşhurun yazmaq bacarığını bioqrafiyasına aid yaxşılaşdırmaq, peşəkar yazı məqamları toplayıb, öz yaza bilmək üçün riraytinq üslubunda məqalə üsulundan istifadə edə bilərsiz. hazırlayırsa, bu, riraytinq Müəyyən bir mövzu seçib, onun yazısıdır. Kimsə bunu haqqında çoxlu bilgi toplayın, üzündən köçümə, oğruluq sonra öz yazınızı yazın. Bu üsul mətn, \"çırpışdırma\" kimi görə xarici dil öyrənmək üçün də əla bilər. vasitədir. KARUSEL JURNALI| 32
YAZI MƏŞQLƏRİ İLHAM HARDAN GƏLƏ BİLƏR? Daxili monoloqunuzdan ayrılın, Təsadüfi yazılardan çox maraqlı ətrafa baxın, qarşınızda nə baş hekayələr çıxa bilər. Məşq edə verdiyini müşahidə edin. bilərsiz. Yazdığınızın maraqlı Fikrinizi sizi azca cəlb edən alındığına əmin olsanız, bizə şeyə cəmləyin. Obyekti, göndərin, Karusel jurnalının subyekti müyyənləşdirəndən növbəti sayında paylaşaq. sonra o şeyin niyə orada Məsələn belə: olduğu, ora necə gəlib çıxması, \"Kafedəyəm. Günəşsiz, küləkli nə işlə məşğul olması günün birinci yarısıdı. Yeni nəsə haqqında düşünün və bu yaşamağa həvəsim yoxdu. prosesləri təsvir edin. Eləcə də Şəkərsiz latte qurtumlayıram və siz müəyyən situasiyanın arada ciddi bir iş görürmüş kimi qəhrəmanı kimi görünən telefonumda saxladığım adamın hiss və duyğularını, lazımsız qeydləri silirəm. İncə bir əhvalını, ətrafdakılarla olan qadın səsi məni fikrimdən münasibəti haqqında ayırır-“bir-iki dəqiqəlik vaxtınızı ehtimallarınızı, gördüklərinizi ala bilərəm?” Dərhal yox demək yaza bilərsiz. Sonra növbəti istəyirəm. Vaxtımı almaq istəyən personaja keçin. Onun istənilən adamı masamdan hekayəsini də yazın. Və beləcə qovacaq qədər yorğunam. Xeyr, neçə-neçə personaj seçib, vaxtımın bircə saniyəsini belə onların qısa və uzun ala bilməzsiz, mən bura hekayələrini yaza bilərsiz. susmağa gəlmişəm.” Lakin siqaret satan qızın üzündəki KARUSEL JURNALI| 33 qəribə ifadə məni cəlb edir. Qız çox kişinin bəyənəcəyi gözəllikdə deyil, bunu həmən anlayıram. Elə isə diqqətimi nə çəkir?.. \"
YAZI RİTUALI NƏDİR? Hər kəs ritualını özü müəyyənləşdirməlidi. Biz xüsusi ətirli şamlar yandırıb xəyala dalıb, sonra yazmağa başla deməyəcəyik. Biz həzin musiqi sədaları altında yazmağı da tövsiyə etməyəcəyik. Biz deyirik ki, necə yazmağınızdan asılı olmayaraq disiplinli olun. Günün hansı saatında neçə saat yazacağınızı müəyyən edin. Çalışın yazı saatınıza gecikməyin və kömpüterdən həmən gün üçün təyin etdiyiniz vaxtdan tez ayrılmayın. KARUSEL JURNALI| 34
2022 Atamla mənim şəklim Mən dünyaya gəldiyim ölkədə cəmi 5-10 il əvvələ qədər bütün əqli çətinlikləri olanlara, hətta autizm sindromlu adamlara dəli deyirdilər. İndi vəziyyət qismən düzəlib, amma qismən. Hələ də insanlar açıq-açıq psixoloqa, xüsusilə psixiatra getməyi normal saymır. Xüsusilə kənd yerlərində bir qadının əqli problemi varsa, ailə yaxşıdırsa, onu psixoloqa aparır, amma çalışır ki, bunu kimsə bilməsin. Digər hallarda isə xroniki depressiyadan əziyyət çəkən qadına “naşükür deyirlər. Axı, sənin nəyin çatmır, yemək var, geymək var, sən axı niyə kefsizsən? Niyə şürk etmirsən?” deyirlər. Mən belə bir dünyanın içində anadan Atamla anam mənim 1 yaşım olanda olmuşam. Həm də əqli çətinliyi olan bir ayrılmışdı. Atamın ruhi xəstə olduğunu atanın qızı olaraq. Atamı cəmi bir dəfə eşitmişdim. Bunu mənə kimin dediyini görmüşəm. Daha doğrusu, 3 yaşıma qədər bilmirəm. Anam deməmişdi, bibim də. gördüklərim yadımda deyil deyə mənə elə Amma mən bunu bilirdim. Anam yenidən gəlir ki, 37 illik həyatımda atamla cəmi bir ailə qurmuşdu. Ögey atam məni öz dəfə qarşılaşmışam. 3 yaşımdaydım, anam övladlarından da çox sevirdi. Lakin mən məni özü ilə qohumlarımızdan birinin yasına həmişə bilirdim ki, mənim öz atam var. aparmışdı. Atam mərhumu yola salmaq üçün Və çox çalışırdım ki, bunu bilməyim. düzülən qohumlarımızın arasında idi. Çünki o, mənim uşaq ağlım üçün fəxr edə 21 yaşımda onun bir şəklini verdilər mənə. biləcəyim ata deyildi. Onun dəfələrlə Şəklə baxdım, hə, dəqiq, 3 yaşımda dəlixanada yatdığını bilirdim. O gözümə gördüyüm adam idi, 3 yaşımda məhz onu qışqıran, bağıran, qorxulu məxluq kimi görmüşdüm. Xoşbəxt şəkil idi. Atam gəlirdi. oturmuşdu, bir yaşlı qızının – yəni mənim əlimdən tutmuşdu. Şəkildə anam və nənəm KARUSEL JURNALI| 35 də var idi. Şəkil ağ-qara olsa da, günəşin sarı şəfəqlərini, istisini ötürə bilirdi.
Uşaq yaddaşımın bir küncündə bu qədər Mən emosional olaraq ondan tamamilə sakit, təmkinli atalar varkən mənim atamın uzaqlaşdım, qaçdım. Uşaq beynim mənə belə olduğu ilə bağlı bir təəssüf, kədər, utanc çıxış yolu olaraq bunu təklif etdi – sənə yaşadığımı xatırlayıram. Lakin hərdən mənim çətin gələn şeydən qaç, uzaqlaş. yaxşı oxumağımı, tərbiyəli və istedadlı olduğumla bağlı təriflər yağdıran insanlar Məktəbi, universiteti bitirdim. Ailə əslində atama oxşadığımı deyirdilər. “Xosrov qurdum. Həyatımda yaxşı günlər daha da savadlı idi, rus dilində rusdan yaxşı çox oldu. Anamın sevgisi və qayğısı danışırdı. Xəritəni beş barmağı kimi bilirdi, mənim özgüvənli, lider xarakterli, həyata siyasətdən siyasətçidən daha savadlı ümid və etibarla baxan biri kimi danışırdı...” Qohumlarımız atam haqqında formalaşmağıma komək etdi. 30 yaşıma keçmiş zamanda danışırdı. Halbuki, o sağ idi. qədər 3 kitabım çap olundu, onlarla Sadəcə ömrünün gənc yaşlarında beyni yazım dərc olundu, əsərlərim müxtəlif pozulmuşdu. Ata nənəm oğlu haqqında ancaq mükafatlar aldı. Dostlarım, sevgilim, bu sözü dilə gətirirdi – beyni pozulub. pulum – çoxunun xoşbəxtlik kimi gördüyü çox şeyim oldu. Mən atamı Mən yay tətillərimi atamın bacısıgildə övladım doğulanda xatırladım. keçirirdim. Nənəm də ora gəlirdi. Bu illər boyu atam haqqında ancaq bir-iki söz eşidə Bir gün özümü psixoloq otağında bilmişdim. Kimsə mənim yanımda atamdan ağlayaraq tapdım. “Mən dəli oluram? danışmırdı. Atamın qohumları mənim Yəqin mən dəli oluram. Axı, mənim atam böyüyəndə atamın yanına öz istəyimlə da dəli olub. Mən onun kimi şizofren ola gedəcəyimi gözləyirdi. Lakin indi mən onları bilərəm?,” deyə hıçqırırdım. günahlandırıram – onlar mənə atamı Psixoloq orta boylu, nurlu adam idi. Otağı tanıtmaq, onu sevdirmək üçün zərrə qədər də olduqca maraqlı dizayn edilmişdi. çalışmadılar. Əksinə, sanki onu ört-basdır Rəflərdə psixologiya və psixiatriya ilə etməklə mənim uşaqlıq qorxularımı bərkidir, bağlı rus, türk, ingilis dillərində kitablar, gücləndirdilər. İllər keçdikcə atamı görmək divarlarda insan siluetlərini əks etdirən istəyim nəinki yaranmadı, hətta onunla bağlı rəsm əsərləri var idi. düşüncələrim tamamilə yox oldu. KARUSEL JURNALI| 36
“Şizofreniya 25 yaşına qədər özünü göstərir. Lakin o vaxta qədər onlar sanki qeybə Sizin artıq 30 yaşınız var. Bundan sonra çəkilmişdi, onların səsi çıxmırdı. Mən özünü göstərən doğana qədər belə bir şeyin ola şizofreniya tibbdə nadir hadisədi. Siz bu biləcəyindən tamamilə xəbərsiz idim. nadir hadisəyə bənzəmirsiz. Siz sadəcə ana olmusuz. Post natal təşviş və depressiya Mən Azərbaycanda doğulmuşam. yaşayırsız. Ana olmaq asan şey deyil. Tibbin inkişaf etmədiyi və ya əlçatan olmadığı Azərbaycan bir çox tərəfləri ilə Şərqlə keçmişimizdə doğmaq təhlükəli idi. Dünyada hər gün nə qədər ana, uşaq ölürdü. Doğmağın Qərbin qovuşduğu məkandır. Burda həm içində bir ölmək də var. Bəlkə də bu qorxu günümüzə qədər gəlib. Amma bu mənim qədim ənənələr, həm müasirlik görə fərziyyəmdi. Doğuşdan sonra hər beş qadından birinin yaşadığı doğuşsonrası bilərsiz. Mən bu yazımda doğulduğum depressiyanın səbəbi hələki elmə bəlli deyil.”, psixoloq dedi. məkanın yaxşı tərəflərindən Mən nəhayət ki, mənə nə olduğunu anladım. Övladım doğulandan məni bürüyən danışmayacam. Bu dəfə mən stereotiplər, qorxunun, təşvişin, istəksizliyin, dayanmadan ağlamağımın səbəbini bir daha eşitdim. Bu öldürücü mentalitet ucbatından əzilən, mənə müvəqqəti olsa da, yüngüllük gətirdi. Hər şey kabus kimi başlamışdı, eyni şəkildə əzab çəkən qadın ordusunu görməyinizi də davam edirdi. Bundan sonra yaşadıqlarımı xronologiya ilə arda-arda sadalayacam. istəyirəm. Dünyaya milyonlarla qadının eyni şeydən keçdiyini bilirəm, səsim onlara çatsın Hamiləliyimin 26-cı həftəsinə qədər hər istəyirəm. Çünki mən doğuşsonrası depressiya yaşayanda öz hekayəsini mənimlə şey olmalı olduğu kimi davam etdi. Bir bölüşən qadınlar mənə çox kömək olmuşdu. gün isə planlı yoxlama zamanı uşağımı itirmək təhlükəsi üz-üzə qaldığımı öyrəndim. Təcili əməliyyata alındım, uşaqlıq yoluma tikiş qoyuldu. İşə getməyə qadağa qoyuldu, doğuşa qədər yataqda uzanmaq tələb olundu. Aktiv həyatım birdən-birə kəsildi. Mən saatlarla yatağımda uzanılı şəkildə uşağımı itirmək təhlükəsi barədə düşünə-düşünə qaldım. Nə yaxşı ki hər şey yaxşı bitdi. Başqaları üçün asan, mənim üçün isə çətin olan təbii doğuş məni oğlumla görüşdürdü. KARUSEL JURNALI| 37
Hamı xoşbəxt idi. Xəstəxanadan evə Bundan sonra onlarla qadın həm mənə, buraxılandan sonra dostlarımız, həm də anama öz əhvalatlarını danışmağa qohumlarımız dayanmadan yazır, təbrik edir, başladılar. Bu qadınlar hər yerdə idilər və uşağı və məni görmək üçün səbirsizlənirdilər. hər zaman olmuşdular. Ətrafımızda olan bu qədər qadının ayıb bir şey kimi Nəhayət, mən dözmədim – hönkür-hönkür gizlətdiyi doğuşsonrası depressiya və ağlayaraq “mən sevinə bilmirəm, mən çox təşviş bütün incəlikləri ilə önümdə açıldı. kədərliyəm. Mən özümü itirmişəm. Əvvəllər Bütün bu dövrü yaşayan qadınlar həmrəy mənə maraqlı gələn şeylər indi gözümdə bir olub mənə kömək etməyə çalışırdılar. O heçdir. Mən özümü əvvəlki kimi hiss ərəfədə fərqli qitələrdə, fərqli sosial etmirəm”, dedim. Doğmalarım məni uşağa təbəqələrdən olan, fərqli baxmaqdan, keçmiş həyatımdan mədəniyyətlərdən gələn qadınlarla nə uzaqlaşmaqdan qorxduğumu zənn edib, qədər oxşar, nə qədər eyni tale hansısa şəkildə kömək etməyə atıldılar. paylaşdığımı anladım. Halbuki, məni qayğılandıran şeylər qətiyyən dedikləri şeylər deyildi. Və onların köməyi Və bu dəfə mən atamı gizlətdiyim kimi məni nəinki rahatlatmadı, əksinə vəziyyətim mental çətinliyimi gizlətmədim. Əksinə, günü-gündən pisləşməyə başladı. insanları maarrifləndirməyə qərar verdim. Yuxusuzluq, iştahsızlıq, içimə dolan boşluq, Sosial şəbəkə hesablarımdan heçlik hissi ruhumu işğal etdi. Mən yaşadıqlarımı paylaşdım, qadınlarla bağlı övladımın dünyaya gəlməsinə lazımi qədər olan saytlara müsahibələr verdim. Və sevinə bilmədiyimə görə özümü pis ana, pis yenə bəzən gizli, bəzən açıq, onlarla, həyat yoldaşı, pis insan sayır, buna görə yüzlərlə qadın öz post natal depressiya xəcalət çəkirdim. təcrübəsini bölüşdü. Bir tanışımın doğandan sonra eyni şeyləri Öz qaranlığımdan çoxdan çıxmışam. 4 yaşamasını deməsi ilə mən hər şeyi daha aylıq kabusum çoxdan bitib. Lakin bu aydın görməyə başladım – deməli, məsələ mövzu hələ də mənə kədər verir. İkinci mən deyildim, hər şey doğuşun fəsadıdır. övladım dünyaya gələndə bunların heç birini yaşamadım. KARUSEL JURNALI| 38
Kinolarda göstərilən kimi, sevincli, fərəhli Qeyd etdiyim kimi, Azərbaycanda hələ də yenidoğan ana obrazım oldu. Amma yenə də ənənəvi ailə modelləri ilə yaşayan kənd bu mövzu mənim üçün bağlanmayıb deyə ailələri var. Onlar gəlinin bu cür düşünürəm. Xüsusilə yoxsul ailələrin problemlərini nəinki həll etməyə çalışmır, maarriflənməsi üçün daha çox danışmalı, əksinə onları bacardıqca ört-basdır edir. daha çox iş göməliyəm deyə düşünürəm. Nə Mən uşaq vaxtı belə söhbətlər çox qədər qadının, nə qədər ananın bu kabusdan eşitmişəm – filankəsin gəlininin canına çıxa bilmədiyini anlayıram. Və bu məni çox cin girib, uşaq doğandan sonra filankəsin kədərləndirir. Qeyd etdiyim kimi, qızının başına hava gəldi. Deməli, o Azərbaycanda hələ də ənənəvi ailə modelləri qadınlar sadəcə doğuşsonrası depressiya ilə yaşayan kənd ailələri var. Onlar gəlinin bu və təşvişdən əziyyət çəkirmişlər. cür problemlərini nəinki həll etməyə çalışmır, əksinə onları bacardıqca ört-basdır edir. Mən Atam dünyadan köçüb. Mən o sağ olanda uşaq vaxtı belə söhbətlər çox eşitmişəm – qorxularıma qalib gəlib onunla doğma ola filankəsin gəlininin canına cin girib, uşaq bilmədim. O da buna cəhd etmədi. Bəlkə doğandan sonra filankəsin qızının başına o da mənim onu görməyimi istəmədi. hava gəldi. Deməli, o qadınlar sadəcə Bircə dəfə də məni görmək istəmədi. İllər doğuşsonrası depressiya və təşvişdən əziyyət keçdikcə atamı daha çox sevmişəm deyə çəkirmişlər. bilmərəm. Amma ona çox acıyıram. Xəstəliyin onu normal həyatdan, yeganə Kinolarda göstərilən kimi, sevincli, fərəhli övladını görməkdən məhrum etməsi yenidoğan ana obrazım oldu. Amma yenə də olduqca kədərlidi. Mən tibbin bu mövzu mənim üçün bağlanmayıb deyə yeniliklərini izləyən və səbirsizliklə düşünürəm. Xüsusilə yoxsul ailələrin gözləyən biriyəm. Mən elmə və alimlərə maarriflənməsi üçün daha çox danışmalı, Allah qədər inanıram. Ruhi çətinlikləri daha çox iş göməliyəm deyə düşünürəm. Nə olan insanları görəndə onlara necəsə qədər qadının, nə qədər ananın bu kabusdan dəstək olmaq istəyirəm. Atamla bunu edə çıxa bilmədiyini anlayıram. Və bu məni çox bilməmişəm. kədərləndirir. KARUSEL JURNALI| 39
Onda mental xəstəliklərlə bağlı bu qədər bilgim yox idi. Bəlkə də atamın ilkin xəstəliyi heç şizofreniya olmayıb. Adi bipolyar, şəxsiyyət ikiləşməsindən, yüngül paranoyadan əziyyət çəkib. Lakin onda kimsə onun diaqnozunu dəqiq müəyyən etməyib, adını dəli qoyub dəlixanaya göndəriblər, yüksək dozalı psixotrop maddələrlə sadəcə susdurmağa, bitgi kimi tərpənməz şəklə salıb, cəmiyyətdən təcrid etməyə çalışıblar. Yanlış müalicələr, kökündən səhv üsullar onu cəmiyyət üçün yararsız birinə çevirib. Mən beynin dərindən öyrənilməsini bütün varlığımla arzulayıram. Bu yolda addımlayan həkimlərə, alimlərə sonsuz minətdaram. Onların mənim atamla birgə olduğum yeganə şəklimdəki kimi günəşli və xoşbəxt dünya yaradacaqlarına inanmaq istəyirəm. KARUSEL JURNALI| 40
BENJAMİN MOSER – AMERİKALI YAZIÇI SYUZAN SONTAQIN BİOQRAFİYASINDAN BƏHS EDƏN \"SYUZAN SONTAQ: ONUN HƏYATI VƏ İŞİ” KARUSEL JURNALI| 41
KARUSEL JURNALI| 42 SYUZAN SONTAQ SƏSİNİ TAP “Mən kitablara marağı olan insanlar arasında böyümüşəm. Anamın Texasda kitab mağazası var idi. Lakin kitab oxumaq başqa, yazmaq başqa. Mən onda yazıçı olmaq istəmirdim. Mən kitab yazmaqla iyirmili yaşlarımda iki yazıçı- Klaris Lispektor və V.S. Naipulla tanış olduqdan sonra maraqlanmağa başladım. İkisi də mənə yazıçının nəcibliyini göstərdi, yazıçının özünüifadə imkanlarını, cəmiyyətdəki yerini anlatdı. Mən anladım ki, yazmağa başlayanda öz səsini tapmalısan. Bunu ancaq yazandan sonra aşkarlayırsan. Tomas Manın bir sözünü sevirəm-yazıçı başqaları ilə müqayisədə daha çətinliklə yazan adamdır. Və sən peşəkarlaşdıqca bu iş daha da çətinləşir. Bir də məsələnin maliyyə tərəfi var. Yazıçı nadir hallarda varlı olur. Amma sizə deyim bu, deyildiyi qədər gəlirsiz sahə deyil. Yazıçı olaraq məhz yazmaqla bağlı müxtəlif şeylərdən pul qazanmaq olar.
Benjamin Moser: “Çox təcrübəli KARUSEL JURNALI| 43 olmaq nə deməkdi” Kimdir: Benjamin Moser, Yazıçı Doğulub: 14 Sentyabr 1976, Texas
BİOQRAFİYA Biz insanlar həmişə başqalarının YAZMAQ davranışlarını müzakirə edirik. EVLƏNMƏYƏ Hərdən yanlış, hərdən doğru OXŞAYIR. qənaətlərə gəlirik. Sadəcə anlamaq lazımdır ki, o adam Sən evləndiyin adamı iyirmi il başqa adamdır, sən deyilsən, qərarları ona aiddir. Onun birlikdə yaşayandan sonra daha doğrusu sənin doğrun olmaya bilər. Eyni zamanda, mən yaxşı tanıyırsan. Sontaq haqqında bioqrafiya yazan zaman tamamilə özümü itirmək istəmirəm. Öz yazanda onu daha dərindən kimliyimi saxlayıram. Bu, mənim kitabımdı. Məsələn, Sontaqın tanıdım. Hadisələrə müdaxilə bioqrafiyasını yazanda mən onun haqqında yazmış, 50 müxtəlif etməyə çalışırdım-Oh, yox, yox, müəllifin sözünü qeyd etmirəm, mən öz sözlərimi yazıram. bunu eləmə, xahiş edirəm, eləmə Bioqrafiyanı təkcə bunu. Bu adam yaxşı adam deyil, qəhrəmanına görə oxumurlar, onun ona güvənmə, irəli getmə və s. yazılma dili və tərzi önəmlidi. Biorafiya yazanda sən dəstəklədiyin adamın açıq-aşkar səhv etdiyini görürsən, amma nəyisə dəyişə bilmirsən. Bu dəhşətdi. Lakin mən subyektiv yanaşmamağa çalışırdım. Başa düşürdüm ki, o başqa kimlikdir, mən başqa. KARUSEL JURNALI| 44
Bir at rəsminə təkcə atları sevdiyin üçün baxmırsan, rəssamın texnikasına, peşəkarlığına da maraq göstərirsən. Yazıçılar acgözdülər, iştahlıdırlar, çox şey yaşamaq istəyirlər. Sontaqın da bu istəyini görmək olur. Çox şey təcrübədən keçirmək istəyib-çox gəzmək, çox kitab, çox film, çox seks... Adam aztəcrübəli yazıçını oxumaq istəmir. Eyni zamanda, sən saatlarla bağlı qapılar arxasında oturub yazıb-pozmalısan. Mən həm də sakit biri olmağı seçirəm, hətta sıxıcı. Hərdən sıxıcı görünən həyatı seçirəm ki, oxucunun ehtiyacı olacaq bir şey yazım. \" KARUSEL JURNALI| 45
Kimlik: Syuzan Sontaq D\"o\"BğuÜmTÜ-NÖlFüOmTO: 1LA6RYaMnEvMaErN, T1O93M3O- R2İ8XdAeRkAaKbTrE2R0İ 04 DAƏŞsIYaIsRə, YsəƏrNləİ rÖi:LÜ\"KMeÜmYpA\"D, D\"FAoNtoÇqIXraAfRiyMaAhQaÜqMqİınDdİ İaL\"Ə Ç Ə K İ L İ R . \" SON ZAMANLAR FOTOQRAFİYA DEMƏK OLAR Kİ, SEKS VƏ YA RƏQS KİMİ MƏŞHUR BİR ƏYLƏNCƏYƏ ÇEVRİLİB, BU O DEMƏKDİR Kİ, HƏR HANSI BİR KÜTLƏVİ İNCƏSƏNƏT NÖVÜ KİMİ, İNSANLARIN ÇOXU FOTOQRAFİYA İLƏ SƏNƏT YARATMAQ MƏQSƏDIİLƏ MƏŞĞUL OLMUR. FOTOQRAFİYA, İLK NÖVBƏDƏ SOSİAL RİTUAL, TƏŞVİŞƏ QARŞI MÜDAFİƏ VƏ ÖZÜNÜ TƏSDİQLƏMƏ VASİTƏSİDİR. KARUSEL JURNALI| 46 11 | KARUSEL JURNALI
\"Göbələklər\" şeiri qadınlardan bəhs edir Silviya Plat
QADINLAR GÜCDÜR 1960-cı ildə yazılan Göbələklər Onları basdırıb, başlarını gillə şeiri qadınlara sırınan “evdar betonlasalar da, havaya çıxıb, qadın” imicinin məhdudiyyətlərini nəfəs almağa, yaşamağa dəf etmək üçün güclü intonasiya müvəffəq olurlar. Müəllif deyir ki, ilə yazılmış sosial şərh kimi bu manelərdən sağ çıxan oxunmalıdır. Silviya Plat qəhrəmanlar daha “rəf”, “masa” göbələklərin böyüməsini, ola bilməzlər, onlar təpiklə qətiyyətini, çoxalmasını qadınların qapıları açacaq və öz bədənləri, müstəqillik, ucalıq uğrunda ruhları üzərindəki hakimiyyəti mübarizəsi ilə eyniləşdirir. kişilərdən geri alacaqlar. Şeir Silviya Platın “Koloss və başqa Növbəti misralarda müəllif şeirlər” adlanan ilk kitabında yer göbələklərin qadınlar kimi alıb. Göbələklər şeiri obrazlı dilin, əhəmiyyətsiz sayılmasına vurğu metaforanın nə qədər gözəl edir. Onlar böyüyür, güclənir - istifadə oluna biləcəyini göstərir. çox diqqət çəkmədən, ciddiyə Şeir qadın hüquqları uğrunda alınmadan. O zaman dünyada mübarizə fonunda icmanı, faiz etibarilə qadınlar kişilərdən bərabər hüquqlar və cəmiyyətin çox idi. (2022-ci ilin qoyduğu normaları araşdırır. statistikasına görə dünyadakı Şeirin ikinci misrasında yavaş- nisbət belə idi; 50.3% qadın, yavaş “biz” deyəndə müəllifin “biz 49.7% kişi). qadınlar” dediyini anlamağa Qadınlar kövrək qrup deyil, ola başlayırsan. Onların qarşısına bilməz. Qadınlar güclüdü, daima maneələr çıxır və onlar gücdü. Onları gömmək mümkün daima o maneələri dəf etməyə olmayacaq. Nə cisimləri, nə cumur. ruhları öləcək. Onlar yaşayacaq, qalib gələcək. KARUSEL JURNALI| 48
Göbələklər Rütubət meyvəsiyik, Kölgədə boy atan Silviya Plat Nümunəvilərik, istəyimiz Tərcümə: Qismət Ya kiçikdir, ya da heç. Leyli vaxtı, xeyli Lakin biz çoxuq! Ağappaq, təmkinli, Lakin biz çoxuq! Sakitcənə xeyli, Biz dolabıq, biz Dirsəklənib torpağa Stoluq, biz fağırıq, Ayaq barmaqlarımız, burnumuz, Nə var bizi yeməyə! Hava uduruq, hava. Özümüzü dümsükləyib, çırpınırıq, Yoxdur görən bizi, Özü də özümüzə rəğmən. Dayandıran bizi, xəyanət edən bizə Çoxalır bizim növümüz! Xırda taxıllar yuva düzəldir Səhər açılanacan Yumuşaq yumruqlar israr edir Düz dünyanı tutacağıq Tikanları təmizləyək, Ayağımız eşikdədir. Yarpaqlara məskən olan Səkilərin üstünü də Çəkiclərimiz, oraqlarımız Gözsüzdü, qulaqsızdı. Mükəmməl səssizlikdə Boy verib yuxarıya Yarıqları böyüdür. Biz KARUSEL JURNALI| 49
ŞÜŞƏ QABIN İÇİNDƏKİLƏR SİLVİYA PLATIN AMERİKAN ƏDƏBİYYATININ İLK FEMİNİST ROMANI SAYILAN “ŞÜŞƏ QAB” ƏSƏRİ DÜNYANIN CAYNAQLARI ARASINDA İLİŞIB QALMIŞ QADINLARIN SIXINTILARINDAN BƏHS EDİR. DƏNİZ PƏNAHOVA KARUSEL JURNALI| 50
Search