Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (avqust) ppt

jurnal (avqust) ppt

Published by Kanan Tagizada, 2021-09-03 14:14:20

Description: jurnal (avqust) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal Avqust, 2021

1 Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı AKTİ 30 iyul-1 avqust 2021-ci il Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı başa çatdı. 3 gün müddətində davam edən proqramda könüllülərlə iş sahəsində çalışan əməkdaşların bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə müxtəlif istiqamətli təlimlər və sertifikasiya həyata keçirildi.

“Nizami dünyası” kompozisiyası 2 2 avqust 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə \"Nizami dünyası\" kompozisiyası təqdim edilib. Kompozisiyada Nizami Gəncəvinin həyatı ilə yanaşı, “Xəmsə”yə daxil olan \"Sirlər Xəzinəsi\", \"Leyli və Məcnun\" \"Xosrov və Şirin\", \"Yeddi Gözəl\", \"İsgəndərnamə\" əsərləri də səhnələşdirilib.

3 Könüllülər nəzarətçi qismində AKTİ 5 avqust 2021-ci il Azərbaycan könüllülərinin iştirak etdiyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatdı. 9.000-dən çox namizədin iştirak etdiyi Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçirilən müsabiqəsinin test mərhələsinə 120-dən çox könüllü dəstək göstərdi.

Könüllü gömrükçülər 4 Avqust 2021-ci il AKTİ Dövlət Gömrük Komitəsi strukturunda formalaşdırılan “Könüllü gömrükçü” dəstəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri gömrük sərhəd buraxılış məntəqələrində gömrük işinin təşkili, gömrük orqanlarının fəaliyyət istiqamətləri, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində atılan addımlarla yaxından tanış olur, bu sahədə nəzəri və praktiki biliklərini möhkəmləndirirlər.

5 Mükafatlandırma mərasimi AKTİ 6 avqust 2021-ci il AVRO-2020 futbol çempionatının qrup oyunlarının və 1/4 final mərhələsinin keçirildiyi günlərdə ölkəmizə gələn xarici qonaqların Bakı Metropoliteni stansiyalarında istiqamətləndirilməsi və məlumatlandırılması işlərində dəstək göstərən könüllülərimizin mükafatlandırma mərasimi baş tutdu.

Könüllülərin təcrübə səfəri 6 2 avqust 2021-ci il AKTİ Azərbaycan könüllülərinin “Bakubus” MMC və STM MMC-yə təcrübə səfəri təşkil edilib. Könüllülərə sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər, eləcə də müxtəlif təlimlər və simulyatorların iş prinsipi haqqında məlumat verilib.

7 Xəzər Günü AKTİ 12 avqust 2021-ci il Azərbaycan könüllüləri 12 avqust - Xəzər Günü ilə əlaqədar olaraq Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərdə iştirak ediblər.

8 Azərbaycan könüllüləri Avropa Konfrans Liqasında AKTİ Avqust 2021-ci il Azərbaycan könüllüləri Avropa Konfrans Liqası çərçivəsində keçirilən Qarabağ FK (Azərbaycan) - AEL Limassol FC (Kipr) və “Neftçi” - “HİK” oyunlarının təşkilində yaxından iştirak ediblər.

Yay Fest “Könüllülük” düşərgəsi 9 15-19 avqust 2021-ci il AKTİ Azərbaycan könllülərinin iştirakı ilə Yay Fest “Könüllülük” düşərgəsi uğurla başa çatdı. Düşərgə müddətində könüllülərin asudə vaxtlarının əyləncəli və səmərəli təşkili, eləcə də onları fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə müxtəlif oyunlar, konsert və tamaşalar eləcə də panel müzakirə və təlimlər keçirildi.

10 I Hesabat-Seçki Konfransı AKTİ 16-17 avqust 2021-ci il Konfrans çərçivəsində ötən bir il ərzində AKTİ- nin həyata keçirdiyi tədbir və layihələrin hesabatı nümayiş olunub, növbəti il ərzində İdarə Heyətinin üzvləri və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi keçirilib, eləcə də İttifaqın icra edəcəyi fəaliyyətlər üzrə strateji planlama müzakirə edilib.

Öz biznesinə başla 11 25 avqust 2021-ci il AKTİ Azərbaycan könüllüləri üçün Dadashsoy Business Schoolun təsisçisi Elvin Dadaşsoyun təqdimatında \"Öz Biznesinə Başla\" adlı seminar keçirilib.

12 Uşaqlar gələcəyimizdir! AKTİ 30 avqust 2021-ci il Layihə çərçivəsində Azərbaycan könüllüləri daun sindromlu və sağlamlıq imkanları tam olan uşaqlarla əyləncəli vaxt keçiriblər. Məqsəd əngəl kimi görünən bariyerləri yıxmaq və uşaqlar arasında bu bərabərliyi saxlamaqdır.

“YAŞAT” düşərgəsi 13 12 iyul-30 avqust 2021-ci il AKTİ Azərbaycan könüllülərinin dəstəyi ilə keçirilən düşərgədə şəhidlərimizin övladları üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, psixoloqların iştirakı ilə təlim, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.

14 Könüllülər futbol turnirində AKTİ 28 avqust 2021-ci il Azərbaycan könüllüləri avqustun 28-dən start verilən, 6 qitədə keçirilən və beş-beşə komandaların yarışdığı, sürətli, texnikalı və əyləncəli \"Red Bull Neymar Jr's Five” futbol turnirinin I və II mərhələsinin təşkilində iştirak ediblər.

Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü 15 30 avqust 2021-ci il AKTİ Azərbaycankönüllüləri Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin şəxslər) Günü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən Konfrans və Sərgidə iştirak ediblər.

Videoçarxlar 16 Avqust 2021-ci il AKTİ Yay Fest “Könüllülük” düşərgəsinin video icmalı Azərbaycan Könüllü Təşkilatları İttifaqının birillik hesabat videoçarxı

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook