Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore O, yuva qururudu

O, yuva qururudu

Published by magvay5, 2023-08-02 13:27:37

Description: Karusel jurnalı

Search

Read the Text Version

O,yuva QURURDU QISA HEKAYƏ KARUSEL JURNALI SAHILA YAYA

O, yuva qururdu avqust 2023 Tata səhər açılandan həmişəki kimi qışqırırdı. Həmişə deyəndə, son günlərdəki kimi yəni. O əvvəlcə çətinliklə yerindən durdu. Şişmiş ayaqlarını ərinin qırx ölçülü tərliklərinə dürtüb yetmiş kiloluq bədənini mətbəxə daşıdı. Soyuq suyu açdı və günəşin var-gücü ilə qızdırdığı mətbəxdə dünəndən qalmış qabları yumağa başladı. Əri hamama keçdi, istəksiz olsa da, oradan həmişəkindən tez çıxdı. Tata “kranın ağzı yenə tutulub, bu qumu təmizləmək heç ağlına gəlmir?” deyə ərinə ironiya etdi. Əri dinmədi. Bir Allah bilirdi Tata kranla bağlı ironiyanı necə əziyyətlə etmişdi. Əslində, o, bağırmaq, vəhşi pişik kimi ərinin üstünə atılıb, üzünü cırmaq-cırmaq etmək istəyirdi. Tata kimə, niyə qəzəbli idi? - ərinə, onun geyimi ilə bağlı şərhlər verən dünənki qohumlarına, o günə, dünyaya. Dünənki qonaqlar onu çilədən çıxarmışdı. Onlar dayanmadan məsləhətlər verir, aralarında ən mədəniləri Tatanı hamıdan çox dəli etmişdi. Onlar Tataya həddən ziyadə süni, mərhəmətsiz, bu dünyadan xəbərsiz gəlirdi. Elə bil hansısa qeyri- peşəkar rejissorun çəkdiyi filmdə rol oynayırdılar. KARUSEL JURNALI SAHILA YAYA

O, yuva qururdu avqust 2023 Tata onların saxta mədəni cümlələrini, sakit səslərini eşitdikdə, ətir və antipersperantın tam öldürə bilmədiyi bədən iylərini hiss etdikdə iyrənirdi, ürəyi bulanırdı. Onlar əvvəlcə Tatanı rahat etmək üçün bir-iki dəfə durub-oturdular, qabağına qaçdılar, sonra hərənin başı özünə qarışdı. Kimi çayını qurtumlayır, kimi təzə ərə verdiyi qızından danışır, kimi də başına gəlmiş hadisələri uzada-uzada nağıl eləyirdi. Tata yalançı nəzakətlə gülümsəyir, əslində isə qapını açıb hamısını bir-bir evindən qovmaq istəyirdi. Ona elə gəlirdi ki, bu qədər adam ona məsləhət verməyə, ona yol göstərməyə gəlib. Tez-tez hamama girib-çıxır, harasa gedib-gələndə burun pərləri böyüyüb-kiçilir, ürək döyüntüsü artır, az qala bədəninin hər tərəfindən tər süzülürdü. Əri gələnlərlə həmişəki arxayın oturuşunda, səsində söhbət edir, suallar verir, Tataya görə okeanın dibinə qədər mənasız cavablara diqqətlə qulaq asırdı. Tata otağa hər girəndə ərini bu görünüşdə görəndə ona nifrət edirdi. Axı o bu insanları əyləndirmək, Tatanın güclə nəfəs aldığı evdə onlar üçün maraqlı ortam yaratmaq məcburiyyətində deyildi. KARUSEL JURNALI SAHILA YAYA

O, yuva qururdu avqust 2023 Tata onları tamam başqa sivilizasiyadan çıxmış, özünü isə primatlar kimi yonulmamış, vəhşi kimi görürdü. Tata primatlığından utanmırdı, əksinə başqalarının guya gəlib çatdığı sivilizasiyaya ikrahla baxırdı. Qəzəblə ərini də onların siyahısına əlavə edirdi – get idbar məxluq, get onların yanına. Sən də yadsan. Gecəni güclə yatan Tata bu günlərdə ancaq ev yığışdırmaqla sakitləşirdi. O dayanmadan nəyisə yuyur, silir, heyvani yeriş və tərpənişlə əşyaları, paltarları öz yerlərinə yığmaqdan, onların yerini dəyişməkdən usanmırdı. Əri onun davranışlarını tezliklə bitəcək qorxu filmi kimi izləyirdi. Qadın dayanmaq istəmirdi. Nəfəsi kəsilə-kəsilə yuyur, ütüləyir, düzəldirdi... Tata dayanmadan yuva düzəltmək hayında olanda qəfildən bağıra bilərdi. “Diş pastası niyə güzgünün üstündədi axı, niyə? İnsan niyə dişini yuyanda pastanı güzgüyə bu qədər sıçratsın ki?.. Hələ bu şkaf qapıları. Niyə şkafdan nə isə götürəndə bu qapıları bağlamırsan? Bu evi niyə bu günə salırsan? Niyəə?” Axşam əri Tatanın qolundan tutub ehtiyatla maşına oturtdu. Avtomobili xoddayıb, sürəti 120-ə qaldırdı. Dörd saat sonra mamaça sevincək səslə “qız doğuldu, Təranə xanım, gözünüz aydın”, dedi. KARUSEL JURNALI SAHILA YAYA


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook