Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore jurnal (iyul) ppt (1)

jurnal (iyul) ppt (1)

Published by Kanan Tagizada, 2021-08-09 13:53:14

Description: jurnal (iyul) ppt (1)

Search

Read the Text Version

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ Elektron jurnal İyul, 2021

1 “Nizami Kvest” intellektual oyunu AKTİ 01 iyul 2021-ci il “Nizami Gəncəvi” ilə əlaqədar olaraq dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə “Nizami Kvest” intellektual oyunu keçirilib.

“Ask me” komandası 2 3 İyul 2021-ci il AKTİ Avro-2020 futbol çempionatının Bakıda keçirilən oyunları müddətində Azərbaycan könüllüləri ölkəmizə gələn xarici qonaqların Bakı Metropoliteni stansiyalarında istiqamətləndirilməsi və məlumatlandırılması işlərində könüllü dəstək göstəriblər.

3 Polietelin torbalardan imtina edək AKTİ 3 iyul 2021-ci il Azərbaycan Könüllülərinin iştirakı ilə 3 iyul- Beynəlxalq polietilen paketsiz gününə həsr olunan “Polietelin torbalardan imtina edək” adlı aksiya keçirilib.

4 Könüllülər AVRO-2020 oyunlarında AKTİ 4 iyul 2021-ci il Azərbaycan könüllüləri ölkəmizdə baş tutan “Avro-2020” futbol çempionatının uğurla həyata keçirilməsində yaxından iştirak ediblər.

Qaliblər Düşərgəsi 5 4-18 iyul 2021-ci il AKTİ Azərbaycan könüllüləri FOR Azerbaijan xeyriyyə təşkilatı və Dövlət Miqrasiya Xidməti tərəfindən şəhid övladları üçün təşkil olunmuş \"Qaliblər Düşərgəsi”ndə iştirak ediblər.

6 Könüllülər nəzarətçi qismində AKTİ 7 iyul 2021-ci il Azərbaycan könüllüləri Abşeron, Sumqayıt və Bakı şəhərləri üzrə müəllimlərin işə qəbulu imtahanlarında 120-dən çox könüllü fəaliyyət göstərib.

Mükafatlandırma mərasimi 7 6 iyul 2021-ci il AKTİ İyulun 6-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti \"Könüllü gömrükçü\" dəstəsinin üzvləri ilə görüş keçirilib.

8 “Avro 2020” yarışlarının könüllülərinə təşəkkür tədbiri AKTİ 7 İyul 2021-ci il

9 Mükafatlandırma mərasimi AKTİ 8 iyul 2021-ci il “ASAN Könüllülük” Məktəbi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə əməkdaşlığı ilə 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

10 Diplomatiya həftəsi AKTİ 13-26 iyul 2021-ci il Azərbaycan könüllüləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən \"44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti\" mövzusunda keçirilən diplomatiya həftəsində fəal iştirak ediblər.

Könüllülər avrokubok oyunlarında 11 İyul 2021-ci il AKTİ Azərbaycan könüllülərinin avrokubok oyunlarının təşkilində iştirakı davam edir ediblər.

12 Beynəlxalq görüş AKTİ 16 İyul 2021-ci il Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Rusiyanın Könüllü Mərkəzləri Assosiasiyasının nümayəndələrinin iştirakı ilə növbəti onlayn görüş baş tutub.

Könüllülər “Kiçik Çempionlar” layihəsində 13 İyul 2021-ci il AKTİ Azərbaycan könüllüləri “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Kiçik çempionlar” layihəsinin həyata keçirilməsində yaxından iştirak ediblər.

Tovuz Döyüşlərinin ildönümünə həsr olunmuş görüş 14 18 iyul 2021-ci il AKTİ Azərbaycan Könüllü Təşkilatları ittifaqının təşkilatçılığı və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyilə ilə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Qəhrəmanlarımız qürurumuzdur!” adlı onlayn görüş keçirilib.

15 Biz Zəfərin Övladıyıq AKTİ 16-21 iyul 2021-ci il Azərbaycan könüllüləri ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı övladları üçün həyata keçirilən “Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbirin təşkilinə yaxından dəstək olub, şəhid övladlarını xüsusi diqqət və qayğı ilə əhatə edərək, onlarla maraqlı bir gün keçiriblər.

16 “Nizami Kvest” intellektual oyunu (final-Gəncə) AKTİ 20 iyul 2021-ci il Gəncə şəhərində Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib.

Könüllülərin şəhid ailələrinə ziyarəti 17 21 iyul 2021-ci il AKTİ Qurban bayramı münasibətilə könüllülərin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 30-dan çox şəhər və rayonda şəhid ailələrini ziyarət təşkil edilib.

18 Naxçıvan Muxtar Respublikasına işgüzar səfər AKTİ 23-25 iyul 2021-ci il AKTİ tərəfindən könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. Səfər çərçivəsində Azərbaycan könüllülərinin hərtərəfli inkişafı üçün ortaq layihələrin həyata keçirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə NMR-nın Gənclər Fondu və AKTİ arasında memorandum imzalanıb.

19 “Oxu, təsvir et, yarat!” müsabiqəsi AKTİ 26 iyul 2021-ci il “ASAN Könüllüləri” Təşkilatı “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycan xalq rəssamı Vidadi Nərimanbəyovun anım gününə həsr olunmuş “Oxu, təsvir et, yarat!” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Azərbaycan könüllüləri “ Yaşat” düşərgəsində 20 28 İyul 2021-ci il AKTİ Azərbaycan könüllülərinin iştirakı ilə YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən \"YAŞAT” düşərgəsi davam edir.

21 Təmizlik aksiyası AKTİ 28 iyul 2021-ci il Azərbaycan könüllülərinin iştirakı ilə “Kühül Dağı” adlanan ərazidə təmizlik aksiyası keçirilib.

22 Təsərrüfatların idarəedilməsi üzrə təcrübə proqramı AKTİ 29 iyul 2021-ci il Azərbaycan könüllüləri Rusiya Federasiyasında keçirilən \"Təsərrüfatların idarəedilməsi üzrə təcrübə proqramı\"nda iştirak yaxından iştirak edirlər.

23 “Layihələrin hazırlanması və idarə edilməsi” təlimi AKTİ 29 İyul 2021-ci il Könüllülər üçün “Layihələrin hazırlanması və idarəedilməsi” təlimi keçirilib. Təlimdə könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT analizi haqqında ətraflı məlumat verilib.

24 Könüllülərlə iş üzrə idarəçilərin inkişaf proqramı AKTİ 30 iyul-1 avqust 2021-ci il Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramına start verildi. 3 gün müddətində davam edən proqramda könüllülərlə iş sahəsində çalışan əməkdaşların bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə müxtəlif istiqamətli təlimlər həyata keçirilib.

Videoçarxlar 25 İyul 2021-ci il AKTİ Könüllülərlə iş üzrə İdarəçilərin inkişaf proqramı “Nizami Kvest” intellektual oyununun final mərhələsi

Cəfər Cabbarlı küçəsi 609 Bakı, Azərbaycan AZ1065 [email protected] www.konullu.az @konullu.aze @konullu_aze


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook