Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore Karusel Jurnalı - 1-ci buraxılış

Karusel Jurnalı - 1-ci buraxılış

Published by magvay5, 2023-06-07 12:16:55

Description: Karusel - 1-ci buraxılış

Search

Read the Text Version

KARUSEL ƏDƏBİ JURNAL-YAŞAM BƏLƏDÇİSİ FEVRAL 2023 Silviya Platın BİBLİOTERAPİYA \"Göbələklər\" NƏDİR? şeiri qadınlardan KİTAB NECƏ SAĞALDIR bəhs edir Fotoqrafiya haqqında yazılan ən gözəl kitabın müəllifi: Syuzan Sontaq YAZI MƏŞQLƏRİ BİZƏ YAZIN yeni_karusel

KARUSEL JURNALI İÇİMİZDƏ NƏ VAR Klassika Müasir Post müasir Jessica Wilde 4 Redaktorun qeydi shares how to 6 overcome Biblioterapiya necə kömək edir writer's block. Story on p. 20 10 Geyim və Çılpaqlıq. Səid Riad 14 Caycisin üzüyü 18 Özündən yaz 25 Yeni uğurlu imza 27 Doktor Jivaqo romanındakı təsadüfi adamlar KARUSEL JURNALI| 2

KARUSEL JURNALI İÇİMİZDƏ NƏ VAR Klassika Müasir Post müasir 31 Yazıçı olmaq istəyənlər üçün praktik məsləhərlər 35 Syuzan Sontaq: Onun həyatı və İşİ 41 Göbələklər 44 Şüşə Qabın İçİndəkİlər 48 Özümə Çiçək 52 İkarın düşməsİ 56 Niyə iş adamları kitab oxumalıdı? KARUSEL JURNALI| 3

REDAKTORUN QEYDİ Sistemli oxu üçün darıxmışdım. Əvvəlcə fləş hekayələr oxudum, sonra esselərə keçdim. Çexov kiçik hekayələr yazırdı, çünki əsas işi həkimlik idi. İki xəstə müayinəsinin arasında yaranmış ən çox bir saatlıq zaman aralığından yararlanıb, hekayələr yazırdı. Bu söz həmişə yadımdadı. Yemək bişirməklə uşaqları yatızdırmaq, layihə yazmaqla toplantılara qatılmaq arasında yaranan saatlarda ədəbiyyata dalmaq vərdişi yaratmaq əsnasında həm də bölüşmək istəyim baş qaldırdı. KARUSEL JURNALI| 4

H Ö R M Ə T L Ə, SAHİLƏ Mən öyrəndiyimi bölüşmək üçün tələsən adamam. Dost, yoldaş seçmək zövqüm də bölüşmək üzərində qurulub. Elə isə niyə ətrafımdakı bölüşən adamlarla köməkləşib jurnalı bərpa etməyim?! Rəqəmsal qaçaqaç, robotların, ağıllı maşınların oğrun-oğrun insan əməyini ələ keçirmək yolunda addımladığı, hər şeyə bir krem, məlhəm reklam olunduğu dünyada ruha çəkmək üçün vasitələr, 100 faiz təbii söz yağları çəkə, süzə, hədiyyə edə biləcəyimizi düşündüm. Komandamız bunu bacaracağına inanır. KARUSEL JURNALI| 5

Biblioterapiya KİTAB OXUMAQ - MƏNƏVİ BAXIM VASİTƏSİ Kitablar vasitəsilə: 1. İnsan başqasının simasında özünü daha yaxşı görür, situasiyaları eyniləşdirir, müqayisə edir. 2. İnsan öncə dustaq etdiyi düşüncələrə, emosiyalara azadlıq verir, onlarla üzləşir, problemlərindən arınır (katarsis yaşayır). Özü ilə üzləşir. 3. Ruhu ilə bütünləşir. KARUSEL JURNALI| 6

İnsan içində özünü görə bildiyi kitabları sevir. Nəyisə sevə bilmək, nədənsə ilhamlanmaq dəyişim üçün əsasdır. Doğma kitabla, xarakterlə rastlaşmaq, görüşmək mənən insanı rahatladır, hətta sağaldır. Biblioterapiya ehtiyacı olan birini doğru kitabla tanış etməyi hədəfləyir, ruha yardım etmək üçün əsər məsləhət görür. Kitablar kiçik- kiçik həyat modelləri düzəldir, həyatı kağızlara daşıyır. Suallar qarşısında aciz qalan kəslər bu dünyalarda özlərinə oxşayan insanlara baxır, öz yaşamlarına bənzəyən həyatlara nəzər salır, müqayisələr edir, nəticələr çıxarır. Biz dünyadakı rolumuzu məşqsiz oynayırıq, yaş artıqca peşəkarlaşırıq və çox keçmədən ölürük. Sanki həyatın qəribə hiyləsi, tələbi var – bu dünyada - tamaşada ancaq həvəskarlar rol alabilər. Kitablar-romanlar insanlara müxtəlif həyatların ssenarilərini oxudur; buyurun baxın, bu həyatlarda hadisələr belə baş verir, oralarda insanlar belə yaşayır. KARUSEL JURNALI| 7

Müqayisə edin, öyrənin, yararlanın Bu dünyada yaşamaq asan deyil. Yaşamağı asanlaşdırmaq və xoş bir prosesə çevirmək üçün çox vaxt insanlar din və inanclara İnsan romanları oxuyub bu dünyada ehtiyac duyur. Əslində, dinlərin tək olmadığını, hadisələrin təkcə onun başına gəlmədiyini anlayır. özülündə kitablar durur. Kitablar insanları böyük boşluqdan və yalnızlıqdan çəkib çıxarır, güc və İnsanların bədii və elmi kitablara ümid verir. Bundan başqa kitablar bu şəkildə işləyir: ümid bəsləmələri dində ümid 1 Fikri dağıdır, bədəni və ya ruhu axtarmağa bənzəyir. Kitab xəstə olanı zəhərli düşüncələrdən qoparır, başqa dünyaya aparır. insanların yalnızlığa və İnsan daima öz xəstəliyini, çətinliklərini düşünmür. ümidsizliyə bürünmüş günlərinə, 2 Vaxtın keçməsinə kömək edir 3 Adama yeni şeylər öyrədir sıxıntılı, üzüntülü, qorxu dolu 4 Xəstələrin ruh halını müəyyənləşdirmək və ruhu idarə saatlarına işıq sala, hiss və etmək üçün vasitə rolunu oynayır. duyğuları öyrənməyə, varlıqlarına məna qata, yaşadıqları böhranları daha dözülən edə bilər. İnsanlar nə zaman kitabdan dəstək ala bilər, biz nə zaman böhran yaşaya bilərik? Xəstəlikdə və məhkumluqda, əsgərlikdə və cavanlıqdan yaşlılığa keçiddə... həyatın hər səhifəsində, hər abzasında. KARUSEL JURNALI| 8

Həyat böyüklü- kiçikli böhranla doludu. Bu böhranlardan çıxmaq üçün vasitələr isə daha çoxdu. Kitab da çarədir, həlldir. Yoxlayın. Görün sizə necə təsir edir? KARUSEL JURNALI| 9

e Ad m v H vva ee qadınla kişi eb d nl rinin f rql rin varanda, e özl rini tanıyanda ee e utandılar, h ya el dil r, e ee ncir yarpağından ee e ilk geyim variantı kimi yararlandılar. e S id Riad Aydın Talıbzadə, \"çılpaqlıq\" “Min maska və bir mən” KARUSEL JURNALI| 10

ikinci natura İntibah dövründən başlayaraq Qərb sivilizasiyasının ən mühüm təzahürlərindən biri olan moda müntəzəm şəkildə həmin dövrün müasir həyatının bir sıra sferalarını da özünə tabe edərək insanın “ikinci naturasına” çevrildi. Qərb dünyası üçün insanın geyinmiş və soyunmuş vəziyyəti arasındakı fərq həmişə prinsipial xarakter daşıyıb və bunu digər sivilizasiyalar haqqında da söyləmək olar. Lakin “geyimli” insanın əslində nə olması təsəvvürü bəzən o dərəcədə mütəhərrik olur ki, fərqlər sisteminin özü bizim görməyə alışmadığımız təzahürə bənzəməyə bilər. KARUSEL JURNALI| 11 Antropoloqlar və sosioloqlar artıq sübuta yetirib ki, geyimdən istifadə etməyən azsaylı xalqlarda bədənlərini bəzəmək vərdişləri yaranır. Qərbi Avropada paltar geyinmək adəti kimi həmin vərdişlər də “bədəni örtmək” kimi simvolik bir funksiyanı yerinə yetirir. Çoxsaylı mədəniyyətlərin müqayisəli tədqiqi nəticəsində belə qənaətə gəlinir ki, əslində, yetkin bir insan geyinmiş, yaxud düzgün bəzənmiş halında əsl təbii vəziyyətində olur, bununla belə, insana xas olan “təbiilik” hissi ona çılpaq naturaya dərin hörmət hissi də təlqin edir. Bu hiss insana dinin aşıladığı çılpaqlığın “günahdır” təsəvvürü ilə yanaşı, \"təbii\" olduğunu da təlqin edə bilər.

Elmi metodların ilk dəfə insan vərdişlərinin təhlilinə tətbiq olunduğu dövrlərdə Qərb cəmiyyətində çoxqatlı, mürəkkəb biçimdə tikilmiş libaslar geyinmək adəti yayıldı. İnsan övladının əynini geyinməyə vadar edən ilkin motivlərdən birinin onun bədənini soyuq və digər təbii amillərə qarşı müdafiə etmək zərurətindən yarandığı hesab edilir (çünki əks təqdirdə, bir “növ” kimi məhv ola bilərdi). Geyimin digər ilkin funksiyası isə birbaşa mifoloji təfəkkürlə əlaqəli idi. Belə ki, dini və mifoloji müstəvidə geyimin yaranması birbaşa insanın utanc hissini dəf etmək vasitəsi olub, utanmaq hissi meydana çıxan zaman geyim də yaranıb. Çılpaqlıqlıqlarına rəğmən, üşüməyən Adəm və Həvva bir vaxtdan sonra bədənlərini örtməyə başladılar. Onlar üşüdüklərinə görə deyil, “günaha düşdükdən” sonra geyimə ehtiyac hiss etmişdilər. Geyim həmin cütlüyün günahının bir işarəsinə çevrildi (günahsızların gizlədəcək bir şeyi yoxdur). Geyimin insanın utancaqlıq hissini dəf etməsi və onu qoruması funksiyalarını nəzərə alarkən “çılpaq vəhşi” ideyasının yaranması özlüyündə olduqca təbii görünür. Çılpaqlıqlıqlarına rəğmən, eçılpaq üşüməyən Adəm və Həvva bir v hşi vaxtdan sonra bədənlərini örtməyə başladılar. KARUSEL JURNALI| 12

Hegel də geyimin yaranmasını təbiətin neqativ təsirindən qorunma tələbi ilə bağlamaqla yanaşı, utanc hissi ilə əlaqələndirirdi: insan öz ali təyinatını və heyvanlardan üstünlüyünü dərk etdikdən sonra bədəninin sırf heyvani funksiyaları yerinə yetirən və mənəvi keyfiyyət ifadə etməyən hissələrini gizlətməyə çalışdı. Hegelə görə, insan həm də geyinmiş halda digər bütün canlılardan üstünlüyünü təmin etmiş oldu. 20-ci əsrdə təhsilli avropalılar daha sadə və daha yüngül libaslar geyinməyə başladı. Ancaq həmin geyimlər əvvəlki dövrlərdə olduğu kimi yüksək semantik tutuma malik idi. Buna görə də sosioloqlar və antropoloqlar son dövrlərdə insanların geyimlərini idarə edən istənilən növ geyimin, o cümlədən “çılpaq” xalqların da bədənlərinə geyindikləri “libasların” daha dərin və kifayət qədər mürəkkəb motivlərinə diqqət yetirməyə başlayıblar. Bu motivlər sistemində soyunma ideyaları da təbii olaraq çox mühüm rol oynayır. Geyim nə qədər əhəmiyyətlidirsə, onun olmamasına da bir o qədər çox əhəmiyyət verilir və insanlar bu iki vəziyyət arasındakı əlaqəyə aid olan hər şeyə bir o qədər çox diqqət yetirirlər. Beləliklə, geyinmək və ya utanc soyunmaq istəyi - ikisi də hissi təbiidir, insana xasdır. KARUSEL JURNALI| 13

Caycisin üzüyü Caycisin üzüyü əhvalatı Platonun Dövlət əsərində işıqlandırılıb. Caycis hökmdar sarayında çobandır, bir dəfə o, zəlzələdən sonra yıxılıb qaldığı yerdə uzanan zaman fırladanda sahibini gözəgörünməz edən bir sehrli üzük tapır. O, üzüyün sahibini gözəgörünməzə çevirmək imkanından istifadə edib kraliça ilə dostlaşa və onu yoldan çıxarmağa müvəffəq olur. Bir müddət sonra kraliça vasitəsilə kralı öldürən çoban özü taxta çıxır. KARUSEL JURNALI| 14

Caycisin üzüyü Bu hadisənin əxlaqi nəticəsi Caycis tarixdə mövcud olmuş bir Lidiya hökmdarıdır. Onun olaraq göstərilir ki, insan pis haqqında Herodot öz Tarix əsərində də yazıb. Bütün şeyləri ancaq kimsə onu görüb, mənbələr onun özündən əvvəlki kralı öldürərək cəzalandırar deyə etmir. Əslində, hakimiyyətə gəldiyini yazır. insan cəzalandırılmayacağına əmin olsa, indikindən qat-qat çox pis işlər görər. Biz insanlar əməllərimizin üstü açılmasa, cəzalandırılmasaq, adımıza xələl gəlməyəcəyini dəqiq bilsək, nələr edərik, nələr... KARUSEL JURNALI| 15

Dövlət əsərində bu hadisə Platonun qardaşı Qlaukanın dilindən qələmə alınıb. O, ədalətsiz insanın ədalətlidən daha öndə olduğuna işarə edir - ədalətsiz oğurlaya, haqsızlıq edib istədiyini əldə edə, önə keçə bilər. Cayc.is in üzüyü Sokrat isə Qlaukanla razılaşmır, ədalətli insanın ədalətsizlə müqayisədə həmişə daha xoşbəxt olduğunu vurğulayır. KARUSEL JURNALI| 16

ƏDALƏTSİZ ADAM NƏFSİNİN VƏ PİS ƏMƏLİNİN QULUDUR. O, ELƏ YAXŞILIQ EDƏ BİLMƏDİYİ, GÖZƏLLİK YARATMADIĞI, XEYİRXAHLIQDAN ZÖVQ ALA BİLMƏDİYİ ÜÇÜN BƏDBƏXTDİR CAYCISİN ÜZÜYÜ KARUSEL JURNALI| 17

Sizdə nə var, nə yox? KARUSEL JURNALI| 18

Bu yaxında bir qış günündə qulaqcıqlarımla səsli kitab dinləyə- dinləyə yol gedirdim. Maşını idarə edən taksi sürücüsü hər şeydən narazı idi. Dayanmadan siqaret çəkirdi, sol əli ilə maşını idarə edir, sağ əlinin barmaqları ilə telefonunun ekranını döyəcləyir, arada ətrafa boylanıb, yolu keçən piyadalara, rul arxasında olanlara ya kinayə edir, ya da arxalarıyca deyinirdi. Bakıda hər şeydən narazı taksi sürücüsü ilə rastlaşmaq nadir hadisə deyil. Hər iki sürücüdən biri işini sevmir və bunun fonunda sərnişinlərə, insanlara və dünyaya nifrət püskürür. Haqlıdırlarmı? Səbəbləri varmı? Əlbəttə. Amma mövzu bu deyil. Bu dəfə sürücü ilə bir az başqa cür danışmağa qərar verdim, səbəbləri müzakirə etməyin faydasızlığını anladım. \"Nə əcəb sizə hələ də sürücü kimi işləməyə icazə verirlər?\" deyə soruşdum. KARUSEL JURNALI| 19

Qəzəbinin arxasında gizlənən yalnızlıq Əslində, bu, əsəbi adamı daha da hirsləndirən sualdı. Sadəcə mən yəqin adamın qəzəbinin arxasında gizlənən yalnızlığı, çarəsizliyi, düşdüyü dolaşıqdan çıxmaq üçün azacıq dəstəyə ehtiyacı olduğunu sezdim və hirslənmək əvəzinə, özünü belə aparmağının səbəbini açıqlamağa tələsəcəyini ehtimal etdim. Dialoqumuz belə davam etdi. Niyə işləməyim ki? KARUSEL JURNALI| 20 Maşından kəskin siqaret iyi gəlir, salona ayağımı basan kimi hiss etdim. Yolda olduğumuz 15 dəqiqə ərzində 3 dəfə siqaret yandırmısız. Müştəri salonda ola-ola bu qədər siqaret çəkməyiniz taksi şirkətinin bilmədiyi şey deyil, yəqin. Əminəm, sizdən şirkətə çox adam şikayət edir. Hə, neçə dəfə xəttdən çıxarıblar. Guya bilmirəm ki, siqaretlə hamıdan çox özümə zərər verirəm? Özümü çürüdürəm? Dayana bilirəm ki? Bunu çəkəndə bir az sakitləşirəm. Çəkməsəm, ürəyim partlayar. Niyə? O qədər problemim var.

Məsələn? ... Əşii. O qədərdi. Birini deyin. ... yaxşılıq elədiyim adamlar qədrimi bilmədi. Qədriniz necə bilinsiz istəyirdiz? Sizə pul, hədiyyə verməklərini, yoxsa diqqət etməklərini gözləyirsiz? Yəni sizcə yaxşılıq elədiyiniz adamlar hər gün zəng edib sizə sağ ol deməlidirlər? Belə olsa özünüzü daha yaxşı hiss edərsiz? Yox e, mənə heç kimin pulu lazım deyil. Yox e, gündə niyə zəng eləsinlər... Elə demirəm. Siqaret hansısa problemi həll etmir, sizinkini isə heç etməyəcək, çünki sizin elə bir ciddi probleminiz yoxdur. KARUSEL JURNALI| 21

Susur Sonra mən yenə onu danışdırmağa cəhd edirəm, 36 saaat ərzində cəmi 3 saat yatdığını öyrənirəm. Və anlayıram ki, depressiyadan, təşvişdən əziyyət çəkir. Mənəvi boşluq və böhran yaşayır. Belə yaşamağa davam etsə, hansısa qurum tərəfindən normal tənzimlənməyən Bakı yollarında yuxusuzluqdan, fikir dağınıqlığından qəza törədəcəyi ehtimalı yüksəkdir. Psixoloqa getməyini tövsiyə edirəm. Sizcə kömək edər?, deyə ümidlənir, sanki. Mütləq kömək edər deyirəm. Ardıyca bir məsləhət də verirəm. Psixoloq sizi qəbul edənə qədər yazmağa çalışın. Bir kağız götürün və özünüz haqqında yazın. Çoxlu niyə sualı verin özünüzə, bacardıqca səmimi olun fikirlərinizdə, sonra cavablarınızı sorğulayın. Məsələn, \"mən indi nə hiss edirəm? Kədər. Niyə? Belə hiss etməyimin səbəbi nədir? Çünki son bir ayda bircə adam belə mənə xoş söz deməyib? Niyə? Bəlkə mən də deməmişəm ona görə? Bəlkə mən kiməsə xoş söz desəydim, o da qayıdıb sağ ol deyərdi? Mən niyə kiməsə xoş söz deyə bilmirəm? Çünki ürəyim açılmır, bu həyatı sevmirəm. Bu yaşadığım həyatdan daha yaxşı həyata layiq olduğuma əminəm. Mən işsiz qalmamalı idim. İşimi itirdim, işim olanda daha çox pulum var idi, adamlar qabağımda diz çökürdü. İşimi niyə itirdim? Filankəs mənə haqsızlıq elədi, mənə tələ qurdular. Amma digər tərəfdən, niyə işimi itirməyim məni bu qədər sındırdı ki? Mən axı işimdən ibarət deyiləm...bəs mən kiməm? Mənim oğlum və həyat yoldaşım var. Onlar məni sevir. Mənim dostum varmı? Var. Yoxdusa, niyə yoxdu, axı var idi, sonra necə oldu mən onları itirdim? Bəlkə, heç məsələ tam onlarla bağlı deyil?... KARUSEL JURNALI| 22

ÖZÜNÜ TANI Beləcə, kağızı sual və cavablarla doldurun. Özünüzü tanımağa çalışın. Sizi incidən şeyləri həmən aşkarlayacağınıza söz vermirəm, amma yavaş-yavaş özünüzə çatacaqsız, özünüzün fərqinə varacaqsız. Dünya gözünüzə daha aydın görünməyə başlayacaq, fikirləriniz aydınlanacaq...özünüzü sizi sıxan şeylərdən kənarda görməyi bacaracaqsız. Özünüzü başqa yerdə tapmağa cəhd etmək şansınız artacaq. Adam məni diqqətlə dinləyir. Maraqlıdır, hətta Sizdə nə var, nə yox? bunu təklif etməyim belə onu həvəsləndirir, ümidləndirir. Özünüzdən yazın, özünüzdən danışın. Təyinat nöqtəsinə çatırıq. Dediklərimi edib-etməyəcəyini bilmirəm. Amma bunları ona dediyim üçün özümü daha rahat hiss edirəm. Onun da səsi həlimləşib, nəzakətlə sağollaşır. Rus dram teatrında Əsa teatrının tamaşasına girirəm. \"Çıxış yoxdur\" adlı tamaşa belə sona çatacaq; \"Cəhənnməm sənsən, cəmənnəm mənəm, cəhənnəm bizik.\" KARUSEL JURNALI| 23

Özü haqqında yazmaq vərdişi olan İnsanlar daha təmkinli, daha xoşbəxt, daha az depressiv və fiziki baxımdan daha sağlam olurlar. Cordan Peterson KARUSEL JURNALI| 24

e ee ee Şamxal H s novun \"\"S s v Qırmızı\"\" kitabı Fransada çapdan önc sifariş üçün açıqdır KARUSEL JURNALI| 25

SƏS VƏ QIRMIZI Müəllif xəbər verir ki, kitabı onlayn sifariş etmək olar. Ayın sonu isə kitab çapdan çıxacaq. Müəllif Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində Fransanın l’Université de Bordeaux və l’Université Toulouse 1 Capitole universitetlərində fransız dilində magistratura təhsili alıb. Hazırda beynəlxalq şirkətlərdən birinin ölkəmizdəki filialında işləyir. İngilis, fransız və türk dillərində sərbəst mütaliə edən müəllifin bu ilk romanı Fransada “Éditions Kapaz” nəşriyyatı tərəfindən də nəşr olunur. Kitab haqqında məlumat: Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır. KARUSEL JURNALI| 26

KARUSEL JURNALI| 27 BORİS \"NOBEL KOMİTƏSİ PASTERNAK HAQQINDA NƏ DÜŞÜNÜR\"

1958-Cİ İLİN OKTYABRINDA Boris Pasternak - Doktor Jivaqo əsərinin müəllifi Nobeli qəbul etdiyini bildirdikdən cəmi dörd gün sonra teleqram göndərərək mükafatdan imtina etdiyini xəbər verdi. Pasternak Nobel mükafatını yaşadığı ölkənin hakimiyyətinin təhriki ilə geri verən dörd müəllifdən biridir. Əslində, mükafatı qəbul edən zaman yazar sonsuz təşəkkür, qürür duyduğunu, təəccübləndiyini və mütəəssir olduğunu dilə gətirmişdi. KARUSEL JURNALI| 28

Pasternak rəsmi şəkildə mükafatdan imtina etsə də, Nobel komitəsi onu mükafatçı olaraq qəbul edir və dövlətin onu imtinaya sürüklədiyini vurğulayır. Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Boris Pasternaka olan münasibət də dəyişdi. Yazıçının külliyyatı, ilk nöbvədə isə uzun müddət \"samizdat\" şəklində yayılan \"Doktor Jivaqo\" romanı çap olundu. SSRİ Yazıçılar İttifaqı onun üzvlükdən çıxarılması haqqındakı qərarını ləğv etdi. Nobel mükafatının diplomu və medalı isə aradan 30 il keçdikdən sonra 1989-cu ildə Stokholmda yazıçının oğlu Yevgeni Pasternaka təqdim olundu. KARUSEL JURNALI| 29

İKİ RƏY 1 Pasternak Nobel Əsərdə çoxlu personaj mükafatına şeirlərinə var. Bəzən onların əsərdə görə deyil, məhz niyə peyda olub, itdiyini Doktor Jivaqo əsərinə anlaya bilmirsən. Axı, bu görə layiq görülüb. adamlar niyə var idilər? Jivaqo həm həkim, Onlarsız bu əsər yazıla həm də şairdir. Onun bilməzdimi? Sonra şeirləri romana xüsusi düşünürsən, axı, poetik əhval qatır. Əsər həyatımızda da çoxlu haqqında yazılan ən təsadüfi adam olur, maraqlı iki rəyi hamısına məna yükləmək paylaşmaq istədik: lazım deyil. Onlar sadəcə gəldi və getdi. Əsərlərə və həyatlara yazılan insanlar 2 bəzən sadəcə kitabı və ümrümüzü doldurmaq Əsər müharibə ucbatından üçündü. həyatları başdan-ayağa dəyişən sıravi insanlardan bəhs edir. Müharibə onlardan, onların istək və arzularından, iradələrindən qat-qat güclüdü. Müharibənin bizdən güclü olmadığı dünya qurmalıyıq. KARUSEL JURNALI| 30

PRAKTİK X MƏSLƏHƏTLƏR X X YAZIÇI OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

KOPİRAYTİNQ VƏ RİRAYTİNQ Məsələn, məktəb vaxtı şagirdlərə inşa yazmaq tapşırılırdı. Çox uşaq Kopiraytinq və riraytinq kitabxanalara qaçıb, xalq sözlərini çoxumuz eşitmişik. yazıçılarına, antik dövrün Bu iki söz arasındakı fərqi isə filosoflarına aid mətnləri hamı bilmir. Kopiraytinq köçürüb, öz inşaları kimi təqdim sıfırdan mətn yaratmaqdır. edirdi. Daha istedadlı tələbələr Riraytinq isə artıq mövcud bu mətnlərdən yararlanıb, olan informasiyalardan, hazır cümlələri elə məharətlə məqalə və cümlələrdən dəyişirdi ki, onları əsl rewriter - yararlanıb yeni mətn rirayter adlandırmaq olardı. yazmaqdır. Məsələn, jurnalist, Ümumiyyətlə, istənilən dildə yaxud rirayter bir məşhurun yazmaq bacarığını bioqrafiyasına aid yaxşılaşdırmaq, peşəkar yazı məqamları toplayıb, öz yaza bilmək üçün riraytinq üslubunda məqalə üsulundan istifadə edə bilərsiz. hazırlayırsa, bu, riraytinq Müəyyən bir mövzu seçib, onun yazısıdır. Kimsə bunu haqqında çoxlu bilgi toplayın, üzündən köçümə, oğruluq sonra öz yazınızı yazın. Bu üsul mətn, \"çırpışdırma\" kimi görə xarici dil öyrənmək üçün də əla bilər. vasitədir. KARUSEL JURNALI| 32

YAZI MƏŞQLƏRİ İLHAM HARDAN GƏLƏ BİLƏR? Daxili monoloqunuzdan ayrılın, Təsadüfi yazılardan çox maraqlı ətrafa baxın, qarşınızda nə baş hekayələr çıxa bilər. Məşq edə verdiyini müşahidə edin. bilərsiz. Yazdığınızın maraqlı Fikrinizi sizi azca cəlb edən alındığına əmin olsanız, bizə şeyə cəmləyin. Obyekti, göndərin, Karusel jurnalının subyekti müyyənləşdirəndən növbəti sayında paylaşaq. sonra o şeyin niyə orada Məsələn belə: olduğu, ora necə gəlib çıxması, \"Kafedəyəm. Günəşsiz, küləkli nə işlə məşğul olması günün birinci yarısıdı. Yeni nəsə haqqında düşünün və bu yaşamağa həvəsim yoxdu. prosesləri təsvir edin. Eləcə də Şəkərsiz latte qurtumlayıram və siz müəyyən situasiyanın arada ciddi bir iş görürmüş kimi qəhrəmanı kimi görünən telefonumda saxladığım adamın hiss və duyğularını, lazımsız qeydləri silirəm. İncə bir əhvalını, ətrafdakılarla olan qadın səsi məni fikrimdən münasibəti haqqında ayırır-“bir-iki dəqiqəlik vaxtınızı ehtimallarınızı, gördüklərinizi ala bilərəm?” Dərhal yox demək yaza bilərsiz. Sonra növbəti istəyirəm. Vaxtımı almaq istəyən personaja keçin. Onun istənilən adamı masamdan hekayəsini də yazın. Və beləcə qovacaq qədər yorğunam. Xeyr, neçə-neçə personaj seçib, vaxtımın bircə saniyəsini belə onların qısa və uzun ala bilməzsiz, mən bura hekayələrini yaza bilərsiz. susmağa gəlmişəm.” Lakin siqaret satan qızın üzündəki KARUSEL JURNALI| 33 qəribə ifadə məni cəlb edir. Qız çox kişinin bəyənəcəyi gözəllikdə deyil, bunu həmən anlayıram. Elə isə diqqətimi nə çəkir?.. \"

YAZI RİTUALI NƏDİR? Hər kəs ritualını özü müəyyənləşdirməlidi. Biz xüsusi ətirli şamlar yandırıb xəyala dalıb, sonra yazmağa başla deməyəcəyik. Biz həzin musiqi sədaları altında yazmağı da tövsiyə etməyəcəyik. Biz deyirik ki, necə yazmağınızdan asılı olmayaraq disiplinli olun. Günün hansı saatında neçə saat yazacağınızı müəyyən edin. Çalışın yazı saatınıza gecikməyin və kömpüterdən həmən gün üçün təyin etdiyiniz vaxtdan tez ayrılmayın. KARUSEL JURNALI| 34

BENJAMİN MOSER – AMERİKALI YAZIÇI SYUZAN SONTAQIN BİOQRAFİYASINDAN BƏHS EDƏN \"SYUZAN SONTAQ: ONUN HƏYATI VƏ İŞİ” KARUSEL JURNALI| 35

KARUSEL JURNALI| 36 SYUZAN SONTAQ SƏSİNİ TAP “Mən kitablara marağı olan insanlar arasında böyümüşəm. Anamın Texasda kitab mağazası var idi. Lakin kitab oxumaq başqa, yazmaq başqa. Mən onda yazıçı olmaq istəmirdim. Mən kitab yazmaqla iyirmili yaşlarımda iki yazıçı- Klaris Lispektor və V.S. Naipulla tanış olduqdan sonra maraqlanmağa başladım. İkisi də mənə yazıçının nəcibliyini göstərdi, yazıçının özünüifadə imkanlarını, cəmiyyətdəki yerini anlatdı. Mən anladım ki, yazmağa başlayanda öz səsini tapmalısan. Bunu ancaq yazandan sonra aşkarlayırsan. Tomas Manın bir sözünü sevirəm-yazıçı başqaları ilə müqayisədə daha çətinliklə yazan adamdır. Və sən peşəkarlaşdıqca bu iş daha da çətinləşir. Bir də məsələnin maliyyə tərəfi var. Yazıçı nadir hallarda varlı olur. Amma sizə deyim bu, deyildiyi qədər gəlirsiz sahə deyil. Yazıçı olaraq məhz yazmaqla bağlı müxtəlif şeylərdən pul qazanmaq olar.

Benjamin Moser: “Çox təcrübəli KARUSEL JURNALI| 37 olmaq nə deməkdi” Kimdir: Benjamin Moser, Yazıçı Doğulub: 14 Sentyabr 1976, Texas

BİOQRAFİYA Biz insanlar həmişə başqalarının YAZMAQ davranışlarını müzakirə edirik. EVLƏNMƏYƏ Hərdən yanlış, hərdən doğru OXŞAYIR. qənaətlərə gəlirik. Sadəcə anlamaq lazımdır ki, o adam Sən evləndiyin adamı iyirmi il başqa adamdır, sən deyilsən, qərarları ona aiddir. Onun birlikdə yaşayandan sonra daha doğrusu sənin doğrun olmaya bilər. Eyni zamanda, mən yaxşı tanıyırsan. Sontaq haqqında bioqrafiya yazan zaman tamamilə özümü itirmək istəmirəm. Öz yazanda onu daha dərindən kimliyimi saxlayıram. Bu, mənim kitabımdı. Məsələn, Sontaqın tanıdım. Hadisələrə müdaxilə bioqrafiyasını yazanda mən onun haqqında yazmış, 50 müxtəlif etməyə çalışırdım-Oh, yox, yox, müəllifin sözünü qeyd etmirəm, mən öz sözlərimi yazıram. bunu eləmə, xahiş edirəm, eləmə Bioqrafiyanı təkcə bunu. Bu adam yaxşı adam deyil, qəhrəmanına görə oxumurlar, onun ona güvənmə, irəli getmə və s. yazılma dili və tərzi önəmlidi. Biorafiya yazanda sən dəstəklədiyin adamın açıq-aşkar səhv etdiyini görürsən, amma nəyisə dəyişə bilmirsən. Bu dəhşətdi. Lakin mən subyektiv yanaşmamağa çalışırdım. Başa düşürdüm ki, o başqa kimlikdir, mən başqa. KARUSEL JURNALI| 38

Bir at rəsminə təkcə atları sevdiyin üçün baxmırsan, rəssamın texnikasına, peşəkarlığına da maraq göstərirsən. Yazıçılar acgözdülər, iştahlıdırlar, çox şey yaşamaq istəyirlər. Sontaqın da bu istəyini görmək olur. Çox şey təcrübədən keçirmək istəyib-çox gəzmək, çox kitab, çox film, çox seks... Adam aztəcrübəli yazıçını oxumaq istəmir. Eyni zamanda, sən saatlarla bağlı qapılar arxasında oturub yazıb-pozmalısan. Mən həm də sakit biri olmağı seçirəm, hətta sıxıcı. Hərdən sıxıcı görünən həyatı seçirəm ki, oxucunun ehtiyacı olacaq bir şey yazım. \" KARUSEL JURNALI| 39

Kimlik: Syuzan Sontaq D\"o\"BğuÜmTÜ-NÖlFüOmTO: 1LA6RYaMnEvMaErN, T1O93M3O- R2İ8XdAeRkAaKbTrE2R0İ 04 DAƏŞsIYaIsRə, YsəƏrNləİ rÖi:LÜ\"KMeÜmYpA\"D, D\"FAoNtoÇqIXraAfRiyMaAhQaÜqMqİınDdİ İaL\"Ə Ç Ə K İ L İ R . \" SON ZAMANLAR FOTOQRAFİYA DEMƏK OLAR Kİ, SEKS VƏ YA RƏQS KİMİ MƏŞHUR BİR ƏYLƏNCƏYƏ ÇEVRİLİB, BU O DEMƏKDİR Kİ, HƏR HANSI BİR KÜTLƏVİ İNCƏSƏNƏT NÖVÜ KİMİ, İNSANLARIN ÇOXU FOTOQRAFİYA İLƏ SƏNƏT YARATMAQ MƏQSƏDIİLƏ MƏŞĞUL OLMUR. FOTOQRAFİYA, İLK NÖVBƏDƏ SOSİAL RİTUAL, TƏŞVİŞƏ QARŞI MÜDAFİƏ VƏ ÖZÜNÜ TƏSDİQLƏMƏ VASİTƏSİDİR. KARUSEL JURNALI| 40 11  |   KARUSEL JURNALI

\"Göbələklər\" şeiri qadınlardan bəhs edir Silviya Plat

QADINLAR GÜCDÜR 1960-cı ildə yazılan Göbələklər Onları basdırıb, başlarını gillə şeiri qadınlara sırınan “evdar betonlasalar da, havaya çıxıb, qadın” imicinin məhdudiyyətlərini nəfəs almağa, yaşamağa dəf etmək üçün güclü intonasiya müvəffəq olurlar. Müəllif deyir ki, ilə yazılmış sosial şərh kimi bu manelərdən sağ çıxan oxunmalıdır. Silviya Plat qəhrəmanlar daha “rəf”, “masa” göbələklərin böyüməsini, ola bilməzlər, onlar təpiklə qətiyyətini, çoxalmasını qadınların qapıları açacaq və öz bədənləri, müstəqillik, ucalıq uğrunda ruhları üzərindəki hakimiyyəti mübarizəsi ilə eyniləşdirir. kişilərdən geri alacaqlar. Şeir Silviya Platın “Koloss və başqa Növbəti misralarda müəllif şeirlər” adlanan ilk kitabında yer göbələklərin qadınlar kimi alıb. Göbələklər şeiri obrazlı dilin, əhəmiyyətsiz sayılmasına vurğu metaforanın nə qədər gözəl edir. Onlar böyüyür, güclənir - istifadə oluna biləcəyini göstərir. çox diqqət çəkmədən, ciddiyə Şeir qadın hüquqları uğrunda alınmadan. O zaman dünyada mübarizə fonunda icmanı, faiz etibarilə qadınlar kişilərdən bərabər hüquqlar və cəmiyyətin çox idi. (2022-ci ilin qoyduğu normaları araşdırır. statistikasına görə dünyadakı Şeirin ikinci misrasında yavaş- nisbət belə idi; 50.3% qadın, yavaş “biz” deyəndə müəllifin “biz 49.7% kişi). qadınlar” dediyini anlamağa Qadınlar kövrək qrup deyil, ola başlayırsan. Onların qarşısına bilməz. Qadınlar güclüdü, daima maneələr çıxır və onlar gücdü. Onları gömmək mümkün daima o maneələri dəf etməyə olmayacaq. Nə cisimləri, nə cumur. ruhları öləcək. Onlar yaşayacaq, qalib gələcək. KARUSEL JURNALI| 42

Göbələklər Rütubət meyvəsiyik, Kölgədə boy atan Silviya Plat Nümunəvilərik, istəyimiz Tərcümə: Qismət Ya kiçikdir, ya da heç. Leyli vaxtı, xeyli Lakin biz çoxuq! Ağappaq, təmkinli, Lakin biz çoxuq! Sakitcənə xeyli, Biz dolabıq, biz Dirsəklənib torpağa Stoluq, biz fağırıq, Ayaq barmaqlarımız, burnumuz, Nə var bizi yeməyə! Hava uduruq, hava. Özümüzü dümsükləyib, çırpınırıq, Yoxdur görən bizi, Özü də özümüzə rəğmən. Dayandıran bizi, xəyanət edən bizə Çoxalır bizim növümüz! Xırda taxıllar yuva düzəldir Səhər açılanacan Yumuşaq yumruqlar israr edir Düz dünyanı tutacağıq Tikanları təmizləyək, Ayağımız eşikdədir. Yarpaqlara məskən olan Səkilərin üstünü də Çəkiclərimiz, oraqlarımız Gözsüzdü, qulaqsızdı. Mükəmməl səssizlikdə Boy verib yuxarıya Yarıqları böyüdür. Biz KARUSEL JURNALI| 43

ŞÜŞƏ QABIN İÇİNDƏKİLƏR SİLVİYA PLATIN AMERİKAN ƏDƏBİYYATININ İLK FEMİNİST ROMANI SAYILAN “ŞÜŞƏ QAB” ƏSƏRİ DÜNYANIN CAYNAQLARI ARASINDA İLİŞIB QALMIŞ QADINLARIN SIXINTILARINDAN BƏHS EDİR. DƏNİZ PƏNAHOVA KARUSEL JURNALI| 44

Silviya 8 yaşında atasını itirdikdən sonra üsyan edib,“Bir də heç vaxt Tanrı ilə danışmayacağam”deyir. Atası despot idi,ona qarşı duyduğu sevgi və nifrət qarışıq hisslərin çöküntüsü sonrakı illərdə Silviyanın kişilərlə münasibətindəki boşluqlara səbəb oldu. Silviya romanı intiharından bir ay öncə saxta imzayla çap edir. İntiharının arxasında dayananları detallı şəkildə yazır.Romanın qəhrəmanı 19 yaşlı uğurlu universitet tələbəsi Esterdir. Esterin (əslində elə Silviyanın) simasında intihara cəhd edən, kişilərlə münasibətləri dərinləşməyən,nə istədiyini bilməyən bir obraz görürük. Qeyri-müəyyənliyin içində uşaqlıqdan onunla böyüyən travma nəhəngləşir. Özünü psixiatrik xəstəxanada tapır. Bir neçə dəfə intihara cəhd edir. KARUSEL JURNALI| 45

THE BELL JAR Dəlixanaya aparılan Ester kitabın sonuna qədər orada müalicə alır.Romanda baş verənlərin əksəriyyəti Silviyanın yaşantıları ilə eynidi.Silviya P.-ın yazdıqları və yaşadıqları qadınları-insanları anlamayan kişilərdən; atasından və həyat yoldaşı Ted Huqsdan aldığı travmaların nəticəsi idi. Romanda Ester Budi Vilardla münasibət qurur. Amma onunla da birlikdə olduğu müddətdə özünü dekorativ ev əşyasının içində həbsolunmuş hiss edir.Şüşə qabı sındırıb çıxmaq istəyir.Romanın adı da buradan götürülür. Silviya yaradıcılığı, şeirləri ilə çağdaş Amerikan ədəbiyyatının gündəmdən düşməyən azad yazıçılarından birincisi idi.Bu qədər uğura rəğmən,yaradıcılıq əzabı,uşaqlıq travmaları, bəlkə də ən əsası həyat yoldaşı ilə münasibətindəki çətinliklər onu intihara cəhdə sövq edirdi. Silviya illərcə manik depressiyadan, bipolyar pozuntudan əziyyət çəkdiP.azar Festival KARUSEL JURNALI| 46

KARUSEL JURNALI| 47

KARUSEL JURNALI| 48 \"Özümə çiçək\" Mayli S ayrus Günel Eminli

Biraz mahnı haqda danıs, aq Günel Eminli Xanım müğənninin Son zamanlar şəxsi problemlərini, mesajı belə idi ki, həyat hətta həyat yoldaşlarının sizə limon verirsə, siz xəyanətini ifşa ona şəkər və daha edən və onları “O olmasın, bu nələr, nələr qatıb olsun” filmində deyildiyi kimi öz ondan limonad “qəzetələrində” (oxu: mahnılarında, düzəltməyə hazır olun. sosial platformalarda, mediaya Şakiranın da son açıqlamalarında) biabır edən mahnıları qadın müğənnilər gündəmdədir. xəyanətə görə ruhdan Hələ 5-6 il bundan qabaq Beyonse düşməyən daha bir öz məşhur həyat yoldaşı, reper qadının Jay-Z-nin xəyanətlərindən xəbər çabalamalarının tutanda ruhdan düşməyərək, sübutudur. bütöv bir albomu ona hərs etmişdi. Nifrətdən başlamış, bağışlanmaya qədər bütün mərhələləri musiqi dilində ifadə edib özünün ən çox dinlənilən “Limonad” albomunu qazandırmışdı: həm öz yaradıcılığına, həm də bütün sevənlərinə. KARUSEL JURNALI| 49

Günel Eminli Amma bu məzmunda Mayli Sayrusun mahnısı mənə daha maraqlı gəldi. Bu səhəri maraqlı bir xəbərlə açdım. Mayli Sayrus çiçəklərlə bağlı oxuduğu mahnısının Spotify onlayn musiqi platformasında ən çox dinlənilən ikinci mahnı olduğunu elan etdi. Birinci yerdə hansı mahnıdı? Selin Dionun gəmi dolusu rəvayət və xatiratla birlikdə həmişəyaşarlıq qazanmış əsəri. Maraqlısı budur ki, hələ təxminən 20 il əvvəl Selinin bu məşhur, okean qoxulu, sulardabatmaz mahnısı az qala bütün sevib-sevilən gənclərin dilində əzbərə çevrilmişdi. Yox, “sevib”in adından danışa bilmərəm, bir az düzəliş edim: bütün sevən gənclərin dilində əzbərə çevrilmişdi. Bəs, onda bu illər ərzində nə baş verdi ki, o mahnıdakı ana xəttə tamam zidd mövzulu bir musiqi onun ardıyca gəldi, belə sevildi və məşhurlaşdı. Kiçik bir araşdırma aparıb gördüm ki, həqiqətən də Mayli Sayrusun bir neçə həftə öncə - 13 yanvar tarixində təqdim edilən bu sinqlı qısa zamanda əksər eyni hissləri və düşüncəni paylaşan qadınların himninə çevrilməyi bacarıb. Mən özüm də “Youtube”də mahnının kilipini hər açanda rəqəmlərin dəyişdiyini, baxış sayının sürətlə artdığını görürdüm. Mahnı həm də sevgilisindən ayrılan qadının özünə sevgi etirafıdır. Sözləri təxminən belədir: Biz səninlə xoşbəxt idik, amma ayrıldıq. Bu ayrılığa görə pis ola bilərdim, amma xatırladım ki, mən özümə də özümə çiçək ala bilərəm, adımı qumlar üstündə yaza bilərəm, özümlə rəqs edə bilərəm. Mən özümü daha çox və daha gözəl sevə bilərəm. Mahnının vermək istədiyi əsas mesaj da budur: mən özümü səndən daha gözəl sevə bilərəm. KARUSEL JURNALI| 50


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook