Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

Published by bizexress, 2020-02-21 18:02:43

Description: JURNAL- KİTABXANA - İNFORMASİYA ARAŞDIRMALARI MEK ELMİ JURNALI. CILD 1 N1 2019 (1) (2)

Search

Read the Text Version

~ 51 ~ Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarli saxlanılması üçün VIS-MRY platforması yaradılması”, “Mövzuların qiymətləndirilməsi üçün meyarların təyin olunması” komponentlərin- dən formalaşır; Sənəd mənbələrinin yerləşdiyi müəssisə və coğrafi adların qeydiyyatı modulu “Ölkə və şəhərlərin siyahısı”, “Sənəd mənbələrinin yerləşdiyi təşkilatların qeydiyyatı”ndan ibarətdir; Sənədlərin formalaşdırılması modulu “İlkin mənbədən alınan materialların araşdırılması”, “Təsvir edilən materialların mövcud olduğu formatın müəyyən edilməsi”, “Materialları mövzusuna və meyarına görə təsnifatlaşdırma” komponentlərindən formalaşdırılır; Ekspert qiymətləndirməsi modulu “Ekspert tərəfindən ona yönləndirilmiş siyahıdakı sənədlərdə müvafiq meyarlar üzrə qiymətləndirmənin aparılması”, “Ekspert tərəfindən siyahıya yeni sənədin əlavə edilmə imkanı”, “Ekspertlərə göndərilən sənədlərin vaciblik dərəcəsinə görə sıralanması və sistem tərəfindən təqib edilməsi”, “Mövzu ilə bağlı sənəd siyahısının tərtibatı üçün ekspert arasında sorğu keçirdilməsi”, “Ekspertlərin qiymətləndirmə performansının (qiymətləndirmə prosesində iştirak intensivliyinin, məhsuldarlığının və s.) dəyərləndirilməsi” alt- qruplarından ibarətdir; Resursların axtarışı və MEK-ə cəlb edilməsi modulu “İlkin siyahıdan ekspert tərəfindən müsbət qiymətləndirilən sənədlərin axtarışa yönləndirilməsi”, “Ekspert verdiyi qiymət səviyyəsinə görə resursların axtarış prioritetlərinin müəyyən edilməsi”, “Axtarışın nəticəsindən asılı olaraq sənədin cəlb edilməsi və ya birbaşa METADATA təsviri mərhələsinə yönləndirilməsi”, “Sənədin yerləşdiyi mənbədən tələb olunan şərtlər çərçivəsində cəlb edilərək rəqəmsallaşdırmaya təhvil verilməsi və götürüldüyü mənbəyə təhvil edilməsi” sıralarından formalaşdırılır; Resursların rəqəmsallaşdırılması modulu “Daxil olan fiziki sənədlərin MEK-ə cəlb olunma şərtlərinə uyğun olaraq rəqəmsallaşdırma planında prioritetlərin müəyyən edilməsi”, “Real vaxt rejimində cari rəqəmsallaşma prosesinin iş yükünün təqib edilməsi”, “Prioritet siyahılar və daxil olan fiziki sənədlərin xüsusiyyətlərinə əsasən rəqəmsallaşdırma qurğularına yönləndirilməsi”, “Rəqəmsallaşdırmanı icra edəcək heyət arasında iş yükünün bölgüsü”, “Rəqəmsallaşdırma sırasında keyfiyyətə nəzarətin təmin edilməsi”, “Rəqəmsallaşdırılmış sənədlərin elektron fayllarının mərkəzi serverlərdə yerləşdirilməsi” və “Rəqəmsallaşdırılması uğurla həyata keçirdilmiş fiziki sənədlərin geri təhvil verilməsi” alt-qruplarından formalaşdırılır; Rəqəmsal materiallara METADATA təsvirlərin verilməsi modulu növbəti komponentlərdən ibarətdir: “İlkin sənədin formasından asılı olaraq zəruri METADATA sahələrinin doldurulma imkanının olması”; “ Zəruri METADATA hissələri ilə vacib olmayan (ikinci dərəcəli) hissələrin biri-birindən fərqləndirilə bilməsi”; “Çoxmərhələli nəzarət mexanizminin mövcud olması”; “Son təsdiqlənmə mərhələsindən sonra METADATA-ya xüsusi icazə ilə müdaxilənin mümkün olması”; “Metadata standartları arasında konvertasiya imkanlarının tətbiqi”; İstifadəçilərin şəxsi kabinet modulunun tərkibi aşağıdakı kimidir: “İstifadəçilər haqqında müfəssəl məlumatların təsviri imkanının olması”; “Müxtəlif parametrlər üzrə axtarış imkanlarının olması”; “Sifarişlər tarixçəsinin göstərilməsi”; “İstifadə “icazəsinə” uyğun olaraq elektron resurslara çıxış dərəcəsinin təmin edilməsi”; Hesabatlar və nəzarət modulu “Kitab qəbulu zamanı məlumatların MS Excell və ya digər formatlı fayllardan/fayllara yükləmə imkanlarının təmin olunması”; “Proqramın standart və dinamik hesabatlar bölməsinin olması”; “Proqram təminatının bütün bölmə və səhifələri üzrə Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 52 ~ AMEA Mərkəzi Elmi Kitabxanası daxil edilmiş istənilən növ məlumatlar üzrə (bir-biri ilə əlaqələndirilərək və ya müstəqil şəkildə) hesabatların alınması” komponentlərindən formalaşdırılır. VİS-MRY platformasında METADATA standartları üzrə tələblər MARC 21, Dublin Core (10), EAD, RDA, AACR2, DACS, ANSI/NISO Z39.87 protokolunu və METADATA növləri arasında transformasiyanın təmin edilməsini əhatə edir. Proqram platformasının modullarının hazırlanması və istifadəyə verilməsi bir sıra texniki tələblər irəli sürür. Bunların arasında ilk növbədə həllini gözləyən İnteqrasiyanın təmin edilməsidir. VİS-MRY Platforması MEK-in mövcud VİS-LİB, VİS-HR, VİS-VEB və digər platformaları ilə inteqrasiya oluna bilməlidir. Zərurət yarandıqda hər bir platformadan məlumat əldə etmə və məlumat ötürmə imkanları olmalıdır. Məlumat mübadiləsi real vaxt rejimində təmin edilməlidir. VİS-MRY platforması MEK-də olan bütün rəqəmsallaşma, server və storage avadanlıqları ilə inteqrasiya edilmə imkanında olmalıdır. İnteqrasiya prosesində avadanlıqların çeşidi, tipi nəzərə alınmalıdır: rəqəmsallaşdırma prosesinə səfərbər olunan skanerlər, serverlər, rezerv surət serverləri, şəbəkə avadanlıqları, əsas məlumat saxlancları, maqnit məlumat daşıyıcıları və başqaları. Platformanın formalaşdırılması zaman proqramlaşdırma dili, verilənlər bazası və digər texniki tələblər ilə yanaşı çoxdillilik imkanı, təhlükəsizliyin təmin edilməsi, əməliyyat sisteminin və fayl arxitekturasının düzgün seçilməsi əhəmiyyətinə görə ön plana keçir. İkinci dərəcəli məsələlər kimi interfeysin istifadəçi üçün rahatlığı, zəruri istifadəçi hərəkətlərinin hamısı üçün LOG-un tutulması, rəqəmsallaşma prosesində optimallaşması, iş bölgüsünün avtomatlaşdırılması və idarə edilməsi, rəqəmsallaşdırma standartları, konvertasiya standartları, avadanlıqların interqasiya edilməsidir. Platformanın effektiv çalışması üçün həllini gözləyən cari məsələlər ilə yanaşı uzunmüddət- li problemlər də əsaslı yanaşma tələb edir: həcmi terrabaytlarla ölçülən informasiya istifadəçilərinin özlərinin də informasiya istehsalçılarına çevrilməsi, nəyin önəmli olaraq rəqəmsallaşdırmaya göndərilməsi qərarını milli ekspert komitələrinə həvalə edilməsi, rəqəmsal texnologiyaların sürətlə dəyişməsi, rəqəmsallaşdırılan sənədlər onilliklərdən sonra “anlaşılan, oxunulan” olmasının təmin edilməsi, bir sözlə, Azərbaycanın Milli Rəqəmsal Yaddaşının sığortalanması məsələləri müzakirə və həllini gözləyir. Nəticə: Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Vahid İdarəetmə Sistemi – Milli Rəqəmsal Yaddaş layihəsinin səmərəli çalışması üçün VİS-MRY platformasını hazırlayıb istifadəyə vermiş, platformanın istismarı zamanı qarşıya çıxan qısa müddətli məsələləri müəyyən etmiş və həllini sınaq müddətində proqram çərçivəsində təmin etmişdir. Uzunmüddətli sualların cavabının tapılması üçün MEK-in proqramçılar, kitabxana-xidmət, rəqəmsallaşdırma, elektron kataloqun əlaqələndirilməsi üzrə mütəxəssislərdən ibarət komandası daim yenilənən MRY siyahılarına tək Azərbaycan deyil, xarici kitabxanalar və arxivlərdə mühafizə olunan sənədlərin daxil edilməsi üçün vahid kataloqlaşdırma qaydalarının tətbiqi, rəqəmsal formatın standartlara uyğun olması, metadataların saxlanılması, rəqəmsal formatın mənəvi köhnəlməsinin qarşısının alınması, rəqəmsal materialın yenilənməsi və miqrasiyaya hazırlanması, rəqəmsal formatın etibarlı qorunması və ehtiyyat serverləri ilə təmin edilməsi, Milli yaddaş elektron kataloqun dünya kataloquna birləşdirilməsi, rəqəmsal bazaların vahid dünya “bulud” serverlərində birləşdirilməsi yollarını araşdırır. Azərbaycanın tarixi və mədəniyyəti haqqında etibarlı və əlçatan məlumat resurslarının yaradılmasında marağı olan hər bir müəssisə, ələlxüsus Azərbaycanın kitabxana-informasiya AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 53 ~ Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması üçün VIS-MRY platforması sahəsində fəaliyyət göstərən hər bir qurum yaratdığı və mühafizə etdiyi resursları birləşdirərsə, Azərbaycanda sınaqdan çıxarılmış və uyğunlaşdırılmış müasir texnologiyaları əsaslı şəkildə tətbiq edərsə, rəqəmsal resursların vahid bazada toplanılması və “gələcəyə hazırlanması” kimi aktual problem öz həllini tapmış olacaq. Ədəbiyyat: 1. Metadata standards of digitalization. İSQ. İnformation standards quarterly. SPRİNG 2010. Vol.22. İssue 22. İSSN 1041-0031 https://www.loc.gov/standards/premis/FE_Dappert_Enders_MetadataStds_isqv22no2.pdf up to 20.04.2018 2. Cataloguing for the 21st Century. Course 4 Metadata and Digital Library Development Metadata and Digital Library Development Instructor Manual. Prepared by David Ruddy Cornell University Library For The Library of Congress And the Association for Library Collections & Technical Services. Library of Congress Cataloger's Learning Workshop Washington, DC. 2008 /https://www.loc.gov/catworkshop/courses/metadatadl/pdf/mdld- instr-manual-01a.pdf up to 20.04.2018 3. Technical Guidelines for Digitizing Cultural Heritage Materials: Creation of Raster Image Master Files For the Following Originals - Manuscripts, Books, Graphic Illustrations, Artwork, Maps, Plans, Photographs, Aerial Photographs, and Objects and Artefacts. 2010. http://www.digitizationguidelines.gov/guidelines/FADGI_Still_Image- Tech_Guidelines_2010-08-24.pdf up to 20.04.2018 4. Information and documentation — The Dublin Core metadata element set — Part 1: Core elements. ISO 15836-1:2017(en). https://www.iso.org/obp/ui/#iso:std:71339: en up to 20.04.2018 5. http://purl.org/dc/elements/1.1/contributor; http://purl.org/dc/elements/1.1/coverage; http://purl.org/dc/elements/1.1/creator; http://purl.org/dc/elements/1.1/date; http://purl.org/dc/elements/1.1/description; http://purl.org/dc/elements/1.1/format; http://purl.org/dc/elements/1.1/identifier; http://purl.org/dc/elements/1.1/language; http://purl.org/dc/elements/1.1/publisher; http://purl.org/dc/elements/1.1/relation; http://purl.org/dc/elements/1.1/rights; http://purl.org/dc/elements/1.1/source; http://purl.org/dc/elements/1.1/subject; http://purl.org/dc/elements/1.1/title; http://purl.org/dc/elements/1.1/type up to 20.04.2018 6. MARC 21 Update No. 24: Full and Concise available online. Network Development and MARC Standards Office. Library of Congress. 2017. MARC: News and Announcements (May 17, 2017) http://www.loc.gov/marc/marc21 update24_online.html up to 20.04.2018 7. MARC standards. The MARC formats are standards for the representation and communication of bibliographic and related information in machine-readable form. January, 2018 https://www.loc.gov/marc/ up to 20.04.2018 Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 54 ~ 8. Deirdre Kiorgaard, Chair, Joint Steering Committee for Revision of AACR RDA and MARC 21. January 2006/ https://www.loc.gov/marc/marbi/2007/5chair12.pdf up to 20.04.2018 9. Important elements in the MARC 21 biblioqrafic format. By Randall K. Barry. AMEA Mərkəzi Elmi Kitabxanası Library of Congress Network Development and MARC Standards Office. http://www.dnb.de/SharedDocs/Downloads/DE/DNB/standardisierung/vortragBarryEnM arc21BibliographicFormat.pdf up to 20.04.2018 10. DCMI Documents. DCMI Recommendations. http://dublincore.org/documents/ up to 20.04.2018 E-mail: [email protected] Rəyçi: pedaqoqika.e.dok. professor K.M.Tahirov Redaksiyaya daxil olub: 07.01.2019 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 55 ~ Rəqəmsal mühafizə və rəqəmsal arxiv strategiyası UOT 930.25 Zamin Eyvaz oğlu Qafarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Arxiv işi və arxivşünaslıq, magistr RƏQƏMSAL MÜHAFİZƏ VƏ RƏQƏMSAL ARXİV STRATEGİYASI Замин Эйваз оглу Гафаров Азербайджанский Государственный Университет Культуры и Искусств,Архивная работа и архивоведение, мастер ЦИФРОВАЯ ЗАЩИТА И СТРАТЕГИЯ ЦИФРОВОГО АРХИВА Zamin Eyvaz oghlu Gafarov Azerbaijan State University of Culture and Art, Archive work and archival science, master DİGİTAL SECURITY AND DİGİTAL ARCHİVE STRATEGY Xülasə: Müxtəlif dövlətlərin arxiv və kitabxanalarında saxlanılan informasiya vasitələrinin mühafizəsi xüsusi əhəmiyyətə malikdir. Texnologiyanın inkişafı ilə birlikdə kitablar, əlyazmalar, sənədlər və digərləri daha yaxşı mühafizə olunmaq üçün rəqəmsallaşdırılır. Rəqəmsallaşmanın ardınca həmin materiallar qurumun öz arxivində saxlanılır. Beləliklə, rəqəmsal arxiv formalaşır. Rəqəmsal arxiv strategiyası bir sıra xarici dövlətlərdə dövlətin əsas siyasəti və strategiyası kimi qəbul olunmuşdur. Açar sözlər: Rəqəmsal arxiv, rəqəmsal mühafizə, rəqəmsal arxiv strategiyası, arxivşünaslıqda yeni prespektivlər, Milli Rəqəmsal Yaddaş. Резюме: Защита информационных средств хранящихся в архивах и библиотеках различных государств имеет особое значение. Наряду с развитием технологии для лучшей защиты книг, рукописей, документов и других средств, они оцифровываются. После оцифровывания одноимённые материалы хранятся в собственном архиве организации. Таким образом формируется цифровой архив. Стратегия цифрового архива принимается в качестве основной политики и стратегии государства в ряде зарубежных государств. Ключевые слова: Цифровой архив, цифровая защита, стратегия цифрового архива, новые перспективы в архиво ведении, Национальная Цифровая Память. Summary: The security of information tools stored in the archives and libraries of different states is of special value. Along with technology development, books, manuscripts, documents and other tools are digitilized in order better protection. After digitilizing these materials are stored in the archive of the organization. Thus digital archives are formed. The digital archive strategy has been adopted as a state policy and strategy in a number of foreign countries. Key words: Digital archive, digital security, digital archive strategy, new perspectives in archive sience, National Digital Memory. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 56 ~ Zamin Eyvaz oğlu Qafarov XXI əsr yeni texnologiyaların kəşf olunması və tətbiq olunması baxımından keçən əsrlərə nisbətən daha innovativ hesab olunur. Bu əsr həm də informasiya əsridir. İnformasiyanın saxlanması, mühafizəsi, ötürülməsi və istifadəsi bu əsrin əsas problemlərindən biridir. İnformasiya obyektlərindən kitabxana və arxivlərdə saxlanılan kitablar, əlyazmalar, qanun və qərarlar, broşürlər, şəkillər, qeydlər və başqalarını göstərmək mümkündür. Əksəriyyətinin daşıyıcısı kağız olan bu tip informasiya vasitələri zamanla cırılma, köhnəlmə, çürümə kimi problemlərlə qarşı-qarşıya qalır. İnformasiya vasitələrinin əlçatanlığını və istifadəyə yararlığını artırmaq məqsədilə artıq illərdir rəqəmsallaşdırma işi həyata keçirilir. Getdikcə köhnələn informasiya vasitələri rəqəmsallaşdırılaraq analoq mühitdən rəqəmsal mühitə ötürülür. Arxiv sənədlərinin və biblioqrafik materialların hazırlanmasında kompüter texnologiyalarından da istifadə olunur. Yəni daşıyıcısı kağız olan arxiv sənədləri və biblioqrafik materiallardan başqa həm də daşıyıcısı müxtəlif tip elektron daşıyıcılar (məsələn: maqnit disk) olan informasiya vasitələri də vardır. İstər analoq mühitdə, istərsə də rəqəmsal mühitdə yaradılan informasiya vasitələrinin mühafizəsi ən ümdə problemlərdən biridir. Dövlət öz tarixi-mədəni irsini qorumaq və onu gələcək nəsillərə yeni dövrün texnologiyası ilə birlikdə çatdırmaq üçün bu sahədə xüsusi strategiya hazırlayır. İlkin məqsəd arxiv sənədlərinin və biblioqrafik materialların rəqəmsal mühitdə mühafizəsi idi. Buna görə öncə informasiya vasitələrinin rəqəmsal mühafizəsi həyata keçirilməyə başlanıldı. Daha sonra rəqəmsal mühitdə informasiya vasitələrinin sayı artdıqca dövlət qarşısına növbəti hədəfi qoydu: rəqəmsal arxiv yaratmaq. Rəqəmsal arxiv strategiyası dünyanın bir çox ölkələrində dövlət tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Məqsəd arxiv sənədlərinin və biblioqrafik materialların rəqəmsal mühafizəsini təşkil etmək və rəqəmsal dünyada rəqəmsal arxiv yaradaraq vətəndaşların bu informasiya vasitələrindən rahat istifadəsini təmin etməkdir. Rəqəmsal mühafizə nədir? Rəqəmsal mühafizə obyektlərin idarə edilməsi və saxlanmasıdır. Bu obyektlər gələcək istifadəçilər tərəfindən əldə oluna və istifadə edilə bilər. İnformasiyanın qorunması baxımından rəqəmsal vasitə daha əlverişli və daha uzun ömürlüdür. Bu mənada rəqəmsal mühafizə, xüsusilə erkən diaqnozun qoyulması yalnız şəxsi məlumatların qorunması üçün deyil, həmçinin bir çox obyektlərin informasiya bazasını uzun müddət mühafizə edə bilər. Rəqəmsal mühafizə qısa zaman kəsiyində həyata keçirilən, lakin uzun müddətli mühafizəni özündə ehtiva edən metoddur. Rəqəmsal mühafizə strategiyası nədir? Rəqəmsal obyektlərin qorunmasına kömək etmək üçün ən yaxşı yollardan biri məlumatların çoxaldılmasıdır. Bu, sadəcə əhəmiyyətli faylların bir çox nüsxəsinin olduğuna əmin olmaq deməkdir. Mövcud mühüm faylın bir və ya bir neçə nüsxəsi varsa, kompüterin qəzaya uğraması və ya diskin korlanması halında informasiya vasitələrinin itməsinin qarşısını almaq olar. Vaşinqtonda yerləşən və dünyanın ən böyük və önəmli kitabxanalarından biri olan ABŞ Konqres kitabxanasının rəsmi bloqunun idarəçisi Bill Lefurgy 6 İyul 2011-ci ildə rəqəmsal mühafizə siyasətini inkişaf etdirmək üçün başlatdığı lahiyədə dünyada rəqəmsal mühafizə siyasəti olan 11 qurumun 13 arxiv siyasətini nəzərdən keçirmişdir. Bundan sonra o yaradıla biləcək rəqəmsal arxiv siyasətində bu 15 başlığın olmasını qeyd etmişdir. Bunlar aşağıdakılardır:  Məzmunun əhatə dairəsi;  Seçim və qiymətləndirmə;  Yeni arxiv materialların əlavə edilməsi; AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 57 ~ Rəqəmsal mühafizə və rəqəmsal arxiv strategiyası  Mühafizə modeli və strategiyası;  Saxlama, çoxaltma və üzünü köçürmə;  Təhlükəsizlik metodu;  Tapşırıqlar;  Hüquq və məhdudiyyətin idarə edilməsi;  Giriş və istifadə qaydaları;  Maliyyənin planlanması;  Sistem parametrləri;  Metadata məhsulları;  Kadr hazırlığı və təlimlər;  Vəzifə və məsuliyyət bölgüsü;  Lüğət və terminologiya. [1] Seçim və qiymətləndirmə – arxivə daxil olacaq yeni materiallar standart prosedurlar əsasında yerinə yetirilir. Bu prosedurlar bəzən rəqəmsallaşdırma işi ilə məşğul olan və eyni zamanda, rəqəmsal arxivi formalaşdıran qurumun prinsiplərinə uyğun həyata keçirilir. Mühafizə modelinin və strategiyasının təşkili – informasiya vasitələrinin rəqəmsal mühitə daxil olduqdan sonrakı vəziyyətinin qorunmasına yönəlmiş prosesin planlı fəaliyyət modelidir. Rəqəmsallaşdırılmış informasiya vasitəsinin saxlanması, çoxaldılması və üzünün köçürülməsi – qurumun strateji hədəfindən, prinsiplərindən asılıdır və yuxarıda göstərilən seçim və qiymətləndirmə meyarlarına uyğun olaraq bu proses baş tutur. Təhlükəsizlik metodu – mövcud və ola biləcək təhlükəli problemlərin qarşısını almaq məqsədilə yaradılmış, öncədən təsdiqini tapmış, rəqəmsallaşdırılmış informasiya vasitlərinin qorunmasına yönəlmiş üsulları təqdim edir. Tapşırıqlar, hüquq və məhdudiyyətlər – bu prosesi həyata keçirən qurumun prinsiplərinə uyğun olmaqla yanaşı, eyni zamanda qanunla müəyyən edilmiş hüquq və vəzifələri özündə ehtiva edir. Giriş və istifadə qaydaları – rəqəmsallaşdırma prosesi başlamadan öncə bu işi həyata keçirən qurumun proqramçılarının, hüquq işçilərinin və qurumun rəhbərlərinin iştirakı ilə təşkil olunan yığıncağın nəticələrinə uyğun olaraq kimlərin hansı şərtlər daxilində, rəqəmsallaşdırılmış informasiya vasitələrinə nə dərəcədə müdaxilə edə bilməsi aydınlaşdırılır. Giriş və istifadə qaydalarına əsasən istifadəçilərin, redaktorların və inzibatçıların rəqəmsallaşdırılmış informasiya vasitələri üzərindəki hüququ müəyyənləşdirilir. Maliyyə planması – iqtisadi problemlərin aradan qaldırılması və kitabxana və arxivlərin daima yenilənən müasir texnologiyalarla təmin olunması ilə bağlıdır. Metedata – informasiya haqqındakı informasiya olaraq ifadə edilən, sürətlə yenilənən rəqəmsal məlumatları təsvir edən ünsürdür. ABŞ Müdafiə Nazirliyi elektron sənəd idarəsi proqram təminatları üçün standart DoD 5015.2-yə görə metadata: “Elektron sənədlərin quruluşunu, hissələrini, münasibətlərini və digər xarakteristik xüsusiyyətlərini açıqlayan informasiyaları təsvir edən informasiyadır.”[2, p.21] Moreq 2-yə görə isə metada: “Sənəd idaretməsi kontekstində sənədin quruluşunu, vəziyyətini, məzmununu təsvir edən və zamanla idarə edən informasiyadır.” [3, p.17] İnformasiya vasitələrinin işlənməsi və idarə olunması üçün öncədən tədqiq olunmuş və sübuta yetirilmiş metodlara ehtiyac vardır. Rəqəmsal mühafizə üçün nəzərdə tutulmuş metodlar isə aşağıdakılardır: Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 58 ~ Zamin Eyvaz oğlu Qafarov 1.Planlaşdırma prosesi:  Rəqəmsallaşdırılacaq informasiya vasitəsinin təsviri;  Bir informasiya vasitəsinin qanuni hüquqlarının araşdırılması;  Lazım olan resursların qiymətləndirilməsi;  Keyfiyyət mexanizminin yanaşmalarının təsviri;  Mövcud və qarşıdakı təhlükələrin qiymətləndirilməsi. 2.Rəqəmsallaşdırmadan öncəki planlaşdırma prosesi:  Rəqəmsallaşdırılacaq İV-nin seçilməsi;  Rəqəmsallaşdırılacaq materialların keyfiyyətinə nəzarət;  Rəqəmsallaşdırma prosesindən öncə lazımlı bərpa işi;  Təsviri və struktur metadatalarının toplanması;  Biblioqrafik və arxiv əsasları. 3.Rəqəmsallaşdırma prosesi:  Seçilmiş materialların rəqəmsallaşdırılması;  Peşəkar təlim keçmiş kadrların və avadanlıqların mövcudluğu;  Keyfiyyət tənzimləyicisi. 4.Rəqəmsallaşdırmadan sonrakı proses:  Uzunmüddətli mühafizə ilə əlaqədar metadata tənzimləyici;  Məlumatların toplanması, idarə edilməsi və paylanması;  Onlayn mövcud olan rəqəmsal dublikatların və meta məlumatların yaradılması;  Lahiyənin qiymətləndirilməsi;  Keyfiyyətin tənzimlənməsi. [5, p.47] Rəqəmsal mühafizəni həmdə rəqəmsal obyektlərin yerləşdiyi, bir növ ekspozisiyası təşkil olunan müxtəlif tip rəqəmsal informasiya vasitələrinin muzeyi kimi düşünmək olar. Texnoloji mühafizə öncədən hazırlanmış proqram təminatına və bazaya malikdir. Burada lazımı informasiyaların qorunması həyata keçirilir. Lazımi rəqəmsal mühafizə yanaşması informasiya vasitələrinin ola biləcək fəlakətdən qoruma yanaşmasıdır. Rəqəmsal informasiya vasitələrinin toplusu birlikdə zamanla rəqəmsal arxivi yaradır. İlk öncə arxivin nə olduğunu qeyd edək: Bu ad altında əsas funksiyası mühafizə etmək məqsədilə sənədli materialların əldə edilməsi, qeydiyyatının aparılması, eyni zamanda bunların müvafiq elmi-məlumat aparatında tərtibi, nəticədə bu sənədlərdən dövlət, siyasi, elmi, xalq təsərrüfatı və mədəni məqsədlər üçün istifadəsinin təşkilini həyata keçirən xüsusi bir müəssisə, yaxud da müəssisələrin ayrıca bir strukturu nəzərdə tutulur. Bəzən arxiv sözündən müəssisə, təşkilat, idarə, ayrılıqda götürülmüş bir şəxs və ya ailə, nəslin fəaliyyəti nəticəsində əmələ gəlmiş sənədli materialların toplusu kimi də istifadə edirlər ki, bu da tamamilə düzgün və məntiqə uyğundur. [6, s.13-14] Rəqəmsal arxiv isə yuxarıda qeyd olunanların sadəcə olaraq rəqəmsal mühitdə həyata keçirilməsi formasıdır. Rəqəmsal arxivlərə köçürüləcək və ya yerləşdiriləcək materiallar bir- birindən fərqlənir. Kandura görə rəqəmsal arxiv sistemlərinə köçürüləcək sənədlər ümumi olaraq 5 fərqli qrupa bölünür: – Elektron sənədlər – təşkilati fəaliyyətin yerinə yetirilməsi əsnasında yaradılan təşkilat və qurumun daxili şəxsi identifikasiya ilə imzalanmış hər cür sənədləri; AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 59 ~ Rəqəmsal mühafizə və rəqəmsal arxiv strategiyası – Rəqəmsallaşdırılmış sənədlər – təşkilati fəaliyyətin yerinə yetirilməsi əsnasında fiziki mühitdə istehsal edilmiş və ya alınıb sonradan rəqəmsallaşdırılma texnikaları ilə elektron mühitə köçürülmüş olan sənədlər; – Rəqəmsal sənədləşdirmə – informasiya dəyəri baxımından gələcək nəsillərə ötürülməsində vacib hesab olunan, rəqəmsal mühitdə yaradılan sənədlər; – Foto-fono yazıları – rəqəmsal olaraq yaradılmış hər növ hərəkətli və hərəkətsiz görüntü və səs yazıları; – Rəqəmsallaşdırılmış foto-fono yazıları – analoq mühitdə yaradılan və saxlanılan ancaq sonradan rəqəmsallaşdırma texnikası ilə elektron mühitə köçülürən hərəkətli və hərəkətsiz görüntü və səs yazıları. [4, s.33] İsveçrə Federal Arxivlərinin 39 səhifəlik “Rəqəmsal arxiv siyasəti” mövcuddur. Elektron sənədləri uzun müddət mühafizə edə bilmək üçün “arxivləşdirməsi mümkün olan sənəd formaları” adlandırdıqları formatlarda olan sənədləri qəbul etməkdədirlər. Siyasət ilə arxivləşdirmə prosesinə daxil olan qurum və təşkilatların ayrı-ayrı məsuliyyətləri müəyyənləşdirilmişdir. İsveçrə Federal Arxivləri arxivləşdirmə prosesini göstərən 8 mərhələ müəyyən etmişlər: 1. Arxiv materialları ilə əlaqədar ön arxivləşdirmə əməliyyatlarında, proses idarəsində və rəqəmsal arxivləşmədə məsləhət; 2. Dəyərləndirmə (qiymətləndirmə); 3. Transfer; 4. Etibarlı mühafizə; 5. Məlumatın idarə olunması; 6. Arxiv anbarlarının idarə olunması; 7. Mühafizənin planlanması və tətbiqi; 8. Yayma (İstifadə və əlçatanlıq) . [7] Yeni Zellandiyanın Milli Arxiv və Milli Kitabxanası üçün yazılmış 11 maddədən ibarət olan 15 səhifəlik “Rəqəmsal Mühafizə Strategiyası” mövcuddur. Strategiyanın 2-ci maddəsində Yeni Zellandiyada yerləşən milli statusa malik kitabxana və arxivlərin vəzifəsinin rəqəmsal arxivləri (kitabları) toplamaq və mühafizə etmək olduğundan bəhs edilir. Bu vəzifənin həyata keçirilməsi üçün topluma açıq olaraq təqdim olunan məlumatların ölkə mirası olduğu qeyd edilmişdir.[8] İsveçrə, ABŞ, Yeni Zellandiyadan başqa Fransa, Kanada, İngiltərə, Hollandiya, Avstriya kimi bir çox dünya ölkələrinin özlərinə məxsus rəqəmsal arxiv strategiyası vardır. Həmçinin rəqəmsal mühafizəni təmin etmək üçün kitabxanalar və arxiv idarələri birlikdə qərarlar qəbul etmişlər. Azərbaycanda isə bu sahədə atılan addımlardan biri “Milli Rəqəmsal Yaddaş” layihəsi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş lahiyəsi” həm strateji baxımdan həm də informasiyanın toplanması, saxlanması və istifadəsi baxımından nümunəvi işlərdən biri hesab oluna bilər. Elektron elmi-intellektual bazanın yaradılması “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində atılan növbəti addımdır. Belə ki, layihə çərçivəsində elmi-tədqiqat işlərinin vahid elektron “elmi-intellektual baza”sının formalaşdırılması olduqca zəruridir. Hazırda AMEA-nın institutlarında elektron resurslar hər bir elmi müəssisənin öz baza sisteminə uyğun saxlanılır. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 60 ~ Zamin Eyvaz oğlu Qafarov Yeni təklif edilən baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın qarşılıqlı mübadiləsinə imkan verir. [10] Layihənin vəzifəsi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. [9]  Rəqəmsal mühafizə və rəqəmsal arxiv strategiyasının bəzi mənfi tərəfləri olsa da üstünlükləri çoxdur. Məsələn: Digər arxivlə müqayisədə çox sürətlidir;  İstifadə rahatlığı və əlçatanlıq baxımından rəqəmsal arxiv geniş imkanlara malikdir;  Rəqəmsal arxivdə informasiya vasitlərinin sayını daimi olaraq nəzarətdə saxlamaq mümkündür;  Fiziki daşıyıcılara malik olan sənədlərdən fərqli olaraq daimi insan təması olmayacağı üçün rəqəmsal arxivlərdə saxlanılan sənədlərin istifadəsi daha əlverişlidir;  Təşkilat, idarə və ya qurum fiziki arxivdən əlavə rəqəmsal arxivə də sahib olur. Beləcə baş verə biləcək hər hansı hadisə zamanı qurumun sənədlərini xilas etmək daha asan olacaq;  Fiziki daşıyıcılardan fərqli olaraq rəqəmsal daşıyıcılar toz və bu kimi digər zərərli ünsürlərə sahib deyillər. Buna görə də istifadəçinin, arxiv işçisinin, kargüzarın, kitabxanaçının sağlamlığı daha yaxşı qorunmuş olur və s. Bütün bunlar müasir dövrün tələblərinə cavab verən rəqəmsal arxiv siyasətinin nə dərəcədə müsbət bir addım olduğunun göstəricisidir. İnformasiya vasitlərinin mühafizəsini təşkil etmək, rəqəmsal arxiv yaratmaq hər bir ölkənin mədəni irsi qorumaq baxımından əsas hədəflərindən biri olmaqla yanaşı, həmçinin bu sahədə istifadə olunan texnologiyaların inkişafını da diqqət mərkəzində saxlaması məqsədə uyğun hesab edilir. Ədəbiyyat: 1. Bill LeFurgy, Facing off with digital preservation policy. July 6, 2011 2. Defense Information Systems Agency, 2002 3. European Commission, 2008 4. Hamza Kandur, Kamu Kurumlarında Elektronik Belge Yönetimi: Güncel Sorunlar ve Geleceğe Yönelik Beklentiler. e-BEYAS Sempozyumu 2015. 314 s. (s. 26-34) 5. Holdsworth David, Strategies for digital preservation. In M. Deegan, & S. Tanner (Eds.), Digital Preservation. London: Facet Publishing. 2006 6. Səfərova İlhamə, “Arxivşünaslıq” dərslik. Bakı 2015. 163 s. 7. Swiss Federal Archives, Digital Archiving Policy. 2009 İnternet resursları: 1. http://archives.govt.nz/advice/government-digital-archive-programme/digital- preservation-strategy/digital-preservation-strat 2. http://xeberler.az/new/details/milli-reqemsal-yaddas-layihesi-ugurla-heyata-kecirilir-- 12998.htm 3. https://ict.az/az/news/1458/ E-mail: [email protected] Rəyçi: kultrologiya.ü.f.dok. dosent. İ.H.Səfərova Redaksiyaya daxil olub: 08.05.2019 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 61 ~ A cornerstone of the Hungarian turkology – the George Hazai Library UOT 02 (439) Katalin Németh Eotvos Loránd University Faculty of Humanities, Institute of Library and Information Science, PhD, Senior Lecturer A CORNERSTONE OF THE HUNGARIAN TURKOLOGY – THE GEORGE HAZAI LIBRARY Katalin Nemeth Eotvos Loránd Universiteti Humanitar Fakültəsi, Kitabxana və İnformasiya Elmləri İnstitutu, fəlsəfə doktoru, böyük elmi işçi MACAR TÜRKOLOGİYASININ MƏHƏK DAŞI – GEORQ XƏZAİ KİTABXANASI Каталин Немес Гуманитарный Факультет Университета Эотвос Лоранд, Библиотека и Институт Информационных Наук, Доктор философии, старший научный сотрудник КРАЕУГОЛЬНЫЙ КАМЕНЬ ВЕНГЕРСКОЙ ТЮРКОЛОГИИ – БИБЛИОТЕКА ГЕОРГА ХАЗАИ Summary: George Hazai, the well-known Hungarian Turkologist, orientalist deceased in 2016, left a rich cultural and scientific legacy for future generations. The library, which was made available for the Hungarian and international scholars as well as anyone interested in the topic through the work of his daughters, Kinga and Cecilia Hazai, is a testimony of this legacy. The collection found its deserved place in the Budapesht home of George Hazai. Students of the Institutes of Library and Information Science and Department of Turkic Studies at Eotvos Loránd University Faculty of Humanities organized and indexed the books under the professional supervision of the author. In order to make it internationally accessible the catalogue of the library can be searched in three languages: English, Turkish and Hungarian. As there are names and titles in different writing systems these can be found in the online catalogue in not only Latin but other characters, for example: Cyrillic, Arabic etc. The study will describe in detail the process of construction of the George Hazai Library. Key words: George Hazai Library, Collection management, Indexing, Cataloging. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 62 ~ Katalin Nemeth Xülasə: 2016-cı ildə dünyasını dəyişən tanınmış macar türkoloqu, şərqşünas Georqi Xəzai gələcək nəsillər üçün zəngin mədəni və elmi bir miras qoymuşdur. Yerli və xarici alimlər üçün, eləcə də qızları, Kinga və Sesilia Hazainin əsərləri ilə maraqlanan hər kəs üçün hazırlanmış kitabxana bu mirasın bir sübutudur. Külliyat Georq Xəzainin Budapeştdəki evində ən layiqli yerdə yerləşdirilib. Kitabxana və İnformasiya Elmləri İnstitutunun tələbələri və Eotvos Loránd Universiteti Humanitar fakültəsinin türkdilli tədqiqatlar şöbəsi tərəfindən müəllifin kitabları peşəkar nəzarəti altında hazırlanmış və indeksləşdirilmişdir. Beynəlxalq səviyyədə əlçatanlığın təmin edilməsi üçün kitabxananın kataloqu üç dildə verilmişdir: ingilis, türk və macar. Müxtəlif yazı sistemlərində adları və başlıqları olduğu üçün, onlayn kataloqda yalnız latınca deyil, həm də digər simvollardan, məsələn, kiril, ərəb və s. istifadə edilib. Araşdırmada Georq Xəzai Kitabxanasının yaradılması prosesi ətraflı şəkildə təsvir olunub. Açar sözlər: Georq Xəzai Kitabxanası, Kolleksiyanın idarə edilməsi, indeksləşdirmə, kataloqlaşdırma. Резюме: Известный венгерский тюрколог, востоковед, Георг Хазаи, умерший в 2016 году, оставил будущим поколениям богатое культурное и научное наследие. Библиотека подготовленная для местных и иностранных учёных, а также для всех, кто интересуется произведениями его дочерей, Кинги и Сесилии Хазаи, является доказательством этого наследия. Собрание сочинений размещено в самом достойном месте дома Георга Хазаи в Будапеште. Книги автора были подготовлены и проиндексированы под профессиональным контролем Библиотеки, учеников Института Информационных Наук и отдела тюркоязычных исследований Гуманитарного факультета Университета Эотвос Лоранд. С целью обеспечения доступности на международном уровне, каталог библиотеки был предоставлен на трёх языках: Английский, Турецкий, Венгерский. По причине наличия названий на различных системах письменности, в онлайн каталоге использована не только Латиница, но и другие символы, например кириллица, арабский и др. В исследовании будет подробно описан процесс создания Библиотеки Георга Хазаи. Ключевые слова: Библиотека Георга Хазаи, управление Коллекцией, индексация, каталогирование. George Hazai, who died in 2016, was a Turkologist, Orientalist, university professor, and an ordinary member of the Hungarian Academy of Sciences (HAS). The life and merit of the internationally well-known professor does not need to be presented in detail, since the results of his professional connections and friendships can be seen worldwide. These relationships are also apparent in the heritage collection of professor Hazai. On October 25 2016, the Azerbaijan National Academy of Sciences (ANAS) and the Central Scientific Library organized a commemoration and conference in Baku in memoriam professor Hazai on the 90th anniversary of the first Azerbaijani Turkology Congress. The proceedings of the conference, of which the Hazai Library received several copies1, were published both in printed and electronic format in 2017. George Hazai's passion for book collecting enriched not only his own library but other collections as well. The volumes that were donated to the Central Scientific Library in Baku were handled and catalogued as a separate collection.2 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 63 ~ A cornerstone of the Hungarian turkology – the George Hazai Library In November 2016, Kinga Hazai Dr. George Hazai’s daughter asked the Institute of Library and Information Science at Eotvos Loránd University, Faculty of Humanities, Budapest to help with the organisation and indexing of her father’s unique collection. The work started in January 2017 with the participation of students of the Institutes of Library and Information Science and of Turkology. According to Kinga Hazai, her father did not arrange the future of the legacy. However, he had expressed his wish that the books should not be sent to the Oriental Studies collection of an existing university where they would be duplicate copies and therefore not of real use. As his collection itself was a complex library, he would have preferred to give his books to a newly founded university, where they would have been appreciated. Kinga Hazai stated that “Our moral obligation is not to waste the collection, but to process it, make it searchable and manageable, so that it could help the future generations of Turkologists”.3 The goal was to commemorate professor Hazai and continue his work and this resulted in the plans of creating the library. After finalising this decision, long term plans were made. The collection, which consisted of 280 boxes of documents, was processed. The duplicate copies discovered during this time were sent to the library of University of St Andrews in Edinburgh and to the ANAS Central Scientific Library in Baku. In March, 2017 the cataloguing could begin using the Qulto4 integrated library system developed by Monguz Ltd.5 Hazai Library opened in Kozraktár Street, Budapest on 25 May 2017. George Hazai spent a lot of time abroad. He was a visiting lecturer at the University of Sofia in 1955-1956, then he was a Visiting Associate to Full Professor, Humboldt University (Berlin) (1963-1982) and the Head of the Turfan Research Group, German Academy of Sciences (1963-1974). He worked abroad in the 90s as well. He was Professor and Head of the Department of Turkish Studies at the University of Cyprus (1992- 1999). A lot of scientific works in his field hold his name as he was a prolific writer and the editor of several publications, book series and journals. It is no wonder that he left behind a significant private library after a lifetime devoted to science. George Hazai’s remarkable Oriental Studies collection can be a valuable source for future Orientalists as well, therefore Hazai’s daughters decided to turn his legacy into a specialised public library in 2016. George Hazai spent his final years in Budapest, in his flat in Kozraktár Street. The collection was also here, so creating the library there seemed to be the most practical solution from many aspects. However, this was an everyday flat designed for everyday life. It had to be renovated and converted to function as a library. Another important task was the modernisation and/or exchange of the bookcases in the flat so that they could become suitable for the collection and the public library. The creation of the library and the proper organisation of the collection required people who are familiar with the different processes in a library, organisation and ones who know the work of professor Hazai and the discipline he studied. This resulted in the request to the Institute of Library and Information Science and Department at Eotvos Loránd University Faculty of Humanities and contacting the Institute of Turkology. Their participation was important for the Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 64 ~ Katalin Nemeth collection, added to the prestige of the university and was a perfect opportunity of internship for the students learning Library and Information Science or Turkology. The students were coordinated by Katalin Németh PhD, senior lecturer of the Institute of Library and Information Science. The work began on the 7th January 2017, precisely on the 1st anniversary of George Hazai’s death, a symbolic moment. The students started to unpack the collection from the 280 boxes in the flat of the professor in Kozraktár Street, which had been renovated and was made suitable for its future function as a library. This stage of the project involved organisation, sorting and weeding of the collection. Decisions were made about the different parts of the collection and their places. George Hazai collected books quite consistently. As a result, the volumes of the collections mostly focus on the field of Oriental Studies. Nonetheless, a coherent collection needs to be divided into subcollections to make it easy to use. Three rooms are available for the storage of the books in the library, where four subcollections were made. The central collection, which filled the largest room of the library, contains scientific literature. Topical organization was used here. Categories were made using the main tables of the Universal Decimal Classification We tried to define the topic of each work as well as possible. UDC wasn’t used in further details as the contextual indexing was based on subject headings. The volumes were shelved in alphabetical order within the main categories. Two smaller subcollections were placed into the Danube room, which opens from the room of the scientific literature collection that is periodical collection and reference books. In the third room only one corner was used for bookcases, so one can find the classical literature volumes here. A display case was also placed here showing the special books and ones that were published before 1850. One can also see the professor’s medals and other George Hazai memorabilia. The weeding of the collection in the Hazai Library was performed mostly in the first stages of the project. The books were selected during the unpacking and the pre-organization before the classification. Some books were found which did not fit into the specific collection of the library. The decision of not keeping duplicate copies had been made before the beginning of the project. Even so there were exceptions to this rule. If there are copies of different editions of a book, the library keeps them. If there are more than one copies of the same edition, but they are signed, all of them stay in the library. Those duplicates which were not signed were sent to two libraries which were dear for George Hazai: one is the library of University of St Andrews in Edinburgh and the other is the ANAS Central Library of Science in Baku. Concerning languages, the collection of the Hazai Library is extremely heterogeneous, therefore processing it and making it searchable was difficult. As of June 2018 there are 9000 records in the catalogue of the Hazai Library, which has over ten thousand volumes. These records can also be searched using Cyrillic characters, for example. Chart 1 shows that the number of Turkish language documents is the highest in the library, as it is a collection focusing on Turkology. However, several other language can also be found, some of which are represented by only one volume. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 65 ~ A cornerstone of the Hungarian turkology – the George Hazai Library Chart 1: Linguistic variety of the documents in the Hazai Library The other linguistic issue of library catalogues is linked to the subject headings and the specialized clientele. Who should library provide services to? What is their native language? What languages do they speak? The creation of the Hazai Library was possible with the support of the George Hazai Foundation for Oriental Studies, which was set up by his daughters Cecilia and Kinga Hazai. The president of the Board of Trustees is Pál Fodor, Ph.D Turkologist, Director General of Research Center for the Humanities at the Hungarian Academy of Sciences. Other members of the Board of Trustees are Dr. Barbara Heinkele-Kellner, professor of Turkology at the Free University of Berlin, and Janos Hóvári, Ph.D former Hungarian Ambassador in Turkey. Besides the Foundation a number of other organizations and individuals have helped this initiative so that this specialized library could provide high quality services to Hungarian and foreign Turkologists as well. One of the basic conditions of being internationally accessible is to make the collection and related information available in as many languages as possible. For this purpose the webpage of the library has been available in English since the very beginning.6 Now the library catalogue can be used in three languages: Hungarian, English and Turkish. The online catalogue page of the Quito integrated library system is available in Hungarian, English, German, Romanian and Turkish. The default language of the search is English. The authority files are in English, too. For a successful search of personal names, geographical names and subject headings should always be indexed in the catalogue in the same unified format.7 Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 66 ~ Katalin Nemeth The subject headings of the Library of Congress could be adapted as the language of indexing was in English. The Turkish online catalogues8, where some of the Hazai Library collection can be found, did not always give subject headings to the documents, although they helped the indexing process. Several volumes of literary history and of different editions of primary sources can be found in the Hazai Library. Processing these posed one more question. The unified title or the original title ensures that different translations of the same literary work can be listed in one search of the catalogue. This is also possible if the title is a subject Added Entry, as we can find every analysis about the searched work. There is an issue if the user does not know the original title or has difficulty with the spelling of the original title. The library’s volumes about the Golden Light Sutra9 or the Kyrgyz Epic of Manas10 can serve as clear examples. The topic of the collection is quite specific as it focuses on the literature of the Oriental Studies, therefore, it will be a special library. Its targeted users will mostly be specialists and students of Turkology and of Oriental Studies in general. Students might also like the library as it is situated in Kozraktar Street, Budapest. It is very close to the campuses of many universities, such as Eotvos Loránd University, Faculty of Humanities; Corvinus University of Budapest; Pazmány Peter Catholic University, Faculty of Humanities and Social Studies. The Collection Management Policy of the Hazai Library can be found in the Appendix of the Founding Document. Here the library is defined as a specialized library focusing on Oriental Studies. Its basic tasks include but are not limited to: providing limited availability for the public based on registration in advance; developing, indexing and publicizing its collections; helps workers and student of educational institutions with accessing information and supports scientific studies. The Collection Management Policy was developed based on these conditions as follows: “Main Scopes of Collection a.) general Turkology; b.) Ottoman Studies and general linguistics; c.) history of the Ottoman Empire and general history; d.) Turkology bibliographies; e.) literary history; f.) different editions of primary sources of historical and literary history works; Secondary Scopes of Collection: a.) Art History; b.) Ethnography; c.) Religious Studies; d.) Political Science; e.) Fiction with connections to Turkey or Central Asia.”11 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 67 ~ A cornerstone of the Hungarian turkology – the George Hazai Library The regulations state that the library does not try to increase its collection except for the new issues of periodicals and documents received as presents. The library collects documents from the following types: books, old books, periodicals (for example newspapers, magazines, almanacs, conference proceedings), other printed documents (for example research reports, dissertations, thesis papers) and electronic documents. Complete volumes of several periodicals can be found in the collection, such as issues of Varlik, a Turkish weekly magazine, from the last seventy years or the volumes of Türk Dili, a Turkish linguistic journal. Some publishers still send the newest issues of their periodicals to show their respect to professor Hazai (for example: Türk Dili, Bilig, Journal of the American Oriental Society), so these are also available in the library. There are other periodicals which are not complete but the missing issues are supplemented. Belleten is a good example as its missing issues were offered for the library by Janos Hovari, who is a member of the Hazai Foundation’s Board. Chart 2: The topical distribution of the volumes in the collection Chart 2 is about the topical distribution of the volumes in the collection. It clearly shows that the majority of the volumes are about linguistics or history. Besides these there are numerous volumes about Literary History, different editions of primary sources of History and Literary History, bibliographies and proceedings of different conferences and events. One can also find several volumes of fiction with connections to Turkey or Central Asia. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 68 ~ Katalin Nemeth Chart 3: Distribution of the volumes based on their publication dates The earliest book processed is from the early 1800s, but Chart 3 clearly shows that the base of the collection consists of books published after 1950 and most volumes were published in the 1960s. The collection is on the way to create a professional community and develop cultural connections in Hungary and abroad as the library has already been the place of some cultural events. On 25 May 2017 the friends of George Hazai and the specialists of the field commemorated the professor in the inauguration of the memorial plate outside the building where the library is situated. They also visited the library. Another cultural event was organized here on 21 September 2017, when Shakir Fakılı, Ambassador of Turkey at the time donated his painting „The lonely Minaret” to the Hazai Library. It can be seen that the preservation of the cultural heritage and building cultural relationships is especially important for this institution as George Hazai really cared about these. Furthermore, the library gives place to book launch events. The community status of the library is strengthened by the fact that the fiction reading room of the library has given place to language courses organized by the Turkinfo Foundation since January 2018. Enabling universities to hold lessons in the library is also a long term plan. The library can be visited and researched after registration. We hope to digitalize the collection in the future and we are planning to organize even more professional and cultural events as well. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 69 ~ Literature: 1. Macarıstan türkologiyası, Georq Hazai vǝ Azǝrbaycan: Akademik Georq Hazainin xatirǝsinǝ. „Elm vǝ tǝhsil”, Bakı, 2017. 2. Hazai Sesilia. Macaristan türkologiyasi, Georq Hazai vǝ Azǝrbaycan: Akademik Georq Hazainin xatirǝsinǝ. „Elm vǝ tǝhsil”, Bakı, 2017. s. 56-57. 3. Verbal communication, Kinga Hazai 4. Qulto. https://qulto.eu/web/portal/main-page [10. July 2018.] 5. The György Hazai Library. http://www.hazaigyorgy.com/eng/library/ [10. July 2018.] 6. The György Hazai Library. http://www.hazaigyorgy.com/eng/library/ [10. July 2018.] 7. KÖNTÖS, Nelli: Szerzők nyomában : a könyvtári szabványok szerepe az intézményi publikációs adattárak névkezelési stratégiájában. = Könyvtári Figyelő, 58. évf. 2. sz. 2012. 255-279. p. 8. Ulusal Toplu Katalog. http://www.toplukatalog.gov.tr/ [10. July 2018.] 9. For example: RADLOFF, W. (Hrsg.): Suvarnaprabhasa: das Goldglanz-Sutra. I-III. Osnabrück, Biblio Verlag, 1970. és ZIEME, Peter (Hrsg.): Altun Yaruq Sudur: Vorworte und das erste Buch : Edition und Übersetzung der alttürkischen Version des Goldglanzsutra : Suvarṇaprabhs̄ ottamasūtra : mit 139 Abbildung auf 88 Tafeln. Berlin, Akademie-Verlag, 1996. 10. For example: LIPKIN, Semen Izrailevič (Bearb.): Manas der Hochherzige: kirgisisches Heldenepos. Berlin, Verlag Volt und Welt Berlin, 1974. és YILDIZ, Naciye: Manas destanı (W. Radloff) ve kirgiz kültürü ile ilgili tespit ve tahliller. Ankara, Türk Dil Kurumu, 1995. 11. Collection Management Policy of the Hazai Library, 2017. E-mail: [email protected] Rəyçi: pedaqoqika.e.dok. professor S.G.Hazai Redaksiyaya daxil olub: 07.02.2019 Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 70 ~ B. Vahabzadənin əsərlərində tarixilik və müasirlik UOT 821.512.162.09 Yeganə Sabir qızı Hüseynova Gəncə Dövlət Universiteti, filologiya üzrə fəlsəfə doktoru, Baş müəllim B. VAHABZADƏNİN ƏSƏRLƏRİNDƏ TARİXİLİK VƏ MÜASİRLİK Егана Сабир кызы Гусейнова Государственный Университет Гянджи, доктор философии по филологии, cтарший преподаватель ИСТОРИЧНОСТЬ И СОВРЕМЕННОСТЬ В ПРОИЗВЕДЕНИЯХ Б.ВАГАБЗАДЕ Yegana Sabir gizi Huseynova Ganja State University, Doctor of philosophy on philology, Senior Lecturer HISTORICITY AND MODERNITY IN THE WORKS OF B. VAHABZADEH Xülasə: Azərbaycanın zəngin tarixi keçmişi, bütövlüyü, istiqlalı, dövlət müstəqilliyi ideyası Bəxtiyar Vahabzadənin hələ keçən əsrin 50-ci illərində qələmə aldığı epik əsərlərində özünü bütün miqyası ilə nümayiş etdirirdi. Tarixi xəyanət üzündən ikiyə bölünmüş Azərbaycanın taleyi Bəxtiyar Vahabzadənin poemalarında müstəsnalıq qazanan mövzu istiqamətindədir. Keçən əsrin 40-cı illərinin ikinci yarısında Cənubi Azərbaycanda gedən azadlıq hərəkatının diqqətəlayiq səhifələri “Aylı gecələr” poemasında münasibət predmeti seçilirdisə, 50-ci illərin sonlarında ciddi totalitar rejim şəraitində şair “Gülüstan” kimi son dərəcə dərin psixoloji təfərrüatlarla zəngin bir əsər meydana çıxarır. Xüsusi vurğulamaq lazımdır ki, şairin yaradıcılığında tarixlə müasirlik həmişə qoşa çıxış etmişdir. Belə ki, B. Vahabzadə tarixi mövzulara yeni - müasir baxış bucağından yanaşaraq lazım gəldikdə bu günü tarixə, tarixi isə bu günümüzə sığdırmağı bacarmışdır. Açar sözlər: Şair, tarix, poema, müasirlik, cəmiyyət. Резюме: Богатое историческое прошлое Азербайджана, его целостность, независимость, идея государственной независимости были выражены в полном масштабе в эпических произведениях Бахтияра Вагаб-заде, написанных ещё в 50ые годы прошлого столетия. Судьба разделённого на две части Азербайджана по причине исторического предательства, является исключительной темой в поэмах Бахтияра Вагаб-заде. Если ценные страницы освободительного движения прошедшего во второй AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 71 ~ B. Vahabzadənin əsərlərində tarixilik və müasirlik половине 40ых годов прошлого столетия в Южном Азербайджане были избраны темой в поэме «Лунные Ночи», то в конце 50ых годов в условиях тоталитарного режима, поэт создал такое произведение как «Гюлюстан», богатое глубокими психологическими подробностями. Необходимо особо отметить, что в творчестве поэта история и современность всегда выступали вместе. Б.Вагаб-заде к историческим темам подходил с точки зрения современности и при необходимости мог вместить прошлое в сегодняшний день, а сегодняшний день в прошлое. Ключевые слова: Поэт, история, поэма, современность, общество. Summary: The rich history of Azerbaijan, its integrity, the independence, the idea of independence were demonstrated by Bakhtiyar Vahabzadeh in his epic works, which he wrote in the 50s of the last century. The destiny of Azerbaijan, divided by historical treachery, is one of the most exciting topics in the poems of Bakhtiyar Vahabzade. In the second half of the 40s of the last century, the remarkable pages of the liberation movement in South Azerbaijan were chosen as the subject of the poetry of the \"Nights with Moon\", but at the end of the '50s, under the conditions of a serious totalitarian regime, the poet appeared Gulustan having a very rich psychological background. It should be emphasized that in the work of the poet, history and modernity have always been dual. Thus, B. Vahabzade, from the new perspective on historical issues, has succeeded to connect present and past. Key words: Poet, history, poem, modernity, society. Dövrün və siyasi sistemin təzyiqinə baxmayaraq Bəxtiyar Vahabzadə poeziya və dramatur- giyasında həyat həqiqətlərinin poetik ifadəsini verə bilmiş, məhz vətəndaşlıq mövqeyinə, milli ruhun təcəssümünə görə yalnız ölkədə deyil, onun hüdudlarından kənarda, keçmiş sovetlər məkanı, bütün türk dünyası, Avropa və Amerikada da tanınmışdır. Əlbəttə, bunu şairin yalnız böyük istedadının mühüm bir tərəfi kimi izah etmək olmaz. Hərçənd, bu amillərin də özünəməxsus rolunu və əhəmiyyətini nəzərə almaq lazımdır. O da danılmaz həqiqətdir ki, Azərbaycanda və keçmiş sovetlər birliyində olduğu kimi, dünya miqyasında elə bir ictimai hadisə, azadlıq hərəkatı və milli istiqlal mübarizəsi yoxdur ki, Bəxtiyar Vahabzadənin poetik münasibət və nüfuz dairəsindən kənarda qalmış olsun. Bu nöqteyi-nəzərdən yanaşıldıqda o, milli olduğu qədər də ümumbəşəri bir sənətkardır. Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin yaradıcılığında tarixlə müasirlik həmişə qoşa çıxış edir, əsərlərində tarixi doğru-düzgün təsvir etdiyi kimi, hadisələri müasirlik mövqeyindən dəyərləndirir ki, bu da onun mövzu və problematika dairəsini genişləndirmiş olur. Topqapı sarayından, Gülüstan müqaviləsindən, Pişəvəri hərəkatından yazarkən də şair hadisələrin inikasında tarixilik və müasirlik meyarlarını gözləmişdir. Onun poemalarında geniş ifadəsini tapan tarixilik və müasirlik problemi Ç. Aytmatovun da diqqətini çəkmişdir: “Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş “fəna mülkünə” qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar Vahabzadə tarixi bu günün gözü ilə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır. Əgər tarixin təkəri geri dönsə, keçmiş hökmdarlar, sultanlar “Doğru danışanı asdılar dardan” misrasında odlu sarkazma, qəzəb və nifrət toxumu səpdiyinə, komalarda tarix yaradanlara məhəbbət bəslədiyinə, öz xalqının, öz millətinin kökünü yaşatmaq cəhdinə görə şairi amansız cəzalandırardılar” (1, 9). Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 72 ~ Yeganə Sabir qızı Hüseynova Dünya şöhrətli görkəmli yazıçı Ç. Aytmatov yalnız şairin tarixə deyil, rejimin ona münasibətini də doğru müəyyənləşdirir. Ciddi totalitar rejim şəraitində bütün açıq- saçıqlığı ilə “qan iyi” gələn bu cür tarixi hadisələrdən, taleyüklü məsələlərdən bəhs etmək heç də asan iş deyildi. “Gülüstan” poemasının yazılmasından sonra şairə qarşı görülən cəza tədbirləri də məhz onun tarixə və taleyüklü məsələlərə münasibətinə hesablanmışdı. Senzura və “Qlavlit” nəzarəti tamamilə fərqli üsul və vasitələrə əl atmaq zərurətini gündəmə gətirirdi. Buna görə də, şairin bəzən cərəyan edən hadisələri ya başqa coğrafi ərazilərdə vermək, ya da izi azdırmaq üçün digər ölkələrdəki proseslərdən bir vasitə kimi istifadə edərək əsas ideyanı ifadə etməsi qaçılmaz olurdu. Elə də olurdu ki, şair dövrün ideoloji meyilləri kontekstində poemalar yazsa da milli düşüncəni və tarixi əks etdirirdi. Bu mənada “Gülüstan”dan sonra “Leninlə söhbət” poemasının yazılmasını da başa düşmək olardı. Sonralar şair Leninə müraciətinin səbəbini belə açıqlayırdı: “Dərsimi” (“Gülüstan” poemasından sonrakı vəziyyətə işarə edir.) yaxşıca aldıqdan sonra açıq-saçıq yazmadım, sətiraltı ifadəyə keçdim. “Leninlə söhbət” poemam da məhz bu məqsədə xidmət edirdi. Leninin özündən yeddi sitat götürüb hallandırmağa başladım. Məsələn, rüşvət olan bir məmləkətdə ədalət olmaz, yaxşı adam odur ki, məsləki, əqidəsi olsun və s. Və həmin sitatları üzümə qalxan edərək bir ucunu gətirib bağlayırdım çağdaş dövrə” (2, 426). Əlbəttə ki, “Leninlə söhbət” poemasını heç də “inqilab dahisi”nə yazılan poema kimi dəyərləndirmək mümkün deyil. Doğrudur, şair bu poemanı yazmaqla, əslində özünə qarşı olan mənəvi inamsızlığı aradan qaldırmağa çalışmışdır. Lenin ideyalarının tənəzzülə yaxınlaşdığı bir dövrdə onun bu mövzuya müraciəti nədən qaynaqlanırdı? Yalnız ideologiyanın ruporu olmaq missiyasının həyata keçirilməsindənmi? Demək çətindir. Yalnız bunu demək lazımdır ki, şairin tarixə yanaşması və filosofluğu ona imkan vermişdir ki, poema ideoloji meyillərdən təmizlənsin. Şair 1947-ci ildə azadlıq və müstəqillik mövzusunda yazdığı ilk poemasını – “Aylı gecələr”i qələmə alır. Bəxtiyar Vahabzadəni bu epik nümunədə müharibə mövzusu ilə yaxından səsləşən milli istiqlal və azadlıq idealı düşündürür. Nəzərə alsaq ki, poemanın yazıldığı vaxt Cənubi Azərbaycanda Demokratik Respublika on bir aylıq müstəqillikdən sonra qan gölündə boğulmuş, İran rejimi tərəfindən süquta uğradılmışdı, onda mövzunun əhəmiyyəti bir qədər də artmış olur. Görünür, buna görədir ki, ilk poemalarında nəzərə çarpan mövzu yeknəsəkliyi, həyat həqiqətlərinin sxematik təsviri, demək olar ki, bu əsərdə nəzərə çarpmır, müəllif daha çox ümumiləşdirmə yolu ilə Cənubi Azərbaycanda gedən azadlıq mübarizəsinin ayrı-ayrı səhnələrini konkret obrazlar vasitəsilə təsvir etməyə təşəbbüs göstərir. Poemada Yavər və Kamalın şəxsində istiqlalın, milli müstəqilliyin xalqın yeganə çıxış yolu və nicatı olması ideyası öz dərin ifadəsini tapır. Poemanın “Aylı gecələr” adlandırılması da təsadüfi deyil; bu, neçə il öncə azadlıq aşiqi Yavərin Gilandan Təbrizə çörək dalınca getməsi, yol boyunca keçirdiyi daxili həyəcan və hisslərinin ən səciyyəvi məqamlarını nişan verən tarixi anları, poemanın ayrı-ayrı epizodik səhnələri dolğun əks etdirilməsindən irəli gəlir. Çörək dalınca gedən gəncin az bir müddətdən sonra azadlıq mücahidinə qədər keçdiyi təkamül yolu poemada məntiqi ardıcıllıqla davam və inkişaf etdirilir. Dərdli, ələmli Təbrizin pərişan halı poemanın əsas konflikti kimi müəyyənləşir və bu konflikt öz xarakterinə görə daha çox ictimai bir səciyyə daşımaqdadır. Haqsız, ədalətsiz rejimin məngənəsində min bir bəlalara düçar olan insanların gün-güzəranı, bir qarın çörəkdən ötrü olmazın əziyyət və müsibətlərə qatlaşanların aqibəti poemanın ayrı-ayrı hissələrində AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 73 ~ B. Vahabzadənin əsərlərində tarixilik və müasirlik təsvirə gətirilən ibrətamiz səhnələr kimi yadda qalır. Ağsaqqal və ixtiyar bir qocanın jandarma tərəfindən dərədə şallaqla döyülmə səhnəsi poemanın qəhrəmanları olan Yavərlə Kamalı zülmə və zalıma qarşı amansız mübarizəyə qaldırır və bu amalın ilhamvericisi isə məzlumların göz yaşlarını, ah-naləsini öz səhifələrində ürək qanı ilə, qeyrət və cəsarətlə canlandıran “Hophopnamə”dir, onun təlqin etdiyi zülmə və əsarətə qarşı mübarizə üsullarıdır. Poemanın qələmə alındığı illər həm də Cənubi Azərbaycanda milli istiqlal mübarizəsinin fəal bir məcraya yönəldiyi mərhələyə təsadüf edir. Şübhə yoxdur ki, Seyid Cəfər Pişəvərinin Milli Hökumətin təsis olunması yolunda apardığı ardıcıl və inamlı mübarizəsinin poemada ayrı-ayrı obrazların şəxsində aydın şəkildə öz ifadə və təcəssümünü tapması nəzər-diqqəti cəlb edir. Əslində hadisələrin başlanğıcını bu tarixdən götürmək doğru deyil, cənubdakı ictimai-siyasi prosesləri doğuran ayrı-ayrı dövr və mərhələləri, hərəkat və üsyanları da nəzərə almadan bu mübarizənin bütöv mənzərəsini təsəvvürə gətirmək çətindir. Poemanın ayrı-ayrı fəsil və bölmələrində ümumxalq mübarizəsinin müxtəlif vaxtlarda baş verən mücadilə səhifələrinin xatırlanması da təbii və inandırıcı təsir bağışlayır. Əsərin dil və üslub xüsusiyyətlərində nəzərə çarpan keyfiyyətlər konkret situasiyanın və obrazların daxili- mənəvi aləminin açılışına əlverişli zəmin hazırlayır. Tarixi xəyanət üzündən ikiyə bölünmüş Azərbaycanın taleyi Bəxtiyar Vahabzadənin poemalarında müstəsnalıq qazanan mövzu istiqamətindəndir. Keçən əsrin 40-cı illərinin ikinci yarısında Cənubi Azərbaycanda gedən azadlıq hərəkatının diqqətəlayiq səhifələri “Aylı gecələr” poemasında münasibət predmeti seçilirdisə, 50-ci illərin sonlarında ciddi totalitar rejim şəraitində şair “Gülüstan” kimi son dərəcə dərin psixoloji təfərrüatlarla zəngin bir əsər meydana çıxarır. 1959-cu ildə qələmə alınan bu poema Azərbaycan xaqlqının birliyi və istiqlalı uğrunda yorulmaz mübarizlər – Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin xatirəsinə ithaf olunmuşdur. Poema B.Vahabzadə yaradıcılığında mühüm yer tutduğu kimi, Azərbaycan poeziyasına və poema janrına da təsir göstərmişdir. Xüsusilə poemanın yazılmasından sonra şairə edilən hücumlar, psixoloji, ideoloji təzyiqlər onun sonrakı yaradıcılığında müəyyən geriçəkilmələrə şərait yaratmışdır. Ancaq bütövlükdə götürdükdə, poema sonralar şairin həm şəxsiyyətinin, həm də yaradıcılığının formalaşmasında mühüm rol oynamışdır. Məhz bu poemadan sonra B.Vahabzadə poeziyasının və şəxsiyyətinin ictimai siqləti artır. Şair hər bir əsərində ictimai məsuliyyəti öz üzərində hiss edir. “Gülüstan”ı yazan müəllifin ideoloji sapmalara, dövrün, rejimin, partiyanın ideyalarını təbliğ edən əsər yazmamasına nədən olur. “Gülüstan” poemasının elə ilk misralarından şair dili bir, dini bir xalqın parçalanma prosesini əks etdirən təsvirlər, əslində zülm və istibdadın, həsrət və ayrılığın təməlini qoyan bədnam bir müqavilənin imzalanma məqamlarını göz önünə gətirir: İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdı. Əyilib yavaşca masanın üstə, Bir möhürə baxdı, bir qola baxdı (2, 532). Xəyanətin, ədalətsiz hökmün icra olunduğu məqamları bütün dəhşəti ilə təsvir edən bəndlərdə laqeyd baxışları, biganə münasibətləri büruzə verən anları həyəcansız qarşılamaq çətindir. Şair böyük məharətlə bu psixoloji ovqatı, qarşı tərəfin məkrli və riyakar niyyətlərini nəzərə çatdırmağa müvəffəq olur: Kağıza həvəslə o da qol atdı, Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 74 ~ Yeganə Sabir qızı Hüseynova Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək. (2, 533). Bir millətin, bir xalqın tarixi faciəsini bir anın içərisində, bir göz qırpımında gerçəkləşdirən canilərin dodağındakı gülüş, üzündəki təbəssüm adi prosedur kimi tərəfləri qane edir. Ancaq bir xalqın heysiyyatı, mənliyi, gələcəyə dikilən ümid və inamı bu andan etibarən qırılır. Şairin tərəfləri təmsil edən nümayəndələrə münasibətində parodoksal məqamları bütün mənzərəsi ilə izləmək mümkündür: Qoyulan şərtlərə razıyıq deyə, Tərəflər qol çəkdi müqaviləyə... Tərəflər kim idi? Hər ikisi yad! Yadlarmı edəcək bu xalqa imdad?! (2, 533). Bu ironiyaqarışıq hissiyyatlar olduqca təbii və inandırıcı təsir bağışlayır. Öz azadlıq mübarizələri və qəhrəmanları ilə əsrləri, qərinələri lərzəyə salan bir xalqın qoluna əsarət zəncirinin vurulması poemanın ən təsirli səhnələri kimi yadda qalır. Şair bu tükürpədici epizodları son dərəcə ustalıqla, böyük sənətkarlıqla təsvir etməklə, milli müsibət və fəlakətlərin başlanma tarixini cızır, xalqın tarixi taleyinə vurulan zərbənin mahiyyətinə nüfuz etməyə çalışır. Burada da Bəxtiyar Vahabzadə yaradıcılığına xas olan özünüittiham və özünüməzəmmət stixiyası önə çəkilir. Poema konkret hadisəyə münasibət əsasında qələmə alındığından, burada bir obrazın səciyyəsini, ən xarakterik xüsusiyyətlərini açmaq, bütün təfərrüatı ilə sərgiləmək çətindir. Sadəcə olaraq müqaviləni imzalayan tərəflərin hər biri ümumiləşdirilmiş bir obraz səciyyəsi daşıyır, burada haqqın, ədalətin qəsdinə duranlar da onlardır. Bu cəhət poemaya lirik- psixoloji ovqatın, təəssürat xarakterli haşiyə və ricətlərin gətirilməsini labüd edir. Bunu gəlmələrin dədə malı kimi böldükləri, parçaladıqları bir ərazidə qonaq kimi yox, hökm çıxaran, qərar verən sahibi-ixtiyar kimi davranışları da açıq-aydın göstərir: Necə ayırdınız dırnağı ətdən – Ürəyi bədəndən, canı cəsəddən? Axı kim bu haqqı vermişdir Sizə, Sizi kim çağırmış, Vətənimizə? (2, 534). Ümumxalq nisgilinə çevrilmiş ayrılıq motivləri poemanın hər misrasından boy göstərməkdədir. Əsərin son hissələrində yenidən Araza müraciət, “Yanıq Kərəmi”n sədalarından qopan ah-nalə, Füzuli kədərinin qərib notları üstündə köklənməklə önə gətirilir. Ərazi bütövlüyünün bölünməsinin fəsadları yalnız gediş-gəlişin yasaq və qadağalara səbəb olması ilə müşiyət edilmir, bir xalqın mənəvi bağlarının, milli-tarixi dəyərlərinin bütövlüyünə də xələl gətirilməsi ideyası poemada özünün poetik ifadəsini tapır: Taxta dirəkləri torpağa deyil, Qoydular Füzuli divanı üstə. Yarıya bölündü yüz, yüz əlli il, Gəraylı, bayatı, muğam, şikəstə. (2, 537). Ancaq bununla yanaşı, əsərdə monolit birliyin və bütövlüyün heç zaman öləziməyən işartıları da boyaboy görünməkdədir. Belə bir inam gələcəyə nikbin baxmağı təlqin edir, ayrılığın vüsalla əvəzlənməsinə dərin ümid aşılayır: AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 75 ~ B. Vahabzadənin əsərlərində tarixilik və müasirlik Ayırmaq kimsəyə gəlməsin asan, Bir xalqın bir olan dərdi-sərini. O taydan, bu taya Mustafa Payan, Oxuyur Vahidin qəzəllərini. (2, 538). Poemanın sonunda Azərbaycanın bütövlüyünü, bölünməzliyini öz əsərləri ilə əyani surətdə nümayiş etdirən ustad Şəhriyarın Heydər babaya müraciətlə başlayan tanış misralarıyla tamamlanması poemanın ümumi ahəngi və ideyası ilə yaxından səsləşdiyi kimi, onun yazılmasında da oynadığı rolu üzə çıxarmış olur: “Heydər baba, göylər qara dumandı, Günlərimiz bir-birindən yamandı. Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən aldılar, Yaxşı bizi yaman günə saldılar. (2, 538). “Gülüstan” poeması bütövlükdə sovet dönəmində yaranan dissident ədəbiyyatın parlaq nümunəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq, milli müstəqillik və istiqlal düşüncəsinin formalaşmasına, bir məfkurə istiqaməti kimi təşəkkül tapmasına fəal təsir göstərən ədəbi nümunə kimi dəyərləndirilməlidir. Bunu, xüsusən, keçən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının oyanış və özünüdərkindəki rolunu da əyani şəkildə görmək olar. Bu baxımdan Bəxtiyar Vahabzadənin 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunan “Şəhidlər” poemasında Azərbaycan xalqının iki əsr boyu zülm və istismar altında yaşamasına rəğmən bir quruluşdan: siyasi-ideoloji yasaq və təzyiqlərdən qanı-canı bahasına, qurtulmaq uğrunda aparılan mübarizəsinin ibrətamiz səhnələri ilə qarşılaşırıq. Poemanın “Proloq” hissəsi vaxtilə qadağan olunmuş bir müraciətlə – Allaha ünvanlanmış suallarla başlayır. Nicat və xilas yolu, haqqın nahaqqa əyilməməsi təmənnası burada əsas qayədən xəbər verir: Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar, Haqsızlığın üstündən haqqa körpü saldılar. Vətəni sevmək üstdə günahkar sayıldılar, Vətəni sevmək niyə günah olmuş, ay Allah? (5,3). Poemanın misralarında şəhidlərin tarix içərisində öz əməlləri ilə tarix yazmalarından qürur hissi keçirmək, milləti bir anın içində yumruq kimi birləşdirmək eşqi, canlarını xalqın azadlığı yolunda fəda edən Vətən aşiqlərinin adı ilə bağlı olan gözəl bir əməl kimi dəyərləndirilməsi xüsusi olaraq nəzərə çarpır. Keçmiş rus-sovet qoşunlarının tərkibindəki çağırılmamış qonaqların içərisində xüsusi təlim keçmiş, bədnam qonşuları təmsil edən şəxslərin olması bir tərəfdən erməni fitnəkarlığını açıq- aydın büruzə verməklə bərabər, milliyətcə erməni olan təyyarəçi Georgi Rantikoviçin erməni mundarlığına etiraz əlaməti olaraq özünü intihar etməsini təsvir edən səhnələr hələ insanlar arasında haqq və ədalət hissinin itmədiyini aydın şəkildə göstərir. Ancaq poemada on üç yaşlı məktəbli qızcığazın–Larisanın, ömrünün ixtiyar çağlarını yaşayan yetmiş yeddi yaşlı Sürəyya Lətif qızının, həyata yenicə atılan Ülvi Bünyadzadənin, yaralılara, imdad istəyənlərə yardım edən Baba müəllimin, öz həkimlik borcunu yerinə yetirməyə can atan Aleksandr Marxevkanın və digərlərinin günahsız qanlarının axıdılması poemada təzadlı və ziddiyyətli dramatizmi bütün miqyası ilə əks etdirməkdədir. Poemanın finalı şəhidlər haqqında, onların xalqın azadlıq və istiqlalı yolunda fədakarlığını tərənnüm edən notlarla tamamlanır. Bu həm də şəhidlik haqqında , qəhrəmanlıq Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 76 ~ Yeganə Sabir qızı Hüseynova və şücaət barədə əbədiyyət nəğməsi kimi səslənir: ... O şənbə gecəsi, o qətl günü, - Mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü, O gecə dağıdıb sökdü şəhidlər. (5, 45). Qanlı yanvarda doğulan körpələrin onundan doqquzunun oğlan uşağı olmasını şairin “... şəhidlərin boşalan yeri”nin əvəzlənməsi kimi qiymətləndirməsi poemaya nikbin ovqat aşılayır, qəm-qüssədən silkinib çıxmağı, gələcəyə nikbinliklə yanaşmağı təlqin edir. Beləliklə, keçən əsrin 50-ci illərinin sonlarında qələmə alınan “Gülüstan”da Azərbaycan istiqlalının labüdlüyü və zərurəti idealına edilən xəyanət əsas ideya və məqam kimi müəyyənləşirsə, artıq 90-cı ildə Qızıl Ordunun öz azadlığı və müstəqilliyi uğrunda ayağa qalxan dinc əhalinin, Vətən mücahidlərinin qızıl qanını axıtmaqla öz simasızlığını, ölən imperiyanın süqutunu bariz şəkildə nümayiş etdirməsi “Şəhidlər”də gerçəkləşir. Əslində “Gülüstan” və “Şəhidlər” və daha sonralar “Gülüstan”ın ikinci hissəsi və davamı kimi qələmə alınan “İstiqlal” poemalarını vahid ideya istiqaməti birləşdirir. Müəllifin zaman kəsiyində yaranan bu əsərlərini bir trilogiya da adlandırmaq olar. “Gülüstan”ın ikinci hissəsi kimi nəzərdə tutulan “İstiqlal” poeması Azərbaycanın bütövlüyü uğrunda yorulmaz mübariz Mahmud Çöhrəqanlıya ithaf olunub. Şair poemada yalnız cənublu, şimallı Azərbaycanda deyil, bütün müstəmləkə əsarəti altında yaşayan xalqlarda oyanış və intibahı bir təkamül və özünəinam faktı kimi dəyərləndirərək, bunu bir dövrün, zamanın tələbatı olması labüdlüyünü özünəməxsus üsul və vasitələrlə ifadə edir. Dünya çapında gedən ictimai siyasi təbədüllatlar poemada əsas baxış və münasibət ücün əsaslı fakt kimi seçilir. Məsələn, bir-birinə nə az, nə çox düz qırx il həsrət qalan almanların beton sədləri yararaq qovuşmaq əzmi poemada haqqın tez-geç qələbə çalacağına dərin inam hissini poetik şəkildə ifadə edir. Azadlığı, istiqlalı öz idealı seçən hər bir xalqın sonda çalacağı qələbəyə qovuşmaq ücün əzmkarlıq nümayiş etdirməsi, qanı-canı hesabına öz istəyinə çatmağın yeganə yolunun məhz mübarizələrdən keçildiyi poemada ucadan səsləndirilir: Torpağı yoğurur vaxt özü qanla Vaxt gəldi, bircə söz min dünya açar. Artıq anlamışıq ahla, amanla Nə məftil əriyir, nə sərhəd uçar. (3, 712). Şairin istiqlalın nəticəsi kimi güneyli-qüzeyli Azərbaycanın nə vaxtsa (yaxın müddət ərzində) bütövləşən xəritəsinin görünəcəyinə dərin inam bəsləməsi bu istəyin gerçəkləşəcəyini şübhə altına almır: Salaq yadımıza bu gün, cahanın Rəngləri dəyişən beş qitəsini. Biz də görəcəyik Azərbaycanın Güneyli-qüzeyli xəritəsini. (3, 712). Əslində, milli istiqlal düşüncəsi Bəxtiyar Vahabzadənin yaradıcılığa başladığı ilk vaxtlardan onun şeirlərində bu və ya digər şəkildə poetik ifadəsini tapmışdı, poemalarında isə şair problemi konflikt şəklində qoymağa çalışmış və buna nail olmuşdur. Bəxtiyar Vahabzadənin yaradıcılığında bəhs etdiyi istiqlalın poetik səlnaməsinin son dayanacağı “Şəhidlər” poemasıdır. Məsələ burasındadır ki, şairin bu mövzuda yazdığı “Aylı gecələr” poeması ilə “Şəhidlər” arasında təxminən əlli illik bir zaman məsafəsi dayanır. Bu zaman məsafəsində şairin yaradıcılığında istiqlal qırmızı xətt AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 77 ~ B. Vahabzadənin əsərlərində tarixilik və müasirlik kimi keçmişdir. 1990-cı ilin yanvar qırğınından cəmi bir neçə ay sonra yazılan poemada hadisənin təsirilə yazılmış sətirlər qırğını törətmiş ordu və onu Azərbaycana göndərənlər üçün bir ittihamdır: Dözdü hər zillətə, dözdü hər şeyə, “Dünyada mənim də haqqım var”,- deyə. Kütləni xalq edən müqaviləyə Qanıyla qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəriylə, Millət millət olur xeyri, şəriylə. Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi şəhidlər (5, 46). Beləliklə, Bəxtiyar Vahabzadə yaradıcılığında milli istiqlal düşüncəsinin təsvirinin böyük bir tarixi olduğunu görmək mümkündür. \"Şəhidlər\" poeması, əslində xalqın milli istiqlalı uğrunda apardığı mübarizənin nəticəsi idi. Buna qədər şair milli istiqlal uğrunda mübarizəsinin müxtəlif mərhələlərinin poetik səlnaməsini yaratmağa nail olmuşdur. Əgər sovet dövründə bu mübarizə müxtəlif kontekstdə, müxtəlif şəkildə baş verirdisə, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində açıq tendensiya ilə təsvir edilir. Bu ondan irəli gəlirdi ki, bu mərhələdə xalqı onun istiqlalından cəmi bir neçə ay və il ayırırdı. Ədəbiyyat: 1. Aytmatov.Ç. Yaradıbdır inam məni, mən inamın övladıyam (Ön söz). Vahabzadə B. “Axı dünya fırlanır\". Bakı: Yazıçı, 1987. 208 səh. 2. Vahabzadə.B. Əsərləri. 11 cilddə, I c., Bakı: Azərbaycan, 2001. 544 səh. 3. Vahabzadə.B. Əsərləri: 11 cilddə, VI c., Bakı: Çaşıoğlu, 2003. 776 səh. 4. Vahabzadə B. Əsərləri. 11 cilddə, XI c., (publisistika), Bakı: Azərbaycan, 2005.784 səh. 5. Vahabzadə.B. Şəhidlər (Poema). Azərbaycan Mədəniyyət Fondu. Bakı: Elm, 1990. 48 səh. E-mail: [email protected] Rəyçi: filologiya.ü.f.dok. dosent. A.X.Yusifli Redaksiyaya daxil olub: 07.02.2019 Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 78 ~ UOT 1 (091) İradə Zumrad qızı Zərqanayeva AMEA Fəlsəfə İnstitutu, İslam fəlsəfəsi şöbəsi, böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent ARZU ƏŞRƏF QIZININ “AZƏRBAYCAN MÜTƏFƏKKIRLƏRI ZAMANIN KONTEKSTINDƏ” ƏSƏRI HAQQINDA Ирада Zумрад kызы Зерганаева Института Философии HAHA, Oтдел Исламской философии, старший научный сотрудник, доцент, кандидат философских наук O КНИГЕ АРЗУ АШРАФ КЫЗЫ \"МЫСЛИТЕЛИ АЗЕРБАЙДЖАНА В КОНТЕКСТЕ ВРЕМЕНИ: ГЕРМЕНЕВТИЧЕСКИЕ ОПЫТЫ\" Irada Zumrad gizi Zarganaeva İnstitute Philosophy of ANAS, Department of Islamic Philosophy, Senior Researcher Associate Professor, PhD in Philosophy ABOUT BOOK \"AZERBAIJANI THINKERS IN THE CONTEXT OF TIME: HERMENEUTICAL EXPERIENCES\" BY ARZU ASHRAF GIZI Xülasə: Məqalədə AMEA Fəlsəfə İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın yeni nəşr olunan “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr” əsərinin fəlsəfi təhlili verilmişdir. Tədqiqat zamanı sistemli yanaşma, nəzəri-məntiqi, müqayisəli təhlil metodlarından istifadə edilmişdir. Qeyd olunur ki, A.Hacıyevanın Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqalarının irsini hermenevtik araşdırmasının elmi nəticələri milli düşüncənin müasir dünya fəlsəfi sistemində yerini və ümumbəşəri dəyərlərə töhfələrini müəyyən etməyə imkan verir. Açar sözlər: Hacıyeva, kitab, Azərbaycan, mütəfəkkir, söz, təcrübə, hermenevtika. Резюме: В статье дается философский анализ недавно вышедшей книги Арзу Гаджиевой, доктора философских наук, заведующего отделом Истории азербайджанской философии AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 79 ~ Arzu Əşrəf qızının “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində” əsəri haqqında Института Философии Национальной Академии Наук Азербайджана \"Мыслители Азербайджана в контексте времени: Герменевтические опыты\". Во время исследования использовались методы системного подхода, теоретическо-логического и сравнительного анализа. Отмечается что, научные результаты герменевтического исследования А. Гаджиевой наследия азербайджанских мыслителей Низами Гянджеви, Мирзы Фатали Ахундзаде, Мирзы Алекпера Сабира, Наримана Нариманова, Узеира Гаджибекова и других, дают возможность определения места национального сознания в современной системе мировой философии и вкладов в общечеловеческие ценности. Ключевые слова: Гаджиева, книга, Азербайджан, мыслитель, слово, опыт, герменевтика. Summary: The article provides a philosophical analysis of the recently published book by Arzu Hajiyeva, Prof.Dr., head of the Department of History of Azerbaijani Philosophy of the Institute of Philosophy of the National Academy of Sciences of Azerbaijan \"Azerbaijani thinkers in the context of time: hermeneutical experiences\". A systematic approach, theoretical and logical, comparative methods of analysis were used in the study. It was noted that the scientific results of the A. Hajiyeva’s hermeneutic study of the heritage of Azerbaijani thinkers Nizami Ganjavi, Mirza Fatali Akhundzade, Mirza Alekper Sabir, Nariman Narimanov, Uzeir Hajibeyov and others, allows you to determine the place of national thought in the modern philosophical system and contribution to the world values. Key words: Hajiyeva, book, Azerbaijan, thinker, word, experience, hermeneutics. Mən hədiyyəni sevirəm, çünki sevgi, diqqət hiss edirəm. Mənə kitab bağışlananda daha çox sevinirəm. Deməli mənə etimad edirlər, məni öz hissləri, daxili dünyası ilə tanış etmək istəyirlər. Daha bir insanla ünsiyyətdən gözəl nə ola bilər? Xüsusilə də düşüncə əhli ola, fəlsəfi fikrin mənalarına baş vuran, maddi-mədəni irsdə mənəviyyat axtaran, tapıntılarını arındırıb, cilalayıb mahiyyətinə müvafiq yenidən daha geniş auditoriyaya təqdim edən söz sərrafı ola... Bizi insan edən ən ümdə məsələlərdən biri məhz ünsiyyətdir, düşüncələrin bölüşülməsidir. Qarşındakına yalnız cavab yox, həm də sual vermək həvəsində olmaqdır. Mənə elə gəlir ki, düşüncə mədəniyyətini formalaşdıran, əqlə naxışlar vuran, fəlsəfi irsə töhfələr verən əsərlər səbrin, səmimiyyətin və ünsiyyət mədəniyyətinin ən gözəl nümunələridir. Əsərlər müəlliflərinə bənzəyir. Bəzisi dəlisov, odlu-alovlu, digəri pafoslu, iddialı, bir qismi sadə və təvazökar, bir başqası mücərrəd, anlaşılmaz... Eləsi də var dərin, səbatlı və təmkinli... Oxucunu darıxdırmır, yormur, gərginləşdirmir, sadəcə düşündürür. Oxuduqca sonuna çatmağa tələsmirsən, fikirlərin düzümündən, axarından, əhatəliyindən, tutumundan, dəlillərindən həzz alırsan. Müdrikliyin himayəsinə düşürsən, rahatlıq və hüzur tapırsan. Dünyadan, fərqlilikdən, ziddiyyətlərdən qorxmursan, çünki səni anlamağa məcbur etmir, sadəcə düşünməyə, keçmişi və indini müqayisə etməyə, fərqli mövqelər, hadisə və proseslər haqqında fikirləşməyə, bəşəri təcrübədə birgə fəaliyyətə dəvət edir. Bu zaman tarix və məkan hədləri aradan götürülür, insanlar arasında fərqli həyat nümunələri qalır. Bəziləri hədəfi, digərləri gedilən yolu əsas hesab etsə də, həyat hər ikisindən öyrənməyin heç də pis olmadığını göstərir. AMEA Fəlsəfə İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Arzu Əşrəf qızının hermenevtik təcrübələrdən bəhs edən “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində” əsəri bizi ünsiyyətə, fəlsəfə ilə bədii söhbətə çəkir. Əsər oxucunu sadəcə Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 80 ~ İradə Zumrad qızı Zərqanayeva Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və Üzeyir Hacıbəyovun fikir dünyasına aparmır, həm də hər yeni nəsildə aktuallaşan, zamana müvafiq fərqli tarix yaradan hikmətin dərkinə hermenevtik metodla yanaşmanın əhəmiyyətini izah edir. Tərtibat və struktur cəhətdən müasir elmi tələblərə tam cavab verən əsər məzmunca dolğun və əsaslı olduğu kimi bədii və estetik cəhətdən də qəlbə yatandır. Azərbaycan fəlsəfəsində retrospektivlər və perspektivləri nəzərdən keçirməklə başlanan tədqiqat işi fəlsəfə ilə ciddi məşğul olmaq istəyənlərə gözəl nümunədir. Dörd dildə mündəricat, mənbələr və ədəbiyyat siyahısı, dörd dildə xülasə və ad göstəricisinin nəfis tərtibatı kitabdan ilkin elmi informasiyanı tez və asan almağa kömək edir. Hermenevtikanın məzmunu, tarix və idrak prosesində rolundan bəhs edərkən görkəmli Şərq və Qərb filosofları ilə yanaşı, Heydər Hüseynov və Mübariz Əlizadənin elmi fəaliyyətinə də toxunan müəllif müxtəlif yanaşmaların fərqli ictimai nəticələrə səbəb olmasını və nəhayətində fərqli düşüncə formalaşdırmasını xüsusi ustalıqla əsaslandırır (1, səh. 15, 18-20). O yazır: “Sözün gözəlliyi və pozitivliyi məhz mənaca sonsuz olduğuna görə, fikri hər bir yeni dövrdə təzələməyə qabil olmasında, onu yeni cür anlamağa imkan verməsindədir” (1, səh. 23). Ənənəvi və fəlsəfi hermenevtikanın müxtəlif konsepsiyalarını elmi dəlillərlə, bütün xırdalıqlarına qədər şərh edən müəllif oxucu ilə ünsiyyətində eradan əvvəlki mətnlərdən son illərin elmi yeniliklərinə qədər mənimsədiyi zəngin bilik potensialını olduqca səmərəli şəkildə, məharətlə, mövzuya müvafiq istifadə edir. Əsərdə nəzəri cəlb edən məqamlardan biri Azərbaycan milli təfəkkürünə xas hermenevtik təcrübələrin dünya fəlsəfi sistemində yerini, ümumbəşəri düşüncəyə töhfələrini müəyyən etməkdir. A.Hacıyeva əsərinin qəhrəmanlarını nəzərdə tutaraq yazır: “Mütəfəkkirlər, qüdrətli zəka sahibləri nəinki yaşadıqları dövrün, özlərindən sonrakı dövrlərin fövqündə duran insanlardır. Onların fikir dünyası mürəkkəb, geniş və çoxçalarlıdır. Kəlamları milli zehniyyət və psixologiyanın dərin qatlarına nüfuz edir, gələcəyə işıq salır, təfəkkür və xəyalları ümumbəşəri mahiyyət kəsb edir”. Nəticə etibarilə, millilik universallığın tərkib hissəsi kimi onun struktur elementini təşkil edir. Fərdlər qrupları, qruplar cəmiyyətlərii təşkil etdiyi kimi, milli düşüncə toxumlarını cücərdən və yetişdirən mütəfəkkirlərin əsərləri də ümumilikdə düşüncə mədəniyyətini, müasir fəlsəfəni yaradır. Bu mənada Arzu Əşrəf qızı M.M. Baxtinin hermenevtik tədqiqatların əhəmiyyəti haqqında fikirlərinə şərik olduğunu bildirir: “Ümumiyyətlə, müdriklərin özləri ölsələr də bizə miras qoyub getdikləri sözü yenidən canlandırmaqda, onu yeni nəsillərlə “mənaca sonu olmayan dialoqa girməsinə” yardımçı olmaqda hermenevtika çoxəsrlik zəngin ənənələri ilə böyük perspektivlərə malikdir” (1, səh. 34). Arzu Hacıyeva xalqımızın varlığı və təfəkkürü, tarixi və mədəniyyətinin əksi olan irsdə yatan saysız-hesabsız gizli mətləblər, mənalar, rəmzlər xəzinəsindən bəhrələnmək üçün hər yeni nəslin onları dinləməyi bacarması, onlar vasitəsilə müasir dövrümüzün suallarına cavab tapması üçün hermenevtikanı açar hesab edir. Dərk olunan hikmət vəziyyəti, şəraiti və fəaliyyət istiqamətini müəyyən edən faktor kimi daim tarixi öz arxasınca apara bilir. Bu cəhətdən müəllif milli ideyanı mənəvi varlığın substansiyası hesab edir. Xalqın azadlıq və tərəqqisində ana dilinin, həmin dildə maarifin, ədəbiyyatın, mətbuatın, elm və mədəniyyətin inkişafı, milli mənəviyyat və milli özünüdərk məsələlərinin xüsusi yer tutduğunu qeyd edir. (1, səh. 154) AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 81 ~ Arzu Əşrəf qızının “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində” əsəri haqqında Dil yalnız təfəkkürün deyil, həm də milli ruhun, hiss və emosiyaların nəsildən-nəslə daşınma vasitəsi, fitrətin qorunma üsuludur. Azərbaycanda müasir tədqiqatçıların bəziləri vətəndaşlıq, milli kimlik, dini kimlik, etnos və s. dövlət dili və ana dili anlayışlarını qarşı-qarşıya qoyurlar. Bu çox risqli məsələdir. Arzu xanımın tədqiqat işi təsdiq edir ki, qeyd olunan fərqli xüsusiyyətlər insanın şəxsiyyətində birləşir. Cəmiyyətin bütövlüyünü qorumaq üçün bu fərqlərə tamın əlamətləri kimi baxmaq, vəhdətdə qəbul etmək lazım gəlir. Çünki bu əlaqə ruhla can, din və dünya kimidir. Ana dili ruhun daşıyıcısı, bədii təfəkkürün mayasıdır. Arzu Əşrəf qızı tamamilə haqlı olaraq fəlsəfənin “təcrübənin bütövlüyünə” qayıdışı təbliğ etməsi funksiyasını təqdir edir: “...bədii-fəlsəfi formada yazılan əsər təkcə ağla, təfəkkürə deyil, duyğulara da təsir etməklə şərh olunan predmeti öz bütövlüyündə, daha adekvat formada təqdim edir. Beləliklə, gerçəkliyin mücərrəd kateqoriyalar vasitəsilə dərk edilməsi ilə yanaşı əxlaqi-estetik cəhətdən duyulmasına və anlanmasına ehtiyac yaranır” (1, səh. 125). Eyni zamanda təcrübənin ehtimallar və ehkamlar haqqında mübahisələrə son qoya bilmək xüsusiyyəti təsdiq olunur. Əsərdə fəsillər və yarımfəsillərin mövzuları da çox diqqətlə seçilib. Müəllif Nizami Gəncəviyə həsr etdiyi fəsildə mövzulardan birini “Müdrikliyin zirvəsində” (hikməti sevməyin zirvəsində) adlandırırsa, Mirzə Fətəli Axundzadəyə ayrılan fəsildə “Dərvişməslək və bəşəriyyəti sevən insan” mövzusuna, mütəfəkkirin həyatı ilə bağlı reallıq və rəmzlərə diqqət çəkir. O, Mirzə Ələkbər Sabiri Azərbaycan dili və mentalitetinin daşıyıcısı, Şərq müsəlmanlarının fəlsəfi poeziya nümayəndəsi kimi təqdim edirsə, Nəriman Nərimanovu bütpərəslik əleyhinə barışmaz mübariz, Məhəmməd ümməti, “ən gözəl sözləri” doğrulamağa çalışan (1, səh. 227-228), tövhidi anlayan milli ideoloqlardan biri kimi şərh edir. Müəllif tədqiq etdiyi mütəfəkkirin mövqeyini üzə çıxarmaq üçün əsərlərini diqqətlə incələmiş, aydın elmi dəlillər gətirmişdir. “Bəs kilsəni dövlətdən ayırmaq nə deməkdir?” sualına N.Nərimanovun cavabı dövlət və din mövzusuna aid mübahisələrə son qoymaq məqsədi daşıyır: “Bu ancaq o deməkdir ki, kilsəni, dini dövlətin təsirindən azad etmək lazımdır. Bu o deməkdir ki, ruhanilər: mollalar, keşişlər kənardan heç bir təsir olmadan dini, şəriəti təbliğ etsinlər. Kilsəni dövlətə tabe etmək mollalara, keşişlərə pul, qızıl, vəzifə, rütbə verib satılmaz və alınmaz əsl dinin tələblərini deyil, dövlətə lazım olan şeyləri təbliğ etməyə məcbur etmək deməkdir. Din, iman azad olmalıdır. İman şəxsi bir işdir, onu satmaq və almaq olmaz, zorla bir adamı bir dinə gətirmək olmaz.” (2, səh. 199) Rusiya Xalq Komissarları Soveti tərəfindən 23 yanvar 1918-ci il tarixində “Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında” dekretin qəbul edilməsi ilə İslamın mahiyyətini ifadə edən “Dində məcburiyyət yoxdur”12 prinsipi arasında ziddiyyət görməyən N.Nərimanov müvafiq qərarın ictimai qaydada dəstəklənməsini münasib hesab edirdi . Bir zamanlar əqidəni , iradəni, azad düşüncəni dövlətin qanunvericiliik sisteminə alət etməmək istiqamətində atılan addım kimi qiymətləndirən N.Nərimanovun işıqlı düşüncələrinə rəğmən məsələni hələ də əksinə qəbul edən müasir cəmiyyəti “ son y üzillikdə bütlər, görünür , azalmamışdır ” deyə tənqid edən müəlliflə razılaşmamaq mümkün deyildir. Lakin hazırda pulla yanaşı elm, texnologiya , millət, seksuallıq və inkişaf meyllərinin səcdə obyektinə çevrilməsi yalnız müasirliklə əlaqəli olmayıb , həm də qnoseoloji problemdir. Problemin kökü seçilən (maddi, mənəvi) hədəflərdə və məsələyə yanaşmanın ruhi- emosional xarakterindədir . Cəmiyyətdəki bütün bəlaların səbəbini pulun çoxluğu və ya 12 “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Quran, 2/256). Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 82 ~ İradə Zumrad qızı Zərqanayeva çatışmazlığı ilə əlaqələndirən Aqata Kristinin aforizminə rəğbətli münasibətə baxmayaraq, əslində problemi obyektin funksiyasının subyekt tərəfindən dərk olunmaması ilə izah etmək olar. Obyekt (pul) və subyekt (insan) anlayışlarının funksiyalarının dərk olunmaması və məntiqi məzmunlarının qarışdırılması problemin həllinə imkan vermir. Beləliklə pulun (mübadilə vahidi) və insanın (məhsuldar qüvvə) həqiqi funksiyasının dərk olunmaması, ya da bilərəkdən subyektiv şəkildə (insanın özü tərəfindən) dəyişdirilməsi ictimai şüuru dolaşdırır. Ona görə də absurd aforizmlərə rəğbət yaranır. Subyekt tərəfindən obyektin funksiyasının düzgün dərkinin əhəmiyyətini başqa bir misalla da izah etmək olar: VII əsrdə nazil olan Qurani-kərimin qadın haqlarını müdafiə edən surə və ayələrini görməzdən gələn cahil cəmiyyətin içində yaşamalarına rəğmən N.Nərimanov Z. Tağıyev, A. Axundzadə və başqalarının fərqli, demokratik, mütərəqqi düşüncələrinin əsasında elmi obyektivlik, dürüstlük və hikmətsevərlik keyfiyyətləri dururdu. Milli-mənəvi dəyərlərə, eləcə də İslama yanaşmada müxtəlifliyin ictimai nəticələrini Nərimanov, Hegel, Volter və Tolstoyun düşüncələrinin müqayisəsində izah edən Arzu Hacıyevanın hermenevtik tədqiqatlarında elmi obyektivlik daha qabarıq özünü göstərir. “Azərbaycan mütəfəkkirləri zamanın konteksində” əsəri müasir dövrdə dini dünya ilə qarşı-qarşıya qoymaq meyllərinə sadə, aydın, elmi cavablar mənbəyidir. Əsərin Üzeyir Haçıbəyova həsr olunan fəslində “muğam hermenevtikası”, “metamorfozlar” və “publisistika”dan bəhs olunması məhz dinin dünyaya təsiri və bu təsirdə insanın qavramaq, anlamaq və məntiq funksiyasının ictimai əhəmiyyəti əks olunmuşdur. Üzeyir Hacıbəyov öz mühitinin fövqündə duran qəhrəmanlar, ölməz musiqi nümunələri yaratmaqla ilahi hikmətin düşüncə, dinin həyatla ahəngdar vəhdətini ifadə etməyə nail olmuşdur. Əsərdə diqqət cəlb edən bu və digər nümunələr doğru anlamın doğru fəaliyyətlərə səbəb olmasını göstərir. Buradan belə nəticəyə gəlmək olur ki, düşüncənin düşüncə obyektinə adekvatlığı tərəqqiyə, qeyri-adekvatlığı yanlış interpretasiyalara, mənəviyyatsızlığa yol açır. Arzu xanım tədqiqat işində sözün, nitqin təfəkkürdə yerinə və roluna xüsusi diqqət ayırmışdır. Onun sözün kəsərindən bəhs edərkən, Mirzə Ələkbər Sabir yaradıcılığından nümunələr gətirməsi təsadüfi deyildir. Sözə münasibətdə Füzuli ənənəsini davam etdirən M.Ə.Sabirin şeirlərində nitq idrakın, şüurun ifadəsi olmaqla yanaşı, insan nəslini yetişdirən və bəşəriyyətin əqli qabiliyyətini, hünərini müəyyən edən hadisə kimi təsvir olunur: “Sən aləmi-əkbəri-xudasən, Sən ayineyi-cəhannümasən.” “Səndə yaradıb bədi i-əflak, Əqlü hünərü, şüurü idrak.” (1, səh. 104) Və yaxud:“Növ-i bəşərə tərbiyəbəxş olduğun üçün – Gər densə sənadır sənə ümmül-ədəbiyyat.” (1, səh. 107; 3, səh. 53) Ana körpəni tərbiyə edib böyütdüyü kimi, sözlər də məqamına və sərrastığına müvafiq ədəbiyyat yaradır. Bu mənada ədəbiyyat sözdən ana tərbiyəsi alır. İctimai həyatda düşüncənin tarixə yansıması söz vasitəsilə həyata keçir. Söz mənəvidən maddiyə və əksinə keçidi təşkil edir. Azərbaycanın varlığının bütün xüsusiyyət və təzahürləri dilimizdəki sözlərdə kodlaşmışdır. “Milli mentalitetimizin ən güclü daşıyıcısı sözlərdə yaşayan milli dildir” (1, səh. 100). Bu dili qorumaq və gələcək nəsillərə öz dərin məzmunu ilə çatdırmaq vəzifəsi sözün dərkindən keçir. Arzu Əşrəf qızının “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində” əsəri yuxarıda qeyd olunan və olunmayan bir çox məziyyətlər baxımından nəsillər arasında varislik əlaqəsinin ən yaxşı nümunələrindəndir. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 83 ~ Ədəbiyyat: 1. Hacıyeva A.Ə. Azərbaycan mütəfəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr. Bakı: “Elm və təhsil”, 2017, 308 səh. 2. Nərimanov N. Məqalələr və nitqlər. İki cildlik, I cild, Bakı: Azərnəşr, 1971. 3. Sabir M.Ə. Hophopnamə, İki cilddə. II cild. Bakı: “Şərq-Qərb”, 2004, 384 səh. E-mail: [email protected] Rəyçi: fəlsəfə.ü.f.dok. dosent Ş.M.Musayeva Redaksiyaya daxil olub: 12.03.2019 Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 84 ~ Mətbu mənbələrdə ədəbiyyat: “İrşad” qəzetinin nəsr nümunələrində həyat həqiqətləri və bədii gerçəklik UOT 070 Zöhrə Fərəc qızı Fərəcova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin dissertantı MƏTBU MƏNBƏLƏRDƏ ƏDƏBİYYAT: “İRŞAD” QƏZETİNİN NƏSR NÜMUNƏLƏRİNDƏ HƏYAT HƏQİQƏTLƏRİ VƏ BƏDİİ GERÇƏKLİK Зохра Фарадж кызы Фараджева Диссертант отдела “Азербайджанской литературы Нового периода” Институт литературы имени Низами Гянджеви НАНА ЛИТЕРАТУРА В ПЕЧАТНЫХ ИСТОЧНИКАХ: ПРАВДА ЖИЗНИ И ХУДОЖЕСТВЕННАЯ РЕАЛЬНОСТЬ В ПРОЗАИЧЕСКИХ ПРИМЕРАХ ГАЗЕТЫ «ИРШАД» Zohra Faraj gizi Farajova Doc. Ass. of department “New period Azerbaijani literature” of Institute of Literature of ANAS LITERATURE IN PRESS SOURCES: THE TRUTHS OF LIFE AND ARTISTIC REALITY IN PROSAIC EXAMPLES OF NEWSPAPER “IRSHAD” Xülasə: Məqalədə XX əsrin əvvəllərində, ictimai-siyasi hadisələrin kəskinləşdiyi bir vaxtda nəşrə başlamış “İrşad” qəzetində dərc olunmuş nəsr nümunələri təhlil edilmişdir. Tədqiqat zamanı müəyyənləşdirlimişdir ki, qəzetdə verilmiş ədəbi-bədii nümunələrdə, əsasən, dövrün real hadisələri əksini tapmışdır. “İrşad”da təqdim olunmuş “Vaqeə (Yuxu)”, “Bəhs”, “Məşhədi İsmayıl”, “Pristav ağa” kimi nəsr əsərləri mövzusuna, janrına, üslubuna, müəlliflərinin dəst-xəttinə görə fərqlənsə də, onları birləşdirən bir məqam xüsusi ilə diqqəti cəlb edir. Bu hekayələrin qəhrəmanları ictimai geriliklə, sosial ədalətsizliklə üzləşmiş sadə insanlardır. Məqalədə həmin ədəbi-bədii nümunələr dövrün hadisələri fonunda təhlil olunmuşdur. Açar sözlər: Hekayə, ictimai-siyasi, dövr, yazıçı, qəzet, gizli imza, ədəbi-bədii. Резюме: В статье проведён анализ прозаических примеров изданных в газете ”Иршад», начавшей печататься в начале ЧЧго века, в период обострения общественно- политических событий. Во время исследования было установлено, что в литературно- художественных примерах представленных в газете , в основном были описаны реальные AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 85 ~ Mətbu mənbələrdə ədəbiyyat: “İrşad” qəzetinin nəsr nümunələrində həyat həqiqətləri və bədii gerçəklik события того времени. Несмотря на то что такие прозаические произведения представленные в газете «Иршад», как «Сон», «Рассказ», «Мешхеди Исмаил», «Господин Пристав», отличаются друг от друга по теме, жанру, стилю авторов, их всех объединяет одна особенность достойная особого внимания. Герои этих рассказов простые люди столкнувшиеся с отсталостью общества, с социальной несправедливостью. Одноимённые литературно-художественные образы были проанализированы в статье на фоне событий того времени. Ключевые слова: Рассказ, общественно-политический, период, писатель, газета, секретная подпись, литературно-художественный. Summary: Article deals with the analysis of prose examples which began to be published in newspaper “Irshad” at the beginning of XX century during the exacerbation of social and political events. During the study it was determined that the literary and artistic examples given in the newspaper, in particular, reflect the real events of this period. Although such prose works as “Vaqea” (Dream), “Bahs”, “Mashhadi Ismail”, “Pristav Aga”, presented in the newspaper“ Irshad ”, are different in theme, genre, style, line of authors, their unifying moment especially attracted attention. The heroes of these stories are ordinary people who are faced with public backwardness and social injustice. The article analyzes these literary and artistic examples on the background of the main events of that period. Key words: Story, socio-political, period, writer, newspaper, secret signature, literary and artistic. XX əsrin əvvəllərində çar Rusiyasında və onun müstəmləkəsinə çevirdiyi ölkələrdə ictimai- siyasi vəziyyət olduqca mürəkkəb idi. İğtişaşlar, tətillər imperiyanın ərazilərini bürümüşdü. “İrşad” qəzeti (1905-1908) məhz, Azərbaycanda da inqilab coşqusunun yüksəldiyi, milli münaqişə alovlarının hələ səngimədiyi bir vaxtda mətbuat meydanına qədəm qoydu. Qəzetin fəaliyyətə başlamasından doğan sevinc və ümid hissləri redaksiyaya ünvanlanan təbrik teleqramlarında, məqalərdə ifadəsini tapdı. Eyni duyğular bir sıra ədəbi-bədii nümunərdə də əks olundu. Həmin səpkidə qələmə alınmış ən maraqlı əsərdən biri qəzetin nəşrinin ilk ilində, 3-cü sayında dərc olunmuş “Vaqeə (Yuxu)” hekayəsidir. Əsərdə bir demokratik mətbuat orqanının millət üçün nə dərəcədə əhəmiyyətli olduğu diqqətə çatdırılmışdır. Hekayə belə maraqlı təsvirlə başlayır: “Gözümi açıb özümü bir qaranlıq yerdə gördüm. Gözlərimə nə qədər səy etdim isə nurdan bir nişanə görə bilmədim. Qalxdım ayağə və əllərimi kor kimi qabaqə verib ayaqlarimə güc verdim. Bir müddət bu tövr gəzdim və lakin nə bir qapu tapdım və nə də əlimə bir şey dəgdi. Ancaq ayaqlarımın altı topraq olduğunu hiss edirdim. Dayanıb qulaq verdim, bəlkə bir səs eşidəm və lakin ürəgimin tıppıltısından başqa bir şey eşidə bilmədim. Canımı xof aldı. Bədənimə lərzə düşdü. Ayaqlarım, əllərim başladı əsməgə. Biixtiyar çökdim yerə və bildigim duaları qəlbimdən keçirtdim... Bir az ürəgim toxtadı və gözlərim zülmətə ögrəşib ətrafımdakı əşyanı seçməgə qadir oldum” (2, səh 2). Əvvəla, hekayə qəhrəmanının təsvir etdiyi qaranlığa diqqət yetirək. Bu, dövrün böyük vətənpərvərlərinin çoxunun yazısında göstərdiyi millətin gələcəyinə gedən yolu qərq etmiş zülmətdir. Cəlil Məmmədquluzadə bu qaranlığı belə təsvir edirdi : “ Gözümü açıb dünyanı Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 86 ~ Zöhrə Fərəc qızı Fərəcova qaranlıq gördüm” (3, səh 95). Firudin Köçərli “İrşad”da dərc olunan, geniş müzakirələrin mövzusuna sovuşdursun” deyə təlaşa düşməsini təsvir edən müəllif bunun səbəbini öyrənmək istəyən çevrilən məqaləsinə verdiyi adda - “Qaranlıqda qalanlarımız”da məhz həmin qaranlıqdan bəhs edirdi. “İrşad”ın “Qəzetəmizin məsləki (yolu)” adlı proqram-məqaləsində yumruqlar sayəsində yuxuya gedib uzun illər qaranlıq mağarada qalmış bir toplumun oyanıb karvanı getmiş görərək öz aqibətini düşündüyündən bəhs edilir. “Vaqeə (Yuxu)”da isə qəhrəman zülmət içərisində çıxış yolu axtarır. Gedib çıxdığı məkanda olanlar - adamlar, qoyun sürüsü, itlər, çay, quşlar, heyvanlar hərəkətsizdir. Hekayənin qəhrəmanı heyrət içində bu sükunət dolu həyatın hara olduğunu düşünür. Nəhayət, qara mərmərdən hazırlanmış üçguşəli sərdabənin divarında gümüş suyu ilə yazılanları oxuyur: “Bu məkanın adı “cəhalət quyusu”dur, bu tayifənin adı “tatar” və bu yuxunun adı “qəflət yuxusu”dur” (2, səh 2). “Cəhalət quyusu” o zamankı Azərbaycan, oranın sakinləri tatarlar, yəni türklərdir. Məlumdur ki, tatar sözü çar Rusiyası dövründə türk millətini aşağılamaq, cahil olduqlarını, geridə qaldıqlarını üzlərinə vurmaq üçün işlədilirdi. Ədəbiyyatşünas alim Nadir Vəlixanov haqlı olaraq yazır: “Vaqiə”də 1905-ci il inqilabının təsiri ilə əlaqədar olaraq, xalqı qəflət, cəhalət yuxusundan oyatmağa qüvvətli bir çağırış görürük. Ədib rəmz üsulundan məharətlə istifadə edərək göstərir ki, elmsizlik xalqın şüurunda ətalət yaradıb. Bunu qabarıq şəkildə nəzərə çatdırmaq üçün o, hətta bir neçə yerdə təbiət aləmini durğun vəziyyətdə əks etdirir” (6, səh 94-95). Zülmətdən qurtuluş, cəhalətdən xilas yolu axtaran, çıxış yolunu maarifdə, elmdə görən müəllif fədakarlıqla fəaliyyətə başlamış “İrşad”a böyük ümidlər bəsləyirdi. Qəzet sonrakı sayları ilə də onun inamını doğrultdu. “İrşad” bütün fəaliyyəti boyunca milləti işıqlı gələcəyə aparan doğru yolu göstərdi. S.S.Axundov “İrşad” qəzetinin açılması münasibətilə qələmə aldığı bu əsəri xəyali hekayə adlandıraraq yazırdı: “Mollalar bu hekayədə əqidə pozğunluğu görürdülər. Onlar, ancaq şəriət insanlara nicat verib, işıqlığa çıxarır, deyə məni tənqid və təfkirə başladılar. Digər “Qonaqlıq” hekayəm də ağaların, Bakı milyonerlərinin, ruhanilər, alimlər və hərbi məmurların xoşuna gəlməmişdi, çünki orada mən kəndli və işçi tərəfini saxlamışdım” (1, səh 5). N.Vəlixanovun fikrincə, S.S.Axundovun əsəri “xəyali hekayə” adlandırmasının izahı belədir: “Xəyali” dedikdə o, hekayənin üslubunda romantika çalarını diqqət mərkəzinə çəkir. C.Xəndan doğru deyir ki, “S.S. Axundovun ilk hekayələrinin üslubunda romantika da mühüm yer tutur” (6, səh 95). S.S.Axundovun “Qonaqlıq” adlandırdığı hekayəyə gəlincə, bu əsər ilk dəfə “İrşad” qəzetində 1906-cı ilin 28-ci sayında “Bəhs” adı ilə dərc olunmuşdu. S.S.Axundovun 1936-cı ildə nəşr olunan əsərlərinin külliyyatına hekayə “Qonaqlıq” adı ilə daxil edildi. Əsərlə tanışlıqdan sonra N.Vəlixanovun bu fikirlərinə haqq qazandırmamaq mümkün deyil: “Bəhs” sərlövhəsi hekayənin ideya və məzmununa daha uyğundur. Çünki əsərdə əsas məsələ imtiyazlı şəxslərin verdikləri qonaqlıq deyil, onların mühüm ictimai-siyasi problem barədə etdikləri mübahisədir” (6, səh 94). “Bəhs” “İrşad” qəzetində Qərib imzası ilə dərc olunmuşdur. S.S.Axundovun bu imzadan istifadə etdiyi məlumdur. “Vaqeə (Yuxu)” hekayəsi isə bu qəzetdə Ə.S.M. imzası ilə təqdim olunmuşdur. Bu gizli imzadan S.S.Axundovun istifadə etməsi barədə isə nə müəllifin öz yazılarında, nə yaxın qohumu və araşdırıcısı Nadir Vəlixanovun tədqiqatlarında, nə də Qulam Məmmədlininin “İmzalar” kitabında heç bir məlumata rast gəlmədik. “İrşad”ın ədəbi-bədii qəhrəmanlarının əksəriyyəti həyatın dibində yaşayan , sosial problemlərin məngənəsində çapalayan sadə insanlardır. Dövrün acı reallığı S.M. imzası ilə AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 87 ~ Mətbu mənbələrdə ədəbiyyat: “İrşad” qəzetinin nəsr nümunələrində həyat həqiqətləri və bədii gerçəklik verilmiş “Məşhədi İsmayıl” adlı hekayədə də əks olunmuşdur. Əvvəlcə, diqqətə çatdıraq ki, bu imzadan Sultanməcid Əfəndiyev istifadə edirdi. Hekayənin mövzusu, üslubu, dili də müəlifinin məhz S.M.Əfəndiyev olduğunu söyləməyə əsas verir. Əsərdə göstərilirdi ki, XX əsrin əvvəllərində neftin Bakıya gətirdiyi şöhrət, təmtəraq mədənlərdə çalışan fəhlələrin həyatını nəinki yüngülləşdirmir, varlanmaq istəkləri bitməyən sahibkarların sayəsində daha da ağırlaşdırır, özlərini və ailələrini fəlakətlərə düçar edirdi. “Məşhədi İsmayıl” hekayəsində də Balaxanı neft mədənlərindən birində işləyən fəhlənin və onun ailəsinin olduqca ağır güzəranından bəhs edilir. Müəllif əsərdə cərəyan edən hadisələrin başlanğıcından sonunadək peyzajdan məharətlə istifadə etmiş, təbiətlə qəhrəmanlarının ovqatı, başlarına gələn müsibətlər arasında bənzərlik yaratmağa müvəffəq olmuşdur. Hadisələr qışın şaxtasının şiddətləndiyi, Bakının dəlibaş xəzrisinin Balaxanı mədənlərində meydan suladığı bir axşam baş verir. Ord-a burda vışkaların üstündən taxta paralarını şimal yeli qoparıb atır. Maraqlıdır ki, hekayədə özü ilə bəlalar gətirən şiddətli küləyin, tufanın şimaldan gəldiyi yazılır. Adətən, ədəbiyyatımızda “şimal küləyi” ifadəsi ilə Rusiya imeriyasına işarə vurulur. Hekayədə təbiətin kədərli mənzərəsi faciəli hadisə boyu davam edir. Göz-gözü görməyən, tufanın hökm etdiyi bu axşam biçarə fəhlələr palçıq və mazut içərisində ayaqyalın işləyirlər. Müəllif bundan sonra diqqəti buruqların başqa səmtindəki fəhlə kazarmalarına yönəldir. Onların birində fəhlə Məşhədi İsmayılın ailəsi yaşayır. Müəllif uzaqdan-uzağa ailənin sosial vəziyyəti, məişəti barədə oxucuda təsəvvür yaradır. Daxmanın “...qabağında köhnə yamaqlı bir pərdə var idi ki, evin ismət və namusunu əğyar nəzərlərindən saxlıyordı. ...Çünki bihəya xəzri keçmiş zəmanın polisəsi kibi biizn və zorlən fəhlə mənzilinə girməgə adət eləmişdi. Ona görə qapı və pəncərənin bağlı olmağına baxmayıb onların təxtələrinin arasında içəri keçib otaqda olan az istini aparırdı. Həmin mənzil bir qaranlıq, nəm və savuq otaqdı. İki həsir bu mənzilin fərşidi”. Sonra müəllif oxucuya bu mənzilin sakinlərini - fəhlə Məşhədi İsmayılın külfətini tanıdır. Küncdə sadə nənni asıb körpə balasını yatırmaq üçün lay-lay çalan ananın, əlləri qoyunlarında, başları çiyinlərində soyuqdan titrəyə-titrəyə onu dinləyən yeddi yaşlı Fizzənin və beş yaşlı Hüseynin halları pərişandır. Lakin uşaqlıq dəcəlliklərini də unutmurlar. Fizzə anasına qardaşından gileylənir. Ana Hüseynə açıqlanır. Lakin uşaqların ən böyük şikayətləri soyuqdan və aclıqdandır. Xəstələnmiş körpəsini yatıran ana bir tərəfdən də onları sakitləşdirir, indicə atalarının çörək gətirəcəyini deyib ovutmağa çalışır. Lakin çox keçmir ki, “...Məşhədi İsmayılın nəşini bir köhnə pəlas içində içəri gətirdilər. Biçarənin əhli-əyalının naləsi bülənd oldu. Tifillər atalarından çörək gözlüyorlardı mədəndə başının üstə (sep) zəncir qırılıb yuxaladı. O gündən Məşhədi İsmayılın əhli-əyalı avarə və sərkərdan çöllərə buraxıldı” (4, səh 2). Hekayə belə olduqca kədərli, ümidsiz sonluqla bitir. Qeyd edək ki, Məşhədi İsmayıl ümumiləşdirilmiş obrazdır. Müəllif onun timsalında XX əsrin əvvəllərində Bakı neft mədənlərində çalışan fəhlələrin və onların ailələrinin çarəsizliyini diqqətə çatdırırdı. O, qəhrəmanlarının real vəziyyətindən, problemlərlə dolu həyat hekayətindən xəbərdar idi, onların halına acıyır, bu biçarə insanlara kömək edə bilmədiyinə kədərlənir və səmimiyyətini oxucusuna hiss etdirə bilir. Üzeyir imzası ilə “İrşad”da dərc olunmuş “Pristаv аğа” sаtirik hеkаyəsində də sadə insanların acınacaqlı həyatı təsvir edilir. Lakin satiranın tələblərinə uyğun olaraq müəllif oxucusunu göz yaşlarına boğmur, onu güldürərək düşündürür. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 88 ~ Zöhrə Fərəc qızı Fərəcova Əsərdə XX əsrin başlanğıcında Аzərbаycаn kəndi təsvir edilir. Müəllif - Ü.Hacıbəyli sоsiаl ədаlətsizlik, ictimаi gеrilik və s. kimi bir çox problemlərə tохunur. Əsərin ilk cümlələrində M... kəndi əhalisinin xof, vahimə ilə bir-bir komalarından çıxaraq küçədə toplaşmasını, “Allah özü oxucusunu çox intizarda saxlamır. Məlum olur ki, dünən “strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb - söyəndən sonra , “ sabah pristav ağa gələcək ” - deyib və döydüyü ağsaqqalların birinin evində gecələyib, səhər atını minib geri qayıdıb. Həm də onun kəndə gələndə cibində olan beş- altı qəpik pulu bir gecənin içində beş-altı manata qalxıb. Müəllif yazırdı ki , bu “ möcüzə”nin sirri ev sahibi ilə cib sahibinə məlum idi. Döyülən, söyülən, rüşvət vermək məcburiyyətində qalan kəndliləri isə yalnız bir sual, pristav ağanın hansı səbəbdən gələcəyi düşündürürdü. Axşamçağı camaatın intizarına son qoyulur. Təmtəraq, təntənə, dəbdəbə ilə qarşılanan pristav özünü M... kəndində keçmiş padşahlar kimi aparır, o, strajnikdən daha zalım davranaraq kəndlilərin hərəsini bir növ ilə döydürür. “Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollasının evində şərəfinə goşidə edilmiş ziyafətdə (ziyafətdə pristavdan savayı bir də Kərbalayi Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat şirin yuxuya mastəqriq oldu...” (5, səh 4) “İrşad” qəzetinin təqdim etdiyi ədəbi-bədii əsərlərin mövzusu, əsasən, dövrün real hadisələrindən götürülmüşdür. Azərbaycanlıların sosial həyatı, ağır güzəranı müxtəlif hadisələrin fonunda öz əksini tapmışdır. “İrşad” yer verilmiş hekayələrin qəhrəmanları da yaş, məkan və digər fərqlərlə diqqəti cəlb etsələr də, ictimai gerilik, sosial ədalətsizlik onların hər birin həyatına ağır təsir göstərmişdi. Ədəbiyyat: 1. Axundov Süleyman Sani. Keçmişlərdən. “Ədəbiyyat” qəzeti, 12 iyun, 1934 2. Ə.S.M. “Vaqeə (Yuxu)”. “İrşаd” qəzеti, 21 dekabr 1905, №3 3. Məmmədquluzadə Cəlil. Seçilmiş əsərləri. VI cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1985, 311 s Redaktoru: 4. S.M. “Məşədi İsmayıl”. “İrşad” qəzeti, 29 dekabr 1905, №10 5. Üzeyir. “Pristаv аğа”. “İrşad” qəzeti, 25 dеkаbr 1905, №6 6. Vəliхаnоv Nаdir. “Süleyman Sani Axundovun elmi bioqrafiyası”. Ə.Y.Məmmədov, Bаkı, “Еlm” nəşriyyatı, 1996, 228 s. E-mail: [email protected] Rəyçi: filolologiya.ü.f.dok.dosent Ş.Ş.Musayev Redaksiyaya daxil olub: 15.04.2019 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 89 ~ Tarixi mənbələrdə dövlət idarəçilik formalarının təsnifatı UOT 32.101 Züriyə Ruslan qızı Qarayeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət Qulluğu kafedrasının doktorantı TARİXİ MƏNBƏLƏRDƏ DÖVLƏT İDARƏÇİLİK FORMALARININ TƏSNİFATI Зурия Руслан кызы Kараева Докторант кафедры \"Государственная служба и кадровая политика\" Академии Государственной Управлении при Президента Азербайджанской Республики КЛАССИФИКАЦИЯ ФОРМ ГОСУДАРСТВЕННОГО УПРАВЛЕНИЯ В ИСТОРИЧЕСКИХ ИСТОЧНИКАХ Zuriya Ruslan gizi Garayeva Ph.D student of department “Public service and personnel policy” of Academy of Public Administration Under the President of the Republic of Azerbaijan CLASSIFICATION OF GOVERNMENTAL FORMS ON HISTORICAL SOURCES Xülasə: Məqalə tarixin fərqli dövrlərində idarəçilik formalarının təhlilinə həsr edilmişdir. Araşdırmanın məqsədi qədim dövrdən başlayaraq tarixi mənbələrdə mütəfəkkirlərin dövlət idarəçilik formaları haqqında fikirlərini öyrənməkdir. Bu istiqamətdə ilk olaraq dövlət, dövlət idarəçilik formaları anlayışları incələnmiş, qədim və müasir dövr ideoloqlarının nəzəriyyələri və onların proseslərə təsir gücü ortaya qoyulmuşdur. Bu təhlil mənbələrin araşdırılması, əldə edilən nəticələrin incələnməsi, irəli sürülən arqumentlərin analiz və sintezi, eyni zamanda müqayisəli təhlili metodu ilə aparılmışdır. Açar sözlər: Tarixi mənbələr, dövlət, dövlət idarəçiliyi, forma, qədim dövr, müasir dövr. Summary: The article focuses on the analysis of government forms in different periods of history. The aim of the study is to determine views of thinkers from antiquity to modern times on government forms. In this context, first of all, the concepts of state, government and government forms have been examined and theories of ancient and modern era ideologists have been revealed and their affects on the processes in this direction has been demonstrated. This analysis was conducted with the study of the sources related to the subject, the analysis of the results obtained, the analysis and synthesis of the arguments, and also the comparative analysis method. Key words: Historical sources, state, government, form, antiquity, modern era. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 90 ~ Züriyə Ruslan qızı Qarayeva Резюме: Статья посвящена анализу форм управления в различные периоды истории. Целью исследования является изучение мыслей идеологов в исторических источниках начиная с периода древности, о формах государственного управления. В этом направлении впервые были изучены понятия государство, формы государственного управления, теории мыслителей древнего и современного периодов и было рассмотрено их воздействие на процессы. Это исследование было проведено посредством исследования источников, исследования полученных результатов, синтеза и анализа представленных аргументов, а также методом сравнительного анализа. Ключевые слова: Исторические источники, государство, государственное управление, правительство, форма, античность, современный период. Dövlət və dövlət idarəçiliyi anlayışı. Dövlət cəmiyyətin siyasi sisteminin başlıca elementi olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən siyasi hakimiyyətin başlıca daşıyıcısıdır. [7, 122] Georg Ellinek “three elements theory” (üç ünsür nəzəriyyəsi) nəzəriyyəsində dövlətin insan, torpaq və iqtidar ünsürlərindən ibarət olduğunu bildirmişdir. Bu ünsürlərdən insana hüquqi ədəbiyyatda millət, torpağa ölkə, iqtidara isə suverenlik deyilir. [9, 4] Yəni bir dövlətin mövcud olmağı üçün millətin müəyyən ölkədə ən üstün suverenliyə sahib olması vacibdir. Dövlətin forması əsasən idarəçilik formasını, dövlət quruluşu formasını və dövlət rejimi formasını özündə ehtiva edir. Dövlət idarəçilik forması ali dövlət hakimiyyəti strukturunu, onların təşkili və onlar arasında səlahiyyətlər bölgüsü qaydasını özündə təcəssüm etdirir. Dar mənada yanaşma baxımından idarəetmə forması anlayışı, əslində bir şəxsin – dövlət başçısının (monarxın və ya prezidentin) statusu ilə əlaqədardır. Geniş mənada yanaşma nöqteyi-nəzərindən isə idarəetmə forması anlayışına dövlət orqanları, iqtisadi və siyasi mərkəzlər arasındakı münasibətlər və dövlət orqanlarının fəaliyyət göstərdiyi siyasi mühit daxildir. [15, 45] Dövlət idarəçilik formalarının təsnifatının iki əsas səbəbi olmuşdur. Birincisi – müqayisə apararaq fərqli formalar arasında oxşarlıqları müəyyənləşdirmək, ikincisi – fərqli formaların nə qədər uğurlu olub-olmadığını qiymətləndirməkdir. Qədim dövrlərdən orta əsrlərin sonunadək dövlətin mənşəyi İlə bağlı fikirlər teolojik xarakter daşıyırdı. Bu ənənəvi dövlətlərdə siyasi iqtidarın qaynağı Tanrı olmuşdur. Yəni siyasi iqtidarın legitimliyi dini, mifoloji qaynaqlara əsaslanmışdır. Bu sxolastikaya görə dövlət Tanrı tərəfindən yaradılmış təbii varlıq olduğu üçün o, kilsə qaydalarıyla idarə edilməlidir. [13, 226] Orta əsrlərin sonlarında Avropada feodalizm dağılmış və kilsə hakimiyyətinin aradan qalxması ilə mütləq monarxiyalar ortaya çıxmışdır. Bu mərhələdə hakimiyyət şəxsiləşdirilmiş, suverenlik bütünlüklə krala verilmişdir. Bununla da ənənəvi dövlətdən müasir dövlətə keçid baş vermişdir. 15-16-cı əsrlərdə yaranmağa başlayan müasir dövlətləri ənənəvi dövlətlərdən fərqləndirən əsas xüsusiyyət mütləq suverenlik idi. Belə ki, orta əsrlərin sonlarında krallar kilsə və feodal hakimiyyətinin aradan qalxması ilə mütləq və bölünməz iqtidar sahibi olaraq ortaya çıxmış və müasir dövlət anlayışının ilk mərhələsi başlamışdır. Avropada siyasi iqtidarın bölündüyü sistem olan feodalizmdən müasir dövlətə keçiddə ortaya çıxan bu anlayışa görə mütləq monarxiyalar əsl suveren dövlətlərdir. Çünki suverenliyin mütləq, bölünməyən və məhdudlaşdırılmayan olmaqla tək şəxsə, monarxa AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 91 ~ Tarixi mənbələrdə dövlət idarəçilik formalarının təsnifatı aid olduğu düşünülürdü. [6, 76] Suverenliyin mütləq və bölünməz sayıldığı bu mərhələ 1789-cu il Fransa burjua inqilabına qədər mövcud olmuşdur. Fransız inqilabından sonra İnsan Haqqları Bəyannaməsinin qəbul edilməsiylə suverenliyin mənbəyi kraldan millətə keçmişdir. Bununla da milli suverenlik və milli dövlət anlayışları yaranmış və o vaxtdan bu günədək müasir dövlətin ikinci mərhələsi davam etmişdir. Kralın səlahiyyətlərini qeyri-məhdud istifadə etməyəcəyi fikri qəbul olunmuş, mütləq hakimiyyətdən məhdudlaşdırılmış hakimiyyətə keçilmişdir. [4, 100] Bu çərçivədə fərqli idarəçilik formalarının təsnifatı irəli sürülmüşdür. Aşağıda müxtəlif dövrlərdə idarəçilik formalarının fərqli təsnifatları verilib. Qədim dövr mənbələrində dövlət idarəçiliyi anlayışı. Qədim mütəfəkkirlərdən Sokrat, Platon, Polibiy, Aristotel hakimiyyət bölgüsü əsasında idarəçiliyin ilkin əlamətlərini təcəssüm etdirmişlər. Bu istiqamətdə ilk fikirlər Polibiyin tədqiqatlarında ortaya çıxmışdır. Orada əsas diqqət hakimiyyət tərəfindən vətəndaşlara qarşı özbaşınalığın aradan qaldırılması və hakimiyyətdə yarana biləcək münaqişələrə yönəlmişdir. Bu problemin həlli isə onun fikrincə, hakimiyyət qolları arasında tarazlığın yaradılması olmuşdur. Polibiyin fikrincə bunun əsl nümunəsi Roma dövlətidir. Roma senatı, Roma konsulları və Roma Məclisləri hakimiyyət bölgüsündən xəbər verirdi. Roma respublikasında bir şəxs və ya qrup bütün hakimiyyəti əlində saxlaya bilmirdi. Hətta imperatorluq səviyyəsində belə Senatın təsiri keçərli idi. [20, 9] Platon “Dövlət” əsərində ideal idarəçilik və ideal dövlət anlayışlarını təhlil etmişdir. Platona görə dövlət bir orqanizmdir, makro insandır. “İnsanın ruhunda 3 hissə olduğu kimi, dövlət də üç sinifdən – işçilər, əsgərlər və idarəçilərdən ibarətdir” [14, 369] fikrini irəli sürməklə Platon hakimiyyət bölgüsünə eyham etmişdir. Qədim Yunanıstanda xaos vəziyyətinin hökm sürdüyü dövrdə yaşamış Platon bu vəziyyətin səbəbini demokratiyada görmüşdür. O, “Dövlət” əsərində ideal idarəçilik və ideal dövlət anlayışlarını təhlil etmiş, mövcud idarəçilik formalarının heç birinin ədalətli olmadığını bildirmişdir. Platona görə bəşər tarixinin ilk idarəçilik forması hakimiyyətin atadan oğula keçdiyi patriarxiyadır. Platonun ideal dövləti sosial dövlətdir. Bu dövlətdə varlı və kasıb təbəqələri yoxdur. Lakin mövcud idarəçilik formaları içərisində ideal idarəçiliyə yaxın hesab etdiyi aristokratiya və monarxiyadır. Bu formaların pisləşməsindən ortaya çıxan idarəçilik formaları isə timokratiya, oliqarxiya və demokratiyadır. [19, 152] Aristotel “Politika” əsərində qanunların üstünlüyündən, suverenliyin sərhədlərindən bəhs edərək dövlət hakimiyyətinin üç əsas hakimiyyət qolundan ibarət olduğunu bildirmişdir. Onun fikrincə bu qollar cəmiyyətə aid olan problemlərin həll edilməsi və qərar alınmasıyla bağlı qanunverici hakimiyyət, qaydaları tətbiq edən icraedici hakimiyyət və üçüncü məhkəmə hakimiyyətidir. Aristotel həmin kitabında qanunverici və icraedici orqanları müxtəlif aspektlərdən izah etməyə çalışmışdır. O, hesab etmişdir ki, qanunverici hakimiyyət hər kəsin xeyrinə olanı tapmaq məqsədilə fəaliyyət göstərməli və araşdırmalar etməlidir. Araşdırmalar nəticəsində yaradılan qanunlar hamı tərəfindən qəbul olunmalıdır. İcraedici hakimiyyət bu qanunların icrasına xidmət etməlidir. Məhkəmə hakimiyyəti isə bu orqanların fəaliyyətində ortaya çıxa biləcək anlaşılmazlıqları həll etməlidir. [2, 161-170] Aristotel “Politika” əsərində e.ə.4-cü əsrdə mövcud olan 158 yunan şəhər-dövlətinin təhlilinə əsaslanaraq irəli sürdüyü təsnifatda say kriteriyasını əsas götürərək, idarəçilik formalarını tək şəxsin hakimiyyəti (tiraniya, monarxiya), azlığın hakimiyyəti (oliqarxiya, aristokratiya, timokratiya) və çoxluğun hakimiyyəti (demokratiya, politiya) olaraq sinifləndirmişdir. Aristotelə görə bu altı idarəçilik formasından üçü yaxşı, üçü isə Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 92 ~ Züriyə Ruslan qızı Qarayeva pis formalardır. Pis idarəçilik forması yaxşı idarəçilik formasının pozulmasından yaranmışdır. Bu minvalla tək şəxsin hakim olduğu monarxiya yaxşı, eyni formada despotizmə əsaslanan tiraniya pis; yalnız varlı şəxslərdən ibarət azlığın hakim olduğu aristokratiya yaxşı, oliqarxiya pis; çoxluğun hakim olduğu politiya yaxşı, kasıbların maraqlarının qorunmadığı çoxluğun hakimiyyəti olan demokratiya isə pis idarəçilikdir. Onun fikrincə dövlətin var olma səbəbi insanların ortaq mənafeyinin qorunmasıdır. Pis idarəçilik formalarında ortaq fayda gözlənilmir. [3, 78] Aristotelin bu təsnifatı daha uzunömürlü olmuş və başqa alimlər tərəfindən də mənimsənərək 20-ci əsrədək yaşamışdır. Orta əsrlərdə (2-15-ci əsrlər) dövlət və dövlət idarəçiliyi anlayışları Akvinalı Foma, Avreli Avqustin, Əl-Fərabi, ibn-Rüşd kimi mütəfəkkirlər tərəfindən işlənilsə də, bu ideoloqların fəaliyyəti əsasən Platon və Aristotelin ideyalarını inkişaf etdirməkdən ibarət olmuşdur. Ona görə də təhlil zamanı qədim dövrdən birbaş müasir dövrə keçid edilmişdir. Müasir dövr mənbələrində dövlət idarəçilik formalarına yanaşma. Müasir dövrün (15-ci əsrdən başlayaraq) əsas ideoloqları, müasir dövlət nəzəriyyəsinin baniləri Nikkolo Makiavelli, Jan Boden və Tomas Hobbs ilk dəfə öz nəzəriyyələrində dövləti dünyəviləşdirmiş, hakimiyyətin qaynağını “göydən yerə endirmişlər”. Bu nəzəriyyə mütləq monarxiya idarəçiliyinin tərəfdarı olan Makiavellinin dindən azad olmuş dünyəvi siyasi iqtidar anlayışıyla başlamışdır. Sonra Boden suverenliyin xüsusiyyətlərini ortaya qoymuşdur. Hobbs isə ictimai müqavilə ideyasını inkişaf etdirərək müasir dövlət nəzəriyyəsini tamamlamışdır. Makiavellinin (1469-1527) dövlətin mənşəyinə dair fikirləri teoloji görüşlərdən tamamilə fərqlənir. O, qeyd edirdi ki, dövlət Tanrı tərəfindən deyil, insanların fəaliyyəti nəticəsində yaranmışdır. Onun fikrincə dövlət insanların ümumi rifahı tələbatından irəli gələn cəmiyyət hadisəsidir. [7, 133] Bu fikirləri ilə Makiavelli “bütün iqtidarlar Tanrıdan qaynaqlanır” tezisinə əsaslanan orta əsr sxolastikasından qopmağın real simvoludur. Makiavelli siyasi birlik üçün feodal qaydalardan uzaq, yeni sosial və siyasi struktur ilə kilsədən asılı olmayan mütləq hakimiyyəti gücləndirməyi təklif etmişdir. Siyasi birliyi təmin edəcək yeganə qüvvəni isə hökmdar – “prins” adlandırmışdır. Yəni ilahi birlik yerini siyasi birliyə vermişdir. Makiavellinin müasir siyasi nəzəriyyənin banisi olmasının səbəbi onun din, əxlaq və metafizikadan uzaq dövlət qurmaq cəhdidir. O, siyasi iqtidarı mütləq, qeyri-məhdud və bir bütün olaraq xarakterizə etmiş, ancaq özü bir nəzəriyyəçi olmadığı üçün onun mənbəyini araşdırmamışdır. [5, 25] Onun yanaşmasındakı bu əksikliyi aradan qaldıran Fransız mütəfəkkiri Jan Boden (1530-1596) olmuşdur. Dövlətin kilsədən üstünlüyünü sistemli şəkildə siyasi elmə gətirən Jan Boden klassik suverenlik anlayışının banisidir. Onun fikrincə suverenlik dövlətin əsas varlıq səbəbidir. O, 1576- cı ildə nəşr etdirdiyi “Dövlət haqqında 6 kitab” əsərində suverenlik anlayışını qısa izah etmiş, onu dövlətin mütləq, daimi, bölünməz hakimiyyəti adlandırmışdır. Mütləq olan, suverenliyin bölünməməsi və paylaşılmamasıdır. O, başqa hakimiyyət tərəfindən məhdudlaşdırıla bilməz. Mütləq olmağı hər şeydən üstün olması, hakimiyyət rəhbərinin xalqın rəyi olmadan qanun qəbul etməsi deməkdir. Daimi olması isə ali hakimiyyətin hökmdarın ölümü ilə sona yetməməsini və fərdlərin müstəqil olduğunu göstərir. Suverenliyin üçüncü xüsusiyyəti onun bölünməzliyidir. Suverenlik hissələrə ayrıla bilməz, yəni bir dövlətdə birdən artıq ali hakimiyyət ola bilməz. [7, 140] Bodenə görə müddətlə məhdudlaşdırılan hakimiyyət suverenlik deyil, səlahiyyətdir. Bu səlahiyyəti istifadə edən isə suveren hakim deyil, idarəçidir. Bu fikirləri ilə o, mütləq monarxiyanın hüquqi cəhətdən üstünlüyünü əsaslandırmışdır. Bodenin nəzəriyyəsində AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 93 ~ Tarixi mənbələrdə dövlət idarəçilik formalarının təsnifatı monarxiyanın ucaldılması əsas yer tutur. Çünki, suverenliyin mütləq və bölünməzliyi ilə kral hakimiyyəti müdafiə edilmişdir. Digər mütəfəkkir, ingilis materialist filosofu Tomas Hobbs (1588-1679) mütləq hakimiyyəti \"fərdi haqqların ictimai müqavilə ilə ortaya çıxan hakim şəxsin iradəsinə uyğun istifadə edilməsi\" adlandırmışdır. Hobbsun Leviafan adlandırdığı bu hakim şəxsin xüsusiyyətləri mütləq, daimi və bölünməzlikdir. Hobbs dövlətin yaranmasını insanların təbiətən eqoist, paxıl, şöhrətpərəst olmalarında görmüşdür. “İnsan insana canavardır” ideyasını əsaslandırmaqla bu filosof cəmiyyətdə “hamının hamıya qarşı mübarizəsinin” labüdlüyünü qanunauyğun saymışdır. Hobbsdan öncə Makiavelli və Boden də dövlətin dünyəviliyini və mütləqliyini iddia etmişdir. Ancaq Hobbs bu anlayışı fəlsəfi sistemə daxil etmişdir. Hobbsun müasir dövlət anlayışına digər bəxşi dövlətin insanlar tərəfindən yaradılan süni varlıq olması fikridir. Qədim Yunanıstan dövründən Hobbsa qədər bir çox mütəfəkkirlər dövləti təbii varlıq kimi qəbul etmişlər. Hobbsa görə isə, dövlət ictimai müqavilənin məhsuludur. Ancaq Hobbs insanların iradəsinə yalnız dövlətin qurulduğu mərhələdə ehtiyac olduğunu bildirir. Bundan sonrakı mərhələdə bütün səlahiyyətlər krala verilir, çünki kral ictimai müqaviləni imzalayan tərəflərdən deyil. [12, 51] Bununla da, Hobbs Makiavelli və Bodendən fərqli olaraq dövləti fikri səviyyədə ortaya çıxarmış, lakin onlar kimi hakimiyyəti bölünməz, mütləq saymışdır. Hobbsun ictimai müqavilə nəzəriyyəsi ilə hakimiyyətin mənşəyi Tanrı əvəzinə kral olmuşdur. Yəni hakimiyyətin mənşəyi dünyəviləşmişdir. Beləliklə, Makiavelli ilə başlayan dünyəvi hakimiyyət ictimai müqavilə ilə nəzəriyyə halına gəlmişdir. Həmin nəzəriyyələrin təkanı ilə də mütləq hakimiyyət məhdudlaşmış hakimiyyətlə əvəz olunmuşdur. Hakimiyyət bölgüsü nəzəriyyəsini elmə gətirən müasir dövr mütəfəkkirləri Con Lokk və Şarl Lui Monteskye olmuşdur. Con Lokk (1632-1704) da Hobbs kimi dövlətin yaranmasını ictimai müqavilə ilə açıqlamışdır. Ancaq Hobbsdan fərqli olaraq Lokka görə insanlar dövlət halına keçərkən bütün haqqlarını deyil, yalnız cəzalandırma haqqını dövlətə etibar etmişdir. Dövlətin məqsədi insanların can, mülkiyyət və azadlıqlarını qorumaq, sabitlik, daxili və xarici təhlükəsizlikləri təmin etməkdir. İnsanlar dövlətə ancaq bu haqqlarını qorumaq səlahiyyəti vermişdir. Əgər dövlət ona verilən bu səlahiyyətlərdən kənara çıxarsa, xalqın onu yenisiylə əvəz etmək haqqı var. Qanunvericilik hakimiyyəti xalqa məxsus olacaq və icraedici hakimiyyətin insanların əsas hüquq və azadlıqlarını məhdudlaşdırması mümkün olmayacaqdır. [12, 129] Bununla o, icraedici hakimiyyətin digərindən şəxsi mənfəətləri üçün istifadəsinin qarşısını alınmış hesab edir. Beləliklə, 17-ci əsrdə mütləqiyyət rejiminə və suverenliyin bölünməzliyi anlayışına ən böyük zərbəni vuran ideoloq Con Lokk olsa da, onun bu mövzudakı fikirləri nəzəriyyəni tam əhatə etməmişdir. Lokkun irəli sürdüyü hakimiyyət bölgüsü nəzəriyyəsi sonradan fransız mütəfəkkiri Şarl Lui Monteskye (1689-1755) tərəfindən inkişaf etdirilmişdir. Monteskyenin Lokkdan və İngiltərə qanunvericiliyindən ilhamlanaraq inkişaf etdirdiyi hakimiyyət bölgüsü termini 1789-cu il tarixli Fransa İnsan Haqqları Bəyannaməsinin 16-cı maddəsində “Hakimiyyətin bölünmədiyi və azadlıqların təmin olunmadığı yerdə konstitusiya yoxdur” hökmünün yer almasına səbəb olmuşdur. Monteskyeyə görə hakimiyyət ancaq hakimiyyət vasitəsilə məhdudlaşdırıla biləcəyi üçün, bu vəziyyət də ancaq hakimiyyət bölgüsüylə aradan qalxa bilər. Bu əsasdan hərəkət edərək Monteskye dövlətdə bir-birindən fərqli üç gücün – icraedici, qanunverici, məhkəmə güclərinin Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 94 ~ Züriyə Ruslan qızı Qarayeva olduğunu və bu güclərin bir-birlərinə müdaxilə etmələrini, fəaliyyətlərini məhdudlaşdırmalarını təmin edəcək şəkildə fərqli orqanlara verilməsinin labüdlüyünü qeyd etmişdir. [5, 33] Monteskye idarəçilik formalarını respublika, monarxiya və despotizm olaraq üç yerə ayırmışdır. Bu mövzuda “Qanunların ruhu” əsərində yazmışdır: “Respublika idarəçiliyi millətin hamısının və ya bir hissəsinin idarəçiliyə sahiblənməsidir. Monarxiya isə bir şəxsin sabit qanunlarla idarəsidir. Despotizm bir şəxsin heç bir qanun və qaydaya bağlı olmadan öz istək və həvəslərinə görə idarəsidir”. [17, 7] Jan-Jak Russo (1712-1778) da dövlət ideyasını irəli sürərkən təbii vəziyyət anlayışından başlamış, insanların bu vəziyyətdə azad və bərabərlik içərisində xoşbəxt yaşadıqlarını qeyd etmişdir. Russonun ictimai müqavilə nəzəriyyəsinin özündən əvvəlkilərdən fərqi orada suverenliyin xalqa məxsus olmasıdır. Ümumi iradə isə vətəndaşların bütünündən ibarətdir. Bu ideyalarla Russo “xalq suverenliyi” fikrini ortaya qoymuşdur. Bununla da, Russo dövləti demokratik prinsiplərə əsaslandırmışdır. “Xalq suverenliyi” nəzəriyyəsinin banisi olaraq o, suverenliyin mütləq, bölünməz, təhvil və təmsil edilməz olduğunu irəli sürmüşdür. Onunfikrincə təmsil sistemi xalq suverenliyi anlayışına uyğun deyil, suverenliyin qaynağı birbaşa vətəndaşlardır. [1, 587] Bu fikirləri ilə Russo respublika idarəçilik formasının tərəfdarı olmuşdur. Beləliklə, suverenliyin əsasını göstərməyən Bodendən və onun mənbəyinin kral olduğunu iddia edən Hobbsdan fərqli olaraq Russoya görə suverenlik ümumi iradə deməkdir və başqası tərəfindən təmsil edilə bilməz. Bu fikirləri ilə o, mütləq monarxiyanın aradan qaldırılmasına və respublika idarəçiliyinin yayılmasına təkan vermişdir. Jan-Jak Russo “İctimai müqavilə” əsərində idarəçilik formalarını demokratiya, aristokratiya və monarxiya olaraq təsnif etmişdir. Təsnifatın əsas ölçüsü kimi idarəçilərin sayı götürülmüşdür. Russonun fikrincə demokratiyada idarə edənlərin sayı idarə olunanlardan çoxdur. Aristokratiyada idarə edənlər idarə olunanlardan daha azdır. Monarxiyada isə hakim güc qanun yaradar və tək şəxs qanunlara görə idarə edər. [1, 592] Hakimiyyətin mənbəyinin millətə aid olduğunu nəzəri şəkildə bildirən mütəfəkkir İmanuel Sieyesdir (1748-1836). Fransız inqilabının sonunda suverenliyin millətə aid olduğunu elan edərək Millət Məclisinin qurulmasında Sieyesin böyük xidməti olmuşdur. O, İlk fikirlərini “Üçüncü təbəqə nədir?” əsərində açıqlamışdır. Onun fikrincə üçüncü təbəqə bütöv cəmiyyətin ayaqda durması üçün əlindən gələn hər şeyi etmişdir, ancaq digər təbəqələr tərəfindən əzilmişdir. Bu vəziyyətin qarşısını almaq üçün sosial fərqlər aradan qaldırılmalıdır. Nəticədə hamı hüquq və azadlıqlar əldə edəcək, hüquq qarşısında bərabər millət yaranacaq. Bir sözlə, fərqlər aradan qalxdıqda yerdə sadəcə üçüncü təbəqə, yəni millət qalacaq. Sieyesə görə millət “hər şey” olduğuna görə “suverenlik millətindir”. Bunun üçün məclisin yalnız üçüncü sinfin (millətin) nümayəndələrindən ibarət olmağını təmin etmək lazımdır. Yəni millət məclisinin qurulması ən düzgün çarədir. Sieyesin fikrincə millət ortaq qanun altında yaşayan və eyni qanunverici tərəfindən təmsil edilən ortaq insanlar cəmiyyətidir. Buna görə də, üstünlüyə sahib təbəqələrin millət içində yeri yoxdur. [18, 112] Sieyesin ideyaları Fransız inqilabı ilə reallaşmışdır. O, “millət” və “milli suverenlik” anlayışları ilə 1789-cu ildən sonrakı müasir milli dövlət anlayışının siyasi əsaslarını yaratmışdır. İdarəçilik formalarının klassik və müasir dövr təsnifatlarında çox sayda idarəetmə formaları irəli sürülsə də, bu formalardan əsas etibarı ilə ikisi əsas olub digərlərinin də xüsusiyyətlərini ehtiva etməkdədir. Həmin formalar respublika (res-iş, publicus-ümumxalq) və monarxiyadır (monarcha-təkhakimiyyətlilik). Respublika dövlət başçısının irsi yolla hakimiyyətə AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 95 ~ Tarixi mənbələrdə dövlət idarəçilik formalarının təsnifatı gəlmədiyi idarəçilik formasıdır. Monarxiya isə dövlət başçısının irsi şəkildə müəyyən sülalə içərisindən təyin edildiyi idarəçilik formasıdır. [8, 27-28] Siyasi ədəbiyyatda idarəçilik formalarını ilk dəfə respublika və monarxiyaya ayıran şəxsin alman mütəfəkkiri Georq Jellinek olduğu[5, 53] irəli sürülsə də, Makiavelli hələ XVI əsrdə bütün dövlətlərin ya respublika, ya da monarxiya olduğunu bildirmişdir. Fransız hüquqşünası Leon Duguitə görə isə idarəçilik forması dövlət başçısının hakimiyyətə gəliş tərzidir. Əgər dövlət başçısı hakimiyyətə vərasət üsulu ilə gəlirsə, bu dövlət monarxiya, başqa üsulla gəlirsə respublikadır. [10, 54] Nəticə: Dövlət idarəçilik formalarının təsnifatı fərqli kriteriyalar üzrə müəyyənləşmişdir. Siyasi ədəbiyyatda bu formaların tipologiyasında istinad ediləcək bir çox fikirlər mövcud olmuşdur. Bu fikirlərin ilkin rüşeyminə Polibiy, Platon, Aristotel kimi şəxsiyyətlərin mənbələrində rast gəlinir. Amma nə Polibiy, nə Platon, nə də Aristotel hakimiyyət bölgüsü fikrini bugünkü mənasında ortaya qoymamışdılar. Onlar hakimiyyət bölgüsündən Tarixi mənbələrdə dövlət idarəçilik formalarının təsnifatıdanışarkən dövlət idarəçiliyində maraqlı olan şəxslərin bərabər iştirakını nəzərdə tutmuşlar. Ancaq yeni dövrün mütəfəkkirləri onların siyasi- hüquqi ideyalarından bəhrələndikləri üçün hakimiyyət bölgüsü nəzəriyyəsinin baniləri bu şəxslər hesab olunur. Orta əsrlərdə dövlət və dövlət idarəçiliyi anlayışları Akvinalı Foma, Avreli Avqustin, Əl-Fərabi, ibn-Rüşd kimi mütəfəkkirlər tərəfindən işlənilsə də, bu ideoloqların fəaliyyəti əsasən Platon və Aristotelin ideyalarını inkişaf etdirməkdən ibarət olmuşdur. Onagörə də, təhlil zamanı qədim dövrdən birbaşa müasir dövrə keçid edilmişdir. Müasir dövrdə hakimiyyətin həddən artıq şəxsiləşdirilməsinə və vətəndaşların hüquq və azadlıqlarının pozulmasına çarə kimi o dövrün ideoloqları hakimiyyətin bölünərək məhdudlaşdırılması fikrini irəli sürürdülər. Hər iki dövrdə də aparılan təsnifatda xalqın hakimiyyətin seçilməsində iştirak səviyyəsi əsas meyar olmuşdur. Bu təsnifatlarda idarəçilik formaları hakimiyyət qollarının bir- biriylə əlaqəsi, iqtidarın kimə aid olması, hakimiyyətin haradan qaynaqlanması və iqtidar sahiblərinin idarə olunanlarla necə davranmağına uyğun şəkildə müəyyənləşir. Ədəbiyyat: 1. Ağaoğulları M.A. Sokratesden Jakobenlere Batıda Siyasal düşünceler. İstanbul, İletişim, 2014. 2. Aristotales. Politika (Tər:Furkan Akderin). İstanbul, Remzi, 2014. 3. Aristotel. Ritorika I kitab, (Tər: Qızılgül Abbasova, Bəsti Cəfərova), 2008 4. Beriş H.E. Egemenliğin Dönüşümü: Tarihsel ve Siyasal Açıdan Egemenlik Kavramının Yeni Anlamı (Yayınlanmamış Doktora Tezi). Ankara, Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Kamu Yönetimi ve Siyaset Bilimi Anabilim Dalı, 2006. 5. Corcuff P. Siyasetin büyük düşünürleri, Siyaset felsefesinde eleştirel güzergahlar. Ankara,Versus, 2018. 6. Çam E. Siyaset Bilimine Giriş, İstanbul: DER, 1998. 7. Əfəndiyev M.Ə., Politologiya. Dərslik. Bakı, 2011. 8. Gözler K. “Cumhuriyet ve Monarşi”// Türkiye Günlüğü, № 53, Noyabr-Dekabr, Ankara, 1998. 9. Gözler K. Devletin genel teorisi. 9-cu nəşr. Bursa, Ekin Kitabevi, 2018. 10. Gözler K. “Hukuk açısından monarşi ve cumhriyet kavramlarının tanımı sorunu”//Ankara Universiteti SBF jurnalı, № 54, s.51-62. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 96 ~ Züriyə Ruslan qızı Qarayeva 11. Hakyemez Y.Ş. Mutlak Monarşilerden Günümüze Egemenlik Kavramı. Ankara. Seçkin, 2004. 12. Hamspher-Monk. Modern siyasal düşünceler tarihi, Hobbestan Marxa siyasal düşünürler. İstanbul, Say, 2007. 13. Piriyev A.M. Əfəndiyeva X.B. Sosiologiya və Politologiya fənnindən mühazirə mətnləri. Bakı, “Təhsil” NPM, 2009 14. Platon. Devlet (Tər: Sabahattin Eyuboğlu, Ali Cimcoz). İstanbul, Remzi, 2006. 15. Rzayeva P. “Dövlət idarəetmə formasının anlayışı, xüsusiyyətləri və təsnifatı”. Qanun 11 (265), 2016. 44-58. 16. Saygılı A. “Modern Devletin Çıplak Sureti”// Ankara Üniversitesi Hukuk Fakültesi Jurnalı, Cild:59, N1, 2010. 17. Smullyan E.B. An outline of the history of political theory (Part 2-Montesquieu to Present). Boston, Student Outlines Company, 1957. 18. Teziç E. Anayasa hukuku, genel esaslar. 19-cu nəşr. İstanbul, Beta, 2015. 19. Türköne M. Siyaset, Lotus Yayınları, İstanbul, 2003 20. Римское государство и право. Эпоха империи: Учебное пособие. — Санкт- Петербург, 2013. E-mail: [email protected] Rəyçi: siyasi.e.ü.f.dok. dosent R.Z.Rəhimli Redaksiyaya daxil olub: 06.05.2019 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 97 ~ ----------------ƏLAVƏ RUBRİKALAR----------------- KİTABXANA-İNFORMASİYA SAHƏSİNDƏ TARİXİ HADİSƏLƏRİ ƏKS ETDİRƏN QISA MƏLUMATLAR VƏ QEYDLƏR Kitabxanalar necə yarandı – Tarixdə ilk kitabxanalar Cəmiyyət tarixinin müxtəlif tərkib hissələri vardır ki, bunların ən mühümlərindən biri mədəniyyət tarixidir. Bəşər aləminin bütün mədəni nailiyyətlərinin qorunub saxlanmasında, yaşadılmasında mədəniyyətlərin ana sütünları sayılan kitabxanalar xüsusi əhəmiyyət kəsb edir. İnsan təfəkkürünün məhsulu olan kitab tarixə güzgü salır, bizi keçmişlə ünsiyyətə vadar edir. Keçmiş isə sirli-sehrli aləmi özündə yaşadan kitabxanalarda cəmləşib. Çünki kitabxanalar müxtəlif məlumatların yer aldığı kitabların toplandığı məkandır. Bu gün də dünyanı heyrətə salan kitabxanaların necə formalaşması çoxlarında maraq yaradır. Qədim Mesopotamiya mədəniyyətini tədqiq edən tarixçilər Nippur şəhərində e.ə 1900- cü ilə aid kitabxana aşkar etmişlər. Bu dövrdə, həmçinin Misirdə də firon kitabxanaları mövcud olmuşdur. Ən qədim kitabxanaların qədim Mesopotamiyaya, Şumerlərə aid olduğu güman edilir. İnsanlıq tarixində ilk yazılı qaynaqların vətəni Yaxın Şərq regionu sayılır. Tarixi araşdırmalar sübut edir ki, e.ə 2600-cü ildə qədim Şumer məbədində mixi yazılı kitabələr mövcud olmuşdur. Tarixçilər tərəfindən şumer məbədləri ilk kitabxanalar hesab edilir. Həmin kitabxanaların əsasını mixi yazılı gil lövhələr və saray arxivləri təşkil edirdi. Kitabxanalarda nəqletmə, təhkiyə əsaslı mətnlərdən ibarət əlyazmalar daha çox idi. Bu ənənə qədim Şərqdə artıq o vaxtdan mövcud idi. Bunu Ölü dənizdəki Sina və Misirdəki Ras Şamra tapıntılarında aşkarlanan İncil rəvayətləri də sübut edir. O zamanlar, yəni eradan əvvəl II minillikdə mixi yazılar artıq diplomatiyanın dilinə çevrilmişdi. Misirdə, Assuriyada, Şumerlərdə saray yazıları mixi üsulla qeyd olunur və saxlanılırdı. Sonradan bu qədim və maraqlı fonda malik olan kitabxanalar işğallar nəticəsində dağıdıldı. Amma qazıntılar zamanı aşkar edilən əlyazmaların mövzu və ruhunun demək olar ki, eyni olması üzə çıxdı. O zaman antik dövrdə mixi yazılar demək olar ki, bütün Şərqi birləşdirmişdi. Çünki Misirdən Anadoluya qədər Şərq ərazilərində aparılan qazıntılar zamanı bütün yazıların mixi formada və eyni dildə gil lövhələrə yazılması müəyyən edildi. Qədim dövrlərə məxsus olan kitabxanalar həm qədim Şərqin, həm də indiki Avropa mədəniyyətinin beşiyi sayılan qədim Roma və Yunanıstanının əslində eyni sivilizasiyanın məhsulu olmasını özündə əyani şəkildə göstərən əsas dəlil sübutlardır. Lakin tarixdə kitabların ayrı-ayrı kateqoriyalar üzrə qurulduğu ilk böyük kitabxana Qədim Assuriyada e.ə VII əsrdə yaranmışdır. 1852-ci ildə ingilis Henri Osyan Leyyard bütün dünyaya özünün olduqca maraqlı kəşfi Assuriyanın axırıncı böyük çarı Aşşurbanipalın Neynəvadakı saray kitabxanasını tapması haqqında məlumat verdi. O, Aşşurbanipalın “Nəsihət və məsləhət evi” adlanan sarayında Assuriya çarlarının qədim və ən böyük kitabxanasını tapdı. Aşşurbanipal (e.ə.təqribən 669-663) tarixdə həm də qədim yazılı abidələrin toplayıcısı, gil lövhələrdən ibarət böyük bir kitabxananın yaradıcısı kimi məşhurdur. Aşşurbanipalın kitabxananın yaradılmasında, xüsusilə gil lövhələr istehsalı texnologiyasının hazırlanmasında, qədim əfsanələrin, yazılı mənbələrin, gil lövhələr üzərinə köçürülməsində müstəsna xidmətləri olmuşdur. Aşşurbanipalın təsis etdiyi və onun adını daşıyan qədim kitabxana uzun müddət Şərq üçün əsl arxiv rolunu oynayıb. Bu kitabxana həm də dünyanın sistemli kitab şəbəkəsi və xüsusi bölmələrlə təsis edilən ilk kitabxanası olub. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 98 ~ Aşşurbanipalın kitabxanasında 20 min gil lövhənin olması haqqqında məlumat vardır. Həmçinin, bır sıra tarixçilər yazırlar ki, lövhələrin sayı 100 minə çatırmış. Bu kitabxana öz fondlarının zəngiliyi, nadirliyi ilə fərqlənirdi. Ən maraqlısı da budur ki, burada İbrahim peyğəmbərin yaşadığı zamana və ondan əvvəlki dövrə aid olan xeyli sayda qiymətli yazılı nümunələr olub. Çox təəssüflər olsun ki, günümüzə həmin kitabxanadan yalnız 1500-ə qədər nüsxə gəlib çatıb. Əslində bunların da qorunub saxlanması təsadüf nəticəsində baş verib. Belə ki, Aşşurbanipalın uzun müddətli ədalətli hakimiyyətinə dözə bilməyən yadellilər onun ölümündən sonra Assuriyanın ən böyük şəhərlərini dağıtmaqla yanaşı, Şərqin bu ən böyük kitabxanasını da yandırmışdılar. Kitabxana 300 böyük rəfdən ibarət olub. Rəflərin biri isə yalnız qədim assur totemləri, dualar, assurların müdrik sözlərindən ibarət olan yazılardan təşkil olunub. Həmçinin dünya mifologiyasının ən ilkin nümunələri olan “Bilqamış” və “Yaradılış” dastanları da burada qorunub saxlanılırdı. Sonradan kitabların və incəsənət nümunələrinin əksəriyyəti İngiltərəyə aparılmışdır. Mesopatamiyada bundan əlavə Nippur, Nibru, Dayan Şarukkin, Nəmrud kimi kitabxanalar olub ki, onları birmənalı şəkildə tematik kitabxana adlandırmaq olar. Çünki birində yalnız hərb və diplomatiyaya, digərində din və mifologiyaya, o birilərində musiqişünaslıq və saray mədhiyyələrinə aid kitablardan başqa əlavə materiallar olmayıb. Amma Elba kitabxanası isə həmin ərazidə Aşşurbanipal kitabxanasından sonra öz universallığı ilə seçilən ikinci kitabxana olub. Xoşbəxtlikdən, 1975-ci ildə aparılan qazıntılar nəticəsində kitabxananın demək olar ki, bütün külliyyatı itkisiz əldə olunub. Təsəvvür edin ki, 15 mindən artıq gil lövhələr bu gün də mövcuddur. Həmin kitabxanada əsasən dövlətçilik, qanunvericilik, vergi siyasətinə aid mixi yazılar saxlanılıb. Beləliklə, kitabxanalar Şumer və Nineva gil lövhələrindən, Misir papiruslarından, orta əsr kilsə və monastır kitabxanalarının kasıb fondlarından başlayaraq bugünkü ümumi kitabxanalara qədər uzun bir yol qət edib. Bu tarixi yolu keçərkən onlar cəmiyyətdə baş verən proseslərə, yəni dövrün təlabatlarına uyğun böyük dəyişikliklərə məruz qalır və toplumda baş verən köklü islahatlar kitabxanalardan yan keçmir və onların yeniləşməsi, çağdaşlaşması istiqamətində cığır açılır. YUNESCO-nun 1968-ci ildə nəşr edilmiş sənədlərində “kitabxana” anlayışı aşağıdakı kimi ifadə edilib: “Kitabxana, necə adlandırılmasından aslı olmayaraq, əlyazması, çap kitabı, dövri nəşrləri, audio-vizual materialları və sairə nəşrləri və vasitələri, həmçinin digər informasiya daşıyıcılarını toplayıb saxlayan, bilik, təhsil, tədqiqat və istirahət məqsədləri üçün oxucuların istifadəsinə verən bir qurumdur.” Dünyanın ən qədim kitabxanaları Bəşəriyyətin fikir xəzinəsi – İsgəndəriyyə kitabxanası Tarixçilər Misiri bəşəriyyətin mədəniyyət beşiyi adlandırır. Misir torpağı, həmçinin bəşəriyyət fikrinin xəzinəsi sayılan kitabxanaların da beşiyi olmuşdur. Fikir gəmisi bəşəriyyətə yeni bilik torpaqları kəşf etmək üçün məhz burdan ucsuz-bucaqsız bir səyahətə çıxmışdır. Bu səyahət heç də uğursuz olmamış, dünya sivilizasiyasının əsas silahlarından biri olan kitabın yayılmasında, kitabxanaların yaradılmasında böyük nailiyyətlər əldə etmişdir. Belə uğurlardan biri kimi bəşər mənəvi sərvətinin daşıyıcılarını özündə toplamış, qədim dünyanın ən böyük kitabxanası kimi tanınmış indiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından və İsgəndəriyyə Museyonu adlı elmi-mədəni mərkəzin böyük tərkib hissəsindən biri İsgəndəriyyə kitabxanasının meydana gəlməsini qeyd etmək olar. Kitabxana eramızdan əvvəl 290-cı illərdə Ptolomey Filadelfin dövründə yaranıb. İsgəndəriyyə kitabxanası AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019

~ 99 ~ böyüklüyünə və kitablarının sayına görə \"İsgəndəriyyə Kral Kitabxanası\", \"Möhtəşəm kitabxana\", \"İsgəndəriyyənin Böyük Kitabxanası\" adlanmış, əsrlər boyu elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Həqiqətdə, İsgəndəriyyə kitabxanası tikliməyi planlaşdırılan muzeyin bir parçası idi. Muzeydə o dövrdə yaşayan heyvan və bitkilərdən nümunələr mövcud idi. Yeni qurulan İsgəndəriyyə kitabxanası yunan, Roma filosof və şairləri Axilles, Evripid, Sofoklun əsərlərinin orijinalını gümüş qarşılığında alır, onları özündə saxlayır, müəlliflərə isə yalnız surətlərini göndərirdi. Həmin əlyazmalar rulon formasına salınır və xüsusi oyuqlarda saxlanırdı. Bir neçə ildən sonra İsgəndəriyyədəki rulonların sayı 750 mini keçmişdi. Tarixi qaynaqlardan məlumdur ki, İsgəndəriyyə kitabxanası yaranan gündən Misir hökmdarları qədim dünyanın bu böyük kitabxanasının inkişafı üçün əlindən gələni etmiş, kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək, kitabxananın fondunu dünyanın ən nadir kitabları ilə zənginləşdirmək üçün istənilən qədər vəsaitdən istifadə etmişlər. Məhz buna görədir ki, artıq b.e.ə. I əsrdə kitabxananın fondunda 700 min kitab toplanmışdır. Müxtəlif vaxtlarda İsgəndəriyyə kitabxanasına filosoflar – Aristofen, Virantey, Appolon, Eydoqraf, Aristorx, Zenodad, Efes, Kallimax və başqaları başçılıq etmişlər. İsgəndəriyyə kitabxanasına başçılıq edən alimlər içərisində görkəmli alim, peşəkar kitabxanaçı-biblioqraf Kallimaxın xüsusi rolu olmuşdur. Kallimax b.e.ə. 310-340-cı illərdə yaşamış, özündən sonra 800-dən artıq elmi və bədii əsər qoyub getmişdir. Kallimaxın bütün dünyada görkəmli alim, peşəkar kitabxanaçı, ilk biblioqraf kimi məşhurlaşdıran ən mühüm əsəri olan “Bütün bilik sahələrində məşhur olanların yazdığı –120 kitabın cədvəli” bəşər elminə ədəbiyyatına, mədəniyyətinə qiymətli töhfə oldu. Müəyyən tarixi faktlara görə yunan hökmdarları dünyanın yeddi möcüzəsindən biri olan bu kitabxananın fondunun komplekləşdirilməsinə və inkişafına böyük diqqət yetirmişdir. Kitabxana üçün kitablar təkcə Yunanıstandan deyil, qədim dünyanın hər yerindən toplanılırdı. Hökmdarlar kitabxanaya kitab almaq üçün pul vəsaiti ayırırdılar. Məlum olduğu kimi İsgəndəriyyə dünyanın ən böyük liman şəhəri idi. Gəmi karvanlarının əksəriyyəti bu limana daxil olurdu . Bunu nəzərə alan Ptolomey III Evriqat belə bir göstəriş vermişdi ki, limana daxil olan gəmilər İsgəndəriyyə kitabxanası üçün ya bir kitab verməli, ya da imkanı olmayanlar üzü köçürülmək üçün bir kitab gətirməlidirlər. Kitabın üzünü köçürdükdən sonra orjinalın geri qaytarılmasına zəmanət verilirdi. Çox təəsüflər olsun ki, Şərqin elm və mədəniyyət deposu olan İsgəndəriyyə bir neçə dəfə hücuma məruz qaldı və yanıdırıldı. Kitabxananın kim tərəfindən dağıdıldığı hələ də tarixdə mübahisəlidir. Bəzi, tarixi qaynaqlarda kitabxananın ilk dəfə eramızdan əvvəl 330-cu ildə yandırıldığı bildirilir. Məhv olunan kitablar arasında 12 min inək dərisi üzərinə yazılmış \"Avesta\" nın da olduğu qeyd olunur. Başqa bir fikrə görə Roma qubernatoru Theophilos, imperator Theodoiusun əmri ilə kitabxanada olan bəzi mənbələri bütpərəstlik inanclarına töhfə verdiyi üçün yandırmışdı. Bir çox tarixçilər belə güman edir ki, İsgəndəriyyə şəhərində Aralıq dənizi sahilində Yuli Sezar 101 gəmi yandırmış, yanğın irəliləyərək kitabxanaya çatmışdır. Bu yanğın kitabxananın binasına və kitablara böyük zərər verdi. Kitabxananın böyük bir hissəsinin dağılmasına xitam verən əsas hadisə Roma imperatoru Avrelianın şəhər uğrunda döyüşləri zamanı baş verir. Kitabxananın saxlanılmaq üçün eramızın IV əsrində yeni paytaxt hesab olunan Konstantinopola göndərilən hissəsinin daha az zərər görməsi təxmin edilir. Kitabxananın qalan hissəsi isə VII-VIII əsrlərdə ərəblərin İsgəndəriyyəyə basqını və işğal zamanı tamamlə yandırılıb məhv olunmuşdur. İsgəndəriyyə kitabxanası təxminən 10 əsr müddətində, yəni e.ə. III əsrdən bizim eranın VII əsrinə qədər bəşəriyyətə xidmət göstərmiş, dünya mədəniyyətinin və elminin inkişafına böyük töhfələr bəxş etmişdir. Central Library of Science of ANAS Research Papers, volume 1, №1, 2019

~ 100 ~ 2001-ci ildə UNESCO-nun xüsusi mədəni irs siyahısına salınan İsgəndəriyyə kitabxanası yenidən 2002-ci ildə həmin tarixi kitabxananın əzəmətini bərpa etmək və həmçinin azad biliyin qazanılmasına zəmin yaratmaq üçün tarixən yerləşdiyi təxmin edilən yerdə müasir şəkildə tikilib Misir və digər dünya xalqlarının istifadəsinə verildi. Bu kitabxananın tikilməsi nəticəsində Misirdə dövlətdən asılı olmayan yeni ictimai təhsil sisteminin təşkilinə zəmin yarandı. Müasir İsgəndəriyyə Kitabxanasının dizaynı 4 alt və 6 üst mərtəbədən ibarətdir. Əl-Şətbidə yerləşən müasir kitabxana xüsusi formada tikilmişdir. Yeni kitabxananın məqsədi keçmiş kitabxananın məqsədilə eynidir. İctimai tədqiqat kitabxanası kimi fəaliyyət göstərir və Ərəb dünyası və Yaxın Şərq xalqlarının müxtəlif elm sahələrində alim və tədqiqatçılarını cəlb edərək onları müxtəlif vəzifələrlə təlimatlandırır. İsgəndəriyyə kitabxanası dünyada ilk rəqəmsal kitabxanadan, 8 milyon kitab olan zaldan, 6 xüsusi kitabxanadan, 3 muzeydən, tədqiqat mərkəzindən, 2 qaleriyadan, 6 incəsənət sərgi zalından, internet arxivindən, audio və vizual kitabxanadan, gözdən əlil insanlar, uşaqlar və yeniyetmələr üçün xüsusi kitabxanadan, mikrofilm, nadir kitablar kitabxanasından və konfrans mərkəzindən ibarətdir. Hal-hazırda İsgəndəriyyə kitabxanası həm antik və orta əsr, həm də müasir dövr kitabxanaları arasında ən qədim, ən böyük və ən zəngin kitabxanalardan sayılır. Dünyanın müasir kitabxanaları – Britaniya Kitabxanası 170 milyonu keçən vəsaitlə ABŞ Konqres Kitabxanasını geridə qoyan Britaniya Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Britaniya Kitabxanası özündə 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Kitabxanasında əvvəl az sayda kitab olmuşdur. İxtisasca həkim və bioloq olan Ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatır. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir. Bu gün Britaniya Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab mühafizə olunur. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya (poçt markaları yığmaq) kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin müasir SD, DVD və mini-disklər mühafizə olunur. Azərbaycanda kitabxanalar – Azərbaycanda kitab və kitabxanaçılıq tarixi İnsan təfəkkürünün məhsulu olan kitab eyni zamanda tarixə ayna tutur, bizi keçmişdə baş verənlərdən xəbərdar edir. Hələ kağız olmadığı vaxtlarda qədim Misirdə kitablar papirus qabığı üzərində yazılırdı. Eramızdan əvvəl Zərdüştiliyin dini kitabı olan “Avesta” on iki min inək dərisi, “Orxon-Yenisey” abidəsi olan “Gül-Təkin” kitabəsi isə daş üzərinə yazılmışdı. Azərbaycanda kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdu. AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər, cild 1, №1, 2019


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook