Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (aprel) ppt

jurnal (aprel) ppt

Published by Kanan Tagizada, 2021-05-30 16:43:55

Description: jurnal (aprel) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal May, 2021

1 \"Avro-2020 Könüllü Kuboku\" final AKTİ 03 may 2021-ci il Azərbaycan könüllülərindən ibarət 16 komanda “Avro- 2020 Könüllü Kuboku” uğrunda mübarizə apardı. Final oyununda “Turizm Könüllüləri” Təşkilatını 1:0 hesabı ilə məğlub edən \"Bir Könüllü\" Tələbə Proqramı təşkilatının komandası “Könüllü Kuboku”nun qalibi oldu.

Könüllülər nəzarətçi qismində 2 03 may 2021-ci il AKTİ Azərbaycan könüllüləri Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə keçirilən test imtahanında yönləndirmə, qeydiyyat eləcə də nəzarətçi qismində iştirak etdilər.

3 “Sosial məsuliyyət” həftəsi AKTİ May 2021-ci il Azərbaycan könüllüləri “Sosial məsuliyyət” həftəsi çərçivəsində ətraf mühiti və təbiəti qorumaq, qayğıya ehtiyacı olan insanlara dəstək olmaq üçün müxtəlif sosial aksiyalarda iştirak edirlər.

\"Çövkən oyunu\" layihəsi 4 4 may 2021-ci il AKTİ Azərbaycan Könüllülərinin iştirakı ilə Ağcabədi rayonunda yerləşən “Qarabağ” atçılıq kompleksində \"Çövkən oyunu\" layihəsinin bağlanış mərasimi keçirilib.

5 Azərbaycan könüllüləri Qələbə Günündə AKTİ 9 may 2021-ci il

“Nə? Harada? Nə zaman?” Respublika birinciliyi 6 10 may 2021-ci il AKTİ Azərbaycan könüllüləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Respublika birinciliyi keçirilib.

7 Könüllülərin Fərdi İnkişaf Proqramı AKTİ May 2021-ci il Tamilla Hüseynova ilə “Dil öyrənmə Vüsalə Əmiraslanova ilə “Stressdən necə metodları” təlimi azad olaq?” təlimi Zarina Hümbətovanın təqdimatında “Kreativ düşün” təlimi

Azərbaycan könüllüləri “Formula 1 və “Avro 2020” yarışlarında 8 May 2021-ci il AKTİ

9 \"Ramazan sovqatı” aksiyası Azərbaycan könüllüləri “For Azerbaijan” təşkilatının dəstəyi ilə \"Tək Millət, Tək Ürək\" AKTİ 11 may 2021-ci il Beynəlxalq Humanitar Platforması çərçivəsində \"Ramazan sovqatı” aksiyasında iştirak ediblər. Aksiya çərçivəsində 20 Qarabağ qazisi ailəsinə yardımlar edilib.

Könüllülər uşaq sığınacağında 10 11 may 2021-ci il AKTİ AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə \"Ümid yeri\" uşaq sığınacağında iməclik həyata keçirilib. İməclik zamanı sığınacağın bağçasına güllər əkilib. Təşəbbüs Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilib.

11 Ramazan Xeyriyyə Həftələri AKTİ 13 may 2021-ci il Azərbaycan könüllülərinin iştirakı \"Ramazan Xeyriyyə Həftələri\" aksiyası çərçivəsində aztəminatlı ailələrə ziyarət edilib və Ramazan sovqatları paylanılıb.

“Yol təhlükəsizliyi” həftəsi 12 18-21 may 2021-ci il AKTİ Azərbaycan könüllüləri BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində BMT, BNA və ÜST-ün həyata keçirdiyi birgə fəaliyyətə əsasən vətəndaşların maarifləndirilməsində iştirak ediblər.

13 Könüllülər “Beynəlxalq Biznes Oyunu”nda AKTİ 19 may 2021-ci il AKTİ-nin əlaqələndirməsinin nəticəsi olaraq Aqrar İnkişaf Könüllülərindən ibarət komanda Moskva şəhərində “Начинающий Фермер” beynəlxalq biznes oyununun final mərhələsində ölkəmizi uğurla təmsil edərək 34 komanda arasında qələbə qazanıblar.

14 Inner Peace Week\" layihəsi AKTİ May 2021-ci il Azərbaycan könüllülərinin iştirakı ilə “Inner Peace Week\" layihəsinə start verilib. Layihə çərçivəsində gənclər yoga, meditasiya, psixoloji sağlam olmağın yolları, stressin idarə olunmasını haqqında öyrənib və bir sıra nəfəs texnikaları ilə yaxından tanış olublar.

15 \"Nə? Harada? Nə zaman?\" intellektual turniri AKTİ 26 may 2021-ci il Azərbaycan könüllüləri arasında 28 May – Respublika Gününə həsr olunmuş onlayn formatda \"Nə? Harada? Nə zaman?\" intellektual turniri baş tutub.

“Wikipedia” təlimləri 16 26 may 2021-ci il (davam edir) AKTİ Azərbaycan könüllülərinin informasiya cəbhəsindəki rolunu artırmaq, eləcə də gənclərə internet resurslarından düzgün istifadə bacarığının aşılanması məqsədilə “Wikipedia” təlimlərinə start verilib.

17 “Könlüm Azərbaycan” onlayn konsert proqramı AKTİ 28 may 2021-ci il Azərbaycan könüllüləri üçün 28 May Respublika Gününə həsr olunmuş \"Könlüm Azərbaycan\" adlı onlayn konsert proqramı keçirildi. Konsertdə ölkənin bir sıra tanınmış müğənniləri, eləcə də müxtəlif təşkilatları təmsil edən istedadlı könüllülər iştirak etdilər.

Respublika Gününə həsr olunmuş onlayn görüşlər 18 26-29 may 2021-ci il AKTİ Könüllülərin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyəti haqqında məlumatlandırılması məqsədilə tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və Milli Məclisinin deputatı Aydın Mirzəzadə ilə onlayn silsilə görüşlər keçirilib.

Könüllülərin iştirakı ilə keçirilən rəsm günü 19 27 may 2021-ci il AKTİ Azərbaycan könüllüləri tərəfindən “ArtAccent” rəsm emalatxanasında 28 May – Respublika Gününə həsr olunmuş rəsmlər çəkilib. \"ASAN xidmət” mərkəzlərində satışa çıxarılan sözügedən rəsmlərdən əldə olunan gəlir “YAŞAT” Fonduna ianə ediləcəkdir.

Videoçarxlar 20 May 2021-ci il AKTİ Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoçarx “Mənim Könüllülük Hekayəm” rubrikası – Böyükxanım Babayeva 28 May – Respublika Gününə həsr olunmuş “Kölgə” tamaşası

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook