Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

Published by bizexress, 2020-02-21 18:02:43

Description: JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

Search

Read the Text Version

~ 101 ~ Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı. Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda kitabxanaçılıq sənətinin inkişafı XI əsrə aid edilir. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdı. Həmin dövrdə Azərbaycanda kitabxanaçılığının inkişafında müstəsna rolu olan şəxslərdən biri Fəzlullah Rəşidəddin idi. O, Təbriz, Qazaniyyə və başqa şəhərlərdə kitabxanalar təsis etdirmişdi. Onun adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet kitabxanası fəaliyyət göstərirdi. Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri də İbn Sinanın tələbəsi Bəhmənyardır. XI əsr Azərbaycan kitabının ən böyük yaradıcısı olan Bəhmənyar şəxsi kitabxanasında müasirlərinin və qədim dünyanın nadir kitablarını qoruyub saxlayırdı. Kitabxanada onun öz əsərləri də əsas yer tutmuşdur: “Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Metafizika elminin mövzusu”, “Mövcudatın mərtəbələrinə dair traktat” Bəhmənyar qələminin məhsuludur. “Təhsil kitabı” müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmış, ərəb və fars dillərinə tərcümə olunmuşdu. Azərbaycan kitabxanaçılığının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir. Onun da Təbrizdə zəngin şəxsi kitabxanası vardı. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi ərəb aləminin məşhur kitabşünası Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq kitabxanasından bir neçə kitab da aparmışdı. Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində xüsusui rolu olan məşhur alimlərdən biri də Nəsirəddin Tusidir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Ələmuq qalasında 20 ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış “Seyyidəna” kitabxanasında müdir işləmişdi. Müasir dövrdə kitabxana sistemi çox gözəl qurulmuşdur. Bu gün Azərbaycanda nə qədər mühüm əhəmiyyət daşıyan kitabxanalar var. M.F.Axundzadə adına Mlli Kitabxana, AMEA Mərkəzi Elmi Kitabxanası, Prezident Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanası və digər ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir. Azərbaycan Dövlət Statistika Komitəsinin kitabxana fəaliyyəti haqqında statistik bülleteninə əsasən kütləvi uşaq, gənclər, elmi-kütləvi, digər ixtisaslaşmış müəssisələrin nəzdində 8507 kitabxana vardır ki, bunun 2322-ci şəhərlərdə, 6185-i isə rayon və kəndlərdədir. Təkcə Bakıda və digər bölgələrdə dövlət nəşriyyatları ilə bərabər özəl nəşriyyat şəbəkəsi, 150-dən çox nəşriyyat evləri kitab çapı və digər poliqrafiya işləri ilə məşğuldur. Dünya kitab inciləri – Dünyanın ən bahalı 5 kitabı Dövlətlər, şəxsiyyətlər, mədəniyyətlər, sivilizasiyalar gəlir-gedir, lakin kitablar bəşər cəmiyyəti durduqca durur, bir nəsildən digər nəslə ən dəyərli mülkiyyət kimi ötürülür. Məhz bu xüsusiyyət də, kitabların dəyərini, qiymətini müəyyənləşdirən başlıca amildir. Bəs görəsən dünyanın ən bahalı kitabları hansılardır? 1. Leonardo Da Vinçi – “Lester əlyazmaları”, 30.8 milyon dollar, (1994) 1500-cü ildə nəşr olunub. Bu kitab tarixə “bu günə qədər satılan ən bahalı kitab” adı ilə düşüb. Maraqlıdır ki, kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən “Microsoft”un ekran qoruyucuları kimi istifadə edib və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə verib. 2. Müqəddəs Kusbertin İncili, 14 milyon dollar, (2012) Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 102 ~ 7-ci əsrə aid bu nadir əsər latın dilində yazılıb. Kitabı hər kəs oxuya bilər, çünki elektron versiyası mövcuddur. Kitab Britaniya kitabxanasında nümayiş olunur. 3. Müqəddəs Venediktin sifarişi ilə yazılmış “Henri Lionun İncili”, 11.7 milyon dollar, (1983) 1175-ci ilə aid olan bu kitab 1994-cü ilə qədər “dünyanın bu günə qədər satılan ən bahalı kitabları” siyahısında ilk sırada dururdu. 266 səhifədən ibarət kitabın 50 səhifəsi yalnız gözəl illüstrasiyalardan ibarətdir. 4. Con Ceyms Audubon – “Amerika quşları”, 11.5 milyon dollar, (2010) Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur. Audubon yaşam ölçülərinə əsasən, Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi. Hələ də dünyada bu böyük kitabın təqribən 120 orijinal surəti vardır. 5. Cefri Çoser – “Etajer hekayələri”, 7.5 milyon dollar, (1998) “Etajer hekayələri” nin 83 məlum versiyası mövcuddur. Əsər 1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq, 1478-ci ildə çap olunub. DİGƏR İXTİSASLAR ÜÇÜN KİTABXANA MƏLUMATLARI Kitabxanalardan istifadə qaydaları – Kitabla rəftar Uzun müddət istifadəyə yararlı olması üçün kitablardan düzgün istifadə etmək çox vacibdir: Kitabı əlinizə götürərkən əllərinizin təmiz olmasına diqqət yetirin; Kitabları tozdan qoruyaraq, rütubətdən və su ilə təmasdan uzaq tutun; Kitabları günəş şüalarından mühafizə edin; Kitabları çirkdən və yağ ləkələrindən qoruyun, kitab oxuyarkən qida qəbul etməyin. Bu həzm prosesini ləngidir və qida qəbulu zamanı oxunan informasiya çətin qavranılır; Kitabları həşəratlardan, gəmiricilərdən mühafizə edin. Bu məqsədlə xüsusi mühafizə qaydalarından istifadə edilir; Kitabı fiziki zədələrdən qoruyun: onun səhifələrini qatlamaq, kitabın arasına qalın və ya kobud əşya qoymaq, vərəqləri çevirərkən barmağı nəm etmək olmaz; Kitabın səhifələrini yuxarı sağ küncündən çevirin, səhifələri aşağı sağ küncdən çevirdikdə kitabın səhifələri qeyd edilənmrəqəmlər silinə bilər; Oxuyarkən kitabın küncünü qatlamaq olmaz, səhifə korlana, künc isə bir neçə istifadədən sonra cırıla bilər; Kitabı yazmaq, qələmlə və ya markerlə qeydiyyat aparmaq, içərisində şəxsi fikir və rəy bildirmək olmaz; Kitabı qaldığın yerdən oxumağa davam etmək üçün əlfəcindən istifadə etmək lazımdır; Kitaba söykənmək, ondan dayaq kimi istifadə etmək olmaz; Kitabın cildinə zərər dəyməsin deyə ona üzlük keçirmək lazımdır; Əgər kitab cırılıbsa onu yapışdırmaq lazımdır; Kitabı rəfdən götürən zaman ehtiyatla cildin mərkəzi hissəsindən tutmaq lazımdır, yuxarı hissəsindən tutduqda kitabın kötüyü cırıla bilər; Kitabın cildinə zərər verməmək üçün onu maksimum 120 dərəcəli bucaq altında açmaq lazımdır; AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 103 ~ Nadir və qədim nüsxələrdən istifadə zamanı xüsusilə ehtiyatlı davranmaq, ehtiyac olarsa əlcəkdən istifadə etmək lazımdır; Qəzet və jurnalları oxuyarkən lazım olan hissələri kəsmək, cırmaq qəti qadağandır. Bunun üçün surətçoxaltma aparatı var ki, lazım olan səhifələrin surətini çıxara bilər, bununla da, digər oxucuların həmin mənbədən istifadə hüquqlarını pozmamış olarsız; Kitabların “sağlamlığı” barədə düşünsək, öz sağlamlığımızı qorumuş olarıq. Elektron kitabxanalar XXI əsrin informasiya texnalogiyalarının xarekterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur. Elektron kitabxana — informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxanalar müxtəlif sosial qurumlar, o cümlədən, ənənəvi kitabxanalar tərəfindən yaradılan və şəbəkə xidməti imkanlarını xeyli dərəcədə genişləndirən superaçıq informasiya sistemidir. Onlar tarixən mövcud olan şəbəkə kitabxana-informasiya xidmətinin yeni metod, vasitə və texnalogiyalar baxımından məntiqi davamıdır. Müasir dünya elmi ədəbiyyatında “Elektron kitabxana” anlayışına sinonim kimi “virtual kitabxana”, “şəbəkə kitabxanası”, “divarsız kitabxana”, “hibrid kitabxanası” anlayışları işlədilir. Elektron kitabxanaların yardılmasının bir neçə obyektiv səbəbi vardır: 1)İstifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resusrlarının birbaşa istifadə edə bilər; 2)Elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatı mühafizə edir; 3)Çap əsərlərini istənilən yerdə oxumaq daha əlverişli və rahatdır; 4)Elektron kitabxanaların “qapısı” heç vaxt bağlı olmur; 5)Elektron kitabxanaların yaradılmasının obyektiv səbəblərindən biri də ənənəvi kitabxanaların saxlanmasına qənaət edilməsidir. Hazırda elektron kitabxanaların yaradılması ənənəvi kitabxanaların saxlanması xərclərinə və inkişafına sərf olunan xərclərdən çoxdur; Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 104 ~ Elektron kitabxanalar haqqında elmi fikirlər son illərdə yaranmışdır. XX əsrin 50-ci illərindən başlayaraq elektron kitabxanaların yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram layihələr işlənmiş, təqribən 90-cı illərin əvvəllərindən həmin kitabxanalar fəaliyyət göstərməyə başlamışdır. KİTABXANA-İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLAR Dünya kitabxanalarının təcrübəsi – ABŞ Konqres Kitabxanası ABŞ Konqres Kitabxanası Britaniya kitabxanasından sonra dünyanın ikinci ən zəngin kitabxanasıdır. Konqres Kitabxanasının əsası 1800-cü ildə qoyulub. Onun təsis olunması haqqında qeyd paytaxtın Filadelfiyadan Vaşinqtona köçməsinə aid olan qanunda göstərilir. Qanunda prezident Con Adams yalnız prezident, vitse-prezident və konqres nümayəndələrinin çıxışı olacaq kitabların yığılması və bu kitablardan ibarət kitabxananın yaradılması haqqda göstəriş verir. Yeni kitabların əldə olunmasına o zaman üçün kifayət qədər böyük məbləğ olan 5000 dollar pul xərclənmişdi. Yeni yaradılan kitabxana isə Konrqres Kitabxanası adlandırıldı. Kitabxananın tarixi onun uzun müddət yerləşdiyi Kapitoliya binası kimi dramatik anlarla doludu. Kitabxana binası bir neçə dəfə yanğına məruz qalıb. Yanğın zamanı ABŞ-ın 3-cü prezidenti Tomas Cefersonun kitabxanaya verdiyi bütün kitablar məhv olmuşdu. 1897-ci ildə kitabxana üçün İtaliya intibahı üslubunda yeni bina tikilir. Binanın inşası üzərində 26 rəssam, 22 heykəltaraş çalışırdı. Onlar əsl sənət əsəri və mühəndis möcüzəsi yaratmağa nail oldular. Belə ki, burada kitabxananın öz şəxsi elektrostansiyası, yanğına dayanıqlı kitab saxlama yerləri, kitablar üçün liftlər yerləşdirilmişdi. Binanın fasadını Romanın məşhur Trevi fontanı üslubunda olan fontan bəzəyirdi. Bu gün Konqres Kitabxanası biri əsas, ikisi köməkçi olmaqla 3 binadan ibarətdi. Köməkçi binalar XX əsrin sonlarında tikilib. Hər üç bina bir-birilə yeraltı yollarla əlaqələnir. Konqres Kitabxanasının kolleksiyasına 470 dildə 132 milyon nüsxədən çox kitab, 5 milyona yaxın xəritə, yüz minlərlə mikro film, son üç əsri əhatə edən 1 milyondan çox qəzet nüsxəsi daxildir. Kitabxananın ümumi rəqəmsal həcmi 20 terrabayt təşkil edir. Kitabxananın fondu: Komplektasiya cəhətdən ABŞ Konqres Kitabxanası çox universialdı. Burada xarici səhiyyə və kənd təsərrüfatı sahələri istisna olmaqla bütün lazımlı sahələr əhatə olunub. Bu iki sahə haqda kitablar isə mövcud tematik milli kitabxanalarda saxlanılır. Tarix, filologiya, siyasət, texniki elmlər kitabxana fondunun ən zəngin sahələridir. Hələ, 1832-ci ildə kitabxananın daxilində 3 milyon cild kitaba malik olan Hüquq Kitabxanası açılmışdı. Buranın fondu özündə demək olar ki, bütün dövlətlərin ən məşhur dövrlərinin hüquq materiallarını toplayıb. Bu cür daxili kitabxana heç də əbəs yerə deyil. Kitabxana yaradılarkən onun ilk məqsədi Konqres üzvlərini hüquq və elmi informasiya ilə təmin etmək olmuşdu. Buna görə də kitabxananın heyəti Konqres üzvlərinə hər zaman köməklik göstərən, onlara analitik materialları toplamağa yardım edən, bütün sahələr üzrə suallara cavab verə bilən, istər gündüz, istərsə də gecə onlara xidmət edən müxtəlif sahə mütəxəssisləri ilə təmin olunub. 1930-cu ildə kitabxana “milli” statusunu alır və ABŞ büdcəsi hesabına özünü zənginləşdirmə hüququ qazanır. Elə bu zaman da yeni məqsəd və prioritetlər müəyyən edilir: “Kitabxananın məqsədi Konqres və Amerika əhalisi üçün informasiyaya çıxışı təmin etmək, gələcək nəsil üçün təkrarolunmaz bilik fondunun qorunmasıdır.” AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 105 ~ Hər il kitabxananı 1.7 milyon insan ziyarət edir. Kitabxanada 3.5 min işçi fəaliyyət göstərir. Əgər kitab rəflərinin ümumi uzunluğunu hesablasaq, bu 1000 kilometrə yaxın olacaq. Hesablamaların birinə görə kitabxanada yerləşən hər bir kitaba gözucu nəzər yetirmək istəsəniz bunun üçün sizə 150 il lazım olacaq. Bununla belə, kitabxana hər il 1-3 milyon əlavə kitabla öz fondunu zənginləşdirir. Bu gün kitabxana həmçinin, elmi mərkəzlərə, özəl şirkətlərə, məktəblərə, elmi işçilərə və digərlərinə resuslarından faydalanmağa imkan verir. Kitabxananın xidmətlərindən 16 yaşdan yuxarı hər kəs istifadə edə bilər. Kitablardan isə yalnız və yalnız oxu zallarında istifadə etməyə icazə verirlir. Oxu zallarının ümumi sayı 20-dir və 1460 oxucunu eyni anda qəbul etmək imkanına malikdir. Kitabların təxminən yarısı inglis dilində deyil. Yavaş-yavaş da olsa nəşrlərin elektronlaşdırılması prosesi gedir. Hələ ki, ümumi fondun 10%-i elektronlaşdırılıb. Təbii ki, bütün fondun içində ən dəyərli olan sənəd bütün Amerikanın qürur mənbəyi olan “Müstəqillik bəyamnaməsi”nin ilk çap versiyasıdır. Burada həmçinin Tomas Ceferson və digər prezidentlərin kitab kolleksiyaları da saxlanılmaqdadı. Kitab evləri – 2019-cu ildə dünyanın ən böyük nəşriyyatları  “Penguin Random House” (Penquin Random Kitab Evi) İllik gəlir: 3.3 milyard dollar. Tanınmış nəşrləri – Alfred.A, “Grown Publishing”, “Viking Press”. 2013-də “Penguin Books” və “Random House” şirkətlərinin birləşməsi ilə təsis olunub. “Penguin Random House” nəşriyyat sahəsində ən böyük nəşriyyat evidir – 200-dən artıq şöbələri var. “Penguin Random House” öz növbəsində “ Pearson PLC” və “Bertelsmann” kimi çoxmilli şirkətlərə aiddir. Rəsmi statistikaya əsasən “Penguin Random House” hər il 15000-dən çox kitab nəşr edir və hər il 800 milyon nüsxəyə qədər çap, audio və elektron kitab satır.  “Hachette Livre” İllik gəlir: 2.7 milyard dollar. Tanınmış nəşrləri – “Grand Central Publisinng”, “Litlle”, “Brown Company”, “Mulholland Books” . “Hachette Livre” daha bir böyük 5-yə daxil olan, Fransanın ən böyük və bütün Avropada ən tanınmış nəşriyyatdır. Rəsmi olaraq “Hachette Livre” 1992-də təsis olunub, “ Lagardere Group” şirkətinə aiddir, getdikcə böyüyür və hər il 20000-ə qədər kitab çap edir.  “Springer Nature” İllik gəlir: 1.9 milyard dollar. Tanınmış nəşrləri – “Biomed Central”, “Nature Research”, “Palgrave Macnillan” və bir sıra elmi mövzulara aid akademik jurnallar. “Springer Nature” tədqiqat və maarifləndirici nəşriyyat olaraq “Macmillan Education”, “Springer Science” və “Business Media” kimi bir neçə qrupun birləşməsindən yaradılıb. “Springer Nature” daha çox akademik jurnalları çap edir, ancaq bir çox təhsil nəşriyyatları kimi o, hələ də ənənəvi nəşrlərlə sıx əlaqədədir.  “Scholastik” Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 106 ~ İllik gəlir: 1.7 milyard dollar. Tanınmış nəşrləri: “Arthur A. Lexine”, “Klutz Press”, “Orchard Books”. Təhsil sahəsinin və uşaq kitablarının daha böyük bir nəşriyyatçısı “Scholastik” 1920- ci ildə yaradılıb və digər nəşriyyatlara nisbətən müstəqildir, çünki onun başqa mülkiyyətçisi yoxdur. Dünyada uşaq ədəbiyyatının ən böyük nəşriyyatçısı və distribyutoru olaraq “Scholastik” həm də “Harry Porter” və “Ac oyunlar” kimi serialların müddətsiz mülkiyyətçidir. Onun illik ortalama gəliri son bir neçə ilin göstəricilərinə görə 2 milyard dollardır. O, daimi olaraq uşaq ədəbiyyatında ən populyar olan kitabları dərc edir.  “Viley” ( “Jonn Wiley and Sons”) İllik gəlir: 1.7 milyard dollar. Tanınmış nəşrləri – “Bloomberg press”, “Capstone”, “Hungry Minds”, “Viley-Blackvell”. Bu yaxınlarda yenilənmiş “Viley” nəşriyyatı akademik və təhsil nəşriyyatıdır. 1807- ci ildə Hermen Melville və Edgar Allan Poe kimi görkəmli müəlliflərin yaratdığı bu nəşriyyat ilk nəşriyyatı olaraq əhəmiyyətli tarixə malikdir. Nəşriyyatın keçən ilə aid gəliri 1.8 milyard təşkil edir və onun bugünkü gəlirləri, daha çox test hazırlıq materialları, müxtəlif fənlərə aid hazırlanmış hərtərəfli təlimatlar, həmçinin müxtəlif mövzuları birləşdirən “ Dummies üçün” seriyasından əldə olunur.  “Havper Collins” (“Böyük Beşlik”) İllik gəlir: 1.5 milyard dollar. Tanınmış nəşrləri – “Avon Romance”, “Harlequin Enterprises”, “Havper”, “William Morrow”. “Havper Collins” daha böyük bir beşliyin nəşriyyatıdır, baxmayaraq ki, 2018-ci ildə onun gəliri “Penguin Random House” və “Hachette Livre” dən 1.5 milyard dollar daha aşağı idi. “Havper Collins” 1989-cu ildə bir neçə şirkətin birləşməsindən yaranıb. Onun adı əvvəlki böyük nəşriyyatların – “ Harper and Row” və “William Collins” ın adlarından götürülüb. Bu gün o, “New Corp” şirkətinin yardımçı şirkətidir və əksəriyyəri ABŞ-da yerləşən individual nəşrlərə sahibdir. Daha maraqlı fakt odur ki, 2018-ci ildə “Havper Collins” “Penguin Random House” istisna olmaqla, başqa nəşriyyatlarla müqayisədə ən yaxşı kitabların nəşriyyatçısı olub. YERLİ VƏ BEYNƏLXALQ TƏDBİRLƏR TƏQVİMİ AMEA Mərkəzi Elmi Kitabxananın 5 illik yubileyi (2014-2019) AMEA Mərkəzi Elmi Kitabxananın yeni binasının açılışının 5-ci ildönümü qeyd olunub. 2019-cu il AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) yaradılmasının 95-ci il dönümü, eyni zamanda, 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA prezidenti akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan kitabxananın yeni binasının istifadəyə verilməsinin 5 ili tamam oldu. Bu məqsədlə, MEK akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında tədbir keçirib. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 107 ~ Tədbiri AMEA-nın prezidenti akademik Akif Əlizadə açıb. Akademik çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mərkəzi Emi Kitabxananın yeni binasının 2011-ci ilin noyabrında təməlinin qoyulduğunu xatırladıb. Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxananın 5 ildir ki, müasir tərtibatda fəaliyyət göstərdiyini deyib. Qeyd olunub ki, bu gün burada dünyanın tanınmış kitabxanalarının təcrübəsi tətbiq edilir. İki növbəli fəaliyyət göstərən kitabxanadan alim və mütəxəssislər, eləcə də digər oxucular geniş faydalana bilir. Müasir kitabxananın ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Akif Əlizadə kitabxanaya dövlət qayğısından da danışıb, beynəlxalq təşkilatların kitabxana ilə əməkdaşlıq əlaqələri qurmağa maraqlı olduğunu bildirib. MEK haqqında söylənilən müsbət fikirlərin qürurverici olduğunu bildirən akademik Mərkəzi Elmi Kitabxananın kollektivini yubiley münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar diləyib. Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 95 yaşlı Mərkəzi Elmi Kitabxananın müasir mərhələsinə qədər keçdiyi tarixdən danışıb. Akademik İ.Həbibbəyli MEK-i dünyanın aparıcı kitabxanaları ilə müqayisə edib. MDB ölkələrinin elmi kitabxanaları arasında MEK-in ən müasir kitabxana olduğunu söyləyən natiq onu da bildirib ki, Mərkəzi Elmi Kitabxana akademik elmi təbliğ etməklə yanaşı, həm də ideoloji mərkəzdir - milli maraqlara xidmət edir, burada dövlət əhəmiyyətli tədbirlər keçirilir. MEK direktoru Leyla İmanova ötən beş il ərzində görülən işlərdən danışıb. Bildirib ki, MEK üçün 5 ilin məramı kitabxananı akademik icmanın informasiya mərkəzinə çevirmək oldu: “MEK öz fəaliyyətini piramida formatında qurdu. İlk olaraq klassik kitabxana möhkəmləndirildi, fondlar və sənədləşmə nizamlandı, oxucuların sayı bütün ötən illərin kumulyativ sayını – 5500-ü ötdü, 1,5 milyon sənəddən ibarət fondda nadir kitabların sayı 17000-ə, İxtisas fondu 14000-ə, kolleksiyaların sayı 60-a çatdırıldı. Növbəti mərhələdə müasir standartlara cavab verən elektron xidmətlər, elektron kataloq, e-baza tətbiq edildi, MARC 21 formatlı rəqəmsal bazada sənədlərin sayı 16000-i keçdi. Piramidanın zirvəsində isə MEK-in “ilk”ləri kimi imza atdığı “Milli Rəqəmsal Yaddaş”, “Vahid İdarəetmə Sistemi” və “İnformasiyanın kontent təhlükəsizliyi” adlı yeni təşəbbüslər və layihələr yer tutdu. Nəticədə Azərbaycanca Vikipediya 61-ci pillədən 49-a irəlilədi, məqalələrin sayı 150000-ə, elmiləşmiş MRY bazasında isə sənədlər 16000-ə çatdı”. Kitabxananın 2014-cü ildə növbəti 5 il üçün müəyyən etdiyi strateji hədəflərindən, əldə etdiyi nəticələrdən söz açan L.İmanova bildirib ki, MEK kitabxana fəaliyyəti və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəldib. Direktor 2019-cu ildə MEK-də keçirilən xarici ekspertizanı vurğulayaraq, kitabxananın fəaliyyətinin beynəlxalq meyarlara cavab verdiyini, bəzi layihələrinə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyini diqqətə çatdırıb. MEK rəhbəri kitabxananın təkcə ölkəmizdə deyil, xaricdə də tanındığını, hazırladığı e- kataloqun UNESCO-nun, Vikipediyanın işlək modelinin İFLA-nın, hazırladığı rəqəmsal bazaların isə xarici kitabxanaların ehtiyaclarını qarşıladığını bildirib. MEK direktoru adı çəkilən layihələrin reallaşması üçün şərait yaratdığına görə ölkə başçısına, akademiya rəhbərliyinə, MEK tərəfdaşlarına, Azərbaycanın aparıcı kitabxanalarına, könüllülərə, media qurumlarına, ictimai təşkilatlara, diplomatik nümayəndəliklərə, eləcə də kitabxana kollektivinin hər bir üzvünə təşəkkürünü bildirib. Daha sonra MEK-in 5 illik fəaliyyətinə həsr olunmuş video-film nümayiş etdirilib. Video-hesabatda MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olan, iki növbədə çalışan kitabxananın fəaliyyətindən, geniş elmi elektron bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 108 ~ açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşklatlarla əməkdaşlığından, yerli və beynəlxalq miqyaslı tədbirlərdən bəhs olunub. Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov 2014-2019-cu illərdə kitabxananın fəaliyyətini xarakterizə edən yeniliklərdən və uğurlardan danışaraq, əldə edilən yüksək nəticələrə görə MEK kollektivini təbrik ediblər. MEK-in fəal oxucularından professor Tofiq Mustafazadə müəssisədə müasir tələblərə cavab verən yüksək xidmətdən, texnologiyalardan danışıb və bir oxucu kimi kitabxana heyətinə öz təşəkkürünü bildirib. Tədbirdə, həmçinin MEK-in bir qrup əməkdaşı AMEA-nın müxtəlif bölmələrinin fəxri fərmanları ilə təltif olunublar. AMEA müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də digər qurumlardan olan nümayəndələrin iştirakı ilə keçirilən tədbir hesabatın müzakirəsi ilə davam edib. Nəsimi – 650 Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda xatırladılır ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70- ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 109 ~ Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli- mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Sərəncamda daha sonra deyilir: \"Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin\". Sərəncamla Nazirlər Kabinetinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək tapşırılıb. “Azərbaycanın 7 möcüzəsi” layihəsinə start verilib Tarix, mədəniyyət və təbiət obyektlərinin seçimində hər kəs iştirak edə bilər Mayın 28-də İçərişəhərdə İDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə dəstəyi ilə reallaşan “Azərbaycanın 7 möcüzəsi” adlı yeni televiziya layihəsinin təqdimat mərasimi olub. İlk dəfə keçirilən layihənin məqsədi cəmiyyətdə vətənpərvərlik hislərini artırmaq, milli- mədəni və tarixi irsimizi qorumaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir. Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, mədəniyyət və incəsənət ustalarının, digər peşə sahiblərinin qonaq olduğu tədbir maraqlı anlarla yadda qalıb. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini ehtiva edən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər xüsusi diqqət çəkib. Bunlardan əlavə, məkanın interyerində hazırlanan qala maketi və üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hislərə bürüyüb, keçmişə kökləyib. Tədbirdə çıxış edən “Nature and History Production”ın rəhbəri Hikmət Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşüblər. Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilib. Mərasimdə Qədim musiqi alətləri ansamblının çıxışları maraqla dinlənilib. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 110 ~ BEYNƏLXALQ TƏDBİRLƏR Kitab sərgiləri  Seul beynəlxalq kitab sərgisi (19-23 iyun) http://sibf.or.kr/ 4 günlük sərgidə Hollandiya, Danimarka, Norveç və digər dünya ölkələrinin yazıçıları iştirak edəcək. Sərgidə “Summer, First Books” şüarı altında kitablar təqdim olunacaq.  Pekin beynəlxalq kitab sərgisi (21-25 avqust) http://www.bibf.net/EN/ Sərgi Çindən və başqa ölkələrdən olan nəşrləri əhatə edir. Nəşrlər içərisində uşaqlar üçün nəzərdə tutulmuş kitablara üstünlük veriləcək.  Moskva beynəlxalq kitab sərgisi (4-8 sentyabr) http://mibf.info/ Əhatəliliyinə görə, Rusiyanın ən böyük kitab sərgisidir.  Abu Dabi beynəlxalq kitab sərgisi (24 sentyabr-3 oktyabr) https://adbookfair.com/en/default.aspx  Liber beynəlxalq kitab sərgisi (9-11 oktyabr) https://www.ifema.es/liber Madriddə baş tutacaq sərgi özünün 37-ci il dönümünü qeyd edir. IFEMA tərəfindən təşkil olunan və İspaniya Yazıçılar Birliyi (FGEE) tərəfindən maliyyələşən sərgi dünyanın öndə gedən kitab evlərinə əməkdaşlıq imkanları təqdim edir.  Frankfurt kitab sərgisi (16-20 oktyabr) https://www.buchmesse.de/en Frankfurt sərgisi çap və rəqəmsal formada məzmunu əhatə etməklə, müqavilələr, innovative texnologiyalar, dünya ədəbiyyatını özündə birləşdirəcək.  Şarjah beynəlxalq kitab sərgisi (30 oktyabr-9 noyabr) https://www.sibf.com/default.aspx Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq sərgidə social-mədəni tədbirlər də təşkil olunacaq.  Şanxay uşaq kitab sərgisi (8-10 noyabr) http://www.ccbookfair.com/en 2013-cü ildən bəri 6 dəfə təşkil olunmuş Şanxay uşaq kitab sərgisi Şərqi Asiyada 16 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş yeganə sərgidir. Burada 400-dən çox yerli və beynəlxalq nəşrlərin təqdimatı gözlənilir.  Guadalajara kitab sərgisi (23 noyabr-1 dekabr) http://www.fil.com.mx/ingles/default.asp Həcmcə Latın-Amerikasında birinci, dünyada isə ikincidir.  Doha (dekabr) https://29.dohabookfair.qa/en/ AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 111 ~ 29 illiyini qeyd edən sərgidə Qətərin sülalə hakimiyyətinin mötəbər üzvləri də iştirak edəcək.  London kitab sərgisi: (10-12 mart, 2020) https://www.londonbookfair.co.uk/ Hər il keçirilən London kitab sərgisi dünyanın yüzlərlə ölkələrini və nəşrlərini nümayiş etdirən qlobal sərgidir.  Paris kitab sərgisi (20-23 mart, 2020) https://www.livreparis.com/ Hər il keçirilən Paris sərgisi 160000 ziyarətçi, 3000 müəllif, 250 konfrans, 718 məktəb qrupu, 450 stend və 471 marka ilə 500-dən çox ölkəni əhatə edir. YENİ KİTABLAR  “Kitabsevər: İllustrasiya olunmuş külliyat” Jane Mount – “Bibliophile: An Illustrated Miscellany” (Book for Writers, Book Lovers Miscellany with Booklist) – https://www.amazon.com/Bibliophile- Illustrated-Miscellany-Jane-Mount/dp/1452167230 Bu kitab oxucunu dünyanın ən gözəl kitab mağazalarına səyahət etdirəcək. Viktorinalar vasitəsilə biliklərinizi yoxlamaqla birgə, ədəbiyyat sahəsinə aid maraqlı faktlar və təkliflər irəli sürür.  “Kitabsevərlər antologiyası: Kitablar, oxucular və kitabxanalar haqqında xülasə” “The Book Lovers' Anthology: A Compendium of Writing about Books, Readers and Libraries” – https://www.amazon.com/Book-Lovers-Anthology- Compendium-Libraries/dp/1851242481 Kitabsevərlər antologiyası müxtəlif yaş qruplarını və müxtəlif janrda əsərləri əhatə etməklə, bu kitab istənilən kitabsevərin rəfində yer alacaq.  “Kitabxana və internet materialları olan tədqiqatlar üçün dərslik, rəqəmsal məqalə” Andrew Abbott – “Digital paper a manual for research and writing with library and internet materials” – https://www.amazon.com/Digital-Paper- Research-Materials-Publishing/dp/022616778X Müəllif araşdırmaçının tədqiqat işi yazarkən keyfiyyətli məhsul ortaya çıxarmaq üçün müxtəlif pillələrdən keçdiyini bildirir. Bu pillələr : məlumat toplama, təhlil etmə, dizayn vermə, yazma mərhələlərindən ibarətdir. Kitabda bu proseslərin daha macəralı həyata keçirilmə yolları izah olunur.  “Qədim dünyada kitabxanalar” Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 112 ~ Lionel Casson – “Libraries in the Ancient World”– https://www.amazon.com/Libraries-Ancient-World-Lionel- Casson/dp/0300097212 Kitab yazıların gil lövhə üzərinə həkk olunduğu dövrdən etibarən qədimdə mövcud olan kitabxanalardan bəhs edir. Burada həmçinin, qərbin kral kitabxanaları, yunan, Roma kitabxanaları, ilk xristian kilsəsi kitabxanalarının quruluşu və fəaliyyətindən danışılır. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 113 ~ Təqdim olunan məqalələrə dair tələblər 1. Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir. 2. Məqalələr Kitabxana-informasiya elmi; Kitabxana-informasiya elminin tətbiqi sahələrinə cavab verməlidir (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.); Tarix, ədəbiyyat, incəsənət, türkologiya, fəlsəfə və digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı və elmi məqalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir. 3. Məqalə mətninin ümumi həcmi 1500-4500 söz olmalıdır. Azərbaycan, rus və ingilis dillərində məqaləyə aid açar sözlər verilir. 4. Məqalənin mətni Azərbaycan dilində latın qrafikası, rus dilində kiril və ingilis dilində latın əlifbası ilə Times New Roman – “12” şrift ilə “1,0” intervalla, mətndaxili abzas 1 sm olmaqla yığılmalı, elektron variantı ilə birlikdə (elektron daşıyıcıda) təqdim olunmalıdır. 5. Məqalələr Azərbaycan, ingilis və ya rus dilində çap olunur. Yazıldığı dildən əlavə digər iki dildə məqalənin xülasəsi təqdim edilir. Xülasədə müəllifin adı, atasının adı, soyadı, məqalənin adı, irəli sürülən başlıca elmi müddəa/müddəalar, tədqiqatdan irəli gələn nəticə/nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti öz əksini tapmalıdır. 6.Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. 7. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. 8. Məqalədə müəllif haqqında aşağıdakı məlumatlar təqdim olunur: adı, soyadı, iş yeri, vəzifəsi, elmi dərəcəsi və elmi adı, e-mail. 9. Məqalə aşağıdakı ardıcıllıqla yazılır: birinci sətirdə böyük hərflərlə məqalənin adı; ikinci sətirdə müəllifin adı və soyadı, elmi dərəcəsi və elmi adı; üçüncü sətirdə iş yeri, vəzifəsi, daha sonra elektron poçtu (e-mail). 10. Məqalədə təqdim olunan həmmüəlliflərin sayının üçdən artıq olması məqsədəuyğun deyildir. 11. Redaksiya məqalədə zəruri dəyişiklər və ixtisarlar, redaktə aparmaq hüququna malikdir. 12. Məqalədəki faktların, məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi müddəalar müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi göstərilməlidir. 13. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, 119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. 14. Jurnal öz profilinə uyğun məqalələri dərc edir. 15. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır. 16. Məqalə müəlliflərinin hüquqları qorunur. 17. Jurnalda «ardı növbəti nömrədə» adı altında seriya məqalələr dərc olunmur. 18. Sənədin sonunda müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, iş və ev telefonları, ev və müəllifin elektron poçt ünvanı göstərilməlidir. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 114 ~ Требования к предоставлению статей 1. Принимаются статьи ранее не предоставленные в другие редакции. 2. Статьи должны соответствовать Библиотечно-информационной науке и областям ее применения (цифровая память, политика оцифровки, национальная память, свободные энциклопедические ресурсы, Википедия, авторские права, интеллектуальная собственность, информационная политика, информационная безопасность, искусственный интеллект и т.д.); Статьи ученых, работающих в области истории, литературы, искусства, тюркологии, философии, других гуманитарных и точных наук, с призывами к библиотечно-информационной науке должны отображать результаты последних исследований, быть богатыми новыми идеями и отвечать требованиям написаний научных статей. 3. Общее количество слов в тексте статьи должно быть 1500-4500. К статье даются ключевые слова на азербайджанском, русском и английском языках. 4. Текст статьи должен быть набран шрифтом «Times New Roman» размером «12 пт», межстрочный интервалом «1,0», отступ певой строки абзацем 1 см на азербайджанском языке латинской графикой, на русском языке кириллицей и на английском языке латинской графикой и предоставлен вместе с электронным вариантом (на электронном носителе). 5. Статьи печатаются на азербайджанском, английском и русском языках. Резюме статьи кроме основного языка должно предоставляться и на двух других языках. В резюме должны отображаться имя, отчество, фамилия автора, название статьи, основные научные положения, основные результаты исследования, теоретическое и практическое значение проблемы. 6.Резюме статьи на разных языках должны быть одинаковыми и соответствовать теме статьи. 7. В конце научной статьи в соответствии с научной областью и характером статьи должны быть четко указаны актуальность,научная новизна, важность применения, экономическая выгода и т.д. 8. В статье должны быть предоставлены сведения об авторе: имя, фамилия, место работы, должность, научная степень и научное звание, e-mail. 9. Статья пишется в следующем порядке: на первой строчке заглавными буквами – название статьи; на второй строчке – имя и фамилия автора, научная степень и научное звание; на третьей строчке – место работы, занимаемая должность, адрес электронной почты (e-mail). 10. В статье нецелесообразно указывать более 3-х соавторов. 11. Редакция имеет право, редактировать статью, вносить необходимые изменения и сокращения. 12.Автор несет ответственность за факты и достоверность сведений в статье. Научные положения в статье должны принадлежать лично автору, должны указываться источники используемых теоритических идей. 13. Список использованной литературы в конце статьи, должен составляться не по алфавиту, а нумероваться по порядку приведения ссылаемой литературы в тексте, и обозначаться, н-р, (1) или (1, 119). Если в тексте в другом месте есть ссылки на одну и ту же литературу, тогда данная литература должна обозначаться под прежде указанным номером. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 115 ~ 14. Журнал печатает статьи, соответствующие своему профилю. 15.При обнаружении факта плагиата издание данной статьи приостанавливается. 16.Авторские права защищаются. 17. В журнале не печатаются статьи с продолжением («продолжение в следующем номере»). 18.В конце документа должны указываться место и адрес работы, рабочий и домашний номер телефона, домашний адрес и электронная почта автора. Requirements for submitted articles 1. Articles that haven’t submitted to other editions are accepted. 2. The submitted article must be correspond to the profile of library information science; areas of application of library-information science (digital memory, digitalization policy, national memory, free encyclopedic resources, Wikipedia, copyright, intellectual property, information policy, information security, artificial intelligence, etc.); articles calling for new information in library-information science by scientists working in the field of history, literature, art, turkology, philosophy and other humanitarian and exact sciences articles should reflect the outcomes of recent research, should be rich with new ideas, and the requirements for the writing of scientific articles should be expected. 3. The article text should be 1500-4500 words. Key words related to articles are available in Azerbaijani, Russian and English. 4. The text of the article must be typed in Latin (Times New Roman), Cyrillic in Russian and English (US) alphabet in English Times New Roman with \"1.0\" interval in \"12\" size, 1cm of in- line text, electronic version together (in electronic carrier) and should be presented with the electronic version. 5. The articles are published in Azerbaijani, English or Russian. The summary of the article is presented in the other two languages. The summary should include the author's name, patronymic, surname, title of the article, the main scientific point of view, the result from the research, theoretical and practical significance of the problem. 6. The summary of the article in different languages should be the same and comply with the content of the article. 7. At the end of the scientific articles, relevance must be justified in accordance with the character of the science field and the article, scientific innovation, importance of application, economic efficiency and so on. should be clearly stated. 8. The article provides the following information about the author: first name, last name, place of work, position, academic degree and academic name, e-mail. 9. The article is written in the following sequence: the first line contains the title of the article in capital letters; the second line contains the author's name, surname, academic degree and academic name; place of work, position, then e-mail on the third line. 10. It is not expedient for the number of co-authors present in the article to be more than three. 11. The Editorial Board has the right to make necessary changes and abbreviations in the article. 12. The authors are responsible for the integrity of the facts and information contained in the article. The advanced scientific findings must be the author's own, and the source of the theoretical ideas must be shown. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 116 ~ 13. At the end of the article, the list of literature should be numbered sequentially in the text, rather than alphabetical order and should be marked as (1) or (1, 119). If the reference to the same literature is elsewhere in the text, then the reference to that literature should be indicated by the previous number. 14. The journal publishes articles according to its profile. 15. When the plagiarism is found, the publication of that article is suspended. 16. All rights of authors are reserved. 17. The journal does not publish series articles under the name \"to be continued\". 18. At the end of the document, the enterprise and its address, work and home phone numbers, home address, and e-mail address of the author should be indicated. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

Məcmuə AMEA Mərkəzi Elmi Kitabxanasında səhifələnmiş və çap olunmuşdur. Çapa imzalanıb: 28.12.2019 Format: 250x180 1/16. Qarnitur: Times New Roman. Həcmi: 19,75 ç.v. Tiraj: 30. Sifariş № . AMEA MƏRKƏZİ ELMİ KİTABXANA AZ1143, Bakı şəhəri, Yasamal rayonu, Akademiya şəhərciyi Hüseyn Cavid prospekti 129 (+994 12) 537 19 82 E-mail: [email protected], [email protected], [email protected] www.mek.az Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 118 ~ AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook