Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (sentyabr) ppt

jurnal (sentyabr) ppt

Published by Kanan Tagizada, 2021-10-04 15:36:17

Description: jurnal (sentyabr) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal Sentyabr, 2021

1 İdmançılarımıza dəstək AKTİ 1 sentyabr 2021-ci il Azərbaycan könüllüləri Milli Paralimpiya komandamızı “Tokio-2020” Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nəticəyə görə təbrik ediblər.

Könüllülər gömrük fəaliyyətində 2 Sentyabr 2021-ci il AKTİ Dövlət Gömrük Komitəsi strukturunda formalaşdırılan “Könüllü gömrükçü” dəstəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri gömrük sərhəd buraxılış məntəqələrində gömrük işinin təşkili, gömrük orqanlarının fəaliyyət istiqamətləri, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində nəzəri və praktiki biliklərini möhkəmləndirirlər.

3 Könüllülər “Gənclik” parkında AKTİ 12 sentyabr 2021-ci il Azərbaycan könüllüləri Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkını ziyarət ediblər.

Şuşa könüllüləri 4 6 sentyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri 80-dən çox Şuşa sakininin Azərbaycanın mədəniyyət paytaxtı olan #Şuşa şəhərinə səfərində iştirak ediblər. Səfər zamanı yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri və şəhid ailələrindən ibarət heyət könüllülər tərəfindən müşayiət olunub.

5 Azərbaycan – Portuqaliya oyunu AKTİ 7 sentyabr 2021-ci il Azərbaycan könüllüləri Dünya Çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçirilən Azərbaycan - Portuqaliya oyununun təşkilində yaxından iştirak etdilər.

Abituriyentlərə dəstək 6 7-20 sentyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri ali təhsil müəsissələrinə qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərə kömək olmaq məqsədiylə Bakı və Respublikanın müxtəlif regionlarında yaradılan alternativ qeydiyyat mərkəzlərində fəaliyyət göstərib.

7 Şuşa şəhərinə səfər Azərbaycan könüllülərinin iştirakı ilə 50-dən çox təşkilat nümayəndəsinin Ermənistan AKTİ 13 sentyabr 2021-ci il tərəfindən törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi ilə, görülən abadlıq- quruculuq işləri ilə tanış olmaq məqsədilə Şuşa şəhərinə səfəri təşkil edilib.

İntellektual müsabiqə 8 15 sentyabr 2021-ci il AKTİ Bilik Gününə həsr olunmuş müsabiqədə müxtəlif təşkilatları təmsil edən 75 könüllü iştirak edib. Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda qələbə qazanaraq “Xəmsə” mərhələsinə keçid edib və burada “Miqrasiya Könüllüsü” İctimai Birliyinin könüllüləri hamıdan güclü olaraq kubokun sahibi olublar.

9 Avropa Mobillik Həftəsi AKTİ 16-25 sentyabr 2021-ci il Azərbaycan könüllüləri həftə çərçivəsində Bakıda həyata keçirilən müxtəlif aksiyalarda yaxından iştirak edərək paytaxt sakinlərini maarfiləndiriblər. Sonda keçirilən “Velosiped sür, sağlam ol” adlı veloyürüşdən sonra keçirilən bağlanış mərasimində iştirakçı könüllülər rəsmilər tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.

Xəzəri Qoruyaq! 10 18 sentyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası baş tutub. Aksiya zamanı 25 hektar ərazidən 6,5 ton tullantı toplanıb.

11 Milli Musiqi Günü AKTİ 18 sentyabr 2021-ci il Azərbaycan könüllülərinin təqdimatında Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi gününə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər səhnələşdirilib. Sonda könüllülərə rəsmilər tərəfindən təşəkkürnamə təqdim edilib

12 Mükafatlandırma mərasimi AKTİ 18 sentyabr 2021-ci il Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun məzun könüllülərinin mükafatlandırma mərasimi keçirilib. Könüllülərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

Beynəlxalq Musiqi Festivalı 13 18 iyul-24 sentyabr 2021-ci il AKTİ Milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan XIII Beynəlxalq Musiqi Festivalının Şuşada ilk konserti keçirilib. Azərbaycan könüllüləri sözügedən konsertdə yönləndirmə, müşahidə və təşkilatı işlərdə öz dəstəklərini göstəriblər.

14 Azərbaycan Könüllülərinin İnkişaf Proqramı AKTİ 23 sentyabr 2021-ci il Azərbaycan könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması məqsədilə keçirilən Azərbaycan Könüllülərinin İnkişaf Proqramının açılış mərasimi baş tutub.

15 Aqro SMM AKTİ 23 sentyabr 2021-ci il Azərbaycan könüllülərinin sosial media və marketinq üzrə yeni biliklər əldə etməsi və bu bilikləri aqrar sahədə tətbiq etməsi məqsədilə keçirilən Aqro SMM layihəsi davam edir. Layihə 4 modul – kənd təsərrüfatı, jurnalistika, sosial media və marketinq üzrə müəyyən edilmiş təlimlərlə davam edəcək.

Çempionlara dəstək 16 23 sentyabr 2021-ci il AKTİ “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsi start götürür. Layihə çərçivəsində Paralimpiya Oyunlarında mükafat qazanmış idmançıların sosial şəbəkələrdə rəsmi hesabları yaradılacaq və həmin hesablar Azərbaycan könüllüləri tərəfindən idarə ediləcək.

17 Azərbaycan könüllülərinin diplomatiya günləri AKTİ 24 sentyabr 2021-ci il Azərbaycan könüllülərinin Diplomatiya Günlərinə start verilir. Layihə çərçivəsində diplomatiyanın müxtəlif istiqamətləri üzrə həftələrin keçirilməsi, həmçinin iştirakçılar tərəfindən elmi araşdırma işinin hazırlanması, müxtəlif ekskursiyalar və səfərlər nəzərdə tutulur.

Vətən var olsun! 18 27 sentyabr 2021-ci il AKTİ Anım Günündə 1300-dən çox Azərbaycan könüllüsünün iştirakı ilə keçirilən \"Vətən var olsun!\" Fləşmobunda könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

19 Anım Gününə həsr olunmuş fləşmob AKTİ 27 sentyabr 2021-ci il Azərbaycan könüllüləri növbəti fləşmobda eyni vaxtda paytaxtın müxtəlif ərazilərində toplaşıb Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə ilə bağlı keçirdikləri qürur hissini nümayiş etdirib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Videoçarxlar 20 Sentyabr 2021-ci il AKTİ Vətən var olsun! Fləşmobu Azərbaycan könüllüləri Şuşada

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook