Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (oktyabr) ppt

jurnal (oktyabr) ppt

Published by Kanan Tagizada, 2021-11-07 12:13:48

Description: jurnal (oktyabr) ppt

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal Oktyabr, 2021

1 Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı AKTİ 1-3 oktyabr 2021-ci il “Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş sahəsində çalışan əməkdaşlarının və kurator könüllülərinin sözügedən sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi, peşəkarlıqlarının artırılması, eləcə də müvafiq sertifikasiyadan keçirilməsi məqsədilə baş tutan proqram çərçivəsində 34 əməkdaş və 4 təlimçinin iştirakı ilə müxtəlif istiqamətli təlim sessiyaları təşkil edilib.

“Gümüşü DOST” proqramı 2 02 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə DOST mərkəzlərində \"Könüllü DOST\" proqramı çərçivəsində həyata keçirilən \"Gümüşü DOST\" alt proqramı yenidən fəaliyyətə başlayıb.

3 Şou Debat 4 oktyabr 2021-ci il AKTİ Azərbaycan Könüllü Təşkilatları İttifaqı, \"ASAN Könüllüləri\" Təşkilatı və \"Vətəndaş Cəmiyyətində Debat\" İctimai Birliyinin birgə təşkilatçılığı ilə \"Şou Debat\" baş tutub. Şou debatın keçirilməsində əsas məqsəd könüllülərə şou debatın keçirilmə formatını təqdim etmək və öyrənilməsini təmin etməkdir.

Əlaqələndirmə görüşü 4 6 oktyabr 2021-ci il AKTİ Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların nümayəndələrinin və AKTİ katibliyinin iştirakı ilə növbəti əlaqələndirmə görüşü baş tutub. “MEDİA Könüllüləri” proqramı AKTİ-nin yeni üzvü olaraq təsdiq olunub.

Ağdam səfəri 5 6,14 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərini Ağdam şəhərinə səfər edərək \"Ağdam rayonunun iqtisadi inkişaf potensialı\" mövzusunda keçirilən müzakirə görüşlərində nəzarətçi və yönləndirmə işlərində fəaliyyət göstəriblər.

6 Könüllülər futbol oyunlarının təşkilində AKTİ Oktyabr 2021-ci il Azərbaycan könüllüləri Azərbaycan – İrlandiya və Qarabağ - Kayrat oyunlarının . təşkilində yaxından iştirak etdilər.

Veteranları ziyarət 7 Oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri Vətən Müharibəsində iştirak edən igid oğullarımızı ziyarət ediblər. Ziyarət zamanı könüllülərimiz veteranımızla müharibə dönəmində olan xatirələri ilə bağlı həmsöhbət olublar. Daha sonra bağ sahəsində müəyyən iməclik işləri həyata keçiriblər.

“Iron Wind” yarışı 8 9 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri “İron Wind” Bakı Triation yarışının təşkilində yaxından dəstək oldular.

7-ci Bakı Beynəlxalq Kitab Sərgisi 9 6–10 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycanın dahi poeziya ustadı - şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş \"Baku International Book Fair 2021\" – 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

10 FotoMƏN 3 AKTİ Oktyabr 2021-ci il Azərbaycan könüllülərinin iştirakı ilə “FotoMən 3” layihəsi həyata keçirilir. İlk dəfə gənclər üçün fotoqrafiya sahəsində ödənişsiz şəkildə təşkil olunmuş “FotoMən” layihəsinin əsas məqsədi ölkəmizdə gənc fotoqrafların yetişməsinə töhfə verməkdir.

11 Gəncə terroru AKTİ 11 oktyabr 2021-ci il Azərbaycan könüllülərinin iştirakı ilə könüllü təşkilatlarının Gəncə şəhərinə səfəri baş tutub. Səfər çərçivəsində erməni terroru qurbZanlarının xatirəsi yad edilib və 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat səsləndirilib.

Şəhidini tanı! 12 14 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri “Şəhidini Tanı\" layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşı Babək Hacılı ilə döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Vəlizadə Urfan Üzeyir oğlunun ailəsini ziyarət ediblər.

13 Xəyal Qutusu AKTİ 18 oktyabr 2021-ci il Layihə çərçivəsində azyaşlıların arzularını gerçəkləşdirilməyə davam edir. Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik çavuş Elşən Musayev və baş gizir Mehrab Niftəliyevin övladları gələcəkdə polis peşəsinə yiyələnmək istədiklərini “Xəyal Qutusu”na atıblar. Artıq onların xəyalları gerçəkləşib. Qəhrəmanlarımızın övladları Bakı Şəhər Baş Polis İdarəsində bir gün keçirərək iş fəaliyyəti ilə tanış olublar.

14 Su İdman Sarayı Birinciliyi AKTİ 18 oktyabr 2021-ci il Azərbaycan könüllüləri üzgüçülük üzrə “Su İdman Sarayı Birinciliyi”nin uğurlu təşkilində yaxından iştirak etdilər.

“Sən avtobus deyilsən\" layihəsi 15 19 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə \"Sən avtobus deyilsən\" sloqanı ilə avtobus zolağına daxil olan şəxsi minik avtomobili sürücüləri üçün maarifləndirmə aksiyası keçirilib

“Zəfər Liqası” turniri 16 20 oktyabr – 5 noyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri arasında 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş \"Zəfər Liqası\" futbol turnirinə start verilib. Turnirdə 12 könüllü təşkilatını təmsil edən komandalar mübarizə aparır.

Könüllülər \"Rebuild Karabakh-2021” sərgisində 17 20-22 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllüləri Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində fəal iştirak ediblər.

“Zəngin hövzələr” layihəsi 18 22 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə keçirilən layihə çərçivəsində daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası məqsədilə akvakultura şəraitində yetişdirilmiş 10000 nərə balığı, eləcə də çəkikimi balıq körpələri Kür çayına və Mingəçevir su anbarına buraxılıb.

19 “Dəmir Yumruq” intellektual liqası AKTİ 25 oktyabr 2021-ci il Azərbaycan könüllüləri arasında 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Dəmir Yumruq” intellektual liqası keçirildi.Yarışda 50 könüllüdən ibarət 10 komanda mübarizə apardı.

20 Debat turniri AKTİ Oktyabr 2021-ci il Azərbaycan Könüllü Təşkilatları İttifaqı, \"ASAN Könüllüləri\" Təşkilatı, və \"Vətəndaş Cəmiyyətində Debat\" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində KPD formatlı debat turniri keçirildi.

21 Qarabağda Urbisid AKTİ 1-31 oktyabr 2021-ci il Azərbaycan könüllüləri “Karabakh Center” layihəsi çərçivəsində keçirilən “Qarabağda Urbisid” adlı fotosərgilərin təşkilində iştirak edərək sərgi üçün yaxınlaşan vətəndaşları ianəyə cəlb edib, Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə ziyarətçiləri məlumatlandırıblar.

Könüllülərin diplomatiya günləri 22 20 oktyabr 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə keçirilən 44 günlük Vətən müharibəsinə həsr olunmuş “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi davam edir. Layiənin əsas məqsədi diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsidir.

23 Könüllülərin “Açıq mikrafon” formatında görüşü AKTİ 27 oktyabr 2021-ci il Görüşdə ötən iki ay ərzində Azərbaycan könüllülərinin iştirakı ilə görülən işlər haqqında ətraflı məlumat verilib. Könüllülərin fəaliyyətlərlə bağlı fikirləri, təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib.

Videoçarxlar 24 İyun 2021-ci il AKTİ Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı Gəncə terroru qurbanlarını ehtiramla yad edirik “Dəmir Yumruq” İntellektual Liqası

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook