Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (iyun) ppt

jurnal (iyun) ppt

Published by Kanan Tagizada, 2021-07-01 15:49:51

Description: jurnal (iyun) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal İyun, 2021

1 Uşaqların Beynəlxalq Müdafiəsi Günü AKTİ 01 iyun 2021-ci il Azərbaycan könüllüləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Vətən müharibəsində iştirak etmiş qazilərimizin övladları ilə görüşüb, onlarla əyləncəli vaxt keçirib, müxtəlif boyama kitabçaları, rəngli karandaşlar və oyuncaqlar hədiyyə ediblər.

Sosial Məsuliyyət Həftəsi 2 İyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri “Sosial məsuliyyət” həftəsi çərçivəsində uşaq evinin sakinlərini ziyarət edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlarlala maraqlı bir gün keçirib, eləcə də paytaxtın 9-cu mikrorayon ərazisində yerləşən yaşıllıq zonasında təmizlik və abadlıq işləri həyata keçiriblər.

3 Könüllülər maarifləndirmə işində AKTİ 5 iyun 2021-ci il Azərbaycan könüllüləri DOST Mərkəzlərində COVID-19 infeksiyasına qarşı peyvəndlənmə ilə bağlı vətəndaşlara maarifləndirici flayerlər paylayıblar.

“Piyada təhlükəsizliyi” sorğusu 4 8 iyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri Koroğlu NMM, Hüseyn Cavid parkı, Xaqani parkında vətəndaşlar arasında piyada təhlükəsizliyi ilə bağlı sorğu keçirib. Sorğuda 200 nəfər piyadanın rəyi alınıb.

5 Yol Təhlü̈kəsizliyi Həftəsi AKTİ 8 iyun 2021-ci il Azərbaycan könüllüləri BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi (17-23 may) çərçivəsində keçirilən tədbirlərdə fəal iştiraka görə sertifikatla təltif ediliblər.

6 Azərbaycan könüllüləri “Avro 2020” yarışlarında AKTİ İyun 2021-ci il Azərbaycan könüllüləri “Avro 2020” yarışlarının Bakıda keçirilən qrup mərhələsinin oyunlarının təşkilində fəal iştirak edirlər.

7 Könüllülər “Formula 1” yarışlarında AKTİ 4-6 iyun 2021-ci il Azərbaycan könüllüləri Bakıda keçirilən Formula 1 yarışlarının uğurla təşkil olunmasında yaxından iştirak etdilər.

“Ask me” komandası 8 İyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının keçirildiyi günlərdə ölkəmizə gələn xarici qonaqların Bakı Metropoliteni stansiyalarında istiqamətləndirilməsi və məlumatlandırılması işlərində dəstək göstərirlər.

9 Könüllülər Bakı Ekspo Mərkəzində AKTİ 10-12 iyun 2021-ci il Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçirilib. Azərbaycan könüllüləri 3 gün ərzində davam edən sərginin təşkilində fəal iştirak edərək sertifikatlarla təltif olunublar.

Milli Qurtuluş Gününə həsr olunmuş yürüş 10 15 iyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri könüllü təşkilatlarının rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri ilə birlikdə 15 iyun Milli Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanı ziyarət etdilər.

\"Yaşa Azərbaycan!\" adlı rəsm üzrə master-klass 11 16 iyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri arasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş \"Yaşa Azərbaycan!\" adlı rəsm üzrə master-klass keçirildi.

\"Bu necə hazırlanır?\" layihəsi 12 18 iyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri \"Bu necə hazırlanır?\" layihəsi çərçivəsində Buta Glass MMC şüşə istehsalı zavoduna ekskursiya ediblər.

13 Könüllülər nəzarətçi qismində AKTİ 16-21 iyun 2021-ci il Azərbaycan könüllüləri Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara qəbul imtahanlarının keçirilməsində yaxından iştirak ediblər. İmtahanların keçirilmə prosesində 80-dən çox könüllü istiqamətləndirmə və imtahan nəzarətçisi qismində fəaliyyət göstərib.

Beynəlxalq görüşlər 14 İyun 2021-ci il AKTİ “Türkiyə və Azərbaycanda idman “Könüllülərin idarə olunması” könüllüyü” mövzusunda mövzusunda beynəlxalq konfrans beynəlxalq konfrans

15 “Dəmir Yumruq” intellektual liqası AKTİ 24 iyun 2021-ci il Azərbaycan könüllüləri arasında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq” intellektual liqası keçirildi.

Könüllülər üçün əyləncəli oyunlar 16 24 iyun 2021-ci il AKTİ Azərbaycan könüllüləri üçün Qubada açıq havada əyləncəli yarışlar keçirilib. Qaliblər BCC Akademiya tərəfindən mükafatlandırılıb.

Xanbulan – Yay Düşərgəsi 17 25-27 iyun 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə “Xanbulan – Yay Düşərgəsi” keçirilib. Düşərgə müddətində könüllülər çadırların qurulması texnikası ilə tanış olub, Hirkan Milli Parkına, “Yaşıl Çay” plantasiyasına ekskursiya edib, eləcə də bir sıra əyləncəli oyunlarda iştirak ediblər.

Videoçarxlar 18 iyun 2021-ci il AKTİ “Mənim Könüllülük Hekayəm” rubrikası – Elgül Həsənova 15 iyun – Milli Qurtuluş Gününüə həsr olunmuş videoçarx “Mənim Könüllülük Hekayəm” rubrikası – Əjdər Ağayev

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook